Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə67/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   63   64   65   66   67   68   69   70   ...   267

sində nəzərdə luiulan yazılı materiallardan yararlanmaq hüququndan fərqləndirmək lazımdır. 

3.

 



Şahidin  verdiyi  aimma  qaynağı  aşkar  olmayan  bilgilər  sübut  kimi  götürülə 

bilmədiyindən, məlumatların aimma qaynağının aşkarlanmasma xüsusi diqqət yetirilməlidir. 

Şahid öz ifadəsində başqa şəxslərə və ya sənədlərin məzmununa söykənirsə, o, uyğun şəxsin 

identifikasiya  olunması  və  məhkəməyə  çağırılması,  uyğun  sənədin  aşkar  olunması  və 

məhkəməyə  gətirilməsi  üçün  gərəkli  olan  bütün  bildiklərini  məhkəməyə  bildirməlidir. 

Məsələn,  şahid  öz  ifadəsində  ona  tanış  olmayan  şəxsə  arxalanırsa,  həmin  şəxslə  harada 

görüşməsini, onun harada ola bilməsi barədə onda olan məlumatları bildirməli, həmin şəxsi 

təsvir  etməli,  həmin  şəxslə  danışığını  təsdiq  edə  bilən  şəxslər  və  s.  barədə  bilgiləri 

göstərməlidü-. 

4.

 



Başqa şəxsdən alınan bilgiyə söykənən ifadə (törəmə ifadə) ilə istinad olunan şəxsin 

ifadəsi  arasında  ziddiyyətin  olması  birbaşa  olaraq  törəmə  ifadənin  doğru  olmaması  fikrini 

yaratmamalıdır. Praktikada törəmə ifadənin özünün doğru olması halları mümkündür. 

5.

 



Şərh olunan 104.3-cü maddəni tətbiq edərkən nəzərə almaq lazımdır ki: 

1)

 



şahidin  alınma  qaynağını  göstərə  bilmədiyi  törəmə  ifadələr  sübut  kimi  götürülə 

bilməz; 


2)

 

şahidin  qaynaq  barədə  verdiyi  məlumat  doğru  olmadıqda  həmin  ifadə  sübut  kimi 



götürülə bilməz; 

3)

 



şahidin  göstərdiyi  qaynağın  hal-hazırda  yoxluğu  (yəni,  məsələn,  qaynaq  sayılan 

şəxsin  ölməsi,  sənədin  itməsi,  yaxud  məhv  olması  və  s.)  şahidin  ifadəsini  qaynağı  bəlli 

olmayan kimİ dəyərləndirmək və sübut kimi götürməmək üçün əsas deyildir. Belə sübutlar 

ümumi əsaslarla dəyərləndirilməməlidir. 

6.

 

104.4-cü  və  104.5-ei  maddələr  şəxslərin  şahid  kimi  dindirməsinə  yol  verilməyən 



hallan  müəyyən  edir.  104.4-cü  maddədə  gö,stərilən  şəxslərin  həmin  maddədə  göstərilən 

məsələlər üzrə dindirilməsinə qəti olaraq yol verilmir. 104.5-ci maddədə göstərilən şəxslər isə 

öz  razılıqları  əsasında  dindirilə  bilərlər.  Birincilər  hətta  ifadə  vermiş  olsalar  belə,  onların 

ifadələri sübut kimi götürülə bilməz. İkincilərin öz iradələrinə əsasən verdikləri İfadələr sübut 

kimi götürülürlər. 

7.

 



104.4-cü  maddədə  bəlli  edilən  birinci  məhdudlaşdırma  şahidin  şəxsiyyəti  ilə,  onun 

fiziki  və  ya  psixi  çatışmazlıqları  ilə  bağlıdır.  Yalnız  çevrəsində  baş  verənləri  düzgün 

qavramaq və ifadə etmək bacarığı olan, iş üçün önəmli olan hallar barədə bilgisi olan hər hansı 

şəxs şahid kimi dindirilə bilər. 

Qanun  şəxsin  məhkəmədə  şahid  kimi  çıxış  etməsinə  yol  verən  yaş  həddini  müəyyən 

etmir. Öz fiziki və psixi inkişafına göro ətrafda baş verənləri düzgün qavraya və bunlar barədə 

ifadə  verə  bilmək  bacarığı  olan  uşaqlar  da,  MPM-in  197-ci  maddəsinə  görə,  şahid  kİmi 

dindirilə bilərlər. 

Şəxsin psixikasında ayrı-ayrı pozuntular, onun fiziki çatışmazlıqları (karlıq, korluq və 

s.) hələ həmin şəxsin məhkəmədə şahid ola bilməsini aradan qaldırmır. Eşitmə duyğusu zəif 

olan şəxs hər hansı bilgini görmə ilə əldə edə bilər və yaxud görmə duyğusu zəif olan şəxs 

önəmli bilgiləri eşitmə ilə əldə edə bilər. 

Məhkəmə şahid ifadəsinin formalaşma prosesinin aydınlaşmasına xüsusi diqqət 

137 



verməlidir. Şəxsin fiziki və ya psixi qüsurları üzündən faktları düzgün qavraya bilməməsi və ya 

faktlar  barədə  düzgün  ifadə  verə  bilməməsi  və  buna  görə  də,  onun  şahid  kimi  dindirilə 

bilməməsi  mübahisəli  olduqda,  məhkəmə  uyğun  olaraq  məhkəmə-tibb  və  ya  məhkəmə 

psixiatrik ekspertiza təyin etməlidir. 

8.

 

104.4.2-ci,  104.4.3-cü,  104.4.4-cü  və  1Ü4.4.5-Cİ  maddələri  tətbiq  edərkən  nəzərə 



almaq lazımdır ki, göstərilən şəxslər yalnız qanunda göstərilən məlumatlarla bağlı şahid kimi 

dindirilə  bilməzlər:  mülki  işlər  üzrə  nümayəndələr  və  cinayət  işləri  üzrə  nümayəndələr  və 

müdafiəçilər  (vəkillər)  yalnız  vəzifələrini  İcra  etməklə  bağlı  olaraq  onlara  bəlli  olan  hallar 

barədə,  hakimlər  yalnız  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  ilə  bağlı  onlara  bəlli  olan 

məsələlər üzrə, din xadimləri isə yalnız dini etiqadla bağlı olaraq onlara bəlli olan məsələlər 

üzrə dindirilə bilməzlər. Qalan məsələlər üzrə həmin şəxslərin dindirilməsi məhdudlaşdırılmır 

və onların ifadə verməkdən boyun qaçırmağa haqları yoxdur. 

9.

 



104.5-ci  maddədə  göstərilən  şəxslər  yalnız  həmin  maddədə  göstərilən  məsələlərlə 

bağlı ifadə verməkdən boyun qaçıra bilərlər. Hər hansı başqa məsələ ilə bağlı İfadə verməkdən 

boyun qaçırmaq yolverilməzdir. Bu maddədə göstərilən şəxslər 104.4-cü maddədə göstərilən 

şəxslərdən fərqli olaraq, özləri istədikdə ifadə verə bilərlər və bu zaman onların ifadələri sübut 

kimi götürülməlidir. 

10.


 

Kütləvi informasiya  vasitələri  haqqında  Qanunun  11-ci  maddəsinə  görə,  məhkəmə 

yalnız aşağıdakı hallarda KİV redaktorunu və ya jurnalisti öz qaynağını açıqlamağa məcbur edə 

bilər; 1) insan həyatının müdafiəsi üçün; 2) ağır cinayətin qarşısını almaq məqsədilə; 3) ağır 

cinayət  törətməkdə  ittiham  olunan,  yaxud  təqsirli  bilinən  şəxsin  müdafiəsi  üçün.  Hər  hansı 

başqa əsaslarla məhkəmə Jurnalisti və redaktoru öz məlumat qaynağını açıqlamağa məcbur edə 

bilməz. 

11.


 

Həm 104.4-cü, həm də 104.5-ci maddədə göstərilən şəxslərin ifadə verməkdən boyun 

qaçırmalarının əsaslı olub-olmamasmm müəyyənləşdirilməsi ciddi praktiki önəm daşıyır. Bu 

bir tərəfdən iş üzrə önəmli olan halların gizlədilməsinin qarşısmın alınması, başqa tərəfdən isə 

ifadə  verməkdən  boyun  qaçırmağa  görə  cinayət  məsuliyyətinin  olub-olmamasının  bəlli 

edilməsi üçün vacibdir. 

12.

 

104.6-cı maddəni tətbiq edərkən nəzərə almaq lazımdır ki, şahidin çağıniması barədə 



vəsatət qaldıran şəxsin şahidin soyadı, adı, atasınm adı və yaşadığı yerlə bağlı bilgilərdən hər 

hansını bilmədiyi üzrlü sayıla bilən hallar ola bilər. Məsələn, şəxs şahidin iş yerini bilir, lakin 

yaşayış yerini bilmir, yaxud atasının adını bilmir və s. 

Vəsatət  verən  şəxs  göstərilən  bilgiləri  bilmədiyini  anlatmalı,  şahidin  tapılması  və 

məhkəməyə çağırılması üçün önəmli olan başqa köməkçi bilgiləri məhkəməyə bildirməlidir. 

Maddə 105. Şahidin hüquqları və vəzifələri 

105.1.

 

Şahidin  hüquq  və  vəzifələri  bu  Məcəllənin  62-ci  maddəsi  və  Azərbaycan 

Respublikasının başqa qanunları ilə müəyyən edilir. 

105.2.

 

Şahid  xəstəlik,  qocalıq,  əlillik  və  sair  üzrlü  səbəblər  nəticəsində  məhkəmənin 

çağırışı üzrə gələ bilmədikdə, olduğu yerdə məhkəmə tərəfindən dindirilə bilər. 

105.3.

 

Şahid çağırılması ilə əlaqədar çəkdiyi xərcləri və itirdiyi vaxta görə pul əvəzinin 

138 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə