Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə56/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   52   53   54   55   56   57   58   59   ...   267

prosessual  qanunvericilikdə  məhkəmə  tapşırıqlarının  vaxtmda  və  keyfiyyətlə  yerim; 

yetirilməsini  vo  tapşınğı  vermiş  məhkəməyə  vaxtında  cavab  verilməsini  təmin  edən  xüsusi 

prosessual təminatlar yoxdur. Bununla belə bu hərəkətlərin vaxtmda və keyfiyyətlə edilməsi 

hər  bir  hakimin  peşə  borcundan,  eləcə  də  məhkəmə  sistemi  içindəki  qarşılıqlı  bağlılıq 

prinsiplərindən doğur. 

5.

 



Azərbaycan  Respublikasmın  məhkəmələri  xarici  ölkələrin  məhkəmələrinə  ayrı-ayrı 

prosessual  hərəkətlərin  yerinə  yetirilməsi  barədə  tapşniq  verə  bilər.  Başqa  ölkələrin 

məhkəmələrinə tapşırıqlarm verilməsi qaydaları MPM-in 456.4-cü maddəsi ilə düzənlənir. 

Maddo 84. Məhkömə tapfinqlartmn yerino yetirilməsi qaydası 

84.1.

 

Məhkəmə tapşırığının yerinə yetirilməsi bu .Məcəllə ilə müəyyən olunmuş qaydala/ 

üzrə məhkəmə iclasında həyata keçirilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında 

xəbərdar edilir, onların gəlməməsi iclasın keçirilməsinə mane olmur. 

84.2.

 

Məhkəmə tapşırığının yerinə yetirilməsi haqqında qərardad qəbul edilir və həmin 

qərardad dərhal bütün materiallarla birlikdə işə baxan məhkəməyə göndərilir. 

84.3.

 

Tapşırığı  yerinə  yetirən  məhkəməyə  izahat  və  ya  ifadə  verən  işdə  iştirak  edən 

şəxslər və ya şahidlər məhkəmə iclasına gəldikdə ümumi qaydada izahat və ifadə verirlər. 

1.

 



Tapşırığı aldığı günün sonrakı günündə saat 00.00-dan başlayaraq 10 gün müddətində 

məhkəmə onu MPM-lə bəlli edilmiş prosessual qaydalar əsasmda məhkəmə iclasında yerinə 

yetirməlidir.  Tapşırıqda  barəsində  prosessual  hərəkətlərin  edilməsi  tapşınlan  şəxslər  çağırış 

vərəqəsi ilə məhkəməyə çağırılırlar. Məhkəmə iclasın dəqiq vaxtı və yerini bəlli etməli və iş 

iştirakçılanna  iclasın  vaxtı  və  yerini  bildirməlidir.  Məhkəmə  iclası  MPM-in  15-ci  fəslinin 

müddəalarına uyğun olaraq keçirilməlidir. 

Məhkəmə tapşınğmda göstərilən prosessual hərəkətlər iş iştirakçıları ilə bağlı edilirsə, 

məhkəmə  MPM-İn  182-cİ  maddəsinə  əsasən  onlara  hakimə,  məhkəmə  katibinə  və  s.  etiraz 

etmək  hüquqlarını  anladır.  Məhkəmə  iclasmda  iş  iştirakçılan  qatıldığı  halda,  məhkəmə 

tapşırığın məzmununu məhkəmə iştirakçılarma çatdırmalıdır. Məhkəmə iclası MPM-in 22-ci 

fəslinin müddəalarma uyğun olaraq protokollaşdınlır. 

Məhkəmə  işin  tapşırıqda  göstərilən  hallarmı  tam  və  düzgün  araşdırmalıdır.  Tapşırığı 

yerinə yetirərkən məhkəməyə müxtəlif sübutlar; yazılı və maddi sübutlar, İş İşti- rakçıtannm 

yazılı və şifahi İzahatları, şahidlərin ifadələri verilə bilər. Bu baradə protokola yazılmalıdır. Bu 

prosessual  hərəkətlər  zamanı  verilən  sübutları  götürərkən  məhkəmə  ona  verilən  tapşınğm 

Ölçüsü ilə kifayətlənməməli, özünün bəlli etdiyi, işin düzgün həllinə kömək edən materialları 

toplamalıdır. 

2.

 



Tapşırığm yerinə yetirilməsini başa çatdırdıqdan sonra məhkəmə qərardad çıxarmalı 

və  həmin  qərardadı  bütün  materiallarla  birlikdə  dərhal  tapşırığı  vermiş  məhkəməyə 

göndərməlidir. 

3.

 



Tapşınğı yerinə yetirən məhkəmənin tərtib etdiyi protokol və əldə olunan materiallar 

məhkəmə iclasmda açıqlanır və bu barədə məhkəmə iclasının protokolunda yazılır. Tapşınğı 

yerinə yetirən məhkəməyə izahat və ya ifadə vermiş iş iştirakçıları və ya şahidlər məhkəmə 

iclasma gələ bilərlər. 

115 



Məhkəmə tapşırığı qaydasında İzahat vermələrinə baxmayaraq, işə mahiyyəti üzrə baxan 

məhkəmə bütün hallarda işin iştirakçılanna iclasın vaxtı və yeri barədə bilgi verməlidir. Proses 

iştirakçıları və şahidlər iclasa gəldikdə ümumi qaydada izahat və ya İfadə verirlər. Məhkəmə 

onların izahat və ifadələrini məhkəmə iclasında dinləməkdən boyun qaçıra bilməz. Məhkəmə 

tapşınğı əsasmda toplanmış sübutların məhkəmənin özünün topladığı sübutlara nisbətən və ya 

əksinə, hər hansı üstünlüyü yoxdur. 

Məhkəmə  tapşırığı  ilə  toplanmış  və  məhkəməyə  göndərilmiş  bütün  materiallarda  olan 

faktiki  bilgilər  başqa  sübutlarla  birlikdə  qanunla  bəlliləşən  qaydada  araşdınlmah-  dır.  İşin 

iştirakçıları və ya onları təmsil edən şəxslər bu materiallarla tanış edilməlidirlər. 

4.

 



Xarici  ölkələrin  məhkəmələrinin  tapşınqlanmn  yerinə  yetirilməsi  qaydası  MPM-in 

456-cı maddəsi ilə düzənlənir. 



Madda 85. Sübutların tomin edilməsi 

85.1.

 

Özləri üçün gərəkli sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olma- 

yacağından  və  ya  çətin  olacağından  ehtiyat  etməyə  ə.sası  olan  şəxslər  bu  sübutların  təmin 

olunmasını məhkəmədən xahiş edə bilərlər. 

85.2.

 

Məhkəmədə  işə  başlamamışdan  əvvəl  sübutların  təmin  edilməsi  qanunvericilikdə 

nəzərdə  tutulmuş  qaydada  notariuslar,  konsul  idarələrinin  vəzifəli  şəxsləri  və  notarius 

hərəkətlərini yerinə yetirən başqa şəxslər tərəfindən həyata keçirilir. 

1.

 



İş  iştirakçıları  sübutlann  təmin  edilməsi  (qorunması)  üçün  ölçü  götürməyi 

məhkəmədən  xahiş  edə  bilərlər.  Qorunmasma  gərək  olan  sübutlarm  olduğunu  bildikdə, 

məhkəmə  iddiam  götürdüyü  vaxtdan  başlayaraq  prosesin  istənilən  mərhələsində  uyğun 

şəxslərə bu barədə bilgi verərək MPM-in 85.1-ci maddəsində göstərilən hü- quqlarmı onlara 

anlatmalıdır. 

Şəxs onun üçün gərəkli olan, yəni sübutetmə vəzifəsi daşıdığı hallann və onun tələb və ya 

etirazınm  söykəndiyi  başqa  halların  varlığmı  və  ya  yoxluğunu  təsdiq  edə  bilən  sübutların 

qorunmasmı xahiş edə bilər. 

tş iştirakçılan yalnız o halda sübutlarm təmin edilməsi (qorunması) barədə vəsatət verə 

bilərlər ki, həmin sübutlarm məhkəməyə verilməsinin sonradan mümkün ol- mayacağmı və ya 

çətin olacağım düşünməyə əsasları olsun. Bu əsaslar uydurulmuş deyil, real əsaslar olmalıdn 

(məsələn,  işin  halları  üzrə  mühüm  bilgi  verə  bilən  şahidin  sağlamlıq  durumunun  təhlükəli 

olması barədə həkimlərin rəyləri, yaxud baş vermiş qəzanm səbəb və nəticələri haqqmda bilgi 

verə bilən hadisə yerindəki izlərin itməsi və ya təhrif oluna bilməsi təhlükəsi və s.). 

2.

 

Sübutlarm qorunması əldə olunması sonradan mümkün olmayacağı və ya çətin olacağı 



düşünülən sübutlarm vaxtmda toplanmasma yönələn və konkret sübutun özəlliklərindən irəli 

gələn və qanunla müəyfən edilən mülki prosessual hərəkətlərin (başqa yerə köçüb gedən və ya 

ağır xəstə olan şahidin dindirilməsi və ya işin iştirakçısmm izahatının alınması, pozulmaq və ya 

ləğv edilmək qorxusu olan kompüter molumatianmn araşdırılması vo s.) edilməsidir. 

116 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə