Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə50/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   46   47   48   49   50   51   52   53   ...   267

riflərin və işdə marağı olan başqa şəxslərin sübutetmə vəzifələrini yerinə yetirmələrini təmin 

edən məcburedici sanksiyalar yoxdur. Həmin şəxsləri sübutetmə üzrə fəal prosessual fəaliyyətə 

çəkən hərəkətverici stimul işin onlar üçün yaxşı sonluqla bitməsinə olan maraqlandır. 

2.

 



77.1-ci  maddə  sübutetmə  vəzifələrinin  bölgüsünün  ümumi  qaydasını  göstərir.  Bu 

ümumi  qaydaya  görə,  iş  iştirakçılan  tələb  və  etirazlarını  əsaslandırdıqları  faktları  isbat 

etməlidirlər.  Bu  “dediyini  sübut  elə”  formulasına  əsaslanır.  Bu  normaya  görə,  sübutetmə 

vəzifələri iddia icraatında tərəflər, xüsusi İddia icraatmda və xüsusi icraatda ərizəçi və maraqlı 

şəxslər arasında uyğun olaraq bölünür. 

3.

 



Sübutetmə  vəzifəsi  iş  iştirakçıları  arasında  77.1-ci  maddədə  göstərilən  qaydada  və 

maddi  hüquq  normalarında  göstərilən  xüsusi  qaydalar  əsasmda  bölünür.  Maddi  hüquq 

normaları bir sıra hallarda sübutetmə fərziyyələri müəyyən edir və sübutetmə vəzifəsi ilə bağlı 

ümumi qaydadan kənara çıxaraq, faktm sübut olunması və ya yalanlan- masmı həmin faktın 

varlığım və ya yoxluğunu İddia edən şəxsin deyil, qarşı tərəfin üzərinə qoyur. 

Mülki  hüquqda  sübutetmənin  ümumi  qaydasmı  dəyişdirən  çoxsaylı  hallar  vardır. 

Məsələn, MM-in 23.1-ci maddəsinə görə, şəxsin şərəfini, ləyaqətini və ya işgüzar  nüfuzunu 

ləkələyən,  şəxsi  həyatmm  sirrini  və  ya  şəxsi  toxunulmazlığını  pozan  bilgiləri  yaymış  şəxs 

onlarm doğruluğunu İsbat etməlidir. 

Bir su-a hallarda maddi hüquq normaları sübutetmə vəzifəsinin yerinə yetirilməsini tərəf 

üçün xoşagələn hüquqi nəticələrin baş verməsi ilə birbaşa bağlayır. MM-in 347.7-ci maddəsinə 

görə,  çox  önəmli  yanılmanın  təsiri  altında  bağlanan  əqd  keçərsiz  sayıldığı  halda  iddiaçı 

yamimanm  başqa  tərəfin  təqsiri  üzündən  baş  verdiyini  sübuta  yetirərsə,  özünə  dəymiş  real 

zərərin  əvəzini  qarşı  tərəfdən  istəyə  bilər.  Bunu  sübut  edə  bilmədikdə  isə,  hətta  yamimanm 

yamlandan asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da, iddiaçı qarşı tərəfin tələbi ilə 

ona dəymiş real zərərin əvəzini ödəməyə borcludur. 

Ailə, əmək hüququnda da sübutetmənin ümumi qaydasım dəyişdirən fərziyyələr vardır. 

Ailə  Məcəlləsinin  44.2-ci  maddəsinə  görə,  uşaq  nikahda  olan  anadan  doğulduqda,  eləcə  də, 

nikahm pozulması və ya keçərsiz sayılması və ya ərin ölüm günündən keçən 300 gün ərzində 

doğulduqda,  uşağın  atası  ananın  əri  (və  ya  keçmiş  əri)  sayılır  və  atalıq  ərlə  ananın  nikahı 

haqqmda  yazı  ilə  təsdiqlənir.  Göstərilən  halda  atalıq  fərziyyəsi  vardır.  Bundan  çıxış  edərək 

aliment barədə iddialarda uşağm atası olmadı-  ğmı sübut etmək vəzifəsi cavabdehin üzərinə 

düşür. 

Maddi hüquq norraalarmda geniş yayılmış iki sübutetmə fərziyyəsi var: zərər vu- ranm 



təqsirliliyi fərziyyəsi; və öhdəliyi yerinə yetirməmiş və ya lazımi qaydada yerinə yetirməmiş 

şəxsin təqsirliliyi fərziyyəsi. 

MM-in  1097.2-ci  maddəsinə  görə,  mülki  hüquq  pozuntusunu  (delikti)  törətmiş  şəxs 

zərərin onun təqsiri üzündən vurulmadığmı sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad 

edilir. 

14  yaşmadək  olan  yetkinlik  yaşma  çatmayanın  (azyaşlmm)  törətdiyi  mülki  hüquq 

pozuntusu  nəticəsində  dəyən  zərər  üçün  onun  valideynləri  (övladlığa  götürənlər)  və  ya 

qəyyumu, azyaşlmm yerləşdiyi tərbiyə, müalicə müəssisəsi və ya qanuna görə 

103 



onun  qəyyumu  olan  oxşar  müəssisə  zərərin  onların  təqsiri  üzündən  yaranmadığmı  sübut 

etməsələr məsuliyyət daşıyırlar (MM, 1103.1-ci və 1103.2-ci maddələr). 

Göründüyü kimi, mülki hüquq 

pozuntusunu törodəno qarşı iddia qaldırmış 

şəxs hüquq 

pozuntusunun olduğunu və onu cavabdehin törətdiyini MPM-in 77.1-ci maddəsinin müəyyən 

etdiyi  ümumi  formula  uyğun  olaraq  sübut  etməlidir.  Zərərin  özünün  təqsiri  olmadan 

vurulduğunu sübut etmək yükü isə cavabdehin üzərinə qoyulur. Bunu sübut edə bilmədikdə, 

zərər vuran vurduğu zərəri ödəməlidir. 

İşəgötürənin verdiyi dəyərli əşyalara görə işçinin tam maddi məsuliyyət daşıması haqda 

onlar  arasmda  razılaşma  varsa,  həmin  əşyalara  zərər  dəydikdə  işçi  zərərin  vu-  rulmasmda 

özünün təqsirli olmadığını sübut etməlidir. 

Eyni  qayda  öhdəliyin  icra  edilmədiyi  halda  da  var.  Borclunun  öz  Öhdəliyini  yerinə 

yetirmədiyini  deyən  iddiaçı  öz  tələbini,  yəni  öhdəlik  bağlılığının  olmasını,  borclunun 

razılaşdırılmış  öhdəliyini  yerinə  yetirməməsini  və  s.  ümumi  formula  əsasən  özü  sübut 

etməlidir, öhdəlik pozulubsa borclunun bunda təqsirli olması güman olunur. Borclu öhdəliyin 

yerinə  yetirilməməsində  öz  təqsiri  olmadığını sübut  etmək  yükü  daşıyır.  Pozuntunun  ondan 

asılı  olmayan  səbəbdən  doğduğunu,  müqaviləni  bağlayarkən  həmin  halı  göz  önünə  ala 

biləcəyini ondan gözləməyin, eləcə də bu halm və ya onun nəticələrinin qarşısmı ala biləcəyini 

və  ya  aradan  qaldıra  biləcəyini  ondan  gözləməyin  əsassız  olduğunu  isbat  edərsə  borclu  bu 

pozuntuya görə məsuliyyətdən azad olunur. (MM, 448.4-cü maddə). 

4.

 

MPM-in 77.2-ci maddəsi sübutetraə yükü ilə bağlı ümumi qaydadan fərqli olan daha 



bir  özəl  hal  göstərir.  Dövlət  və  yerli  özünüidarə  və  s.  qurumlarının  aktlarmın  etibarsız 

(keçərsiz) sayılması ilə bağlı işlərdə şikayət doğurmuş aktın çıxarılmasım əsaslandıran hallarm 

varlığmı isbat etmək yükünü həmin aktı çıxarmış qurum daşıyır. Bununla bağlı MPM-in 287-ci 

maddəsinin şərhinə də bax. 

MPM-in  77.2-ci  maddəsinin  məzmunu  MPM-in  287-ci  maddəsində  eynilə  təkrar 

olunmuşdur.  Eyni  müddəanm  həm  mülkİ  proses  üçün  ümumi  normalar  müəyyən  edən 

«Sübutlar»  fəslində,  həm  də  xüsusi iddia  icraatı  ilə  bağlı  normalar  müəyyən  edən  maddədə 

verilməsi  qanunyaratma  texnikası  baxımından  qüsurlu  olsa  da,  «dövlət  orqanları,  icra  və  s. 

orqanlam anlayışmı MPM-in 2-ci yarımbölməsində olan anlayışdan daha geniş şərh etməyə 

imkan  verir.  Burada  dövlət  orqanları,  icra  və  s.  orqanlar  anlayışı  Vətəndaşlarm  hüquq  və 

azadlıqlannı  pozan  qərar  və  hərəkətlərdən  (hərəkətsizlikdən)  məhkəməyə  şikayət  edilməsi 

haqqmda Qanunda, habelə MPM-nin 2-ci ya- rımböl məsində müəyyən olunan xüsusi iddia 

icraatı  qaydasmda  baxılan  işlərdə  aktları  və  ya  qərarları  şikayətə  səbəb  olmuş  orqanlar  və 

vəzifəli şəxslər kimi başa düşülməlidir. Bunlar bütün dövlət orqanları (qanunvericilik, icra və 

məhkəmə orqanları), habelə müəssisə, idarə və təşkilatlar, yerli özünüidarə orqanları, ictimai 

birliklər (siyasi partiyalar, həmkarlar ittifaqları, dini birliklər və s.) və s. qurumlar, eləcə də 

vəzifəli şəxslərdir. 

5.

 



Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddi- a və 

etirazlarmı  əsaslandırmaq  üçün  söykəndiyi  hallarm  və  qanunla  sübut  etməli  olduğu  başqa 

hallarm sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. 

104 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə