Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə46/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   42   43   44   45   46   47   48   49   ...   267

saxlanılması  və  idarə  olunması  üçün  təyin  edilmiş  şəxs  və  ya  himayəçi  iş  üzrə  varisin 

nümayəndəsi kimi çıxış edir. 

72.4.

 

Qanuni  nümayəndələr,  qanunla  nəzərdə  tutulan  məhdudiyyətlərlə  yerinə 

yetirilmə  hüququ  təmsil  edənə  aid  olan  bütün  prosessual  hərəkətləri  təmsil  edilən  adından 

yerinə yetirilər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. 

72.5.

 

Qanuni  nümayəndələr  məhkəmədə  işin  aparılmasını  nümayəndə  sifətində 

seçdikləri başqa şəxsə tapşıra bilərlər. 

1.

 



Qanuni  nümayəndəlik,  məhkəmə  nümayəndəliyinin  bir  növü  olmaqla,  yaranma 

əsasına,  subyektiv  tərkibinə,  səlahiyyətlərinin  rəsmiləşdirilməsi  qaydasına  görə 

nümayəndəliyin digər növlərindən fərqlənir. 

Qanuni  nümayəndələr  məhkəmələrdə  fəaliyyət  qabiliyyəti  olmayan,  tam  fəaliyyət 

qabiliyyəti  olmayan,  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilən  şəxslərin  hüquq  və 

mənafelərini müdafiə edir. 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28, 29-cu maddələrinə əsasən, 14 yaşı 

tamam olmamış yetkinlik yaşına çatmayanların, ağı! zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz 

hərəkətlərinin  mənasmı  başa  düşməyən  və  ya  öz  hərəkətlərinə  rəhbərlik  edə  bilməyən  və 

məhkəmənin  fəaliyyət  qabiliyyəti  olmayan  saydığı  şəxslərin  adından,  bəzi istisnalar  nəzərə 

alınmaqla, əqdləri onların valideynləri, övladlığa götürənlər və qəyyumlar bağlayırlar. Həmin 

şəxslərin  hüquqlarını  və  qanuni  mənafelərini  məhkəmədə  həmçinin  valideynləri,  övladhğa 

götürənlər və qəyyumlar müdafl- ə edirlər. 

14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, MM-in 29.2.1, 29.2.2, 

29.2.3-

 

cü  maddələrində  göstərilən  əqdləri  müstəqil  bağladıqlarmdan,  bu  əqdlər  üzrə 



mübahisələrə məhkəmədə baxarkən iştirak edə bilərlər. 

14  yaşmdan  18  yaşınadək  olan  yetkinlik  yaşma  çatmayanlar  və  spirtli  içkilərdən, 

narkotik vasitələrdən sui-istifadə etmək, habelə qumara qurşanmaq nəticəsində ailəsini ağır 

maddi vəziyyətə salan və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər 

əqdləri valideynləri, övladhğa götürənləri və himayəçilərinin razılığı ilə bağlayırlar. Ona görə 

də,  məhkəmədə  tam  fəaliyyət  qabiliyyəti  olmayan  şəxslərin  hüquq  və  qanunla  qorunan 

mənafelərini məhkəmələrdə valideynləri, övladlığa götürənlər və himayəçilər müdafiə edirlər. 

MM-in 30.2-ci maddəsində göstərilən əqdləri 14 yaşmdan 18 yaşınadək olan yetkinlik yaşma 

çatmayanlar  valideynlərinin,  övladhğa  götürənlərin  və  himayəçilərinin  razılığı  olmadan 

bağlaya  bilərlər  və  həmin  əqdlər  üzrə  mübahisələrə  məhkəmələrdə  baxılarkən  onlar  öz 

hüquqlanm müstəqil müdafiə edə bilərlər. 

MM-in 28-ci  maddəsində 16 yaşma  çatmayan  şəxslərin tam fəaliyyət qabiliyyəti əldə 

etdiyi  hallar  göstərilmişdir.  Göstərilən  hallarda  16  yaşma  çatmış  şəxslər  əqdləri  müstəqil 

bağlayır və məhkəmələrdə işlərə baxılarkən müstəqil surətdə iştirak edirlər. 

2.

 

MPM-in 312-316-cı maddələrinə uyğun olaraq məhkəmə tərəfindən vətəndaş xəbərsiz 



itkin  düşmüş  hesab  edildikdə  və  onun  əmlakmm  daimi  idarə  edilməsi  zərurəti  yarandıqda, 

həmin  şəxsin qanuni  vərəsələri  yoxdursa,  məhkəmənin  qərarı ilə  bu,  əmlak,  qəyyumluq  və 

himayəçilik orqanmm müəyyən etdiyi və həmin orqana verilən 

95 



etibarnamə  ilə  idarəetmə  müqaviləsi  əsasında  fəaliyyət  göstərən  şəxsə  verilir.  Həmin  şəxs 

məhkəmədə xəbərsiz itl^ düşmüş şəxsin nümayəndəsi kimi iştirak edir. 

3.

 

Ölmüş və müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxslərin (MPM, 312-316-cı 



maddələr)  əmlakının  mühafizəsini  və  idarə  edilməsini  MM-in  1232-  1242-ci  maddələrinə 

əsasən təyin edilən və fəaliyyət göstərən vəsiyyətnamə icraçısı həyata keçirir. Həmin şəxslər 

eyni zamanda məhkəmədə ölmüş və ölmüş elan edilmiş şəxslərin nümayəndəsi funksiyasmı 

yerinə yetirirlər. 

4.

 

Bəzi  mülki,  əmək,  ailə,  inzibati  və  başqa  hüquq  münasibətləri  və  yetkinlik  yaşma 



çatmayanlarm  müstəqil  bağlaya  bildikləri  əqdlərdən  yaranan  münasibətlər  üzrə  yaranan 

mübahisələr  istisna  olmaqla,  başqa  mübahisələr  üzrə  fəaliyyət  qabiliyyəti  olmayan,  tam 

fəaliyyət  qabiliyyəti  olmayan,  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilən  şəxslərin 

hüquqlarmı və qanunla qorunan mənafelərini məhkəmədə valideynlər, övladlığa götürənlər, 

qəyyumlar  və  himayəçilər  və  başqa  şəxslər  həyata  keçirirlər.  Onlar  bəzi  məhdudiyyətlər 

nəzərə  aimmaqla  təmsil  etdikləri  şəxslərin  admdan  bütün  prosessual  hərəkətləri  yerinə 

yetirirlər. 

Uşağın ataya və ya anaya mənsubiyyəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 

43-48-ci  maddələrinə  uyğun  müəyyən  edilir.  Uşaqların  övladlığa  götürülməsi  həmin 

Məcəllənin 117-135-ci maddələrinin tələbləri yerinə yetirilməklə həyata keçirilir. Valideynlər 

məhkəməyə onlarm valideynlik hüquqlarmı təsdiq edən və uyğun orqanlarm verdiyi sənədləri 

təqdim edirlər. 

Qəyyumluq  və  himayəçilik  Mülkİ  Məcəllənin  33-35-ci  və  Ailə  Məcəlləsinin  114, 

136-145-ci  maddələrində  gösterilən  şəxslər  üzərində  müəyyən  edilir.  Həmin  maddələrdə, 

həmçinin qəyyumluq və himayəçilik müəyyən edən orqanlar və qəyyum və himayəçi ola bilən 

şəxslər haqqında teləblər nəzərdə tutulub. 

Məhkəmədə  qəyyumluqda  və  himayədə  olan  şəxsi  təmsil  etmək  üçün  qəyyum  və 

himayəçi, qəyyumluq və himayəçilik orqanınm verdiyi sənədi məhkəməyə təqdim etməlidir. 

5.

 

Qanuni nümayəndələr məhkəmədə işin aparılmasmı ümumi qaydada nümayəndələrə 



tapşıra bilərlər. 

Madda 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 

73.1.

 

Nümayəndənin  səlahiyyəti  qanuna  uyğun  olaraq  verilmiş  və  rəsmiləşdirilmiş 

etibarnamədə əks etdirilməlidir. 

73.2.

 

Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qayda.sında, yaxud etibar 

edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq 

icra  hakimiyyəti  orqanı  tərəfindən,  əhalinin  sosial  müdafiəsi  müəssisəsi  tərəfindən,  etibar 

edənin  müalicə  olunduğu  xəstəxana  və  ya  digər  stasionar  müalicə-profilaktika  müəssisəsi 

tərəfindən,  etibarnamə  hərbi  qulluqçulara,  hərbi  hissənin  işçilərinə  və  ya  onların  ailə 

üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. 

73.3.

 

Azadlıqdan  məhrumetmə  yerində  olan  şəxsin  verdiyi  etibarnamə  müvafiq 

azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir. 

73.4.

 

Hüquqi şəxs admdan etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə ə,sa.sən 

buna səlahiyyəti olan digər şə.xsin imzası itə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 

96 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə