Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə44/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   267

6-

 

cı fəsil 

Məhkəmədə nümayəndəlik 

Maäät> 69. Numayonda vasitosila i^in aparthnast 

69.!. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən 

edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda məhkəmə izahat 

vermək üçün tərəfiı şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 

69.2.

 

Hüquqi  şəxslər  məhkəmədə  qanunlarla,  normativ  hüquqi  aktlarla  və  ya  hüquqi 

şəxsin  təsis  sənədləri  ilə  müəyyən  edilmiş  orqanlar,  yaxud  hüquqi  şəxslər  tərəfimdən  bu 

məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. 

69.3.

 

Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti 

vəzifəsini  bildirən  sənədi,  zəruri  olduqda  isə  təsis  sənədləri  ilə  (nizamnamə,  müqavilə  ilə) 

təsdiq olunur. 

69.4.

 

Ləğv  edilən  hüquqi  şəxsin  adından  məhkəmədə  ləğvetmə  komissiyasının 

səlahiyyətli nümayəndəsi çıxış edir. 

1.

 



Məhkəmədə  nümayəndəlik  -  işdə  iştirak  edən  şəxslərin  (tərəflər,  ərizə  verənlər, 

müstəqil tələb irəli sürən və sürməyən üçüncü şəxslər, dövlət idarəçilik orqanları, təşkilatlar) 

MPM-in  5.2.-Cİ  maddəsində  nəzərdə  tutulan  orqanlar  və  şəxslər  adından,  onların  mənafeyi 

üçün həyata keçirilən prosessual fəaliyyətidir (MPM, 59- cu maddə). 

Məhkəmə nümayəndəliyi institutunun məqsədi fiziki və hüquqi şəxslərin öz hüquq lannı 

həyata keçirmələrinə kömək göstərmək, həmçinin məhkəmənin obyektiv qərar qəbul etməsi 

üçün əhəmiyyətli hallarm aydmiaşdırılmasmı asanlaşdırmaqdan ibarətdir. 

Məhkəmədə nümayəndəlik müxtəlif səbəblərlə bağlı ola bilər. Belə ki, işdə iştirak edən 

şəxslərin  heç  də  hamısmın  mülki  prosessual  fəaliyyət  qabiliyyəti  olmur  (məsələn, 

həddi-buluğa çatmamışlar, məhkəmənin fəaliyyət qabiliyyəti olmayan hesab etdiyi şəxslər və 

s.). 

2.

 



Məhkəmə nümayəndəliyində iki xətt üzrə münasibətlər yaranır. Birinci - nümayəndə 

ilə təmsil olunan arasında yaranan münasibətlərdir ki, bu münasibətlər tapşırıq müqavilələrinə 

(qanuni nümayəndəlik istisna olmaqla) əsaslanır və maddi hüquq normalan ilə tənzim olunur. 

İkinci  -  nümayəndə  ilə  məhkəmə  arasında  yaranan  münasibətlərdir  ki,  bu  münasibətlər 

prosessual hüquq normalan İlə tənzimlənir. 

Hər bir fiziki və hüquqi şəxs ya şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəməyə iddia 

verə bilər. İddia və ərizə (xüsusi iddia icraatı və xüsusi icraatda) vermək hüququ iddiaçılara, 

cavabdehlərə  (qarşılıqlı  İddia  verdikdə;  MPM,  155-ci  maddə),  mübahisə  predmeti ilə  bağlı 

müstəqil tələb İrəlİ sürən üçüncü şəxslərə (MPM, 55-ci maddə) mənsub olduğuna görə, həmin 

şəxslər  İddianm  və  ərizənin  verilməsini  öz  nümayəndələrinə  tapşıra  bilərlər.  Bu  halda 

nümayəndəyə MPM-in 74-cü maddəsində göstərilən səlahiyyətlər verilməlidir. 

3.

 



MPM-in  69.1-ci  maddəsi  vətəndaşlara  geniş  hüquqlar  verir.  Belə  ki,  onlar 

nümayəndənin köməyindən istifadə etməklə prosesdə iştirak etmədən işi nümayəndə 

91 



vasitQsilo və ya məhkəmədə nümayəndənin köməyindən istifadə etməklə şəxsən özü apara 

bilər.  Bəzi hallarda işdə  iştirak  edən şəxsin şəxsən  izahat  verməsini lazım  bildikdə,  həmin 

şəxsin nümayəndə vasitəsilə işi aparmasına baxmayaraq, məhkəmə onu izahat verməyə çağıra 

bilər. Məsələn, tərəflər arasında iş üçün əhəmiyyəti olan şəxsi münasibətləri aydmlaşdırmaq 

üçün tərəfin şəxsən dəvət edilməsi. 

4.

 



İşdə iştirak edən şəxslər bütün məhkəmə instansiyalarmda işi nümayəndə vasitəsilə 

apara bilərlər. 

Təşkilatlar məhkəmələrdə işləri orqanları və ya nümayəndələri vasitəsilə aparırlar. 

MM-in 49-cu maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun 

fəaliyyət göstərən orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr 

götürürlər. Hüquqi şəxslərin orqanlarmın seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə 

ilə müəyyən olunur. 

Hüquqi şəxsin nizamnaməsində və başqa təsis sənədlərində hüquqi şəxslərin orqanları 

müəyyən edilir. Həmin orqanlar istər mülki dövriyyədə, istərsə də məhkəmədə həmin hüquqi 

şəxsi təmsil edir. Hüquqi şəxslərin orqanları hüquqi şəxsin admdan etibamaməsiz fəaliyyət 

göstərir  və  məhkəmədə  həmin  hüququ  şəxsin  orqanı  olmasını  sübut  edən  sənədi  təqdim 

edirlər. 

Nümayəndə  məhkəmədə  hüquqi  şəxsin  orqanı  (təşkilatın  rəhbərləri  və  ya  kollegial 

orqanm rəhbəri) ilə birlikdə və ya onun tapşnığı ilə müstəqil surətdə işi apara bilər. 

Hüquqi şəxslərin ləğv  edilməsi  qaydası  Müəssisələr haqqmda  Qanunun  19,  20,  21-ci 

maddələri və MM-in 60, 61, 62-cİ maddələri ilə tənzimlənir. 

Müəssisə ləğv edilərkən, ləğvetmə komissiyası yaradılır və hüquqi şəxsin idarə edilməsi 

səlahiyyətləri  həmin  komissiyanın  səlahiyyətli  nümayəndəsinə  keçir.  Bu  halda  ləğvetmə 

komissiyasmm səlahiyyətli nümayəndəsi ləğv edilən hüquqi şəxsin admdan məhkəmədə çıxış 

edir.  Hüquqi  şəxsin  orqanlarmın  məhkəmədə  iş  aparması  qaydası,  həmçinin  ləğvetmə 

komissiyasına da tətbİq edilir. 

Maddə 70, Məhkəmədə nümayəndə ola bilən şəxslər 

Bu  Məcəllənin  7l-ci  maddəsində  sadalanan  şəxslər  istisna  olmaqla,  məhkəmədə  iş 

aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs 

nümayəndə ola bilər. 

1.

 



Şərhi  verilən  maddədə  göstərilən  istisnalar  nəzərə  alınmaqla,  hər  hansı  şəxs 

məhkəmədə İşi aparmaq üçün nümayəndə ola bilər. Əwəla, məhkəmədə nümayəndə qismində 

işi  aparmaq  üçün  nümayəndənin  səlahiyyəti  lazımİ  qaydada  rəsmiləşdirilməli,  ikincisi, 

nümayəndə  kimi  çıxış  edən  şəxs  fəaliyyət  qabiliyyətli  olmalı  və  üçüncüsü,  MPM-in  71-ci 

maddəsində göstərilən şəxslərin dairəsinə daxil olmamalıdır. 

Qanunvericilikdə məhkəmədə işi aparmaq üçün nümayəndə qismində iştirak edə bilən 

şəxslərin  tam  siyahısı  göstərilməmişdir.  Bununla  belə,  təcrübədə  nümayəndə  qismində 

vəkillər kollegiyasırun üzvləri, hüquqi şəxsin işçiləri, fəhlə və qulluqçula 

92 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə