Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə37/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   267

vəzifələrini  yerinə  yetirmələri  zamanı  onlarm  təqsiri  üzündən  vurulmuş  ziyanı  ödəməyə 

borcludur. İşçi isə öz növbəsində təşkilatla əmək münasibətlərindodir vo vurduğu ziyana görə 

onun qarşısmda cavabdehlik daşıyır. Təşkilatın məsuliyyəti məsələsinin həlli onun işçisinin 

hərəkətlərinin  qanuna  zidd  olub-olmaması  ilə  müəyyən  olunur.  İşçinin  təşkilat  qarşısında 

məsuliyyəti  də  bundan  asılı  olacaq.  Odur  kİ,  İddiaçı  ilə cavabdeh-təşkilat  arasmda  dəymiş 

ziyanın  ödənilməsi  ilə  bağlı  mübahisədə  həm  təşkilat,  həm  də  onun  işçisi  sonuncunun 

prosesdə mübahisənin predmetinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb 

edilməsində maraqlıdır. İddia təmin ediləcəyi təqdirdə, təşkilat öz işçisinə qarşı reqress iddia 

qaldıra bilər. 

Laİün  reqress  iddia  iş  üzrə  məhkəmənin  qərannm  üçüncü  şəxsin  tərəflərdən  birinə 

münasibətdə hüquq və vəzifələrinə təsirinin yeganə forması olmadığı üçün, digər maraq da ola 

bilər. 


Məsələn, əvvəlki nikahdan olan uşaqlara alimcnt ödəyən şəxsdən İkinci nikahdan olan 

uşaqlarm saxlanması üçün aliment tutulması ilə bağlı işdə onun birinci nikahda olduğu şəxs 

mübahisənin  predmetinə  müstəqil  tələb  irəli  sürməyən  üçüncü  şəxs  kimi  onun  tərəfində 

prosesə cəlb oluna bilər. Alimentin tutulması barədə iddianın təmin olunması əvvəlki iş üzrə 

müəyyən  edilən  alimentin  həcminin  azaldılması  üçün  əsas  ola  bilər.  Bu  halda,  göründüyü 

kimi, reqress tələb yaranmır, lakin işin həllində digər hüquqi maraq mövcuddur. 

2.

 

Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər: 1) öz 



təşəbbüsləri ilə, 2) işdə iştirak edən şəxslərin vəsatəti ilə, 3) məhkəmənin təşəbbüsü ilə işə cəlb 

oluna bilərlər. Bu məqsədlə məhkəmə qərardad qəbul edir. 

Birinci  halda  məhkəməyə  yazıh  ərizə  verilməlidir,  qalan  iki  halda  ərizənin  verilməsi 

tələb olunmur. 

Üçüncü şəxs məhkəmə baxışının gedişində işə cəlb olunursa, bu halda MPM-in 188-ci 

maddəsinə uyğun olaraq işə baxılması təxirə salınır. Üçüncü şəxs işə cəlb edildikdən sonra işə 

baxılmasma yenidən başlanır. 

Üçüncü  şəxsin  işə  cəlb  olunması  ilə  bağlı  verilən  ərizəsi  təmin  edilmodikdə, 

məhkəmənin  bu  qərardadından  şikayət  verilməsinin  mümkünlüyü  MPM-də  nəzərdə 

tutulmayıb. 

Üçüncü  şəxslər  məhkəmə  qətnaməsi  çıxarılana  qədər  məhkəmə  baxışmm  istənilən 

mərhələsində işə daxil ola bilərlər. 

Mübahisə  predmeti  barəsində  müstəqil  tələblər  irəli  sürməyən  üçüncü  şəxslər  işdə 

iştirak  etdikləri  halda,  eyni  bir  prosesdə  ilkin  və  reqress  iddiaya  baxılmn  (MPM-in  56-cı 

maddəsində nəzərdə tutulan qayda istisna təşkil edir). İlkin iddiaya baxılması zamanı iddiaçı 

ilə cavabdeh arasmda mübahisə həll edilir. Bu qayda maddi-hüquqi normalardan İrəli gələn 

tələblə  bağlıdır:  reqress  tələb  hüququ  öhdəliyin  müvafiq  şəxs  tərəfindən  icra  edilməsindən 

sonra yaranır. 

Məhkəmənin qəran mübahisə predmeti ilə bağlı müstəqil tələblər irəli sürməyən üçüncü 

şəxslər üçün preyudisial əhəmiyyətə malikdir. Başqa sözlə, ilkin iş üzrə məhkəmə qəran ilə 

müəyyən edilən faktların reqress tələbə baxılan zaman yenidən sübuta ehtiyacı yoxdur. 

3.

 



Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 

77 



hom birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində işə baxılması zamanı 

prosesə cəlb oluna bilərlər (MPM, 372-cİ maddə). 

4.

 

Şərh  olunan  maddədə  göstərilən  üçüncü  şəxslərin  prosessual  hüquqlarının  dairəsi 



tərəflərin  hüquqlarının  dairəsindən  dardn:  bu  kateqoriya  üçüncü  şəxslər  maddi-  hüquq 

mübahisəsinin obyekti üzərində sərəncamla bağlı hüquqlara malik deyillər. Hüquqların belə 

məhdudlaşdırılması mübahisənin predmetinə müstəqil tələbin olmaması ilə əlaqədardn. 

Mübahisə prcdmcti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər: 

1)

 

iddianın  əsasmı  və  predmetini  dəyişdirə,  iddia  tələblərinin  miqdarmı  artıra  və  ya 



azalda, iddiadan imtina edə və qarşılıqlı iddia verə, məhkəmə qətnaməsinin məcburi İcrasını 

tələb  edə  bilməzlər.  Bu  hüquqlar  iddiaçıya  və  mübahisənin  predmetinə  müstəqil  tələb  irəli 

sürən üçüncü şəxslərə məxsusdur

2)

 



İddianı etiraf edə (tam və ya qismən) bilməzlər. Bu hüquq qanunla müstəsna olaraq 

cavabdehə məxsusdur

3)

 

barışıq  sazişi  bağlaya  bilməzlər.  Bu  hüquq  tərəflərə  (iddiaçıya  və  cavabdehə) 



məxsusdur. 

Şərh  olunan  maddədə  göstərilən  üçüncü  şəxslər  qanunla  iddiaçınm  və  ya  cavabdehin 

üzərinə qoyulan vəzifələri daşıyırlar. 

5.

 



İddiaçmm tərəfində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli 

sürməyən üçüncü şəxslər iddiaçıdan sonra, cavabdehin tərəfində iştirak edən isə cavabdehdən 

sonra izahat verirlər (MPM, 192-ci maddə), həmİn şəxslər və onların nümayəndələri məhkəmə 

prosesində  tərəfində  üçüncü  şəxsin  işdə  iştirak  etdiyi  iddiaçıdan,  yaxud  cavabdehdən  sonra 

çıxış edirlər (MPM, 210-cu maddə). 

Maddo 58. Prosessual hüquq varisliyi 

58. i. Mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyy>on edilən hüquq 

münasibətində  tərəflərdən  biri  sıradan  çıxdıqda  (şəxs  öldükdə,  hüquqi  şəxs  yenidən  təşkil 

edildikdə,  tələb  güzəşt  edildikdə,  borc  köçürüldükdə  və  maddi  hüquq  münasibətlərində 

şəxslərin  dəyişməsinin  digər  hallarında)  məhkəmə  həmin  tərəfli  onun  hüquq  varisi  ilə  əvəz 

etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 

58.2.

 

Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun 

əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi hüquqi varisi üçün də məcburidir. 

1.

 



Mübahisə  edilən  hüquq  münasibətində  və  ya  qətnamə  ilə  müəyyən  edilən  hüquq 

münasibətlərində tərəflərdən birinin snadan çıxdığı hallarda (vətəndaşın ölümü, hüququ şəxsin 

ləğv  olunması,  tələbin  güzəşt  edilməsi,  borcun  keçirilməsi)  hallarında  qanun  onun  hüquq 

varisləri ilə əvəz olunmasma yol verir. 

MPM-in 58-ci maddəsi hüquq varisliyinin baş verdiyi halların dəqiq dairəsini müəyyən 

etməyib. 

Qanun  şəxsin  öldüyü,  hüquqi  şəxsin  yenidən  təşkil  edildiyi,  tələbin  güzəşt  edildiyi, 

borcun köçürüldüyü hallarda hüquq varisliyinin yarandığını qeyd etməklə yanaşı, maddi hüquq 

münasibətlərində şəxslərin dəyişməsinin digər hallannda da bunun mümkünlüyünə yol verİr. 

78 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə