Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə3/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   267

malar  sırasına  iddia  ərizəsinin  verilməsi,  iddia  ərizəsinin  mümkünlüyü,  iddia  ərizəsinin 

qaytarılması,  iddia  ərizəsinin  qəbulundan  imtina,  qarşılıqlı  iddianm  verilməsi  (MPM, 

149-155-ci maddələr), apellyasiya şikayəti vermək hüququ (MPM, 357-ci maddə), apellyasiya 

şikayətinin  qaytarılması  (MPM,  363-cü  maddə),  kassasiya  şikayəti  vermək  hüququ  (402-ci 

maddə), kassasiya şikayətinin qaytaniması (MPM, 408- ci maddə) və s. aiddir. 

2.

 



Hüquqları və ya mənafeyi pozulmuş hər bir fiziki və hüquqi şəxsin qanunla müəyyən 

edilmiş qaydada məhkəməyə  müraciət etmək hüququ vardır. Lakin hər hansı bəhanə və ya 

şərtlə məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 

Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi müqavilənin bir bəndi kimi 

nəzərdə  tutulmuşdursa,  onda  bu  bənd  etibarsız  sayılmalı  və  hər  bir  halda  maraqlı  şəxsin 

məhkəmə müdafiəsi hüququndan istifadə imkanı olmalıdır. Məhkəmə baxışı zamanı iddiadan 

imtina edilməsi, iddİanm etiraf edilməsi və ya barışıq sazişinin bağlanması bu qaydaya zidd 

deyil. Belə ki, göstərilən hallarda maraqlı şəxs məhkəmə nəzarəti altmda öz iradə ifadəsini 

reallaşdırır. 

3.

 



Əvvəlki  qanunvericilikdə  mübahisələrə  İqtisad  məhkəmələrində  baxılması  üçün 

məcburi  pretenziya  qaydası  müəyyən  olunmuşdu.  Mövcud  qanunvericilikdə  pre-  tenziya 

qaydası (mübahisənin məhkəməyə qədər nizama salmması qaydası) iki halda mümkündür: 

1)

 



qanunla müəyyən edilən hallarda

2)

 



müqavilə ilə nəzərdə tutulan hallarda. 

Göründüyü kimi, yeni qanunvericilik heç də bütün hallarda pretenziya qaydasma əməl 

edilməsinin məcburiliyini müəyyən etmir. Qanunvericilik pretenziyamn formasını, verilməsi 

qaydasım, pretenziyanm verilməsi və baxılması müddətlərini də müəyyən etmir. 

Qanunla və ya müqavilə üzrə mübahisənin nizama salmması üçün pretenziya qaydası 

müəyyən  edilmişsə,  mütləq  bu  qaydaya  əməl  edilməlidir,  əks  halda  iqtisad  məhkəməsi 

MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq iddia ərizəsini və ona əlavə edilən sənədləri geri 

qaytarmağa haqlıdu. 



Maddə 5. Məhkəmədə mülki işə başlama 

5.1.

 

Hər  hansı  fiziki  və  yaxud  hüquqi  şəxs  öz  hüququnun  və  ya  qanunla  qorunan 

mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə 

iş başlanılır. 

5.2.

 

Qanunda  nəzərdə  tutulmuş  hallarda  başqa  şəxsin,  yaxud  dövlətin  mənafeyinin 

müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 

5.3.

 

Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş 

başlaya bilərlər. 

5.4.

 

Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq 

sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf yaxud rədd edə bilərlər. 

5.5.

 

Bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  hər  hansı  instansiya 

məhkəməsinin icraatında olan iş tələb oluna bilməz. 


1.

 

Məhkəmədə  mülki  işin  qaldminmıiun  əsası  pozulmuş  subyektiv  hüquqlarm  və  ya 

qanunla  qorunan  mənafeyin  müdafiəsi  üçün  fiziki  və  hüquqi  şəxslərin  məhkəməyə  təqdim 

etdiyi ərizədir. 

tddtaçılarm,  mübahisə  predmeti  barəsində  müstəqil  tələblər  irəli  sürən  üçüncü 

şəxslərin,  xüsusi  iddia  icraatlı  işlərdə  ərizəçilərin,  xüsusi  icraatlı  işlər  üzrə  ərizəçi  və 

şikayətçilərin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ var. 

Mülki iş bir qayda olaraq maraqlı şəxslərin ərizəsi üzrə başlayır. 

2.

 

Başqa şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün 

məhkəməyə müraciət edən şəxs və ya orqan dedikdə: 

1)

 

prokuror; 

2)

 

dövlət  idarə  orqanlan  (qəyyumluq  və  himayəçilik  orqanları,  sosial-müdafiə 

orqanları və s.); 

3)

 

ictimai təşkilatlar; 

4)

 

qanunla  üzərinə  başqa  şəxslərin  hüquq  və  mənafelərinin  müdafiəsi  vəzifəsi 

qoyulmuş orqanlar

5)

 

vətəndaşlar nəzərdə tutulur. 

3.

 

Sadalanan  şəxslər  ümumi  qaydaya  uyğun  olaraq  məhkəməyə  ərizə  (iddia  ərizəsi, 

ərizə) və ya şikayət vermək yolu ilə iş qaldıra bilərlər. 

4.

 

Həmin  şəxslər  qanunda  başqa  hai  nəzərdə  tutulmayıbsa,  tərəflərə  məxsus  xüsusi 

hüquqlardan istifadə etməklə işi barışıq sazişi ilə tamamlaya bilər, iddia tələbindən tam və ya 

qismən imtina edə bilər və ya idflia tələbini tam və ya qismən etiraf edə bilərlər. 

Lakin  həmin  şəxslərin  və  orqanlarm  iddiadan  imtina  etməsi,  mənafeyi  naminə  iddia 

qaldırılan  şəxsi  işə  mahiyyəti  üzrə  baxılmasım  tələb  etmək  hüququndan  məhrum  etmir. 

Xeyrinə iddia qaldınlmış şəxs iddia tələbindən İmtina etdikdə isə, məhkəmə iş üzrə icraata 

xitam verməlidir. 

5.

 

Mülki  işi  baxılmaq  üçün  icraatına  qəbul  etmiş  məhkəmə  (birinci  instansiya 

məhkəməsi,  apellyasiya  məhkəməsi,  kassasıya  məhkəməsi)  həmin  işi  həll  etməlidir  və  bu 

mülki  işi  həmin  məhkəməyə  münasibətdə  yuxarı  məhkəmə  tələb  edə bilməz.  Bu  qaydadan 

istisnaya  yalmz  MPM-in  44.2.3  və  44.2.4-cü  maddələrində  nəzərdə  tutulan  hallarda  yol 

verilir. 

Maddə 6. Ədalət mühakiməsinin məhkəmə tərəfinin həyata keçirilməsi 

Mülki i^lər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsiyalnu məhkəməyə aiddir 

və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 

Ədalət mühakiməsi dövlət idarəçiliyi foımalarmdan biridir. 

Məhkəmələr  və  hakimlər  haqqmda  Qanunun  19-cu  maddəsinə  uyğun  olaraq 

Azərbaycan Respublikasmda ədalət mühatdməsini məhkəmə sisteminə daxil olan aşağıdakı 

məhkəmələr həyata keçirirlər: 

1)

 



rayon (şəhər) məhkəmələri; 

2)

 



ağır cinayətlərə dair işlər üzrə məhkəmə


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə