kələrdə yaşayan vətəndaşlarımızın şəxsi və əmlak hüquqlarının həmin ərazidə qorunması və
müdafiə edilməsindən ibarətdir.
Bu müqavilələrdə bir qayda olaraq aşağıdakı məsələlər nizama salmır:
1)
ədliyyə orqanları arasmda əməkdaşlıq;
2)
hüquqi müdafiə;
3)
məhkəmələrin səlahiyyətlərinin müəyyən
edilməsi və hüququn tətbiqi;
4)
xaricilərin prosessual hüquqlan;
5)
hüquqi kömək haqqında tapşırıqların İcrası;
6)
mülki və ailə işləri üzrə (bəzi hallarda iqtisadi işləri.üzrə) qəmarnələrin tanınması və
icrası;
7)
sənədlərinin tanmması və göndərilməsi və s.
Beynəlxalq müqavilələrdə məhkəmələrdə xaricilərin iştirakı ilə işlərə baxılmasının bir
çox problemləri öz həllini tamdığma görə o, baza qanunu oynayır.
3.
Siyasi, iqtisadi, ideoloji, cmik və bəzən açıq silahlı münaqişələrin mövcud olduğu
müasir dünyada bir ölkənin digər ölkəyə qarşı blokada, embarqo, moratorium qoyması təzyiq
vasitələrindən biri kimi çıxış edir.
Bir ölkə öz ərazisində digər ölkənin (və ya ölkələrin) vətəndaşlarına qarşı müəyyən
məhdudiyyət tədbirləri görə bilər. Belə hal yarandıqda Konstitusiyanın 69-cu maddəsinin 2-ci
hissəsinə və Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında
Qanunun 4-cü maddəsinin 3-cü bəndinə uy^n olaraq xarici dövlət onun ərazisində
Azərbaycan Respublikasmm vətəndaşlarının hüquq və azadlıqla- nnın həyata keçirilməsinə
məhdudiyyət qoyduqda Azərbaycan Respublikasmm ərazisində eyni məhdudiyyətlər
(retorsiya) həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Bu hal həmçinin MPM-in
440.3-cü maddəsində də öz əksini tapıb (prosessual retorsiya).
İstər retorsiyada, istərsə də prosessual retorsiyada məhdudiyyət məhkəmə tərəfindən
deyil, ölkə hökumətinin qəran ilə həyata keçirilir. Prosessual retorsiya prosessual normaların
həcminin, tərəflərin hüquq bərabərliyinin, dispozitivliyin, çəkişmənin və digər prosessual
imkanların məhdudlaşdırılması ilə müşaİyət olunur.
Ölkə daxilində retorsiya (prosessual retorsiya) onun qəbul edilməsinə əsas olan hallar
aradan qaldırıldıqda ləğv olunur.
Maddə 441. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların mülkiproses-
sjfUil hüquq və fəaliyyət qabiliyyəti
441.1.
Əcnəbilərin mülki prosessual hüquq və
fəaliyyət qabiliyyəti vətəndaşı olduqları
dövlətin qanunları ilə müəyyən edilir.
441.2.
Əcnəbilərin bir neçə vətəndaşlığı olduqda onun mülki prosessual hüquq və
fəaliyyət qabiliyyəti onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə müəyyən edilir.
441.3.
Vətəndaşlığı olmayan şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti həmin
şəxsin daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadtqda isə. onun adətən olduğu
dövlətin qanunları ilə müəyyən edilir.
441.4.Qaçqınların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti onların sığınacaq
tapdıqları dövlətin qanunları ilə müəyyən edilir.
507
1.
Xarici şəxslər irqindən, milliyyəündən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və s. asılı olmayaraq Azərbaycan
Respublikasının qanunları, məhkəmə qarşısında bərabərdir və onlar Özlərinin qanunla
qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə
məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin Azərbaycan ərazisində
məhkəmə müdafiəsindən istifadə etmək üçün xarici şəxslər mülki prosessual hüquq və
fəaliyyət qabiliyyətinə malik olmalıdır.
Azərbaycan vətəndaşlannın mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti haqqında
əvvəlki şərhlərdə izahat verilib (daha geniş bax: MPM-in 48, 49-cu maddələrinin şərhinə).
Lakin 441.1-ci maddədə xaricilərin mülki prosessual hüquq və fəaliyyətinin vətəndaşın
məxsus olduğu dövlətin qanunları (hüquq ədəbiyyatında «şəxsi qanun» məfhumu da işlədilir)
ilə müəyyən edildiyi nəzərdə tutulub. Başqa sözlə, xarici şəxs vətəndaşı olduğ^ı ölkənin şəxsi
qanunu ilə mülki prosessual hüquq və fəaliyyət qabiliyyətli deyildirsə, onun Azərbaycan
məhkəmələrinə bilavasitə məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ yoxdur. Bu
halda, xarici şəxsin Azərbaycan qanunları ilə mülki prosessual hüquq və fəaliyyət qabiliyyətli
olması nəzərə alınmır.
2.
Xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyətli olması məsələsi ay- n-ayn
ölkələrin qanunvericiliyində müxtəlif cür həll edilir.
Fransada xarici şəxsin məhkəmədə tərəf ola bilməsi qabiliyyətinin müəyyən edilməsi
fi-ansız məhkəmələrinin səlahiyyətinə aid edilib. İddianı baxılmaq üçün qəbul edən məhkəmə
həmçinin xarici şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti məsələsini də xarici şəxsin
«şəxsi» qanunu əsasında həll edir.
İtaliya məhkəmələrində də oxşar qayda vardır.
Almaniyada da xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti xarici şəxsin
məxsus olduğu ölkənin qanunları («şəxsi qanun») əsasında müəyyən edilir. Lakin Alman
qanunvericiliyinə görə (§55), şəxsi qanunla prosessual hüquq və fəaliyyət qabiliyyəti
məhdudlaşdınlan şəxsİ məhkəmə fəaliyyət qabiliyyətli hesab edərsə,
0
məhkəmədə tərəf kimi
çıxış edə bilər. Göründüyü kimi. Alman qanunvericiliyində xarici şəxsin prosessual hüquq və
fəaliyyət qabiliyyətli olması həm xarici (şəxsi qanun), həm də ölkə qanunları əsasında holl
edilir.
İngiltərədə xarici şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyətli olması şəxsİ qanun
əsasında məhkəmə tərəfindən müəyyən edilir, lakin xarici şəxsin prosessual hüquq və
fəaliyyət fəaliyyəti - hüquq sistemli ölkələrdən fərqli olaraq fiziki şəxsin vətəndaşlığı ilə deyil,
onun yaşadığı ölkənin (hüquqi şəxsin olduğu yerin) qanunu ilə müəyyən edilir. Göründüyü
kimi, İngiltərədə xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti müxtəİif hüquq
qaydalarının əsasında müəyyən edilir.
ABŞ-da da xarici şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti şəxsi qanunla
(vətəndaşlıq və domisiliy) məhkəmə tərəfindən müəyyən edilir, lakin Amerika hakimlərinin
xarici şəxslərin iddia ərizəsinin qəbulunda hüquqları genişdir və hakim ərazinin uzaq olması,
sübutların əsas hissəsinin həmin ərazidə olması (forum non convcnics) əsası ilə iddia
ərizəsinin qəbulundan imtina edə bilər.
508