Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə243/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   239   240   241   242   243   244   245   246   ...   267

kələrdə yaşayan vətəndaşlarımızın şəxsi və əmlak hüquqlarının həmin ərazidə qorunması və 

müdafiə edilməsindən ibarətdir. 

Bu müqavilələrdə bir qayda olaraq aşağıdakı məsələlər nizama salmır: 

1)

 



ədliyyə orqanları arasmda əməkdaşlıq; 

2)

 



hüquqi müdafiə; 

3)

 



məhkəmələrin səlahiyyətlərinin müəyyən edilməsi və hüququn tətbiqi

4)

 



xaricilərin prosessual hüquqlan; 

5)

 



hüquqi kömək haqqında tapşırıqların İcrası; 

6)

 



mülki və ailə işləri üzrə (bəzi hallarda iqtisadi işləri.üzrə) qəmarnələrin tanınması və 

icrası; 


7)

 

sənədlərinin tanmması və göndərilməsi və s. 



Beynəlxalq müqavilələrdə məhkəmələrdə xaricilərin iştirakı ilə işlərə baxılmasının bir 

çox problemləri öz həllini tamdığma görə o, baza qanunu oynayır. 

3.

 

Siyasi, iqtisadi, ideoloji, cmik  və bəzən açıq silahlı münaqişələrin mövcud olduğu 



müasir dünyada bir ölkənin digər ölkəyə qarşı blokada, embarqo, moratorium qoyması təzyiq 

vasitələrindən biri kimi çıxış edir. 

Bir  ölkə  öz  ərazisində  digər  ölkənin  (və  ya  ölkələrin)  vətəndaşlarına  qarşı  müəyyən 

məhdudiyyət tədbirləri görə bilər. Belə hal yarandıqda Konstitusiyanın 69-cu maddəsinin 2-ci 

hissəsinə  və  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti  haqqında 

Qanunun  4-cü  maddəsinin  3-cü  bəndinə  uy^n  olaraq  xarici  dövlət  onun  ərazisində 

Azərbaycan Respublikasmm vətəndaşlarının hüquq və azadlıqla- nnın həyata keçirilməsinə 

məhdudiyyət  qoyduqda  Azərbaycan  Respublikasmm  ərazisində  eyni  məhdudiyyətlər 

(retorsiya) həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Bu hal həmçinin MPM-in 

440.3-cü maddəsində də öz əksini tapıb (prosessual retorsiya). 

İstər  retorsiyada,  istərsə  də  prosessual  retorsiyada  məhdudiyyət  məhkəmə  tərəfindən 

deyil, ölkə hökumətinin qəran ilə həyata keçirilir. Prosessual retorsiya prosessual normaların 

həcminin,  tərəflərin  hüquq  bərabərliyinin,  dispozitivliyin,  çəkişmənin  və  digər  prosessual 

imkanların məhdudlaşdırılması ilə müşaİyət olunur. 

Ölkə daxilində retorsiya (prosessual retorsiya) onun qəbul edilməsinə əsas olan hallar 

aradan qaldırıldıqda ləğv olunur. 



Maddə  441.  Əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin  və  qaçqınların  mülkiproses- 

sjfUil hüquq və fəaliyyət qabiliyyəti 

441.1.

 

Əcnəbilərin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti vətəndaşı olduqları 

dövlətin qanunları ilə müəyyən edilir. 

441.2.

 

Əcnəbilərin  bir  neçə  vətəndaşlığı  olduqda  onun  mülki  prosessual  hüquq  və 

fəaliyyət qabiliyyəti onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə müəyyən edilir. 

441.3.

 

Vətəndaşlığı  olmayan  şəxsin  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  həmin 

şəxsin  daimi  yaşadığı  yeri  olan  dövlətin,  belə  dövlət  olmadtqda  isə.  onun  adətən  olduğu 

dövlətin qanunları ilə müəyyən edilir. 

441.4.Qaçqınların  mülki  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  onların  sığınacaq 

tapdıqları dövlətin qanunları ilə müəyyən edilir. 

507 



1.

 

Xarici şəxslər irqindən, milliyyəündən, dinindən, dilindən, cinsindən, mənşəyindən, 



əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən  və  s.  asılı  olmayaraq  Azərbaycan 

Respublikasının  qanunları,  məhkəmə  qarşısında  bərabərdir  və  onlar  Özlərinin  qanunla 

qorunan  hüquq  və  azadlıqlarını,  eləcə  də  maraqlarını  qorumaq  və  təmin  etmək  məqsədilə 

məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin Azərbaycan ərazisində 

məhkəmə  müdafiəsindən  istifadə  etmək  üçün  xarici  şəxslər  mülki  prosessual  hüquq  və 

fəaliyyət qabiliyyətinə malik olmalıdır. 

Azərbaycan vətəndaşlannın mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti haqqında 

əvvəlki şərhlərdə izahat verilib (daha geniş bax: MPM-in 48, 49-cu maddələrinin şərhinə). 

Lakin 441.1-ci maddədə xaricilərin mülki prosessual hüquq və fəaliyyətinin vətəndaşın 

məxsus olduğu dövlətin qanunları (hüquq ədəbiyyatında «şəxsi qanun» məfhumu da işlədilir) 

ilə müəyyən edildiyi nəzərdə tutulub. Başqa sözlə, xarici şəxs vətəndaşı olduğ^ı ölkənin şəxsi 

qanunu  ilə  mülki  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyətli  deyildirsə,  onun  Azərbaycan 

məhkəmələrinə  bilavasitə  məhkəmə  müdafiəsi  üçün  müraciət  etmək  hüququ  yoxdur.  Bu 

halda, xarici şəxsin Azərbaycan qanunları ilə mülki prosessual hüquq və fəaliyyət qabiliyyətli 

olması nəzərə alınmır. 

2.

 



Xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyətli olması məsələsi ay- n-ayn 

ölkələrin qanunvericiliyində müxtəlif cür həll edilir. 



Fransada xarici şəxsin məhkəmədə tərəf ola bilməsi qabiliyyətinin müəyyən edilməsi 

fi-ansız məhkəmələrinin səlahiyyətinə aid edilib. İddianı baxılmaq üçün qəbul edən məhkəmə 

həmçinin xarici şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti məsələsini də xarici şəxsin 

«şəxsi» qanunu əsasında həll edir. 



İtaliya məhkəmələrində də oxşar qayda vardır. 

Almaniyada da xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti xarici şəxsin 

məxsus  olduğu  ölkənin  qanunları  («şəxsi  qanun»)  əsasında  müəyyən  edilir.  Lakin  Alman 

qanunvericiliyinə  görə  (§55),  şəxsi  qanunla  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti 

məhdudlaşdınlan şəxsİ məhkəmə fəaliyyət qabiliyyətli hesab edərsə, 



0

 məhkəmədə tərəf kimi 

çıxış edə bilər. Göründüyü kimi. Alman qanunvericiliyində xarici şəxsin prosessual hüquq və 

fəaliyyət qabiliyyətli olması həm xarici (şəxsi qanun), həm də ölkə qanunları əsasında holl 

edilir. 

İngiltərədə xarici şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyətli olması şəxsİ qanun 

əsasında  məhkəmə  tərəfindən  müəyyən  edilir,  lakin  xarici  şəxsin  prosessual  hüquq  və 

fəaliyyət fəaliyyəti - hüquq sistemli ölkələrdən fərqli olaraq fiziki şəxsin vətəndaşlığı ilə deyil, 

onun yaşadığı ölkənin (hüquqi şəxsin olduğu yerin) qanunu ilə müəyyən edilir. Göründüyü 

kimi,  İngiltərədə  xarici  şəxslərin  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  müxtəİif  hüquq 

qaydalarının əsasında müəyyən edilir. 

ABŞ-da  da  xarici  şəxsin  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  şəxsi  qanunla 

(vətəndaşlıq və domisiliy) məhkəmə tərəfindən müəyyən edilir, lakin Amerika hakimlərinin 

xarici şəxslərin iddia ərizəsinin qəbulunda hüquqları genişdir və hakim ərazinin uzaq olması, 

sübutların  əsas  hissəsinin  həmin  ərazidə  olması  (forum  non  convcnics)  əsası  ilə  iddia 

ərizəsinin qəbulundan imtina edə bilər. 

508 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə