Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə239/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   235   236   237   238   239   240   241   242   ...   267

birinci instansiya məhkəməsinə göndərilir. 

Maddə 431. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə tərəfindən 

tətbiq  edilən  normativ  hüquqi  aktın  əsas  hüquq  və  azadlıqları  pozduğunu  tanıdığı  halda 

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatına Ali Məhkəmənin Plenumunda 

baxılması 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  sorğusu  ilə  Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən normativ hüquqi aktlar ilə əsas hüquq və 

azadlıqların  pozulduğu  müəyyən  edildikdə.  Plenum  bu  fəslin  müddəalarına  uyğun  olaraq 

əlavə kas- sasiya qaydasında həmin aktlara əsasən çıxarılmış məhkəmə aktlarım Azərbaycan 

Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında tam və ya qismən ləğv edir. 

Azərbaycan  Respublikası  Konstitusiyasmm  130-cu  maddəsinin  III  hissəsinə  görə, 

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası normativ 

hüquqi  aktlarınm  Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğunluğunun  yoxlanılması 

barədə  Azərbaycan  Respublikasınm  Konstitusiya  Məhkəməsinə  sorğu  ilə  müraciət  etmək 

hüququna malikdir. 

Ali Məhkəmə Plenumunun sorğusu əsasmda Konstimsiya Məhkəməsi tərəfindən bu və 

ya  digər  normativ  hüquqi  akt  qüvvədən  düşmüş  hesab  edildikdə  həmin  normativ  hüquqi 

əsasmda qəbul edilmiş məhkəmə qərarları qanuni hesab edilə bilməz. 

MPM  Konstitusiya  Məhkəməsinin  qüvvədən  saldığı  normativ  aktlar  əsasmda  qəbul 

edilmiş məhkəmə aktlarınm ləğv edilməsinin iki qaydasmı fərqləndirir; 

1)

 



Ali Məhkəmə sədrinin təqdimatı əsasmda ləğv edilməsi

2)

 



işdə  iştirak  edən  şəxslərin  şikayəti  və  MPM-in  50  və  305-ci  maddəsində  nəzərdə 

tutulmuş hallarda prokurorun protestinə əsasən ləğv edilməsi. 

MPM-in 431-ci maddəsinə görə, Konstitusiya Məhkəməsi tərəfindən qüvvəsini itirmiş 

normativ hüquqi akt əsasmda qəbul edilmiş məhkəmə aktlarmı Azərbaycan Respublikası Ali 

Məhkəməsi sədrinin təqdimatı ilə Ali Məhkəmənin Plenumu ləğv edir. 

MPM-in 424.2.1-ci maddəsinə görə, göstərilən əsasla məhkəmə aktlannın ləğv edilməsi 

barədə  işdə  iştirak  edən  şəxslər  və  MPM-in  50  və  305-ci  maddəsində  göstərilən  hallarda 

prokuror da Ali Məhkəmənin Plenumuna müraciət edə bilər. Belə hesab edilir ki, bu hallarda 

məhkəmə  aktlan  ləğv  edildikdə  mahiyyət  üzrə  yenidən  baxılması  üçün  apellyasiya 

məhkəməsinə deyil, birİncİ instansiya məhkəməsinə göndərilməlidir. 

498 



45-

 

ci fəsil 



Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə 

yenidən baxılması üzrə icraat 



Madda 432. İşə yenidən baxılması 

432.1.

 

Qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarına  yeni  açılmış  hallar  üzrə  yenidən 

baxıla bilər. 

432..

 

2 Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenilən baxmaq üçün əsaslar 

aşağıdakılardır: 

432.2.1.

 

məhkəmə  aktı  çıxarıldıqdan  sonra  İşə  əvvəllər  baxılarkən  məlum  olmayan 

həlledici materiallar aşkar edildikdə

432.2.2.

 

məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, 

yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, 

ekspertin  bilə-bilə  yalan  rəy  verməsi,  tərcüməçinin  bilə-bilə  düzgün  tərcümə  etməməsi, 

sənədlərin və ya maddi .sübutların saxtalığı; 

432.2.3.

 

məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə 

baxılarkən  tərəflərin,  işdə  iştirak  edən  digər  şəxslərin,  yaxud  onların  nümayəndələrinin 

cinayətkar hərəkətləri vo ya hakimlərin cinayətkar əməlləri

432.2.4.

 

həmin  məhkəmə  aktlarının  çıxarılması  üçün  əsas  olmuş  məhkəmə 

qətnaməsinin,  hökmünün, qərardadının  və  ya qərarının, yaxud  sair  orqantn  qərarının  ləğv 

edilməsi. 

MPM-in  45-ci  fəslində  müəyyən  edilmiş  qaydada  qanuni  qüvvəyə  minmiş  bütün 

məhkəmə  aktianna  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  qətnamə  və 

qərardadlarına, kassasiya və əlavə kassasiya məhkəmələrinin qərarlarına, o cümlədən xüsusi 

qərardadlara  yenidən  baxıla  bilər.  Qanuni  qüvvəyə  minməmiş  məhkəmə  aktianna  həmin 

qaydada  baxılmır.  İşdə  iştirak  edən  şəxslərin  istinad  etdiyi  yeni  materiallar  apellyasiya 

instansiyası məhkəməsinə təqdim edilə bilər. 

Hər cür hal deyil, yalnız MPM-in 432-ei maddəsində göstərilən hallar qanuni qüvvəyə 

minmiş məhkəmə aktlarma yenidən baxılması üçün əsas ola bilər. 

İşə  əvvəllər  baxılarkən  məlum  olmayan  həlledici  materialların  aşkar  edilməsi  

deməkdir  ki,  həmin  materiallar  məlum  olsaydı  məhkəmə  başqa  məzmunda  qətnamə  qəbul 

etməli  idi.  Məsələn,  məhkəmə  miras  əmlakı  qanun  üzrə  vərəsələr  arasmda  bölmüşdür.  Bu 

barədə  qətnamə  qanuni  qüvvəyə  mindikdən  sonra  aşkar  edilib  ki,  miras  qoyan  qanun  üzrə 

vərəsələr  arasında  bölünmüş  əmlakın  kənar  şəxsə  vəsiyyət  edib.  Miras  qoyanm 

vəsiyyətnaməsinin aşkar edilməsi işə baxıldıqda məlum olmayan həlledici material əlavə olur 

və həmin işə yenidən baxılması üçün əsasdır. 

Şahidin  bilə-bilə  yalan  ifadə  verməsi,  ekspertin  bilə-bilə  yalan  rəy  verməsi, 

tərcüməçinin bilə-bilə yalan tərcümə etməsi, habelə, maddi sübutların və sənədlərin saxtalığı 

yeni açılmış hallar üzrə İşə yenidən baxılması üçün o hallarda əsas olur ki, onlar məhkəmənin 

qanuni qüweyə minmiş hökmü ilə müəyyən edilmiş olsun. Eyni qayda həmin işə baxılarkən 

tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onla- rm nümayəndələrinin və hakimlərin 

cinayətkar əməllərinə də aiddir. 

Başqa iş üzrə çıxarılmış məhkəmə aktlarmm, yaxud sair orqanın qərannm ləğv edilməsi 

o zaman yeni açılmış hal hesab edilir ki, bu aktlann həmİn İş üzrə qəbul 

499 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə