Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə240/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   236   237   238   239   240   241   242   243   ...   267

olunmuş  məhkəmə  akilarmm  əsasını  təşkil  etməsi  məhkəmə  tərəfindən  müəyyən  edilmiş 

olsun. 


Yeni açılmış hallarm dairəsi MPM-in 432.2-ci maddəsində müəyyən olunmuş hallarla 

məhdudlaşdınlıb. İş üzrə yeni sübutların aşkar edilməsi, bu və ya digər dəlilin yada düşməsi və 

s. yeni açılmış hallar sayılır. 

Maddo 433. Mohkomo aktlarına yeni açılmış hallar üzrə baxan məhkəmə 

Qanuni  qüwəyo  minmiş  məhkəmə  aktlarına  yeni  açılmış  hallar  üzrə  Azərbaycan 

Respublikası Ali Məhkəməsinin Plenumu baxır. 

Köhnə  MPM-ə  görə,  yeni  açılmış  hallar  üzrə  işlərə  qətnaməni  qəbul  ehniş  birinci 

instansiya  məhkəməsi  baxırdı.  Yeni  MPM-in  433-cü  maddəsi  bu  icraatı  Azərbaycan 

Respublikası Ali Məhkəməsi Plenumunun səlahiyyətinə aid edib. 



Maddə 434. Ərizə vermənin qaydası və müddəti 

434.1.

 

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən 

baxılması haqqında ərizə, işdə iştirak edən şəx.slər tərəfindən, işə yenidən baxmaq üçün əsas 

olmuş bu Məcəllənin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan 

gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər. 

434.2  Ərizəçi  işdə  iştirak  edən  digər  şəxslərə  öz  ərizəsinin  və  ona  əlavə  olunmuş 

sənədlərin surətlərini göndərməyə borcludur. 

434.3.

 

Ərizənin  və  ona  əlavə  olunmuş  sənədlərin  surətlərinin  işdə  iştirak  edən 

şəxslərə göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə olunur. 

434.4.

 

Müəyyən  olunmuş  müddət  keçdikdən  sonra  ərizə  verildikdə  və  buraxılmış 

müddətin bərpa edilməsinə dair vəsatət olmadıqda, yaxud işdə iştirak edən şəxslərə ərizənin və 

ona  əlavə  olunmuş  sənədlərin  surətlərinin  göndərilməsini  təsdiq  edən  sənədlər  təqdim 

olunma- dıqda, o, ərizəçiyə qaytarılır. 

Qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarına  yeni  açılmış  hallar  üzrə  yenidən 

baxılmasına  dair  icraat  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumuna  ərizə 

verilməsi ilə başlanır. Bu barədə ərizəni İşdə iştirak edən şəxslər və yaxud onların səlahiyyətli 

nümayəndələri  verə  bilər.  Ərizəni  nümayəndə  verdikdə  həmin  ərizəyə  nümayəndənin 

səlahiyyətini təsdiq edən sənəd də əlavə edilməlidir. 

Belə  hesab  edilir  ki,  işin  baxılmasma  cəlb  edilməmiş  digər  maraqlı  şəxslər  də  yeni 

açılmış hallar barədə Ali Məhkəməyə müraciət edə bilərlər. Məsələn, miras əmlak qanun üzrə 

vərəsələr arasında məhkəmə qətnaməsinə əsasən bölündükdə adına vəsiyyətnamə yazılmış və 

məhkəmə  prosesinə  cəlb  edilməmiş  şəxs  mirasın  bölünməsi  barədə  məhkəmə  qətnaməsinə 

yeni  açılmış  hala  əsasən  yenidən  baxılması  barədə  ərizə  verə  bilər.  MPM-in  50  və  306-cı 

maddələrində nəzərdə tutulan hallarda prokurorun da bu barədə ərizə verməsi istisna edilmir. 

Ərizənin  verilməsi  üçün  yeni  açılmış  hal  aşkar  edildiyi  vaxtdan  hesablanmaqla  1  ay 

müddət müəyyən edilib. Həmin müddətin hesablamnası qaydası MPM-in 436-cı maddəsi ilə 

tənzim olunur. Buraxılmış müddət yabız Plenum tərəfindən bərpa edilə 

500 



bilər. 

Adi qaydadan fərqli olaraq ərizənin və ona əlavə  edilmiş sənədlərin surətlərinin işdə 

iştirak  edən  şəxslərə  göndərilməsi  ərizəçinin  üzərinə  düşür.  O,  Ali  Məhkəməyə  yazdığı 

ərizəyə ərizənin surətinin və ona əlavə edilən sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə 

göndərməsini təsdiq edən sənədləri də qoşmalıdır. 

MPM-in  434.4-cü  maddəsində  göstərilən  əsaslar  olduqda  ərizə  geri qaytarılır.  Həmin 

əsaslar aşağıdakılardır: 

1)

 



ərizənin  verilmə  müddətinin  ötürülməsi  və  bu  müddətin  bərpa  edilməsinə  dair 

vəsatət verilməsi; 

2)

 

işdə  iştirak  edən  şəxslərə  ərizənin  və  ona  əlavə  olunmuş  sənədlərin  surətlərinin 



göndərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi. 

Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar ərizə verilə bilər. 



Maddə 435. Yeni açıimış hallar üzrə işlərə yenidən baxdması haqqmda ərizənin məz 

munu 

435.1.

 

Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqmda ərizədə aşağıdakılar 

göstərilm əlidir: 

435.1.1.

 

mübahisə edilən aktın dəqiq göstərilməsi

435.1.2.

 

ərizə vermək üçün qanuni əsasın qeyd edilməsi

435.1.3.

 

ərizənin verilməsi üçün qanuni müddətlərə əməl olunması barədə məlumatlar 

va bunun üçün sübut vasitələrinin göstərilməsi; 



435.1.4.

 

qəbul edilmiş aktın ləğv edilməsi barədə motivlər. 

435.2.

 

Ərizəyə onun əsaslandığı sənədlərin əsli, yaxud surətləri və bu Məcəllənin 432- 

ci maddəsində göstərilən sənədlər əlavə olunur. 

Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması ərizəyə aşağıdakı zəruri məlumatlar 

göstərilməlidir: 

-

 



ərizəçinin xahişi; 

-

 



mübahisə edilən akt. 

Birinci instansiya məhkəməsinin qətnaməsinə apellyasiya, kassasiya və əlavə kassasiya 

qaydasmda  baxıldıqda  ərizədə  həmin  məhkəmə  aktları  barədə  də  ərizədə  məlumatlar 

yazılmalıdır: 

-

 

ərizə  verilməsi  üçün  qanuni  əsas.  Bura  MPM-in  432.2-ci  maddəsində  göstərilən 



əsaslar daxildir; 

-

 



ərizənin  verilməsi  üçün  MPM-in  434-cü  maddəsində  müəyyən  olunmuş  1  aylıq 

müddətə  əməl  olunması  və  bunu  təsdiq  edən  sübutlar.  Ərizənin  verilməsi  üçün  müddətin 

hesablanması MPM-in 436-cı maddəsinə əsasən əsaslandumalıdır; 

-

 



qəbul  edilmiş  aktın  ləğv  edilməsi  barədə  motivlər.  Həmin  motivlərə  ləğv  edilməsi 

xahiş  olunan  qətnamənin  yeni  açılmış  hallar  baxunından  işin  həqiqi  hallarına  uyğun 

olmamasına dair dəlillər daxildir. 

Ərizəyə  MPM-in  432-ci  maddəsində  göstərilən,  yeni  açılmış  halm  mövcudluğunu 

təsdiq edən zəruri sənədlərin əslİ və yaxud qanunla müəyyən edilmiş qaydada təsdiq edilən 

surətləri əlavə olunur. 

501 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə