Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə248/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   244   245   246   247   248   249   250   251   ...   267

1.

 

Azorbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  117-ci  maddəsinə  uyğun  olaraq 



övladlığa  götürməyə  yetkinlik  yaşına  çatmayanlar  barəsində  və  yalnız  onların  mənafeyi 

naminə yol verilir. 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  uşaqların  övladlığa 

götürülməsinə,  həmin  uşaqları  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşayan 

Azorbaycan Respublikasının vətəndaşlarının ailələrinə tərbiyəyə vennək mümkün olınadıqda 

və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumlan övladlığa götürmədikdə 

icazə verilir. 

Övladlığa  görünnə  uşağı  övladlığa  götünnək  istəyən  şəxsin  verdiyi  ərizə  əsasında 

məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə İşə müvafiq icra 

hakimiyyəti orqanınm iştirakı ilə MPM-də nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında 

baxılır. 

2.Şərh edilən maddədə göstərildiyi kimi, övladlığa götürmə ilə bağlı işlərə Azərbaycan 

Respublikasının məhkəmələri aşağıdakı hallarda müstəsna səlahiyyətli (beynəlxalq aidiyyət) 

sayılır; 

1)

 

övladlığa  götürən  ər-arvadın  biri  və  ya  övladlığa  götürülən  uşaq  Azərbaycan 



Respublikasınm vətəndaşı olduqda; 

2)

 



ər-arvaddan birinin və ya övladlığa götürülən uşağın Azərbaycan Respublika- smda 

adətən olduğu yer olduqda. 

Uşaqlar  Azərbaycan  Respublikasından  daimi  olaraq  kənarda  yaşayan  Azərbaycan 

Respublikasının  vətəndaşlarına,  uşaqlann  qohumu  olmayan  əcnəbilərə  və  vətəndaşlığı 

olmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanında mərkəzləşdirilmiş uçota götürüldükdən 

sonra 3 ay müddətində övladlığa verilə bilərlər (Ailə Məcəlləsi, 117-ci maddə). 



Maddə 449. Qəyyumluq, hİmayəçUik 

449.1.Qəyyumluq  və  ya  himayəçiliklə  əlaqədar  tapşırıqları  icra  etdikdə,  Azərbaycan 

Respublikasının məhkəmələri o hallarda beynəlxalq səlahiyyətə malik oturlar ki, himayəçili- 

yə, qəyyımluğa verilən və yaxud uşaq Azərbaycan Respublikasının vətəndaşı olsun, yaxud da 

onların Azərbaycan Respublikasında adətən yaşayış yerləri olsun. 

449.2.

 

Əgər  himayəçiliyə,  qəyyumluğa  verilənin  və  yaxud  uşağın  Azərbaycan 

Respublikası  məhkəmələrinin  himayəçiliyinə  ehtiyacları  varsa,  Azərbaycan  Respublikası 

məhkəmələri bu barədə səlahiyyətə malikdirlər. 

1.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  33-cü  maddəsinə  əsasən, 

qəyyumluq və himayəçİIik - fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli 

fiziki  şəxslərin  hüquq  və  mənafelərinin  müdafiəsi  üçün  təyin  edilir.  Yetkinlik  yaşma 

çatmayanlar  üzərində  qəyyumluq  və  himayəçilik,  həmçinin  onların  tərbiyələndin  İməsi 

məqsədilə  təyin  edilir.  Qəyyumlar  və  himayəçilər  istənilən  şəxslərlə  münasibətlərdə,  o 

cümlədən məhkəmədə qəyyumluğunda və himayəçiliyində o- lanlann hüquq və vəzifələrini 

xüsusi səlahiyyət almadan müdafiə edirlər. 

14 yaşı tamara olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya gö- 

517 



ra  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  sayılmış  fiziki  şəxslər  üzərində 

qəyyumluq ləyin edilir. 

14  yaşından  18  yaşınadək  olan  yetkinlik  yaşına  çatmayanlar  üzərində,  habelə  spirtli 

içkilərdən  və  ya  narkotik  vasitələrdən  sui-istifadə  etməsi  və  ya  qumara  qurşan-  ması 

nəticəsində  fəaliyyət  qabiliyyəti  məhkəmə  tərəfindən  məhdudlaşdırılmış  fiziki  şəxslər 

üzərində himayəçilik təyin edilir. 

Qəyyumluq və himayəçilik öz qəyyumluğunda və ya himayəsində olanlarm saxlanması, 

onlara  baxılmasmm  və  onlarm  müalicəsinin  təmin  edilməsi,  onların  təhsil  alması  və 

tərbiyələndinIməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. 

2.Qəyyumluq  və  himayəçiliklə  bağlı  işlər  üzrə  Azərbaycan  Respublikasının 

məhkəmələri aşağıdakı halda beynəlxalq səlahiyyətə malikdirlər: 

1)

 

qəyyumluğa,  himayəçiliyə  verilən  və  yaxud  uşaq  Azərbaycan 



Respublikasının vətəndaşı olduqda; 

2)

 



qəyyumluğa, himayəçiliyə verilənin və ya uşağm Azərbaycan Respublikasında adətən 

yaşayış yeri olduqda. 

3.449.1-ci  maddədə  nəzərdə  tutulan  hallardan  başqa  himayəçiliyə  və  ya  qəyyumluğa 

verilənin  və  yaxud  uşağın  Azərbaycan  Respublikasınm  məhkəmələrinin  hi-  mayəçiliyinə 

ehtiyac olduqda (həmin şəxslər digər dövlətin ərazisində yaşayış yerinə, olduğu yerə və ya 

əmlaka  malik  olduqda  və  bu,  dövlətlərarası  müqavilədə  nəzərdə  tutulduqda)  Azərbaycan 

Respublikası məhkəmələri bu kateqoriya işlərə baxmaq səlahiyyətinə malikdirlər (beynəlxalq 

səlahiyyət). 



Maddə 450. Müqavilə aidiyyəti 

450.1.

 

Azərbaycan Respuhlikasımn məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli 

olmamasına  baxmayaraq,  tərəflər  Azərbaycan  Respublikası  məhkəməsinin  beynəlxalq 

səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 

450.2.

 

Tərəflərdən  birinin  xarici  ölkədə  yaşayış  yeri,  iş  yeri  və  ya  onun  adətən 

olduğu yer varsa, tərəflər bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin 

məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. 

1. Şərh edilən maddəyə müvafiq olaraq yaranan mübahisənin Azərbaycan Respublikası 

ərazisində  olan  məhkəmələrə  aidiyyəti  olmamasına  baxmayaraq,  tərəflər  işə  Azərbaycan 

Respublikasınm məhkəmələrində baxılması haqqında razılığa gələ bilərlər. Bu razılıq mülki 

prosessual hüquqda müqavilə aidiyyəti adlanır. 

Müqavilə aidiyyəti özünü iki formada göstərir: 

1)

 

xarici  ölkə  məhkəmələrinə  aid  olan  mübahisəyə  Azərbaycan  Respublikasının 



məhkəmələrində baxılması haqqında razılaşma (proroqatasiya); 

2)

 



Azərbaycan Respublikasının məhkəmələrinə aid olan mübahisəyə xarici ölkə 

məhkəmələrində baxılması haqqında razılaşma (deroqatasiya). 

Xarici  ölkə  məhkəmələrinə  aid  olan  mübahisəyə  Azərbaycan  Respublikasmın 

məhkəmələrində baxılması aşağıdakı şərtlər mövcud olduqda mümkündür: 

1)

 

proroqatasiya haqqmda tərəflər arasmda yazılı razılaşma olmalıdır. 



518 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə