Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə244/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   240   241   242   243   244   245   246   247   ...   267

Xarici ölkələrin mülki prosessual hüququnun təhlilindən belə  nəticə çıxamıaq olar ki, 

xarici  şəxslərin  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  problemləri  «şəxsi  qanun»  və 

«nıəhkəmə qanunu» qaydalarının normalarına uyğun olaraq nizamlanır. 

3.

 



MPM-in  441.1-ci  maddəsinə  müvafiq  olaraq  əcnəbilərin  prosessual  hüquq  və 

fəaliyyət  qabiliyyəti  vətəndaşı  olduqları  dövlətin  qanunları  («şəxsi  qanun»)  ilə  müəyyən 

edilir.  Azərbaycan  Respublikası  qanunvericiliyində  bir  qayda  olaraq  ikili  vətəndaşlığa  yol 

verilməsinə  baxmayaraq,  bir  sıra  ölkələrin  qanunvericiliyi  ikİli  vətəndaşlığa  yol  verir.  Bu 

halda, yəni xarici şəxsin bir neçə vətəndaşlığı olduqda, onun prosessual hüquq və fəaliyyət 

qabiliyyəti daha sıx bağlı olduğu dövlətin qaydaları ilə müəyyən edilir. 



Əcnəbinin daha 

SLX 

bağlı olduğu dövlət dedikdə, əcnəbinin onun daha çox yaşadığı, 

qeydə  alındığı,  əmlakının  əsas  hissəsinin  olduğu,  işlədiyi,  milli  yaxınlığı  olan  dövlət 

anlaşılmalıdır.  Bu  halda  da,  «şəxsi  qanun«ta  yanaşı  «məhkəmə  qanunu»  da  mühüm  rol 

oynayır, belə ki, ikili vətəndaşlığı olan əcnəbinin daha sıx bağlı olduğu dövlət konkret olaraq 

işə baxan məhkəmə tərəfindən müəyyən olunur. 

4.

 



Azərbaycan  Respublikasının  Konstitusiyasın  m  69-cu  maddəsinə  müvafiq  olaraq 

vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasınm  vətəndaşlan  ilə  bərabər  bütün 

hüquqlardan  istifadə  edə  bilər  və  bütün  vəzifələri  daşıya  bilərlər, başqa  sözlə  vətəndaşlığı 

olmayan şəxslər də milli rejim prinsipindən istifadə edirlər. Vətəndaşlığı olmayan şəxslərin 

prosessual hüquq və fəaliyyət qabiliyyəti də «şəxsi  qanun» əsasında müəyyən edilir. Lakin 

vətəndaşlığı olmayan şəxsin konkret dövlətə mən- subluğu olmadığı üçün onun prosessual 

hüquq və fəaliyyət qabiliyyəti daimi yaşadığı yerin olan dövlətin, belə dövlət olmadıqda isə 

onun adətən olduğu dövlətin qanunları («şəxsi qanun») ilə müəyyən edilir. 

Hansı  dövlətin  vətəndaşlığı  olmayan  şəxsin  daimi  yaşadığı  və  ya  adətən  olduğu  yer 

hesab edilməsi məhkəmənin («məhkəmə qanunu») səlahiyyətindədir. 

5.

 

QaçqmIarın  və  məeburi  köçkünlərin (ölkə  daxilində köçürülmüş şəxslərin) statusu 



haqqmda 21.05.1999-cu il tarixli Azərbaycan Respublikasmm Qanununun 4- cü maddəsinə 

uyğun  olaraq  Azərbaycan  Respublikasında  qaçqın  statusu  almaq  istəyən  şəxs  Azərbaycan 

ərazisində sərhəd-nəzarət məntəqələrindən buraxılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, 

qaçqın  -  Azərbaycan  Respublikasının  vətəndaşı  olmayıb,  irqi  əlamətinə,  milliyyətinə, dini 

etiqadına,  müəyyən  sosial  qrupa  mənsublu-  ğuna  və  ya  siyasi  əqidəsinə  görə  təqiblərin 

qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan 

və  eyni  ehtiyat  üzündən  həmin  ölkənin  himayəsindən  istifadə edə  bilməyən  və  ya  istifadə 

etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əwəl adətən 

yaşadığı  ölkədən  kənarda  qalan,  ehtiyat  üzündən  oraya  qayıda  bilməyən  və  ya  qayıtmaq 

istəməyən şəxsdir. 

Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  siyasi  sığmacaq  Azərbaycan  Res- 

publikasmm Konstitusiyasının 70-ci maddəsinin birinci hissəsinə və 109-cu maddəsinin 21-ci 

bəndinə uyğun olaraq verilir. 

QaçqmIarın  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  onların  sığınacaq  tapdıqlan 

dövlətin qanunlan ilə müəyyən edilir. 

509 



Qaçqın statusu almış şəxsə və onun 16 yaşına çatmış ailə üzvlərinə müəyyənləşdirilmiş 

nümunədə  qaçqın  vəsiqəsi,  habelə  qaçqınların  statusu  haqqında  1951-ci  İl  tarixli 

Konvensiyaya  uyğun  olaraq  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  hərəkət 

etmək hüququ verən yol sənədi verilir. 

Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən 

və  ona  Azərbaycan  Respublikasının  ərazisində  qanuni  qalmaq  hüququ  verən  sənəddir 

(Qanunun 12-ci maddəsi). 

Beləliklə,  qaçqının  sığınacaq  tapdığı  ölkə  dedikdə,  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  qaçqın  vəsiqəsini  verən  ölkə  sayılmalıdır  və  qaçqının 

prosessual hüquq və fəaliyyət qabiliyyəti qaçqın vəsiqəsini verən ölkənin qanunları əsasında 

müəyyən edilməlidir. 

Maddə  442.  Xarici  hüquqi  şəxslərin  və  beynəlxalq  təşkilatların  prosessual  hüquq  və 

fəaliyyət qabiliyyəti 

442.1.

 

Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyəti yaradıldığı xarici dövlətin 

qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan 

xarici  hüquqi  şəxs  Azərbaycan  Respublikasının  ərazisində  Azərbaycan  Respublikasının 

qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər. 

442.2.Beynəlxalq  təşkilatın  prosessual  hüquq  vo  fəaliyyət  qabiliyyəti  yaradıldığı 

beynəlxalq  müqavilə  onun  təsis  .sənədləri  və  ya  Azərbaycan  Respublikasımn  səlahiyyətli 

dövlət orqanı ilə bağlanmış sazişlə müəyyən edilir. 

1.

 



MPM-in 442.1-ci maddəyə uyğun olaraq xarici hüquqi şəxslərin prosessual hüquq və 

fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin qanunu («şəxsi qanun») ilə müəyyən edilir. 

Xarici  hüquqi  şəxslərin  və  sahibkarların  prosessual  statusu  həmin  şəxslərin  qeydə 

almdığı  ölkənin  qanunvericiliyi  ilə  müəyyən  olunur.  Məhkəmə  xarici  hüquqi  şəxslərin  və 

sahibkarların'  tərəf  qismində  iştirak  etdiyi  işləri  baxılmaq  üçün  hazırlayarkən  onların  Öz 

ölkələrində qeydə alındığı təsdiq edən sənədləri tələb etməlidir. Bu sənədlər həmin ölkənin 

ticarət reyestrindən çıxarış və ya həmin hüquqi şəxsin və sahibkann hüquqi statusunu təsdiq 

edən digər sənədlər ola bilər. 

Azərbaycan Rcspublikasmm ərazisində yalnız o xarici hüquqi şəxslər və ya sahibkarlar 

respublika  vətəndaşları  ilə  bərabər  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyətinə  malik  ola 

bilərlər ki, onlar məhkəməyə öz statusunu təsdiq edən sənədi təqdim etmiş olsunlar. 

Beləliklə,  xarİcİ  hüquqi  şəxslərin  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  onların 

«şəxsi  qanunu»,  məhkəmədə  onlarm  prosessual  statusu  isə  Azərbaycan  Respublikasının 

qanunvericiliyi əsasında müəyyən olunur. 

2.

 

Öz ölkəsinin qanunu ilə («şəxsi qanum>) prosessual hüquq və fəaliyyət qabiliyyətinə 



malik  olmayan  xarici  hüquqi  şəxs  və  ya  sahibkar  Azərbaycan  Respublikasının  qanununa 

əsasən hüquq qabiliyyətli hesab edə bilər. 

Yaş  senzinə  əsasən  xarici  vətəndaş  öz  Ölkəsinin  ərazisində  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olmaq imkanından məhrum ola bilər və ya təşkilat hüquqi şəxs sayılmaya 

510 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə