Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə252/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   248   249   250   251   252   253   254   255   ...   267

moməsi  mosəlasinin  i^in  baxılmaq  üçün  hazırlamnası  mərhəlosindo  MPM-in  167.1.12-cİ 

maddəsinə müvafiq olaraq həll etməlidir. 

Bu  barədə  məhkəmə  yazışmaların  və  məhkəmə  tapşırığının  icrasmın  xeyli  vaxt 

apardığını almaqla işi ba.xılmaq üçün təyin etməlidir. 

6.

 

Yuxanda göstərilən prosessual hərəkətləri Azərbaycan Respublikasının xarici ölkədə 



yerləşən diplomatik və konsul nümayəndələri icra edə bilərlərsə, bu halda məhkəmə tapşırığı 

bilavasitə  icra  edilmək  üçün  onlara  göndərilir  (məsələn,  xarici  ölkə  ərazisində  olan 

Azərbaycan Rcspublikasmın vətəndaşmdan şahid kimi İfadəsinin aimması və s.) 

7.

 



Xarici  ölkə  məhkəmələri  ilə  Azərbaycan  Rcspublikasmın  məhkəmələri  arasında 

məhkəmə  tapşırıqlarının  yerinə  yetirilməsi  ilə  əlaqədar  yaranan  münasibətlər  Azərbaycan 

Respublikasının  qanunları  və  beynəlxalq  müqavilələr  itə  tənzim  edilir.  Məhkəmə 

tapşmqlarınm  icrası  İlə  bağlı  şərh  edilən  maddə  ilə Azərbaycan  Respublikasının  bağladığı 

beynəlxalq  müqavilə  arasında  ziddiyyət  yaranarsa,  bu  Məcəllənin  1-ci  maddəsinin  5-ci 

bəndinə uyğun olaraq beynəlxalq müqavilənin qaydalan tətbiq olunmalıdır. 



Maddə 457. Xarici dÖvİəilərin orqanlan tərəfindən verilmiş sənədlərin tanmmasi 

Azərbaycan  Respublikasmdan  kənarda  Azərbaycan  Respublikasının  vətəndaşı  və  ya 

hüquqi  şəxsləri,  yaxud  əcnəbilər  barəsində verilmiş,  tərtib  edilmiş və ya  xarici dövlətlərin 

səlahiyyətli  orqanlan  tərəfindən  müəyyən  edilmiş  qaydada  təsdiq  edilmiş  sənədlər,  əgər 

qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa 

qayda  nəzərdə  tutulmamışdırsa,  konsul  orqanları  tərəfindən  qanuniləşdirildikdən  sonra 

Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. 

1.

 



Xarici  şəxslərin  İştirak  etdiyi  mübahisələr  üzrə  Azərbaycan  məhkəmələrində  işə 

baxılarkən xarici şəxslərə, xaricdə yaşayan Azərbaycan vətəndaşlanna və ya hüquqi şəxslərə 

məxsus  olan  sənədlərin  tələb  və  qəbul  edilməsi  məsələsi  ortaya  çuxa  bilər.  Tərəflərin 

məhkəməyə təqdim etdikləri xarici sənədlər lazımi qaydada rəsmiləşdirilməlidir və ya başqa 

sözlə leqallaşdırılmalıdır. 

Leqallaşdırma  dedikdə,  diplomatın  (konsulun)  olduğu  ölkənin  qanunlarına  müvafiq 

olaraq  sənədlərin  hüquqiliyinin  müəyyən  edilməsi  və  təsdiq  edilməsidir.  Belə  sənədlər 

sırasına xarici Ölkədə qeydə alınan hüquqi şəxsin statusunun müəyyən edilməsini təsdiq edən 

sənəd, malın keyfiyyət göstəricilərini təsdiq edən sənəd, kommersiya, ticarət sənədləri və s. 

aid  edilir.  Bu  sənədlər  şərh  edilən  maddəyə  uyğun  olaraq  konsul  orqanları  tərəfindən 

qanuniləşdirildikdən  (leqallaşdınidıqdan)  sonra  məhkəmələr  tərəfindən  qəbul  edilə  bilər. 

Həmin  sənədlərin  həqiqiliyini  konsulun  müəyyən  və  təsdiq  etməsi  sənədə  Azərbaycan 

Respublikasının  ərazisində  hüquqi  qüvvə  verir,  lakin  məhkəmələr  işə  baxılan  zaman 

leqallaşdınlan sənədlə digər  sənədləri bərabər əsaslarla araşdırmalı və qiymətləndirməlidir. 

Başqa sözlə, sənədi konsulun leqallaşdırması həmin sənədə məhkəmə baxışında əlavə qüvvə 

verilir. 

2.

 



Şərh edilən maddənin məzmunundan göründüyü kimi, Azərbaycan Rcspubli- kasmın 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda xarici 

525 



sənədlər  leqallaşdırılmadan  da  məhkəmələr  tərəfindən  qəbul  edilə  bilər.  Bu  halda,  yalnız 

həmin  xarici  sənədin  azərbaycan  dilinə  tərcümə  edilmiş  nüsxəsi  də  işə  əlavə  edilməlidir. 

Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı hüquq yardımı göstərilməsi haqqında 

ikitərəfli müqavilələrin əksəriyyətində xarici sənədlərin leqallaşdırılması nəzərdə tutulmayıb. 

1961-ci  il  Haaqa  Konvensiyasının  üzvü  olan  dövlətlərin  qarşılıqlı  münasibətlərində 

rəsmi  xarici  sənədlərin  leqallaşdırılması  nəzərdə  tutulmayıb.  Azərbaycan  Respublikası  bu 

Konvensiyanın üzvü deyildir. 

Madda 458. Xarici mohkamolorin qotnamohrinin tanınması va icra edilmasi 

458.1.

 

Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və 

ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu 

hallarda,  yaxud  qarşılıqlı  anlaşma  əsasında  Azərbaycan  Respublikasında  tanınır  və  icra 

edilir. 

458.2.

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa 

qayda  nəzərdə  tutulmamışdırsa,  xarici  məhkəmələrin  qətnamələrinin  tanınması  şərtləri  və 

qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

458.3.

 

Xarici  məhkəmələrin  qətnamələri,  qətnamənin  qanuni  qüvvəyə  mindiyi 

andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər. 

1.

 



Xarici  məhkəmələrin  qətnamələrinin  tanınması  həmin  qətnamələrə  Azərbaycan 

Respublikası  məhkəmələrinin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  hüququnun  verilməsidir. 

Belə ki, Azərbaycan Respublikasında tanınan xarici məhkəmə qətnaməsi də təkzibedilməziik, 

müstəsnalıq, icraedicilik xüsusiyyətlərinə raalİk olmaqla onun icrası bütün dövlət hakimiyyət 

orqanları və vəzifəli şəxslər üçün məcburi xarakter alır. 

Xarici ölkə məhkəmələrinin tanınması - onun məcburi icrasmm əsas şərtidir. 

Şərh  olunan  maddəyə  uyğun  olaraq  xarici  məhkəmələrin  qətnamələri  Azərbaycan 

Respublikası ərazisində aşağıdakı üç halda tanma bilər

1)

 

Azərbaycan Respublikası qanunlarında nəzərdə tutulduqda; 



2)

 

Azərbaycan Respublikasınm tərəfdar çıxdığı beynəlxalq müqavilədə göstərildikdə



3)

 

qarşılıqlı anlaşma (ikitərəfli müqavilələr əsasında). 



Azərbaycan  Respublikası  10  iyun  1958-ci  il  tarixli  Xarici  arbitraj  məhkəmələrinin 

qətnamələrinin tanınması və icrası haqqında Nyu-York Konvensiyasmın, 22 yanvar 1993-cü 

İl tarixli Mülki, ailə və cinayət İşləri üzrə hüquq yardımı və hüquqi münasibətlər haqqında 

Minsk Konvensiyasının, 16 mart 1998-ci il tarixli MDB dövlətlərinin ərazilərində arbitraj, 

təsərrüfat  və  iqtisad  məhkəmələrinin  qətnamələrinin  qarşılıqlı  tanınması  qaydası  haqqında 

Moskva müqaviləsinin müddəalarını əldə rəhbər tutur. 

2.

 

Xarici  ölkə  məhkəmələrinin  qətnaməsinin  Azərbaycan  Respublikasınm  ərazisində 



tanınması və icra edilməsi üçün o, müəyyən zəruri şərtlərə cavab verməlidir. 1993-cü il Minsk 

Konvensiyasmm və Azərbaycan Respublikasınm digər dövlətlərlə 

526 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə