bağladığı hüquq yardımı haqqında ikitərəfli beynəlxalq müqavilələrin şərtlərinə əsasən
qətnamə aşağıdakı tələblərə cavab verməlidir:
1)
qətnamə çıxarılan Ölkənin qanunlarına müvafiq qanuni qüvvəyə minməlidir;
2)
işə baxılması zamanı tərəflərin prosessual hüquqlarına tam əməl olunmalıdır: əgər
müəyyən edilsə ki, cavabdehin (və ya nümayəndəsinin) prosesdə iştirakı təmin edilməyib və
ya prosesin keçirilməsi yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməyib, o halda xaricİ
məhkəmə qətnaməsinin tanınmasmdan imtina edilə bilər;
3)
xarici məhkəmə qəmaməsinin tanınması və icrası Azərbaycan Respublikasının
suverenliyinə və onun qanunvericiliyinin ümumi prinsiplərinə zidd olmamalıdır.
3.
Şərh olunan maddəyə müvafiq olaraq xarici ölkə məhkəmələrinin qətnamələrinin
qüvvəyə mindiyi andan 3 il müddətində məcburi icraya yönəldilə bilər. Buraya qətnamənin
qanuni qüvvəyə mindiyi an qətnaməni çıxaran məhkəmənin mənsub olduğu ölkənin qanunları
ilə müəyyən olunur.
Maddo 459. Xarici məhkəmələrin icrası tələb olunmayan qətnamələrinin tanınması
459.0.
Xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan aşağıdakı
qətnamələri Azərbaycan Respublikasında tanınır:
459.0.
1. məhkəmənin qətnamə çıxardığı dövlətin vətəndaşlarının şəxsi statusuna
toxunan qətnamələr;
459.0.2. nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının
vətəndaşları ilə birlikdə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi
barədə qətnamələr;
459.0.
3. nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan
Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi
barədə qətnamələr.
1.
Özünün məzmununa görə, icra edilməsi tələb olunmayan (və ya icra edilməyən) xarici
ölkə məhkəmələrinin qətnamələri (məsələn, şəxsin fəaliyyət qabiliyyət- siz hesab olunması;
hüquqi əhəmiyyəti olan faktlarm müəyyən edilməsi; MPM-in 459.0.2-459.3-cü maddələrində
göstərilən şərtlər daxilində nikahın ləğv edilməsi və ya etibarsız sayılması) Azərbaycan
Respublikasmm ərazisində sadəcə olaraq tanınır, lakin məcburi icraya yönəldilmir.
Göründüyü kimi, qanunvericilik icrası tələb olunmayan xarici ölkə məhkəmələrinin
qətnamələrinin siyahısım dəqiq olaraq müəyyən edib.
2.
Şərh edilən maddədə nəzərdə tutulan hər üç halda maraqlı şəxsin xarici məhkəmə
qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınmasını tələb etməkdə məqsədi onu
məcburi icra etdirmək deyİI, qətnamədə göstərilən faktı Azərbaycan Respublikasmm
məhkəmələrinin tanımasıdır. Xarici ölkə məhkəməsinin qətnaməsinin Azərbaycan
Respublikasmm ərazisində tanınması sonradan həmin şəxsə bir sıra maddi və prosessual
hüquqları həyata keçirməyə imkan verir (məsələn, yenİ nikah münasibətlərinə daxil olması,
şəxsin üzərində qəyyum və ya himayəçinin təyin olunması və s.).
527
Madda 460. Başqa dövlətlarə çatdırılma
460.1.
Başqa dövlətlarə korrespondensiyanın çatdırılması hüquqi yardım
göstərilməsi harodo Azərbaycan Respublika.stnın tərəfdar çıxdtğı beynəlxalq miiqavitolərə
ə.sasən həyata keçirilir.
460.2.
Çatdırılma hüquqi yardım göstərilməsini xahiş etmiş orqan tərəfindən lə.sdiq
olunur.
460.3.
əgər korresponden.siyaların çatdırılması hüquqi yardım göstərilməsi barədə
müqavilə olmayan başqa dövlətdə həyata keçirilməlidirsə, məlumat onun çatdırtlmastnı
təsdiq edən bildirişin verilməsi şərti ilə, sifarişli məktubla göndərilir. Bu halda çatdırılmanın
təsdiqi üçün məktubu çatdırmış poçt bölməsinin beynəlxalq hüquqa müvafiq olan təsdiq
barədə arayışını təqdim etmək kifayətdir.
1.
Başqa dövlətləra məhkəmə tapşırıqlarının çatdırılması qaydası əsasən hüquq yardımı
göstərilməsi haqqında müqavilələrdə nəzərdə tutulur.
MPM-in 456-cı maddənin şərhində göstərildiyi kimi məhkəmə tapşırıqlarının
çatdırılmasının iki qaydası: diplomatik və ədliyyə orqanlan vasitəsilə mövcuddur.
Bir çox ölkələr korre.spondensiyamn çatdırılmasının mürəkkəb yolu olan diplomatik
kanaldan imtina etməklə, onun daha asan yol olan ədliyyə orqanları vasitəsilə göndərilməsinə
üstünlük verirlər.
2.
Xarici ölkə məhkəməsinin tapşırığını yerinə yetirən məhkəmə həmin sənədləri xarici
ölkəyə göndərmək üçün aşağıdakıları etməyə borcludur.
1)
korrespondensiyanın göndərilməsinin rəsmi qaydasına (Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi vasitəsilə) riayət edən məhkəmə həmçinin xaricdə olan maraqlı şəxslərə
məhkəmə sənədlərini poçt vasitəsilə göndərə və ya həmin ölkənin Azərbaycan
Respublİkasmda olan nümayəndəsinə (səfirliyə və ya konsulluğa) verə bilər;
2)
qarşılıqlı nəzakət prinsipinə uyğun olaraq məhkəmə tapşırığının yerinə yetirilməsi ilə
bağlı sənədləri birbaşa poçt vasitəsilə həmin tapşırığı yerinə yetirməli olan məhkəməyə
göndərə bilər (bu qayda həmin məhkəmələrin məxsus olduğu dövlətlərin arasında qarşılıqlı
hüquq yardımı göstərilməsi haqqında müqavilə olduqda mümkündür).
Beynəlxalq Nəzakət prinsipi əsasında qarşılıqlı hüquq yardımı göstərilməsi qaydası
tərəflərin məxsus olduğu dövlətlər arasmda hüquq yardımı göstərilməsi haqqm- da müqavilə
olmadıqda daha əhəmiyyətlidir.
Göstərilənlərdən əlavə məhkəmə tapşırıqlarının yerinə yetirilməsini daha da
tezləşdirmək üçün məhkəmə tərəflərin özlərinə həmin sənədləri müvafiq qaydada tərcümə
etdirib xaricdəki ünvana çatdırmaqla xahiş edə bilər.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə kor-
respondensiyanm alınması və ya çatdırılması hallarında sənədlərin xarici dilə tərcümə
edilməsi vəzifəsi həmin Nazirliyin üzərinə düşür.
Maddə 461. Nümayəndə təyin etmə hüququ
461.1.
Tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu
yeri, yaxud of si vardtr.Ka, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə
bilər.
528