Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə254/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   250   251   252   253   254   255   256   257   ...   267

461.2.

 

Məhkəmə  bu  Məcəllonin  461.1~ci  maddəsində  göstərilən  tərəfə  təyin 

olunmuş vaxtda məhkəmə baxışında onun və ya səlahiyyətli nümayəndəsinin iştirakı barədə 

hüquqlarını sifarişli məktubla izah edir. 

46 i. 3. Əgər tərəf bu vaxt ərzində səlahiyyətli nümayəndə təyin etməmişsə, onda sifarişli 

məktubun poçta verildiyi gündən 1 ay müddətində onun çatdırılması barədə bildiriş təqdim 

edilməsə də, məktub çatdtrıimtş hesab olunur. 

461.4.

 

Bu maddə üzrə əmələ gələ bilən şərait və nəticələr barədə tərəflərə məlumat 

verilməlidir. 

1.

 



Xarici  şəxslər  də  Azərbaycan  Respublikasının  vətəndaşları  kimi  mülki  prosessual 

hüquq  və  vəzifələrə  malikdirlər.  Onlar  da  ümumi  əsaslarla  prosesdə  tərəf  və  üçüncü  şəxs 

qismində çıxış edə bilər, sübutlar təqdim edə bilər, vəsatətlər verə bilər, məhkəmədə təmsil 

olunmaq üçün nümayəndə təyin edə bilər və s. 

Şərh  olunan  maddəyə  uyğun  olaraq  prosesdə  tərəf  olan  xarici  şəxsin  xarici  ölkədə 

yaşayış yeri, olduğu yer, ofisi vardırsa və onun Azərbaycan Respublikası ərazisində yaşayan 

nümayəndəsi  yoxdursa,  o  Azərbaycan  Respublikasmda  səlahiyyətli  nümayəndə  təyin  edə 

bilər. MPM-in 71-cİ maddəsində .sadalanan şəxslər istisna olmaqla, məhkəmədə iş aparmaq 

üçün  səlahiyyəti  lazımi  qaydada  rəsmiləşdirilmiş  hər  hansı  fəaliyyət  qabiliyyətli  şəxs 

nümayəndə  ola  bilər  (daha  geniş  bax:  71-ci  maddənin  şərhinə).  Lakin  nümayəndə  təyin 

olunarkən nəzərə alınmalıdır ki, nümayəndə təmsil olunanm prosesdə hüquq və maraqlarının 

müdafiəsini  həyata  keçirməli  olduğundan  o,  həm  mübahisəli  hüquq  münasibətini  nizama 

salan  qanunvericilik  sahəsində,  həm  də  onun  tətbiqi  təcrübəsi  ilə  bağlı  zəruri  biliyə  malik 

olmalıdır. 

Təcrübədə mülki prosesdə nümayəndə qismində Vəkillər Kollegiyasmın üzvləri, pullu 

hüquq xidməti göstərən müəssisələrin hüquqşünaslan çıxış edirlər. 

Göstərilən  şəxslərdən  əlavə,  24  aprel  1963-cü  il  tarixli  Konsulluq  münasibətləri 

haqqında Vyana Konvensiyasının 5-ci maddəsinə müvafiq olaraq konsullar da təmsil edilən 

dövlətin  fiziki  və  hüquqi şəxsləri  konsulluğun  olduğu  dövlətdə  olmadıqda  və  ya  hər  hansı 

başqa səbəblərdən şəxsən özləri öz hüquq və maraqlannm müdafiəsini vaxtında həyata keçirə 

bilmədikdə, həmin fiziki və hüquqi şəxsləri mülki prosesdə etibarnamə olmadan da təmsil edə 

bilərlər. Lakin qeyd edilməlidir ki, nümayəndənin prosesdə iştirakı təmsil edilən xarici şəxsi 

məhkəmə prosesində şəxsən iştirak etmək hüququndan məhrum etmir. 

2,

 



MPM-in  167-ci  maddəsinə  uyğun  olaraq  məhkəmə  xarici  şəxsin  və  ya  onun 

nümayəndəsinin  məhkəmə  baxışında  iştirakmın  zəruri  olmasını  işin  baxılmaq  üçün 

hazırlanması mərhələsində həll edir və bu barədə işdə iştirak edən şəxslərə məlumat verir. 

MPM-in  461.2-ci  maddəsində  məhkəmənin  xarici  şəxsə  göndərdiyi  sifarişli  məktubda 

məhkəmə baxışmda onun özünün şəxsən və ya nümayəndəsinin iştirakı ilə bağlı hüquqlarmın 

şərh edilməsindən bəhs edilir. Başqa sözlə, məhkəmə həmin məktubda işin baxılması vaxtı və 

yeri, xarici şəxsin prosesdə şəxsən və ya nümayəndə vasitəsilə iştirak edə bilməsi hüququnu 

şərh edir və bu sənədi sifarişli məktubla xarici ölkəyə göndərir. Bu sənədin sifarişli məktubla 

göndərilməsi  onun  üçün  zəruridir  ki,  tərəf  məhkəmənin  təyin  etdiyi  t'axt  ərzində  özünə 

nümayəndə  təyin  etmədikdə,  onda  sifarişli  məktubun  poçta  verildiyi  1  aylıq  müddətin 

tamamında məktub ünva 

529 



na çatdınInuş hesab olunur. 

3.

 

Xarici  şəxsin  mülki  prosesdə  şəxsən  və  ya  nümayəndə  vasitəsilə  iştirak  edib 

etməməsi  və  ya  işdə  iştirak  etmək  üçün  həmin  şəxsin  mənsub  olduğu  xarici  dövlətin 

Azərbaycan  Respublikası  ərazisində  fəaliyyət  göstərən  konsulluğuna  müraciət  edilib- 

edilməməsi barədə məhkəmə tərəflərə məlumat verməyə borcludur. 

530 


47-

 

ci fəsil 



Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların 

qətnamələrinin icrası və tanınması 



Maääə 462. Xarici dövlaüərin mohkoma və arbitrajiannın qətnamələrinin İcrası və 

tanınması 

Xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlarının  qətnamələri  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə,  hüquq  qaydasına  zidd  deyildirsə  və  qarşılıqlı 

təminatlandınlmış- dırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. 

Bu  maddədə  göstərilənlərlə  bağlı  geniş  izah  MPM-in  458-ci  və  465-ci  maddələrinin 

şərhində verilib. 

Maddə 463. Əsas qaydalar 

Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə mülki işlər və 

iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində 

VM

-



 

rulmuş  ziyanın  ödənilməsi  barədə  hissələri,  arbitraj  məhkəmələrinin  qətnamələri,  habelə 

xarici dövlətlərin digər aktlan başa düşülür. 

1.

 



Şərh  olunan  maddənin  başlığı  ilə  məzmunu  arasmda  ziddiyyətli  məqamlar  olsa  da 

burada  xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlarmm  qətnamələri  məhfu-  mu  altında 

nələrin anlaşılmalı olduğunun izah edilməsinə səy göstərilmişdir. 

Bu maddəyə əsasən, xarici dövlətlərin məhkəmələrinin və arbitrajiannın qətnamələri 

dedikdə: 

1)

 



mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr; 

2)

 



cinayət işləri üzrə hökmlərin vurulmuş ziyanın ödənilməsi barədə hissələri

3)

 



arbitraj məhkəmələrinin qətnamələri; 

4)

 



xarici dövlətlərin digər aktları anlaşılmalıdır. 

2.

 



Mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr bir sıra ölkələrdə eyni məhkəmə 

orqanlan (İran, Gürcüstan, Ermənistan, Estoniya, Litva və s.), bir sna ölkələrdə isə (Türkiyə, 

Rusiya, Azərbaycan, Ukrayna və s.) müxtəlif məhkəmə orqanları tərəfindən çıxarılır. 

MDB-yə  daxil  olan  dövlətlərin  əksəriyyətində  ümumi  məhkəmə  orqanlan  ilə  yanaşı 

iqtisad  (təsərrüfat)  məhkəmələri  də  fəaliyyət  göstərir  və  iqtisadi  mübahisələr  üzrə  ədalət 

mühakiməsini  həyata  keçirirlər.  Bir  qisim  ölkələrdə  (Türkiyə,  Almaniya)  bu  məhkəmələr 

ticarət məhkəmələri adlann. 

İstər mülki işlər üzrə, istərsə də iqtisadi (təsərrüfat, ticarət) mübahisələr üzrə çı- xanlan 

xarici  dövlət  məhkəmələrinin  qəmamələri  eyni  hüquqi  qüvvəyə  malikdir  və  Azərbaycan 

Respublikasının ərazisində tanma və icra edilə bilər. 

3.

 

Cinayət prosesində cinayət nəticəsində vurulmuş mülki ziyanm ödənilməsi haqqmda 



işə cinayət işi İlə birlikdə baxılan zaman mülki iş üzrə aynca qətnamə çıxa- nlmır və çıxanlan 

hölonün bir bəndi (və ya hissələri) ziyanm ödənilməsi məsələlərinə həsr edilir. Bu halda xarici 

ölkə məhkəməsinin hökmü bütövlükdə deyil, yalnız mülki iddianm nəticələrinə həsr edilmiş 

hissəsi Azərbaycan Respublikası ərazisində tanma və icra edilə bilər. 

531 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə