Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə249/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   245   246   247   248   249   250   251   252   ...   267

Bu razılaşma ayrıca saziş fonnasmda və ya ümumi müqavilənin bir bəndində nəzərdə 

tutula bilər. 

2)

 

tərəflərdən biri mütləq xarici şəxs olmalıdır. 



Xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi 

yer  olmalıdır.  MPM-in  450.2-ci  maddəsində  şəxsin  iş  yerinin  olması  da  nəzərdə  tutulur. 

Hesab edirik ki, şəxsin iş yerinin olması şərti birinci bəndə də aid edilməlidir. 

2. Proroqatasiya haqqında şərh edilən şərtlər deroqatasiya hallarına da şamil edilməlidir. 

Lakin istər proroqatasiya, istərsə də deroqatasiya müstəsna aidiyyəti olan işlərə tətbiq 

edilir. 


Maddo 451. İşə baxılması yerinin dəyişməzliyi 

Azərbaycan Respublikası məhkəməsi tərəfindən səlahiyyət qaydalarına əməl edilməklə 

icraata  qəbul  edilmiş  iş  sonradan  tərəflərin  vətəndaşlığının,  yaşayış  yerinin  və  ya  adətən 

yerləşdiyi yerin dəyişməsi ilə əlaqədar və ya digər hallarda başqa dövlətin məhkəməsinə aid 

olsa da, mahiyyəti üzrə həll edilir. 

Şərh  edilən  maddədə  göstərilən  müddəalar  müasir  hüquq  sistemlərinə  malik  olan 

dövlətlərin  hamısının  qanunvericiliyində  nəzərdə  tutulub  və  perpetuatio  for  i  adlandırılır 

(məhkəmələrin beynəlxalq səlahiyyətinin dəyişməzliyi prinsipi). 

Məhkəmələrin  beynəlxalq  səlahiyyətinin  dəyişməzliyi  prinsipi  domisiliya  prinsipi  ilə 

sıx  əlaqəlidir.  Belə  ki,  məhkəmələrin  beynəlxalq  səlahiyyətinin  dəyişməzliyi  prinsipi  şərh 

edilən maddəyə əsasən aşağıdakı hallar mövcud olduqda tətbiq olunur: 

1)

 



tərəflərdən birinin vətəndaşlığı dəyişdikdə; 

2)

 



yaşayış yeri dəyişdikdə

3)

 



adətən gəldiyi və ya yerləşdiyi yer dəyişdikdə; 

4)

 



digər hallarda (məsələn, iş yeri dəyişdikdə). 

Burada əsas şərtlərdən biri də sadalanan şərtlərin mövcudluğuna qədər İşin səlahiyyət 

qaydalanna əməl edilməklə icraata qəbul edilməsidir. 

Əgər  göstərilən  şərtlər  mövcud  olana  qədər  iş  icraata  qəbul  edilməyibsə,  onda 



perpetuatio fori prinsipi tətbiq edilə bİlməz. 

Maddə  452.  Eyni  tərəflər  arasında,  eynipredmei  barəsində

  VÖ 


eyni  əsaslar  üzrə 

mübahisələrə xarici məhkəmələr iərəflndən baxılmasının prosessual nəticələri 

452.1.

 

Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə 

dair xarici dövlətin məhkəmələri tərəfindən qətnamə çcxanlıbsa, Azərbaycan Respublikasının 

məhkəməsi  baxılmaq  üçün  ərizəni  qəbul  etməkdən  imtina  edir  və  ya  iş  üzrə  icraata  xitam 

verir. 

452.2.

 

Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə 

dair  xarici  dövlətin  məhkəməsində  əvvəllər  qaldırılmış  iş  olarsa  və  qərar  Azərbaycan 

Respublikası  ərazisində  tanınmalı  və  ya  icra  edilməlidirsə,  Azərbaycan  Respublikasının 

məhkəməsi  baxılmaq  üçün  ərizəni  qəbul  etməkdən  imtina  edir  və  ya  ərizəni  baxılmamış 

saxlayır. 

519 



452.3.

 

Əgər  xarici  dövlətin  məhkəmələri  tərəfindən  qəbtd  edilən

  ı-ə 

ya  qəbul  ediləcək 

qətnamə  Azərbaycan  Respublika.smm  ərazisində  lamnmcdt  və  ya  icra  olunmalı  deyildirsə  və 

yaxud  i.ş  Azərbaycan  Respublikası  məhkəmələrinin  müstə.ına  səlahiyyətlərinə  aiddirsə,  hu 

Məcəllənin 452.1 və 452.2-ci maddələrinin nəticələri yaranmır, 

1.

 



İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın və ya iş üzrə 

icraatın xitam edilməsinin bir əsası da cynİ tərəflər arasında, eyni predmet barəsində və eyni 

əsaslar  üzrə  mübahisələrə  dair  xarici  dövlətin  məhkəməsi  tərəfindən  işə  baxılıb  qəmamə 

çıxarılmasıdır. Bu halda, xarici ölkə məhkəməsinin qəma- məsinin mövcudluğu faktı həmin 

işə  Azərbaycan  Respublikasının  məhkəmələrində  baxılmasmı  istisna  edir.  Bu,  eyni  işə 

məhkəmədə  yalnız  bİr  dəfə  baxıla  bilməsi  məntiqindən  doğur.  Əgər  ərizəçi  qəmaməni 

qanunsuz və ya əsassız hesab edirsə, o, məhkəməyə təkrar müraciət etməməli və qətnaməni 

çıxaran  məhkəmənin  mənsub  olduğu  dövlətin  qanunvericiliyi  ilə  müəyyən  edilən  qaydada 

yuxarı  məhkəmə  instansiyasına  şikayət  ərizəsi  təqdim  etməlidir  (bu  barədə  MPM-in 

153.2.2-153.2.4-cü maddələrinin şərhində genİş bəhs edilir). 

2.

 

452.1-ci  maddənin  şərhində  göstərilənlər  eyni  tərəflər  arasında,  eyni  predmet 



barəsində  və  eyni  əsaslar  üzrə  mübahisəyə  daİr  xarici  dövlətin  məhkəməsində  əvvəllər 

qaldırılmış işin olduğu və qərarın Azərbaycan Respublikasının ərazisində tanınmalı və icra 

edilməli  olduğu  hallarda  da  şamil  edilməlidir.  Bu  halda,  məhkəmə  ərizəni  qəbul  etməkdən 

imtina edir və ya ərizəni baxılmamış saxlayır. 

3.

 

452.3-cü maddəyə uyğun olaraq xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən 



və  ya  qəbul  ediləcək  qətnamə  Azərbaycan  Respublikasmın  ərazisində  tanınmalı  və  ya  icra 

edilməli  olmadıqda  (məsələn,  qətnamənin  icrası  Azərbaycan  Respublikasının 

qanunvericiliyinin  əsas  prinsipləri  və  suverenliyi  ilə  ziddiyyət  təşkil  edirsə  və  ya  xarici 

dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa və s.) və yaxud iş Azərbaycan Respublikasının 

məhkəmələrinin  müstəsna  səlahiyyətinə  aid  olduqda  (məsələn,  daşmmaz  əmlaka  əşya 

hüququnun müəyyən edilməsi, yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı 

iddialara  dair  işlər  və  s.)  452.1  və  452.2-ci  maddələrdə  şərh  edilənlər  bu  maddəyə  şamil 

edilmir. 



Maddə 453. Diplomatik mis.siyamn üzvləri 

Azərbaycan  Respublikasında  yaradılan  diplomatik  missiyanın  üzvləri,  onların  ailə 

üzvləri və onların fərdi ev işçiləri diplomatik münasibətlər barəsində 18 aprel 1961-ci il tarixli 

Vyana  Konvensiyasının  qaydalarına  uyğun  olaraq  mülki  məhkəmə  məsuliyyətindən  azad 

edilirlər. Bu, həmçinin dövlətlərin həmin Konvensiyanın iştirakçıları olmadığı hallara da aid 

edilir. 

l.  Şərh  edilən  maddə  mülki  prosesdə  xarici  dövlətlərin  orqanlarmın  diplomatik 

immunitet  (toxunulmazlıq)  hüquqlannm  təsbitinə  həsr  edilib.  Dövlət  orqanlannın 

toxunulmazlığı  ilə  bağlı  məsələlər  Azərbaycan  Respublikasının  da  qoşulduğu  diplomatik 

münasibətlər  haqqında  18  aprel  1961-cİ  il  tarixli  Vyana  Konvcnsiyasımn  müddəa-  lan  ilə 

nizama sahntr. 

520 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə