Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə245/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   241   242   243   244   245   246   247   248   ...   267

bilər.  Məsələn,  Fransa,  İtaliya,  Almaniya,  Rusiya  həmçinin  Azərbaycan  Respublikasının 

qanunvericiliyində  tam  və  komandit  ortaqhğı  hüquqi  şəxs  sayılır  və  prosessual  hüquq  və 

fəaliyyət qabiliyyətinə malikdirlər. ABŞ və İngiltərə kimi dövlətlərdə həmin təşkilatlar hüquqi 

şəxs sayılmırlar, lakin firma adından i.stifadə edirlər, müstəqil əqdlər bağlayırlar, məhkəmədə 

öz işlərini aparırlar və s. 

3.

 



Məhkəmələrdə işlərə baxılarkən hüquqi maraqlı şəxs qismində beynəbcalq təşkilatlar 

da  çıxış  edə  bilərlər.  Belə  təşkilatların  hüquqi  statusu  beynəlxalq  müqavilələrlə  və  ya 

Azərbaycan Respublikasmın bağladığı beynəlxalq sazişlərlə müəyyən olunur. 

Hüquqi  şəxs  statusuna  malİk  beynəlxalq  təşkilatlar  sırasına  bir  çox  təşkilatlar,  o 

cümlədən dövlətlərarası patent təşkilatı, dövlətlərarası bank təşkilatı, iqtisadi əməkdaşlıq və 

inkişaf təşkilatı və s. aid edilə bilər. 

Ayrı-ayrı ölkələrin ərazisində mülkiyyətinə əmlak əldə edən, ondan istifadə edən, əqdlər 

bağlayan  beynəlxalq  təşkilatlar  milli  qanunlara  tabe  deyillər,  onlar  məhkəməyə  cavabdeh 

qismində  cəlb  edilə  bilməzlər,  onlarm  əmlakma  tələb  yönəldilə  bilməz  və  s.  Başqa  sözlə, 

dövlətlərarası  beynəlxalq  təşkilatlar  mülki-hüquqi  münasibətlərində  beynəbcalq 

immunitetdən  -  üstün  güzəşt  hüquqlarmdan  istifadə  edirlər.  Onlann  bu  hüququ  bir  qayda 

olaraq  beynəlxalq  müqavilələrdən  irəli  gəlir  və  təsis  sənədlərində  (nizamnamələrində)  əks 

etdirilir. 

Dövlətlərarası  təşkilatlara  beynəlxalq  immunitet  hüququnun  verilməsi  müxtəlif 

dövlətlərin ərazisində onlara beynəlxalq xarakterli səlahiyyətlərin həyata keçirilməsində yerli 

hüquq  normalarmdan  asılı  olmamaq  və  beynəlxalq  müqaviləyə  uyğun  müstəqil  fəaliyyət 

göstərmək kimi üstünlüklər verir. 

Beynəbcalq təşkilatlara immunitet hüququnun verilməsi BMT-nin Nizamnaməsinin 104 

və 105-ci maddələrində nəzərdə tutulub. 

Təcrübədə  beynəlxalq  təşkilatlar  yaranmış  mübahisələrə  yerlİ  (milli)  məhkəmələrdə 

deyil, beynəlxalq arbitraj məhkəmələrində baxılmasına üstünlük verirlər. 

Dövlətlərarası  beynəlxalq  təşkilatların  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti, 

beynəlxalq müqavilə, onlann təsis sənədləri və sazişlərlə müəyyən edilir. 

Maddə  443.  Xarici  şəxslərin  iştirakı  ilə  olan  işlər  üzrə  Azərbaycan  Respublikası 

məhkəmələrinin səlahiyyəti 

443.0.

 

Azərbaycan  Respublikasının  məhkəmələri  xarici  şəxslərin  iştirakı  ilə  olan 

aşağıdakı işlərə baxmağa haqlıdır: 

443.0.

 

1.  iş  üzrə  birgə  iddiaçılardan  və  ya  birgə  cavabdehlərdən  hər  hansı  birinin 

Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda

443.0.

 

2.  xarici  şəxslərin  idarəçilik  orqanı,  filialı  və  ya  nümayəndəliyi  Azərbaycan 

Respublikasının ərazisində olduqda; 

443.0.

 

3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda

443.0.

 

4.  aliment  alınması  və  atalığın  müəyyən  edilməsi  işlərində  iddiaçı  Azərbaycan 

Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 

443.0.

 

5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın 

ölümü  ilə  əlaqədar  ziyanın  Ödənilməsinə  dair  işlərdə  ziyan  Azərbaycan  Respublikasının 

ərazisində  vurulduqda  və  ya  iddiaçı  Azərbaycan  Respublikasının  ərazisində  yaşayış  yerinə 

malik 

511 



olduqda: 

443.0.

 

6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələ- 

hin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində 

baş verdikdə

443.0.

 

7.  iddia  icrası  tamamilə  və  ya  qismən  Azərbaycan  Respublikasının  ərazisində 

həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 

443.0.

 

8.  iddia  Azərbaycan  Respublikasının  ərazisində  baş  vermiş  əsassız 

varlanmadan irəli gəldikdə: 

443.0.

 

9.  nikahın  pozulması  işlərində  iddiaçı  Azərbaycan  Respuhlika.stnda  yaşayış 

yerinə  malik  olduqda  və  ya  or-arvaddan  heç  olmazsa  biri  Azərbaycan  Respublikasının 

vətəndaşı olduqda; 

443.0.

 

J 0. şərəjın, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan 

Respublikasında yaşayış yerinə malik olduqda; 

443.0.

 

l i. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında 

olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda, vərəsəlik işləri. 

1.

 



Xarici şəxslərin iştirak etdiyi mübahisələrin məhkəmə aidiyyətinin qanunvericilikdə 

dəqiq müəyyən edilməsi zəruridir. Belə mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən 

MPM-in ümumi hissəsində məhkəmə aidiyyəti ilə bağlı nəzərdə tutulan normaların tələblərinə 

istinad  edilməsi  və  bu  normaların  xarici  ünsürlərin  iştirak  etdiyi  mübahisələrə  uyğunlaşdın 

İması şərh edilən maddənin üstünlüklərindən biridir. 

Xarici ünsürlərin iştirak etdiyi mübahisələrin məhkəmə aidiyyətində müxtəlif meyarlar 

əsas götürülür. Bu meyarlar sırasma: 

-

 



vətəndaşlıq  (nikahın  pozulması  işlərində  ər-arvadm  birinin  mütləq  Azərbaycan 

Respublikasının  vətəndaşı  olması),  tərəflərin  olduğu  yer  (birgə  iddiaçı  və  ya  bİrgə  ca- 

vabdehlərdən birinin Azərbaycan Respublikasında yaşayış yeri olması; 

-

 



aliment  alınması  və  atalığın  müəyyən  edilməsi  İşlərində  iddiaçmm  Azərbaycan 

Respublikasın m ərazisində yaşayış yerinə malik olması; 

-

 

yetirilən xəsarətlə, sağlamlığm başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə 



əlaqədar  ziyanın  ödənilməsinə  dair  işlərdə  zİyan  Azərbaycan  Respublikasının  ərazisində 

vurulması və ya (seçmə aidiyyət) iddiaçmm Azərbaycan Respublikası- nm ərazisində yaşayış 

yerinə malik olması; 

-

 



şərəfin,  ləyaqətin  və  işgüzar  nüfuzun  müdafiəsi  işlərində  iddiaçmm  Azərbaycan 

Respublİkasmda  yaşayış  yerinə  malik  olması),  əmlakın  Azərbaycan  Respublikasının 

ərazisində mövcudluğu (xarici şəxslərin idarəçilik orqanmın, filialın və ya nümayəndəliyin 

Azərbaycan Re.spublikasmm ərazisində olması; 

-

 

cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; 



-

 

ziyanın Azərbaycan Respublikasının ərazisində vurulması; 



-

 

iddianm Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli 



gəlməsi; 

-

 



vəsiyyət edənin ölən vaxt yaşayış yerinin, gəldiyi yerin Azərbaycan Respublikasında 

olması  və  yaxud  (seçmə  aidiyyət)  vəsiyyət  edənin  əmlakmm  Azərbaycan  Respublikasmm 

ərazisində olması), hərəkətin və ya icranın Azərbaycan Respublika- 

512 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə