bilər. Məsələn, Fransa, İtaliya, Almaniya, Rusiya həmçinin Azərbaycan Respublikasının
qanunvericiliyində tam və komandit ortaqhğı hüquqi şəxs sayılır və prosessual hüquq və
fəaliyyət qabiliyyətinə malikdirlər. ABŞ və İngiltərə kimi dövlətlərdə həmin təşkilatlar hüquqi
şəxs sayılmırlar, lakin firma adından i.stifadə edirlər, müstəqil əqdlər bağlayırlar, məhkəmədə
öz işlərini aparırlar və s.
3.
Məhkəmələrdə işlərə baxılarkən hüquqi maraqlı şəxs qismində
beynəbcalq təşkilatlar
da çıxış edə bilərlər. Belə təşkilatların hüquqi statusu beynəlxalq müqavilələrlə və ya
Azərbaycan Respublikasmın bağladığı beynəlxalq sazişlərlə müəyyən olunur.
Hüquqi şəxs statusuna malİk beynəlxalq təşkilatlar sırasına bir çox təşkilatlar, o
cümlədən dövlətlərarası patent təşkilatı, dövlətlərarası bank təşkilatı, iqtisadi əməkdaşlıq və
inkişaf təşkilatı və s. aid edilə bilər.
Ayrı-ayrı ölkələrin ərazisində mülkiyyətinə əmlak əldə edən, ondan istifadə edən, əqdlər
bağlayan beynəlxalq təşkilatlar milli qanunlara tabe deyillər, onlar məhkəməyə cavabdeh
qismində cəlb edilə bilməzlər, onlarm əmlakma tələb yönəldilə bilməz və s. Başqa sözlə,
dövlətlərarası beynəlxalq təşkilatlar mülki-hüquqi münasibətlərində beynəbcalq
immunitetdən - üstün güzəşt hüquqlarmdan istifadə edirlər. Onlann bu hüququ bir qayda
olaraq beynəlxalq müqavilələrdən irəli gəlir və təsis sənədlərində (nizamnamələrində) əks
etdirilir.
Dövlətlərarası təşkilatlara beynəlxalq immunitet hüququnun verilməsi müxtəlif
dövlətlərin ərazisində onlara beynəlxalq xarakterli səlahiyyətlərin həyata keçirilməsində yerli
hüquq normalarmdan asılı olmamaq və beynəlxalq müqaviləyə uyğun müstəqil fəaliyyət
göstərmək kimi üstünlüklər verir.
Beynəbcalq təşkilatlara immunitet hüququnun verilməsi BMT-nin Nizamnaməsinin 104
və 105-ci maddələrində nəzərdə tutulub.
Təcrübədə beynəlxalq təşkilatlar yaranmış mübahisələrə yerlİ (milli) məhkəmələrdə
deyil, beynəlxalq arbitraj məhkəmələrində baxılmasına üstünlük verirlər.
Dövlətlərarası beynəlxalq təşkilatların prosessual hüquq və fəaliyyət qabiliyyəti,
beynəlxalq müqavilə, onlann təsis sənədləri və sazişlərlə müəyyən edilir.
Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası
məhkəmələrinin səlahiyyəti
443.0.
Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan
aşağıdakı işlərə baxmağa haqlıdır:
443.0.
1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin
Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;
443.0.
2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan
Respublikasının ərazisində olduqda;
443.0.
3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda;
443.0.
4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan
Respublikasının ərazisində yaşayış yerinə malik olduqda;
443.0.
5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın
ölümü ilə əlaqədar ziyanın Ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının
ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə
malik
511
olduqda:
443.0.
6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələ-
hin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində
baş verdikdə;
443.0.
7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində
həyata keçirilməli olan və
ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;
443.0.
8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız
varlanmadan irəli gəldikdə:
443.0.
9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respuhlika.stnda yaşayış
yerinə malik olduqda və
ya or-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının
vətəndaşı olduqda;
443.0.
J 0. şərəjın, ləyaqətin və
işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan
Respublikasında yaşayış yerinə malik olduqda;
443.0.
l i. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında
olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda, vərəsəlik işləri.
1.
Xarici şəxslərin iştirak etdiyi mübahisələrin məhkəmə aidiyyətinin qanunvericilikdə
dəqiq müəyyən edilməsi zəruridir. Belə mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən
MPM-in ümumi hissəsində məhkəmə aidiyyəti ilə bağlı nəzərdə tutulan normaların tələblərinə
istinad edilməsi və bu normaların xarici ünsürlərin iştirak etdiyi mübahisələrə uyğunlaşdın
İması şərh edilən maddənin üstünlüklərindən biridir.
Xarici ünsürlərin iştirak etdiyi mübahisələrin məhkəmə aidiyyətində müxtəlif meyarlar
əsas götürülür. Bu meyarlar sırasma:
-
vətəndaşlıq (nikahın pozulması işlərində ər-arvadm birinin mütləq Azərbaycan
Respublikasının vətəndaşı olması), tərəflərin olduğu yer (birgə iddiaçı və ya bİrgə ca-
vabdehlərdən birinin Azərbaycan Respublikasında yaşayış yeri olması;
-
aliment alınması və atalığın müəyyən edilməsi İşlərində iddiaçmm Azərbaycan
Respublikasın m ərazisində yaşayış yerinə malik olması;
-
yetirilən xəsarətlə, sağlamlığm başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə
əlaqədar ziyanın ödənilməsinə dair işlərdə zİyan Azərbaycan Respublikasının ərazisində
vurulması və ya (seçmə aidiyyət) iddiaçmm Azərbaycan Respublikası- nm ərazisində yaşayış
yerinə malik olması;
-
şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçmm Azərbaycan
Respublİkasmda yaşayış yerinə malik olması), əmlakın Azərbaycan Respublikasının
ərazisində mövcudluğu (xarici şəxslərin idarəçilik orqanmın, filialın və ya nümayəndəliyin
Azərbaycan Re.spublikasmm ərazisində olması;
-
cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması;
-
ziyanın Azərbaycan Respublikasının ərazisində vurulması;
-
iddianm Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli
gəlməsi;
-
vəsiyyət edənin ölən vaxt yaşayış yerinin, gəldiyi yerin Azərbaycan Respublikasında
olması və yaxud (seçmə aidiyyət) vəsiyyət edənin əmlakmm Azərbaycan Respublikasmm
ərazisində olması), hərəkətin və ya icranın Azərbaycan Respublika-
512