Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə33/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   267
    Bu səhifədəki naviqasiya:
  • Maddo

lara  məxsus  olmadığı  və  ya  onlarm  tələb  üzrə  cavabdeh  olmadıqları  aşkar  edilsin.  Əsl 

olmayan  tərəf  prosesdə  iştirak  edirsə,  bu  halda  o,  tərəfin  prosessual  hüquq  və  vəzifələrinə 

malikdir.  Odur  ki,  əsl  olmayan  tərəfin  müəyyən  edilməsi  üçün  sırf  prosessual  cəhətlər  də 

vacibdir. 

2.

 

Əsl olmayan tərəfin (həm iddiaçmın, həm də cavabdehin) dəyişdirilməsi yalnız ilkin 



iddiaçınm razılığı ilə həyata keçirilə bilər. 

İddiaçı özünün başqa şəxslə dəyişdirilməsinə razılıq vermirsə, bu halda məhkəmə onu 

əvəz  etməyə  haqlı  deyil.  Həmçinin  ilkin  cavabdehin  dəyişdirilməsinə  iddiaçının  razılığı 

olmazsa,  onu  da  prosesdən  kənarlaşdırmaq  olmaz.  Cavabdehin  özünün  və  ya  İddiaçmm 

dəyişdirilməsinə cavabdehin razılığmm aimması tələb olunmur. 

Prosesdə  qalan  (prosesdən  çıxmaq  istəməyən  və  ya  prosesdən  çıxarılmasına  razılıq 

verilməyən) tərəfi əsl olmayan tərəf adlandırmaq olmaz. Məhkəmə qətnaməsi çıxarılana qədər 

iddiaçıya tələb hüququnun, cavabdehə isə iddia üzrə cavab vermək vəzifəsinin məxsus olması 

güman edilir. 

Yalnız  o  iddiaçını  əsl  olmayan  hesab  etmək  olar  ki,  məhkəmədə  iş  qaldırılan  zaman 

onun tələb hüququnun olması barədə mövcud olan ehtimal aradan qaldınimış olsun. Onu da 

qeyd  etmək  lazımdır  ki,  həmin  chtİmalm  aradan  qaldırılması  yalnız  iddiaç  min  razılığı  ilə 

aradan  qaldırıla  bilər.  Eyni  sözlər  məhkəmədə  iş  qaldırılan  zaman  iddia  üzrə  cavabdehlik 

daşıması barədə ehtimal aradan götürülmüş əsl olmayan cavabdehə də aiddir. Bu cür ehtimal 

da yalnız iddiaçının razılığı ilə aradan qaldırıla bilər. 

Buradan belə nəticəyə gəlmək olar ki, İşİn araşdıniması prosesində tərəflər yalnız ona 

görə əsl olmayan kimi tanmırlar ki, əsl olanlarla əvəz edilsinlər. 

İlkin  iddiaçı  prosesdən  çıxmağa  razılıq  verdikdə,  məhkəmənin  xəbərdar  etdiyi  şəxs 

prosesə  daxil  olmaq  istədikdə,  əsl  olmayan  iddiaçınm  əsl  olanla  dəyişdirilməsi  baş  verir. 

Lakin bu o demək deyil ki, prosesə yeni daxil olan şəxs tələb hüququ olan şəxs kimi tanmır. O 

da  ilkin  iddiaçı  kimi  məhkəmə  qətnaməsi  çıxarılana  qədər  tələb  hüququnun  güman  edilən 

subyekti kimi qalır. 

İddiaçmm tələbinin mahiyyəti ilə bağlı cavabı, həmçinin onun tələb hüququ olan şəxs 

olub-olmaması ilə bağlı cavabı məhkəmə öz qərarmda bildirir. 

3.

 

İddiaçı özünün başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, həmin şəxs, mübahisə 



predmeti  barəsində  müstəqil  tələblər  irəli  sürən  üçüncü  şəxs  kimi  işə  daxil  ola  bilər  və 

məhkəmə həmin şəxsi bu barədə xəbərdar edir. 

Normanm  tələbindən  göründüyü  kimi,  əgər  ilkin  iddiaçı  razılıq  verməzsə,  məhkəmə 

həmin  şəxsi  iddiaçı  qismində  cəlb  edə  bilməz,  onu  yalnız  üçüncü  şəxs  kimi  prosesə  daxİl 

olmasmm  mümkünlüyü  barədə  xəbərdar  edir.  Hüquqlarmm  və  qanunla  qorunan 

mənafelərinin  müdafiəsi  üçün  prosesə  daxil  olub-olmamaq  barədə  qərar  qəbul  etmək 

dispozitivlik prinsipinə uyğun olaraq, yalnız həmİn şəxsin özünə məxsusdur. İlkin iddiaçınm 

prosesdən  çıxmağa  razılıq  verməsi  onun  iddiadan  imtina  etməsi  deməkdir.  Məhkəmə 

tərəfindən  xəbərdar  edilən  şəxs  prosesə  daxil  olmaqdan  imtina  etdikdə,  ilkin  iddiaçı  isə 

prosesdən çıxmağa razılıq verdikdə, iş üzrə icraata xitam verilməlidir. 

İlkin iddiaçmm onun başqa şəxslə əvəz edilməsinə razılığı olmadığı, sonuncunun 

69 



isə prosesə  mübahisənin predmetinə  müstəqil  tələblər  İrəli  sürməklə  daxil  olduğu  təqdirdə, 

işdə iddia tələbinə iddialı olan iki şəxs iştirak edəcək: ilkin iddiaçı və mübahisənin predmetinə 

müstəqil tələblər irəli sürən üçüncü şəxs. Onlann hər ikisi mübahisənin predmetinə hüququn 

güman edilən daşıyıcıları kimi qəbul ediləcəklər. Lakin bu cür iddiaçılar  - bir-bİrini istisna 

edən maddi-hüquqi maraqların daşıyıcılarıdır- lar. Hüququn onlardan hər hansı birinə məxsus 

olması o birisinin belə hüququnu istisna edir. 

4.

 

Oxşar vəziyyət ilkin cavabdehin digər şəxslə əvəz edilməsi zərurəti yarananda da baş 



verir,  yalnız  bir  fərqlə  ki,  iddiaçı  ilkin  cavabdehin  digər  şəxslə  əvəz  edilməsinə  razıhq 

vermədiyi halda, məhkəmə bu şəxsi ikinci cavabdeh kimi işə cəlb edə bilər. 

Cavabdehin  prosesdən  çıxarılması  maddi-hüquq  münasibətlərinin  tərəflərinin 

dəyişdirilməsi ilə bağlıdır ki, bununla bağlı sərəncam vermək hüququ yalnız tərəflərin özünə 

məxsusdur. Odur ki, iddiaçı razı olmadıqda, məhkəmə cavabdehi başqa şəxslə dəyişdirməyə 

haqlı deyil. Lakin məhkəmə öz təşəbbüsü İlə ikinci cavabdehi işdə iştiraka cəlb edə bilər.^ 

Bu halda işdə iki cavabdeh iştirak edəcək ki, bunlardan birini məhkəmə öz qərarında əsl 

olmayan  kimi  tanıyacaq.  Həmin  şəxslərdən  birinin  məhkəmənin  qərarmda  cavabdeh  kimi 

tanmması digərini məsuliyyətdən azad edir. Lakin məhkəmə qərarı çıxanlana qədər onlarm hər 

ikisi iddia üzrə ehtimal olunan cavabdehlərdirlər. 

5.

 

Əsl olmayan tərəf əsl olanla məhkəmə qərardadı çıxarılması yolu ilə əvəz edilir. İlkin 



iddiaçı  və  ya  cavabdeh  tərəfindən  edilən  hərəkətlər  prosesə  yeni  daxil  olan  (cəlb  edilən) 

şəxsləri  heç  nəyə  bağlamır.  Əsl  olmayan  tərəfin  əvəz  edilməsindən  sonra  işə  əvvəldən 

baxılmağa başlanır. 

Əsl olmayan tərəfin əvəz edilməsi barədə məsələ tərəflərin vəsatəti və ya məhkəmənin öz 

təşəbbüsü  ilə  qaldırıla  bitər.  Əvəz  edilməyə  işin  məhkəmədə  baxılmağa  hazırlanması 

mərhələsində də yol verilir (MPM, 167.1.4-cü maddə). 

Məhkəmə  itkin  iddiaçmı  onun  razılığı  ilə  digər  şəxslə  əvəz  etdikdə,  sonuncu  ümumi 

əsaslarla dövlət rüsumunu ödəməlidir. 



Maddo 55. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər 

55.1.

 

Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə 

qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa 

bilərlər. 

55.2.

 

Onlar həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə 

tutulmuş, iqtisad məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenzi- 

*

 

*  Cavabdehin  başqa  şəxslə  əvəz  edilməsinə  razılıq  vermədiyi  təqdirdə,  məhkəmənin 

həmin şəxsi öz təşəbbüsü ilə ikinci cavabdeh kimi işə cəlb etmək hüququnu müəyyən edən 

54,3-cü  maddəsinin  bu  göstərişi  yeni  mülki  prosessual  qanunvericiliyin  bəyan  etdiyi 

prinsiplərə və ilk növbədə, onun əsas prinsiplərindən biri olan dispozitivlik prinsipinə ziddir. 

Digər tərəfdən, əgər nəzərə alsaq ki, bu halda cavabdehin «işə cəlb edilməsiw məhkəmənin 

vəzifəsi  kimi  yox,  hüququ  kimi  müəyyən  edilib,  məhkəmənin  bu  cür  vəziyyət  yarandıqda 

hansı meyarlardan çıxış edərək, bİr halda şəxsi ikinci cavabdeh kimi İşə cəlb edəcəyi, ikinci 

halda isə bunu etməyəcəyi qaranlıq qalır. 

70 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə