vəzifələr daşıyırlar.
1.
MPM-in 50-ci maddəsi işdə tərəf ola bilən iştirakçılarm dairəsini dəqiqləşdirir, lakin
MPM tərəflərin anlayışını vermir.
Mülki prosesdə tərəflər işdə iştirak edən o şəxslərdir ki, aralarmdakı maddi-hüquqi
mübahisə məhkəmədə baxılır və həll edilir.
Göründüyü kimi:
1)
tərəflər - işdə iştirak edən əsas şəxslərdir;
2)
tərəflər - maddi hüquqlar və qanunla qorunan mənafelər barədə mübahisə edirlər və
buna görə də, əks maddi-hüquqi maraqlara malikdirlər;
3)
hüquq və qanunla qorunan mənafe barədə mübahisə məhkəmə baxışınm və
araşdırmasının predmetidir.
50.1-
ci maddə müəyyən edir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab
edilirlər.
İddiaçı və cavabdeh qismində aşağıdakılar iştirak edirlər:
1)
fiziki şəxslər anlayışı altında Azərbaycan Respublikasınm vətəndaşları, əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulur. Bu zaman MPM-in maddələrinin qaydaları
nəzərə alınmalıdır. İddiaçmm və cavabdehin fəaliyyət qabiliyyətinin olması da zəruri şərtdir
(MPM, 49-cu maddə);
2)
hüquqi şəxslər anlayışı altmda Mülki Məcəllənin 4-cü fəslində nəzərdə tutulan hüquqi
şəxslər - dövlət qeydiyyatına aimmış kommersiya və qeyri-kommersiya (qeyri-höl^mət)
təşkilatları nəzərdə tutulur;
3)
dövlət orqanları anlayışı altında Dövlət qulluğu haqqmda Qanunun 7 və 8-ci
maddələrində göstərilən subyektlər nəzərdə tutulur (MPM-in 46-cı maddəsinin şərhinə bax).
4)
vəzifəli şəxslər anlayışı altında MPM-in 285-ci maddəsində nəzərdə tutulan hallarda
işə cavabdeh qismində cəlb edilə bilən şəxslər nəzərdə tutulur (MPM, 285-ci maddə).
Tərəflər bərabər prosessual hüquqlardan istifadə edirlər. Onların ümumi hüquqlarının
həcmi işdə iştirak edən digər şəxslərin hüquq və vəzifələrinin həcmi ilə üst-üstə düşür (MPM,
50.5-ci maddə).
Lakin bununla yanaşı, işdə iştirak edən şəxslərin hamısına xarakterik olan ümumi
hüquqlardan əlavə, tərəflər MPM-in 52-ci maddəsində nəzərdə tutulan xüsusi hüquqlara
malikdirlər: iddiaçı iddianm predmetini və ya əsasını dəyişdirə bilər, iddia tələbinin həcmini
artu-a və azalda, iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər. Tərəflər işi banşıq
sazişi bağlamaqla başa vura bilərlər.
Tərəflərin məhkəmədən işə onlarm iştirakı olmadan baxılmasmı xahiş etmək hüquqları
var, lakin məhkəmə onlarm gəlməsini məcburi hesab edə bilər (MPM, 185-ci maddə).
2.
Tərəflər prosesdə öz adlarmdan və öz hüquqlarmm müdafiəsi üçün iştirak edirlər. Bir
qayda olaraq, məhkəmə prosesi hüquqlan pozulmuş və ya mübahisə edilən şəxsin ərizəsi ilə
başlanır. Lakin məhkəmə həmçinin digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi üçün məhkəmədə iddİa qaldırmaq hüququ qanunla
61
nozürdo tutulan şəxslərin müraciəti əsasında mülki işə baxa bilər.
Digər şəxslərin ərizəsi əsasında maraqları naminə iş qaldınimış şəxs məhkəmənin yeri və
vaxtı barədə xəbərdar edilir və o, prosesdə iddiaçı qismində iştirak edir (MPM, 140.1-ci
maddə).
Qanunda nəzərdə tutulan hallarda fiziki və hüquqi şəxslər başqasının mənafeyi naminə, o
cümlədən təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq
müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror
iddiaçılar hesab edilirlər.
Həmin şəxslər barışıq sazişi bağlamaq hüququndan başqa, iddiaçmm bütün prosessual
hüquqlanndan istifadə edir və vəzifələrini daşıyırlar (MPM, 59-cu maddə).
Mənafeyi naminə iş qaldırılmış şəxs başlanmış proses barədə xəbərdar edilir; bu, həmin
şəxsə məhkəmə baxışmm yerİ və vaxtı, hansı qisimdə məhkəməyə çağırılması barədə çağırış
vərəqəsi verilməsi yolu ilə edilir (MPM, 140.1-ci maddə).
Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr
daşıyırlar (MPM, 50.5-ci maddə). Tərəflərin hüquq bərabərliyi prinsipinin pozulması
məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır (MPM, 387-ci maddə).
Başqa şəxslərin hüquq və mənafeyini müdafiə elmək üçün qanun üzrə məhkəməyə
müraciət edə biləcəkləri hallarda prokurorun, dövlət orqanlarmm, müəssisələrin, idarələrin,
təşkilatların, siyasi partiyaların, həmkarlar ittifaqlarmm, ictimai birliklərin və ayrı-ayn
vətəndaşların ərizəsi üzrə mənafeyi üçün iş başlanmış şəxs, başlanmış proses haqqmda
məhkəmə tərəfindən xəbərdar edilir və hüquqlarmın və qanunla qorunan mənafeyinin
müdafiəsi üçün ərizə vermiş şəxslə yanaşı prosesdə iddiaçı kimi iştirak edir.
3.
MPM-in 50.2-ci maddəsinin göstərişinə görə, özünün mənafeyi naminə iddia qaldıran
fiziki və hüquqi şəxslərlə yanaşı, aşağıda göstərilən şəxslər də iddiaçılar hesab
edilirlər;
1)
başqasmın mənafeyi naminə iddia qalduınış fiziki və
hüquqi şəxslər;
2)
təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq
müraciəti olduğu hallarda, dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror.
Başqasmın mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər və prokuror başqa
şəxslərin hüquqlannı və qanunla qorunan mənafeyinin müdafiə olunması ilə bağlı məhkəməyə
ərizə ilə müraciət etdikdə, mülki prosessual qanunvericiliyə əsasən o, prosesdə iddiaçı
qismində çıxış edir. Lakin həmin fiziki və hüquqi şəxslər, o cümlədən prokuror məhkəməyə
ərizə ilə öz maraqlarmm müdafiəsi məqsədilə yox, başqa şəxslərin hüquqlarmm və qanunla
qorunan mənafelərinin müdafiəsi üçün müraciət edirlər. Onlar məhkəməyə ərizə ilə müraciət
etdikdə, maddi-hüquqi mənada deyil, prosessual-hüquqi mənada iddiaçı olurlar.
Şərh olunan maddənin göstərişinə görə, prokuror: 1) yalnız təsisçisi dövlət və ya dövlət
idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda və 2) dövlət
mənafeyinin müdafiəsi üçün məhkəmədə iddia qaldıra bilər.-
- Mülki Məcəllənin 64.6-cı maddəsinin göstərişinə görə, «dövlət orqanlan və yerli
özünüidarə orqanları təsərrüfat ortaqlıqlannm və cəmiyyətlərinin iştirakçılar kimi çıxış edə
bilməzləri).
62