tuta; qaydanı pozan şəxsin əməlində cinayət tərkibi olduqda, onun barəsində cinayət işi
başlamaq üçün materiallan müvafiq orqanlara göndərə; işdə iştirak edən şəxslər tərəfindən
qaydalar təkrar pozulduqda, onlar məhkəmənin qərardadı ilə məhkəmə baxı- şmm bütün
müddətində və yaxud bir hissəsində məhkəmə iclası zalından çıxarıla bilər (MPM, 177-ci
maddə).
Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti
ilər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən
mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşmaq qabiliyyətinə (mülki-prosessual
hüquq qabiliyyəti) malikdir.
1.Mülki prosesdə tərəf kimi yalnız mülki-prosessual hüquq qabiliyyətinə malik
subyektlər çıxış edə bilər.
Mülki prosessual hüquq qabiliyyətinin MPM-in 48-ci maddəsində təqdim olunan
anlayışında onun xarakterik cəhətləri verilir ki, bunlar aşağıdakılardu-:
1)
şəxsin mülki prosessual hüquqlara malik olmaq qabiliyyəti.
Belə prosessual hüquqlara
nümunə kimi məhkəməyə müraciət etmək (MPM, 4-cü maddə), İşİn materiallan ilə tanış
olmaq, vəsatətlər vermək, sübutlar təqdim etmək (MPM, 47-ci maddə), məhkəmə icraatının
gedişində ana dilindən istifadə etmək (MPM, 11-ci maddə) və s. hüquqlan göstərmək olar;
2)
şəxsin mülki prosessual vəzifələr daşımaq qabiliyyəü. Məsələn, məhkəmənin çağırışı
ilə gəlmək, məhkəmə xərclərini Ödəmək vəzifəsi və s.
Mülki prosessual hüquq qabiliyyəti maddi hüquqda hüquq qabiliyyəti ilə sıx bağ- lidu-.
Bu bağlılıq özünü ilk növbədə onda göstərir ki, onlar eyni zamanda yaranırlar. Bəzən maddi
hüquqda hüquq qabiliyyəti heç də vətəndaşın anadan olması ilə eyni zamanda yaranmır -
məsələn, əmək və ya nikah hüquq qabiliyyəti müvafiq olaraq 14- 15 və 17-18 yaşlarından
yaranır - bu halda mülki prosessual hüquq qabiliyyəti də elə həmin andan yaranır.
Mülki prosessual hüquq qabiliyyətini mülki hüquq qabiliyyəti ilə eyniləşdirmək olmaz.
Mülki icraat qaydasmda təkcə mülki hüquq münasibətlərindən deyil, həm də başqa hüquq
münasibətlərindən (ailə, əmək və s.) doğan hüquqların və qanunla qorunan mənafelərin
müdafiəsi həyata keçirilir. Odur ki, mülki hüquq qabiliyyəti həmin işlərin hamısı üçün həlledici
əhəmiyyətə malik ola bilməz. Bundan başqa, məhkəmənin, prokurorun, şahidlərin,
ekspertlərin, mütəxəssislərin və digər şəxslərin mülki prosessual hüquq qabiliyyəti onlann
mülki hüquq qabiliyyətləri ilə bağlı deyil.
2.
Mülki prosessual hüquq qabiliyyətinə aşağıdakı fiziki şəxslər malikdirlər:
1)
Azərbaycan Respublikasının yetkinlik yaşma çatmış vətəndaşları (MPM, 49.1- ci
maddə);
2)
xarici dövlətlərin vətəndaşları (MPM-in 441.1-ci maddəsinin qaydaları nəzərə
aimmaqla);
3)
vətəndaşlığı olmayan və ikili vətəndaşlığı olan şəxslər (MPM, 441.3-cü maddə).
Mülki prosessual hüquq qabiliyyətinə həmçinin aşağıdakı hüquqi şəxslər malik-
57
dirior:
1)
Azərbaycan Respublikasının hüquqi şəxsləri (kommersiya və qeyri-kommersiya
təşkilatları);
2)
xarici ölkələrin hüquqi şəxsləri. Həmin qurumların Azərbaycan Respublikasının
məhkəmələrinə müraciət etmək və öz maraqlanmn müdafiəsi üçün mülki prosessual
hüquqlardan istifadə etmək hüquqları var.
Vətəndaşların mülki prosessual hüquq qabiliyyəti anadan olma anından yaranır və ölümü
ilə xitam olunur. Mülki prosessual hüquq qabiliyyətinin mövcudluğunun vətəndaşın psixi
vəziyyətindən asılılığı yoxdur.
Hüquqi şəxslərin mülkİ prosessual hüquq qabiliyyəti onların hüquqi şəxs statusu əldə
etdikləri andan yaranır və ləğv edildikləri andan ona xitam verilir. Hüquqi şəxslərin mülki
prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti eyni vaxtda yaranır və
xitam olunur.
3.
MPM-in 48-ci maddəsinin mətnində getmiş
eyni dərəcədə ifadəsi altında fiziki və
hüquqi şəxslərin mülki prosessual hüquq qabiliyyətinin bərabərliyi nəzərdə tutulur. Başqa
sözlə, bu qabiliyyətin həcmi fiziki şəxslərə münasibətdə cins, milli mənsubiyyət, dinə
münasibətdən, hüquqi şəxslərə münasibətdə isə, onların təşkilati-hüquqi formalarmdan -
kommersiya, qeyri-kommersiya qurumları olmasmdan asılı olaraq artıb-azalmır.
Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti
49. L Öz fəaliyyəti ilə məhkəmədə hüquqlanm həyata keçirmək və vəzifələrini yerinə
yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət
qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə v.? qanunvericiliklə
müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
49.2.
On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan
edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə
bilər.
49.3.
Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə
məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan
mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə
yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin
özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.
49.4.
On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti
olmayan hesab edilən şəxslərin hüquq, azadlıq vo qanunla qorunan mənafelərini məhkəmədə
onların qanuni nümayəndələri qoruyurlar.
49. 5. Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək, inzibati və digər hüquq
münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə
edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla
qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər.
1.
MPM-in 49.1-ci maddəsi mülki prosessual fəaliyyət qabiliyyətinin anlayışuıı verir.
Göründüyü kimi, mülki prosessual fəaliyyət qabiliyyətinin məzmunu aşağıdakıları ehtiva edir:
1)
şəxsin öz hüquqlarım məhkəmədə şəxsən müdafiə etmək qabiliyyəti (MPM,
58