Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə26/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   267

Maddə 47, f^də iştirak edən şəxsiərin hüquq və vəzifələri 

47.1.

 

İşdə  iştirak  edən  şəxslər,  prosessual  qanunvericiliklə  onlara  verilmiş  prosessual 

hüquqlardan vicdanla istifadə elməyə borcludurlar. 

47.2.

 

İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar elmək 

və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim və onların tədqiqində iştirak etmək, işdə 



iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər. 

o cümlədən də əlavə sübutların tələb edilmətti barədə vəsatətlər vermək, məhkəməyə şifahi və 

yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə 

dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə 

qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericiliklə verilən digər 

prosessual hüquqlarından istifadə etmək hüququna malikdirlər. 

47.3.İşdə  iştirak  edən  şəxslər,  mülki  məhkəmə  icraatı  barədə  qanunvericiliklə  nəzərdə 

tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar. 

1.

 



İşdo  iştirak  cdon  şəxslər  prosessual  qanunvericiliklə  onlara  verilmiş  hüquqlardan 

vicdanla istifadə etməlidirlər. 



Prosessual  hüquqlardan  vicdanla  istifadə  etmək  dedikdə,  işdə  iştirak  edən  şəxslərin 

MPM-lə  onlara  verilmiş  hüquqlardan  istifadə  edən  zaman  sui-istifadənin  yolverilməzliyi 

nəzərdə tutulur. 

Məhkəmənin  vəzifəsi  yalnız  həmin  şəxslərə  hüquqlarının,  azadlıqlarının  və  qanunla 

qorunan mənafelərinin müdafiəsində kömək etmək deyil, həmçinin həmin hüquqları vicdanla 

yerinə yetirmələrinə nəzarət etməkdir. İşdə iştirak edən şəxslərin öz hüquqlarmdan vicdanla 

istifadə  etməmələrinin  qarşısı  məhkəmə  tərəfindən  prosessual  sanksiyalann  tətbiqi  yolu  ilə 

alına bilər. 

2.

 

MPM-in 47-ci maddəsi işdə iştirak edən ayn-ayrı şəxslər üçün səciyyəvi olan hüquqlar 



müəyyən  etmir,  işdə  iştirak  edən  şəxslərin  hamısı  üçün  ümumi  hüquqlar  nəzərdə  tutur. 

Ayn-ayrı  şəxslərin  hüquq  və  vəzifələri  həmin  subyektlərin  hüquqi  vəziyyətini  tənzimləyən 

normalarda təsbit olunur. 

MPM-in 47.2-ci maddəsi işdə iştirak edən şəxslərin aşağıdakı hüquqlarmı nəzərdə tutur: 



-

 

işin materialları ilə tanış olmaq; 



-

 

işin  materiallanndan  çıxarışlar  etmək  və  onlarm  surətlərini  çıxarmaq.  Materiallardan 

çıxarışların həcmini işdə iştirak edən şəxslərin özləri müəyyən edirlər. Çıxarışları yalnız həmin 

şəxsə  aid  olan  materiallarla  məhdudlaşdırmaq  olmaz,  şəxsin  işdə  olan  bütün  materiallardan 

çıxarışlar etmək hüququ var. Materialların surətlərini həm əllə, həm də kserosuratini çıxarmaq 

və ya fotoşəklini çəkmək yolu ilə çıxarmaq olar; 



-

 

etirazlar  vermək,  işdə  iştirak  edən  şəxslərin  MPM-in  19-cu  maddəsinə  uyğun  olaraq 

hakimə (məhkəmə tərkibinə), ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə 

etiraz etmək hüquqları var; 



-

 

sübutlar təqdim etmək və onlarm tədqiqində iştirak etmək. Bura bütün növ yazılı, maddi 

və  s.  sübutlar  aiddir.  Bu  zaman  sübutlarm  aid  edilməsi  və  mümkünlüyü  barədə  qaydalar 

qüvvədədir; 



-

 

işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək. 

Suallar şifahi şəkildə, məhkəmənin müəyyən etdiyi qaydada və hakimin 

55 



(sədrlik  edənin)  icazəsi  ilə  verilir.  Şahidlər  və  ekspertlər  qarşısında  sualların  qoyulması 

qaydasım MPM xüsusi olaraq tənzimləyir

-

 

vəsatətlər, o cümlədən də əlavə sübutlarm tələb edilməsi barədə vəsatətlər vermək; 

-

 

məhkəməyə şifahi və yazılı izahatlar vermək; 

-

 

məhkəmə  prosesinin  gedişi  vaxtı  ortaya  çıxan  bütün  məsələlər  barədə  dəlillər 

gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək. Etirazlar şifahi 

və yazılı foımalarda edilə bilər. Yazılı etirazlar hakim (sədrlik edən) tərəfindən elan edilir; 

-

 

məhkəmə qərarlarından şikayət etmək; və s. 

Şərh  olunan  maddədə  işdə  iştirak  edən  şəxslərin  hanusı  üçün  ümumi  olan  hüquqlar 

sadalanır. Bununla yanaşı, həmin şəxslərin bəzilərinin bir sıra əlavə hüquqlan var. Məsələn, 

tərəflərə həmin maddədə nəzərdə tutulan hüquqlardan əlavə, aşağıdakı hüquqlar da verilib: 

-

 

mübahisəni münsiflər məhkəməsinin həllinə vennək (MPM, 29-cu maddə); 

-

 

işdə öz hüquqlarm: müstəqil həyata keçirmək və ya birgə iştirakçılardan birmə həvalə 

etmək (MPM, 51-ci maddə); 

-

 

işi barışıq sazişi bağlamaqla bitirmək (MPM, 52,191-ci maddələr); və s. 

3.  İşdə  iştirak  ^ən  şəxslər  təkcə  prosessual  hüquqlara  malik  d^illər,  eyni  zamanda 

prosessual vəzifələr də daşıyırlar. 

Mülki prosessual vəzifə ~

  prosesin  iştirakçısının  mülki  prosessual  qanunvericiliyin 

normalan  ilə  müəyyən  olunan  və  dövlət  məcburiyyəti  və  ya  ictimai  təsir  tədbirinin  tətbiq 

olunması imkanı ilə təmin olunan davranış həddidir. 

Qanunvericilik işdə iştirak edən şəxslərin üzərinə müəyyən prosessual vəzifələr qoyur 

ki, bunlarm yerinə yetirilməsi prosessual sanksiyalarla və digər prosessual vasitələrlə təmin 

olunur.  Bunlara  sərfeli  olmayan  prosessual  nəticələr  (ərizənin  qəbul  edilməsindən  imtina, 

ərizənin  baxılmanuş  saxlanması,  vəsatətin  təmin  olunmasmdan  imtina  və  s.)  və  dövlət 

məcburiyyəti (məcburi gətirmə, cərimə, digər tərəfin xeyrinə pulun tutulması ve s.) tədbirləri 

daxildir. 

Məsələn,  MPM-in  21.5-ci  maddəsinin  göstərişinə  görə,  etiraz  məhkəmə  prosesini 

ləngitmək məqsədilə edilibsə, etirazı vermiş tərəf minimum əmək haqqı məbləğinin 100 misli 

miqdannda cərimə edilə bilər (MPM, 63-cü maddə). 

MPM-in 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş 

üzrə icraat zamam öz ünvanlarmı dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. 

Belə  bir  məlumat  verilmədikdə,  çağırış  vərəqələri  və  bildirişlər  məhkəməyə  məlum  olan 

axırmcı ünvana göndərilir və çağınlan şəxs artıq həmin ünvanda yaşamasa da, çağmş vərəqəsi 

və bildiriş çatdırılmış hesab edilir (MPM, 146-cı maddə). 

MPM-in  177'-ci  maddəsinə  əsasən,  məhkəmə  iclasma  vaxtında  gəlməyən  və  yaxud 

məhkəmə iclasmda qaydanı pozan şəxslərə, o cümlədən işdə iştirak edən şəxslərə sədrlik edən 

məhkəmənin admdan xəbərdarlıq edə; qaydaları kobud surətdə pozan və ya məhkəməyə açıq 

surətdə hörmətsizlik ^ən şəxsləri minimum əmək haqqı məbləğinin 50 mislinədək miqdarda 

cərimə etməyə və yaxud 3 saatdan 24 saata kimi 

56 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə