Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə38/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   267

2.

 

Hüquq  varisliyinin  universal  (ölmüş  şəxsin  vərəsəsi,  hüquqi  şəxsin  yenidən  təşkili 



nəticəsində yaranmış hüquqi şəxs) və sinqulyar (tələbin güzəşt edildiyi, borcun köçürüldüyü) 

növləri fərqləndirilir. 

Şəxs  öldükdə,  onun  hüquq  və  vəzifələri  Azərbaycan  Respublikasının  mülki 

qanunvericiliyinə uyğun olaraq onun vərəsələrinə keçir. Vərəsəyə, həmçinin miras qoyanın 

sağhğmda başlanan işdə iştirak etmək hüququ keçir. 

Hüquqi  şəxsin  yenidən  təşkili  birləşmə,  qoşulma,  aynima,  bölünmə  və  çevrilmə 

formasmda həyata keçirilir. 

Yenidən təşkil olunmuş hüquqi şəxsin prosessual hüquq varİsİ kİmi aşağıdakılar çıxış 

edir: 

1)

 



qoşulmada və birləşmədə - yeni yaradılmış hüquqi şəxs (təhvil-təslim aktına əsasən); 

2)

 



ayrılmada  və  bölünmədə  -  yeni  yaradılmış  hüquqi  şəxslər  (bölünmə  balansına 

əsasən); 

3)

 

çevrilmədə - yeni yaradılmış hüquqi şəxs. 



Tələbin  güzəşt  edilməsi  -  kreditorun  hüquqlarmm  başqa  şəxsə  keçməsinin  for- 

malarmdan biridir. 



Borcun köçürülməsi - öhdəlikdə şəxslərin dəyişdirilməsinin formalarından biridir. Bu 

cür köçürülməyə yalnız kreditorun razılığı İlə yol verilir. 

3.

 

Prosessual hüquq varisliyinə - iddiaçınm və ya cavabdehin, mübahisənin predmetinə 



müstəqil tələb irəli sürən üçüncü şəxslərin dəyişdirilməsinə məhkəmə prosesinin hər hansı 

mərhələsində və qətnamənin icrası zamanı yol verilir. 

Prosessual  hüquq  varisliyi prosessual  hüquq  və  vəzifələrin  maddİ  hüquq  varisliyi  ilə 

bağlı bir şəxsdən digər şəxsə keçməsi deməkdir. Prosessual hüquq varisliyinin əsasları elə 

maddi-hüquq varisliyin əsaslarıdır. Əgər sonuncu hüquq və vəzifələrin bir şəxsdən digər şəxsə 

keçməsinə  yol  verirsə,  bu  halda  prosessual  hüquq  varisliyi  də  mümkündür.  Əks  halda, 

prosessual  hüquq  varisliyinə  yol  verilmir.  Belə  ki,  öhdəliyin  yalmz  həmin  şəxs  tərəfindən 

yerinə yetirilə bildiyi, başqa sözlə, bilavasitə borclunun (məsələn, rəssam rəsm əsəri yaratmaq 

Öhdəliyini öz üzərinə götürübsə) və ya kreditorun (aliment, səhhətə və ya sağlamlığa vurulan 

ziyanla  bağlı  öhdəlikləri)  şəxsiyyəti  ilə  bağlı  olduğu  hallarda,  borclunun  və  ya  kreditorun 

ölümü ilə öhdəliyə xitam verilir. Bu halda prosessual hüquq varisliyi üçün əsas aradan qalxır. 

Hüquqi  şəxsin  fəaliyyətinə  onun  ləğv  edilməsi  yolu  ilə  xitam  verilməsi  prosessual 

hüquq varisliyi yaratmır. Hüquqi şəxs ləğv edildiyi təqdirdə, əmlak tələbləri müəyyən edilmiş 

müddətdə ləğvetmə  komissiyasına  yönəldilir  ki,  onu hüquq  varisi  kimi  nəzərdən  keçirmək 

olmaz. 

Qeyd etmək lazımdu ki, prosessual və maddi hüquq varisliyi arasmda əhəmiyyətli fərq 



var. Prosesdə bir şəxsdən digər şəxsə hüquq  və vəzifələrin bütün kompleksi keçir. Burada 

qismən  hüquq  varisliyi  ola  bilməz.  Prosesdən  çıxan  iddiaçıya  aid  edilən  bütün  hüquq  ve 

vəzifələrin hamısı onun hüquq varisinə keçir. 

İddiaçı tərəfində maddi hüquq varisliyi avtomatik prosessual hüquq varisliyi yaratmır. 

Prosessual  hüquq  varisliyi  yalnız  o  halda  mümkündür  ki,  hüquq  varisi  prosesdən  çıxmış 

iddiaçmın yerinə prosesə daxil olmağa razılıq versin. 



79 


4.

 

Prosessual hüquq varisliyində bir şəxsin digəri ilə əvəz edilməsi heç də əsl olmayan 



tərəfin əsl olanla əvəz edilməsi demək deyil, çünki sonuncu halda iddiaçı və ya cavabdehlərin 

yeni  iddiaçı  və  ya  cavabdehlərlə  əvəz  edilməsi  baş  verir.  Əgər  əvəz  edilmə  baş  verməzsə 

(iddiaçı  buna  razılıq  vermədikdə),  işdə  iki  iddiaçı  (əsl  olmayan  tərəf  və  mübahisənin 

predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxs) və ya İki cavabdeh olur. Prosessual hüquq 

varisliyində isə belə deyil. 

5.

 



Prosessual  hüquq  varisliyində  proses  yenidən  başlanmır,  davam  etdirilir  və  prosesə 

daxil olan prosesdən çıxmış şəxsin fəaliyyətini davam etdirir. Odur ki, hüquq varisi prosesə 

daxil olana qədər prosesdə edilən bütün hərəkətlər əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi 

hüquq  varisi  üçün  də  məcburidir.  Hüquq  varisi  prosesə  daxil  olmursa,  işin  icraatma  xitam 

verilməlidir. 

6.

 



MPM-in  58-cİ  maddəsi  yalnız  tərəflərin  hüquq  varisliyini  tanıyır.  İşdə  iştirak  edən 

digər şəxslərin adı çəkilmir. Lakin bu normanm qüvvəsi, həmçinin mübahisənin predmetinə 

müstəqil tələblər irəli sürən üçüncü şəxslərə də şamil edilir. İşdə iştirak edən digər şəxslərə 

münasibətdə şərh olunan maddədə nəzərdə tutulmuş hallardan hər hansı birinin baş verməsi 

prosessual hüquq varisliyi üçün əsas deyİl. 

7.

 



İşdə iştirak edən şəxsin ölümü ilə bağlı və ya hüquqi şəxsin yenidən təşkil edilməsi ilə 

bağlı  prosesdən  çıxması  halında,  mübahisə  edilən  hüquq  münasibəti  hüquq  varisliyinə  yol 

verərsə, məhkəmə hüquq varisinin prosesə daxil olmasına qədər iş üzrə icraatı dayandırmalıdır 

(MPM, 254.1.1-ci maddə). 

İş  üzra  tərəflərdən  biri  olan  şəxs  öldükdən  sonra  mübahisə  edilən  hüquq  münasibəti 

hüquq  varisliyinə  yol  vermədiyi  halda,  iş  üzrə  icraata  xitam  verilməlidir  (MPM,  261.0.7-ci 

maddə). 

Maddə  59.  Başqa  şəxslərin  hüquqlarım  və  dövlət  mənafeyini  müdafiə  etmək  üçün 

məhkəməyə müraciət etmə 

59.1.

 

Qanunla  nəzərdə  tutulmuş  hallarda  dövlət  orqanları,  ayrı-ayrı  fiziki  və  hüquqi 

şəxslər  başqa  şəxslərin  hüquqlarının,  azadlıqlarının  və  qanunla  qorunan  mənafelərinin 

müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia 

ilə  məhkəməyə  müraciət  edə  bilərlər.  Fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  yetkinlik  yaşına 

çatmayan  şəxslərin  mənafelərinin  müdafiəsi  üçün  maraqlı  şəxslərin  xahişi  olmadan  iddia 

qaldırıla bilər. 

59.2.

 

Başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər barışıq 

sazişi bağlamaq hüququndan başqa, iddiaçının bütün prosessual hüquqlarından istifadə edir 

və və- zifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddiadan imtina etməsi xeyrinə iddia 



qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir. 

59.3 Mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraatı 

xitam edir. 

1.

 



Dövlət  orqanları,  ayn-ayrı  fiziki  və  hüquqi  şəxslər  mülki  prosesdə  öz  maraqla-  rmı 

müdafiə  etmək  üçün  iştirak  edə  bilərlər,  bu  zaman  onlar  mübahisə  olunan  maddi  hüquq 

münasibətlərinin subyektləri kimi çıxış edirlər. 

Bununla yanaşı, qanunda nəzərdə tutulan bir sıra hallarda onlar qanunvericiliklə 

80 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə