Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə39/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   267

üzorlorinə  qoyulmuş  xidməti  səlahiyyətlərin  və  ya  vəzifələrin  həyata  keçirilməsi  ilə  bağlı 

prosesdə  iştirak  edirlər  və  bu  halda  onlarm  prosesdə  iştirakı  digər  şəxslərin  ma-  raqlarmm 

müdafiəsi ilə şərtlənir. 

Qanunverici belə iştirakın iki formasını nəzərdə tutur: 

1)

 

həmin şəxslərin ərizə ilə məhkəməyə müraciət etməklə mülki iş qaldırması; 



2)

 

başqa şəxslərin başladıqları işə həmin şəxslərin və orqanlarm, onlara həvalə edilmiş 



vəzifələri həyata keçirmələri məqsədilə cəlb edilməsi. 

Şərh  olunan  maddədə  dövlət  orqanları  ifadəsi altmda  elə orqanlar  nəzərdə tutulur  ki, 

başqa  şəxslərin  hüquq  və  mənafelərinin  müdafiəsi  bilavasitə  onlarm  səlahiyyətlərindən  və 

vəzifələrindən  irəli  gəlir.  Onlarm  prosesdə  İştirakmm  əsası  kimi  dövlət  orqanlarmm 

vəzifələrindən doğan və dövlətin həmin işlərdə mənafeyi çıxış edir. 

2.

 



Maddənin  qaydalarım  tətbiq  edən  zaman  nəzərə  almaq  lazımdır  ki,  şərh  olunan 

maddədə göstərilən şəxslər və orqanlar: 

1)

 

başqa  şəxslərin  maraqlarının  müdafiəsi  məqsədilə  iddia  qaldırdıqdan  sonra  şəxs 



iddiadan  imtina  edərsə,  bu,  maraqlarmm  müdafiəsi  məqsədilə  iddia  verilmiş  şəxsi  prosesin 

davam  etdirilməsini  tələb  etmək  hüququndan  məhrum  etmir.  Məhz  bu  şəxslər  mübahisəli 

maddi-hüquq  münasibətlərinin  subyektləri  kimi  çıxış  edirlər  və  prosesdə  məhz  onların 

maddi-hüquqi maraqlarından söhbət gedir

2)

 

yalnız  qanunda  nəzərdə  tutulduğu  hallarda  başqa  şəxslərin  hüquqlarınm,  azadlıq 



larmm və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraeiət edə bilərlər

3)

 



məhkəməyə: 

-

 



həmin şəxslərin xahişi ilə müraciət edirlər

-

 



öz təşəbbüsləri ilə müraciət edirlər. Məsələn, fəaliyyət qabiliyyəti olmayan və yetkinlik 

yaşına çatmayan şəxslərin mənafelərinin  müdafiəsi üçün maraqlı şəxslərin xahişinin olması 

tələb olunmur. Buna nümunə olaraq Azərbaycan Respublikasmın Mülki Məcəlləsinin 33.2-ci 

maddəsində  nəzərdə  tutulan  halı  göstərmək  olar.  Həmin  normaya  əsasən,  qəyyumlar  və 

himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda və 

ya himayəçil iyində olanlarm hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 

Azərbaycan  Respublikasmın  bir  sıra  qanunvericilik  aktlannda  başqa  şəxslərin  maraq 

larmm müdafiəsi məqsədilə hüquqi və fiziki şəxslərin məhkəməyə müraciət etmək hüququnu 

müəyyənləşdirən normalar nəzərdə tutulub. 

Məsələn, Azərbaycan Respublikasmm Ailə Məcəlləsinin: 

-

 

26.1-ci  maddəsinə  əsasən,  nikahm  etibarsız  sayılmasını  tələb  etmək  hüququ  olan 



subyektlərin sırasma müvafiq icra hakimiyyəti orqanı da daxil edilib

-

 



65.2-ci  və  68.3-cü  maddələrinə  əsasən,  məhkəmədə  valideynlik  hüquqlarından 

məhrumetmə barədə iş valideynlərdən (onlan əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə 

yetkinlik yaşına çatmayanlarm hüququnu müdafiə edən müvafiq icra hakimiyyəti orqanımn 

iddiasma əsasən qaldırıla bilər; 

-

 

68.5-ci maddəsinə əsasən, uşağın yaxın qohumları, yetkinlik yaşma çatmayan uşaqları 



müdafiə  edən  orqanlar,  məktəbəqədər,  ümumtəhsil  və  başqa  müəssisələr  valideynlik 

hüquqlarınm məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər; 

81 



-

 

72-cİ maddəsinə əsasən, uşağm sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda, 



müvafiq  icra  hakimiyyəti  orqanı  uşağı  valideynlərdən  (onlardan  birindən)  və  ya  onu 

qəyyumluğa (himayəyə) götürən şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Belə hallar 

baş  verdikdə,  uşağı  götürən  müvafiq  İcra  hakimiyyəti  orqanı  dərhal  prokurora  məlumat 

verməyə, uşağı müvəqqəti yerləşdirməyə borcludur. Həmin orqan uşağm aimması barədə aktm 

çıxanimasmdan  sonra  7  gün  ərzində  məhkəməyə  valideynlərin  valideynlik  hüquqlarmdan 

məhrum etmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər

-

 

75.5-ci  maddəsinə  əsasən,  aliment  ödənilməsi  barədə  valideynlər  arasmda  saziş 



olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia 

verilmədikdə, müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment 

tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir

-

 



133-cü maddəsinə əsasən, övladlığa götürmənin ləğv olunmasmı övladlığa götürənlərin 

özləri,  uşağm  valideynləri,  övladlığa  götürülən  14  yaşına  çatmış  uşaq  və  müvafiq  icra 

hakimiyyəti orqanı tələb edə bilər

-

 



141.3-cü maddəsinə əsasən, qəyyumluqda (himayədə) olan uşağı hər hansı təşkilat, şəxs 

və ya yaxm qohum qanuni əsas olmadan saxlayarsa, qəyyumun (himayəçi- nin) məhkəmə yolu 

ilə uşağm qaytanimasmı tələb etmək hüququ var. 

Prokurorluq haqqmda Qanunun 4-cü maddəsində göstərilir ki, prokurorluq dövlət orqanı 

kimi  məhkəmədə  iddia  qaldırır,  mülki  mübahisələrə  dair  işlərə  baxılmasında  iddiaçı  kimi 

iştirak edir (MPM həmin hallarm dairəsini müəyyən edib). 

İstehlakçılarm  hüquqlarmm  müdafiəsi  haqqmda  Qanunun  19-cu  maddəsində  göstərilir 

ki, istehlakçılar üçün nəzərdə tutulan mallarm keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edən 

dövlət  orqanlannın  səlahiyyətlərindən  biri  də,  istehlakçıların  hüquqlarının  müdafiəsi  üçün 

müvafiq məhkəmələr qarşısında iddia qaldırmaqdır. 

Bələdiyyələrin  statusu  haqqmda  Qanunun  50-ci  maddəsinə  əsasən,  bələdiyyənin 

ərazisində yaşayan vətəndaşlar, bələdiyyələr, bələdiyyə orqanları və bələdiyyə or- qanlannın 

vəzifəli şəxsləri, dövlət hakimiyyəti orqanlarmm və dövlətin vəzifəli şəxslərinin, bələdiyyələri 

və bələdiyyə orqanlarmm və bələdiyyə orqanlarmm vəzifəli şəxslərinin, bələdiyyənin yaratdığı 

hüquqi şəxslərin,  habelə ictimai  birliklərin  yerli  özünüidarənin  hüquqlarmı  pozan  aktlarmm 

etibarsız sayılması barədə məhkəməyə iddia verə bilərlər. 

3.

 

Şərh  olunan  maddədə  göstərilən  şəxslər  və  orqanlar,  barışıq  sazişi  bağlamaq 



hüququ  istisna  olmaqla,  iddiaçının  bütün  hüquqlarmdan  istifadə  edir  və  vəzifələrini 

daşıyırlar. 

4.

 

Marağmm müdafiəsi üçün məhkəmədə iş qaldırılmış şəxslər məhkəmə baxışı barədə 



məlumatlandınlır, məhkəmə qərafmm qanuni qüvvəsi məhz onlara şamil edilir və dövlət idarə 

orqanmm ərizədən imtinası, əgər mənafeyi üçün iş qaldmlmış şəxs işin mahiyyəti üzrə davam 

etdirilməsini tələb edirsə, iş üzrə icraata xitam verilməsinə səbəb olmur. 

82 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə