təyin edən hakim tərəfindən müəyyən edilir.
Ekspert məhkəmə iclaslarmda iştirak etmək, tərəflərə və işdə iştirak edən digər şəxslərə,
şahidlərə suallar vermək, yazılı və maddi sübutların müayinəsində İştirak etmək hüququna
malikdir.
Zəruri hallarda ekspert məhkəmədən rəy vermək üçün ona əlavə materialların təqdim
olunmasım xahiş edə bilər. Belə bir vəsatət verən ekspert konkret olaraq məhz hansı əlavə
materiallann hansı məsələlərin həlli üçün ona lazım olduğunu öz vəsatətində göstərməlidir.
Bilə-bilə yalan rəy verməyi və ya rəy verməkdən imtina etməni səhv rəy vermədən və ya
ona tapşırılan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadığı halda rəy verməkdən
imtinadan fərqləndirmək lazımdır. Bu hallarda ekspertin cinayət məsuliyyəti yaranmır.
Qarşısmda qoyulan suallar onun səlahiyyət dairəsindən kənara çıxdığı, materiallar obyektiv rəy
vermək üçün kifayət etmədiyi hallarda da, ekspert rəy verməkdən imtina edə bilər.
Maddə 64. Mütəxəssis
64. L İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə
malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
64.2.
Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə,
məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və
izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
Məhkəmə zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyaz- malan
dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların
təmini üçün tədbirlər görərkən, məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün işə
mütəxəssis cəlb edə bilər.
Mütəxəssis həm tərəflərin vəsatəti əsasında, həm də məhkəmənin öz təşəbbüsü ilə işə cəlb
oluna bilər.
Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məsləhətinə,
şərhinə ehtiyac duyulduğu məsələlər ətrafında suallara, məhkəmənin və tərəflərin suallarma
cavab verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
Texniki kömək ifadəsi altında şəkil çəkmək, plan və sxemləri tərtib etmək, ekspertiza
üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s. başa düşülür.
Maddə 65. Tərcüməçi
65.1.
Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və bu Məcəllədə nəzər-
10 Qeyd etmək lazımdır ki, M PM-in şərh olunan maddəsi ekspertin rəy verməkdən imtina
etməyə görə cinayət məsulliyyəti daşıdığını müəyyən etdiyi halda, Cinayət Məcəlləsində
ekspertin bu cür məsuliyyətini müəyyən edən norma yoxdur. Cinayət Məcəlləsi (297-ci maddə)
yalnız ekspertin bilə- bilə yalan rəy verdiyi hal üçün cinayət məsuliyyəti müəyyən edib.
87
də tululmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur.
65.2.
Tərcüməçi proses iştirakçdarı tərəfindən təklif olunan şəxslərdən təyin oluna bilər.
65.3.
Prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə
bilməzlər.
65.4.
Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə
etməyə borcludur.
65.5.
Tərcüməçi tərcüməni dəqiqləşdirmək üçün proses iştirakçılarına suallar verməyə
haqlıdır.
65.6.
Tərcüməçi bilə-bilə səhv tərcüməyə görə cinayət məsuliyyəti daşıyır.
MPM-də nəzərdə tutulduğu hallarda işdə iştirak edən şəxslərin vəsatəti ilə məhkəmə
icraatmın aparıldığı dili bilməyən şəxslərin izahatlarını, ifadələrini, vəsatətlərini tərcümə
etmək, həmin şəxslərin və şahidlərin ifadələrini, izahatlarmı, vəsatətlərini, işdə olan və elan
edilən sənədlərin, səsyazmalann, ekspert rəylərinin, mütəxəssis məsləhətlərinin məzmununu,
habelə sədrlik edənin sərəncamlarını, məhkəmənin qərardad və qətnamələrini tərcümə etmək
məqsədilə məhkəmə tərcüməçi təyin edir.
Tərcümə etmək üçün şəxsin zəruri biliyinin olmast dedikdə, şəxsin tərcüməçi kimi iş
təcrübəsinə malik olması nəzərdə tutulmalıdır. Məhkəmə tərcüməçinin belə biliyə malik
olmasmı müəyyən etmək üçün ondan müvafiq təsdİqedici sənəd (şəxsin tərcümə fakültəsini,
tərcümə kurslarını bitirməsini, qeyd olunan dilin tədrisi sahəsində pedaqoji fəaliyyətlə məşğul
olduğunu təsdiq edən sənədləri) tələb edə bilər.
Tərcüməçi prosesin iştirakçılarının ifadələrində, izahatlarmda, vəsatətlərində və s. onun
üçün aydın olmayan məqamlar olduqda, tərcüməni dəqiqləşdirmək üçün hakimin icazəsi ilə
həmin şəxslərə suallar verə bİlər.
Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə
borcludur. Tərcüməçi məhkəməyə gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun
qaçırdıqda, ona minimum əmək haqqının 100 mislinədək məbləğdə cərimə tətbiq edilə bilər
(MPM, 180.3-cü maddə).
Tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsi Cinayət Məcəlləsinin 297-ci maddəsinə
əsasən cinayət məsuliyyətinə səbəb olur.
Tərcüməçi qətnamə çıxanlanadək verdİyİ ifadənin yalan olduğunu könüllü olaraq
bildirdikdə, cinayət məsuliyyətindən azad olunur.
Maddə 66. Vəkil
Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan
Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər.
Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Rcspublikasmm Qanununun 4-cü
maddəsinə əsasən, vəkillik fəaliyyətini Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş
qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs həyata keçirə bilər.
Adı çəkilən Qanunun 5-ci maddəsi müəyyən edir ki, vəkillik fəaliyyəti hüquq yardımı
üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil
edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata
keçirilir. Vəkilin ədalət mühakiməsində iştirakı hüquq yardımı üçün
88