Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə47/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   43   44   45   46   47   48   49   50   ...   267

73.5.

 

Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. 

1.

 



Etibarnamə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi 

yazılı vəkalətdir (MM, 362-ci maddə). Etibarnamə yazılı formada olmalıdır. MM-in 363-cü 

maddəsinə  əs'äsən,  etibarnamənin  qüvvədə  olma  müddəti  3  ili  keçə  bilməz.  Etibarnamədə 

müddət göstərilməyibsə, o, bağlandığı gündən 1 il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix 

göstərilməyən etibarnamə əhəmiyyətsizdir. 

Vətəndaşlarm verdiyi etibarnamələr notariat qaydasmda təsdiq edilməlidir (MM, 362-ci 

maddə.  Notariat  haqqında  Qanun,  26-cı  maddə).  Həmçinin,  MM-in  362-ci  maddəsmdə. 

Notariat  haqqmda  Qanunun  17,  18,  19,  39-cu  maddələrində  göstərilən  təşkilatlann  təsdiq 

etdiyi  etibarnamələr  notariat  qaydasmda  təsdiq  edilmiş  etibarnamələrə  bərabər  tutulur.  Bu 

etibarnamələr notariat qaydasında, yaxud: 

1)

 

etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi tərəfindən



2)

 

etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən; 



3)

 

əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən; 



4)

 

etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika 



müəssisəsi tərəfindən; 

5)

 



etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onlarm ailə üzvlərinə 

verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir 

2.

 

Azadhqdan  məhrumetmə  yerində  olan  şəxsin  verdiyi  etibarnaməni  azadlıqdan 



məhrumetmə yerinin raisi təsdiq edir. 

Etibarnaməni, onu verən müəssisənin rəhbəri və ya təsis sənədləri ilə buna səlahiyyəti 

olan şəxslər imzalayır və möhürlə təsdiq edirlər. 

Nümayəndənin  məhkəmədə  prosessual  hərəkətlərinin  dairəsi  verilən  etibarnamə  ilə 

müəyyən olunur. 

Məhkəmədə  vəkilin  işi  aparması  üçün  hüquq  məsləhətxanasmm  və  digər  qurumların 

verdiyi  order  məhkəməyə  təqdim  edilməlidir.  Orderdə  hüquq  məsləhətxanasmm  (digər 

qurumlarm),  qeydiyyat  kartmm  və  orderin  nömrəsi,  işin  aparılması  tapşırılan  vəkilin  adı, 

atasımn adı, soyadı, hansı işin hansı məhkəmədə aparılmalı olacağı göstərilməlidir. Orderi 

hüquq  məsləhətxanasmm  (digər  qurumlarm)  müdiri  imzalayıb  möhürlə  təsdiq  etməlidir. 

Fiziki və ya hüquqi şəxsin hüququnu müdafiə etməsindən asılı olmayaraq, vəkil məhkəmədə 

order əsasmda iştirak edir. 

MPM-in 74.2-ci maddəsində göstərilən hərəkətləri yerinə yetirmək üçün təmsil olunan 

vəkilə  əlavə  etibarnamə  verməlidir.  Hüquq  məsləhətxanası  ilə  hüquqi  şəxs  arasmda  hüquq 

xidməti  göstərilməsi  haqqmda  müqavilə  bağlanarsa, vəkilm  məhkəmədə  işi  aparması  üçün 

hüquqi  şəxsin  verdİyİ  etibarnamə  kifayət  edh.  Fərdi  vəkillik  fəaliyyəti  ile  məşğul  olan 

şəxslərin  nümayəndəliyinin  hüquqi  əsasmı  isə,  müqavilə  və  notariat  qaydasında  təsdiq 

olunmuş etibarnamə təşkil edir. 

Hüquq  xidmətinin  göstərilməsi  haqqmda  müqavilə  hüquqi  şəxslə  hüquq  xidtəmi 

göstərən müəssisələr arasmda bağlandıqda, müəssisənin nümayəndəsi məhkəmədə ya hüquqi 

şəxsin vermiş olduğu etibarnamə və ya fırmanm verdiyi sənəd əsasmda iştirak edir. Həmçinin, 

pullu  hüquq  xidməti  göstərən  təşkilatlann  əməkdaşları  vətəndaşlarm  nümayəndəsi  kimİ 

məhkəmədə  vətəndaşm  vermiş  olduğu  etibarnamə  və  ya  təşkilatla  vətəndaş  arasmda 

bağlanmış müqaviləyə əsasən verilmiş sənəd əsasmda iştirak edir. 

97 



Maddo 74. Nümayəndənin səlahiyyəti 

74.1.

 

Nümayəndənin  məhkəmədə  səlahiyyəti  təmsil  olunanın  adından  işin 

müvəffəqiyyətli  həlli  üçün  zəruri  olan  bütün  prosessual  hərəkətlərin  edilməsini  özündə 

birləşdirir. 

74.2.

 

iddia  ərizəsinin  imzalanması,  işin  münsiflər  məhkəməsinə  verilməsi,  iddia 

tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın təmin edilməsi, iddianın predmetinin 

və  ya  əsasının  dəyişdirilməsi,  barışıq  sazişi  bağlanması  səlahiyyətinin  başqa  şəxsə 

tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, 

qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri 

təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 

Nümayəndənin səlahiyyəti lazımi qaydada rəsmiləşdirildikdən sonra, o, işin aparılması 

üçün prosesə buraxılır və təmsil olunanın adından məhkəmədə prosessual hərəkətləri yerinə 

yetirh. 


Tərəflərin, mübahisənin predmcti barəsində müstəqil tələb irəli sürən və müstəqil tələb 

irəli sürməyən üçüncü şəxslərin hüquq və qanunla qorunan mənafeyini məhkəmədə müdafiə 

edən nümayəndə MPM-in 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlər İstisna olmaqla, 

47-cİ maddədə nəzərdə tutulan bütün prosessual hərəkətləri edə bilər. Bununla belə, 74.2-ei 

maddədə nəzərdə tutulan prosessual hərəkətləri nümayəndə, etibarnamədə bu barədə xüsusi 

olaraq qeyd edildikdə, həyata keçirə bilər. 

74.2-

 

ci maddədə göstərilən prosessual hərəkətlərin, etibarnamədə bu barədə xüsusi 



qeyd  edilmədən  həyata  keçirilməsinin  yolverilməzliyi  həmin  hərəkətlərin  təmsil  olunanın 

maddi hüquqları barədə sərəncam verməsi ilə əlaqədardır. 

Göstərilən  prosessual  hərəkətlərin  həyata  keçirilməsi  üçün  etibarnamədə  xüsusi  qeyd 

olmadan nümayəndə həmin hərəkətləri yerinə yetirdikdə, bu hərəkətlər təmsil olunan üçün heç 

bir hüquqi nəticə yaratmır. 

Məhkəmə bütün hallarda nümayəndənin səlahiyyət dairəsini yoxlamalıdır. 



Maddə 75. Nümayəndənin səlahiyyətinə xitam verilməsi 

75. L İşdə İştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğ\> edə bilər, müvəkkil edilmiş 

istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. 

75.2.

 

Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, 

işdə  iştirak  edən  şəxs  dərhal  bu  barədə  məhkəməyə  məlumat  verməli,  yaxud  çıxmış 

nümayəndəni başqa.st ilə əvəz etməlidir. 

Nümayəndənin  səlahiyyətinə  xitam  verilməsinin  əsasları  MM-in  365-ci  maddəsində 

göstərilib. 

Heç bir səbəb göstərmədən işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə 

bilər, müvəkkil edilmiş şəxs isfönilən vaxt etibarnamədən imtina elməklə etibarnaməyə xitam 

verə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 

Nümayəndənin səlahiyyətinə xitam verildikdə, bu, MM-də göstərilən nəticələrə səbəb 

olur.  Nümayəndənin  səlahiyyətinə  xitam  verildikdə,  işdə  iştirak  edən  şəxs  bu  barədə 

məhkəməyə xəbər verməli və ya səlahiyyətinə xitam verilən nümayəndəni başqası ilə əvəz 

etməlidir. Səlahiyyətinə xitam verilmiş nümayəndənin sonradan məhkəmədə etdiyi prosessual 

hərəkətlər təmsil olunan üçün heç bir hüquqi nəticə yaratmır. 

98 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə