Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə55/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   51   52   53   54   55   56   57   58   ...   267

yudisial  sayılmırlar.  Hamıya  bəlli  olan  faktlardan  fərqli  olaraq,  preyudisial  halların  sübut 

olunmaqdan azad olması məhkəmənin onları doğru sayıb-saymamasından asılı deyil. 

Bu  maddəni  tətbiq  edərkən  üç  məsələyə  diqqət  yetirmək  lazımdır.  Birincisi,  burada 

söhbət başqa məhkəmənin qəmaməsi ilə bəlli edilmiş faktlardan yox, həmin məhkəmənin bəlli 

etdiyi  faktlar  əsasmda  çıxardığı  nəticələrdən  gedir.  İkincisi, preyudisial  hallar  hər  hansı  bir 

şəxs  barəsində  deyil,  əvvəlki  məhkəmə  işində  iştirakçı  olan  şəxs  barəsində  olmalıdır. 

Üçüncüsü, 82.3-cü maddədə göstərilən haldan fərqli olaraq

82.2-


 

ci maddədə əvvəlki məhkəmədə iştirakçı olmuş, barəsində preyudisial halın müəyyən 

olunduğu şəxsin hazırda baxılmaqda olan işdə iştirakçı olması tələb olunmur. 

Belə preyudisial hallara misal olaraq atalığm bəlli olunmasmı göstərmək olar. Məhkəmə 

əldə  olunan  faktlara  əsasən  şəxsin  uşağm  atası  olması  halını  bəlliləşdirir.  Bu  hal  hər  hansı 

məhkəmədə, hər hansı işə baxılarkən, orada atanm və ya uşağın iştirakçı olub-olmamasmdan 

asılı olmayaraq, doğruluğu sübut edilmiş hal kimi götürülməlidir. 

4.

 



82.3-cü maddədə isə söhbət preyudisial hallardan deyil, faktlardan gedir. Bu maddəyə 

görə: 


1)

 

preyudisial faktlar əvvəlki işdə iştirak edən şəxslər barədə olmalıdır; 



2)

 

preyudisial faktın aid olduğu şəxs baxılmaqda olan işdə iştirakçı olmalıdır. 



Yalmz bu hallar olduqda, əvvəlki məhkəmənin qətnaməsində bəlliləşmiş faktlar 

yenidən sübut edilmir. Əvvəlki məhkəmənin bəlli etdiyi faktlar həmin işdə iştirak edən şəxs 

barədə  deyilsə,  yaxud  faktm  aid  olduğu  şəxs  yenİ  işdə  iştirakçı  deyilsə,  onda  yeni  işdə  bu 

faktlar sübut olunmalıdır. 

5.

 

Cinayət  hüquq  pozuntusunun  mülki  hüquqi  nəticələri  ilə  bağlı  mülki  İşə  cinayət 



işindən ayrı baxıldıqda, cinayət işi üzrə məhkəmənin hökmü ilə mülki iş üzrə məhkəmənin 

gəldiyi nəticələr arasmda preyudisial əlaqə ola bilər. Mülki işə baxılarkən: 1) cinayət əməlinin 

olub-olmaması  və  2)  bu  əməli  kimin  törətməsi  ilə  bağlı  cinayət  işinə  baxmış  məhkəmənin 

hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir. 

Hökmdə müəyyən olunmuş bütün başqa faktlar və hallar yalmz MPM-in 82.2 və 

82.3-


 

cü  maddələrində  nəzərdə  tutulan  hallarda  mülki  iş  üçün  preyudisial  əhəmiyyət 

daşıynlar. Məsələn, cinayətlə vurulmuş maddi ziyanm ödənilməsi barədə işə baxan məhkəmə 

üçün cinayət işİ üzrə hökm yalnız maddi ziyan vuran cinayət faktmın olması və bu cinayətə 

görə məhkum olunan şəxsin təqsirliliyi məsələlərində məcburidir. 

Hökmdə bəlli edilmiş bütün başqa hallar (ziyanm  məbləği və s.) mülki işin gedişində 

ümumi əsaslarla sübut olunmalıdırlar. Yaxud, əmlakın üzərindən həbsin götürülməsi barədə 

iddiaya baxan məhkəmə MPM-İn 82.4-cü maddəsinin müddəalarma söykənərək cinayət aləti 

olduğu  və  ya  cinayət  yolu  ilə  əldə  edildiyi  düşünülən  əmla-  km  tutulub-alınması  haqda 

məhkəmə hökmünün nəticələrinə yenidən baxa bilər. Əmlak üzərində başqa şəxsin mülkiyyəti 

olması barədə yetərli bilgilər olduğu halda məhkəmə onu həbs olunan əmlakm siyahısmdan 

çıxara bilər. 

6.

 

Hər hansı başqa dövlət orqanmın aktlarmda bəlliləşən faktlar preyudisial sayılmırlar 



və ümumi qaydada sübut olunmalıdırlar. Məsələn, hər hansı dövlət orqanmm aktında (Milli 

Məclisin qərarmda, ölkə prezidentinin fərmanmda. Nazirlər Kabineti 

113 



nin,  ayrı-ayrı  nazirliklərin  qərar  və  sərəncamlannda)  bu  və  ya  başqa  halın  və  ya  faktın 

varlığının  və  ya  yoxluğunun  göstərilməsi  həmin  halların  və  faktların  məhkəmədə  sübut 

olunmaqdan azad edilməsinə əsas vermir. 

Maddə 83. Məhkəmə tapşırıqları 

83.1.

 

İşə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, 

uyğun məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. 

83.2.

 

Məhkəmə  tapşırığı  haqqında  qərardadda  baxılan  işin  mahiyyəti  qısa  şərh  edilir, 

aydınlaşdırılmalı  hallar,  tapşırığı  yerinə  yetirən  məhkəmənin  toplamalı  olduğu  sübutlar 

göstərilir. 

83.3.

 

Məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və 

qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir. 

83.4.

 

Rayon  məhkəmələrinin  başqa  dövlətin  məhkəmələrinə  göndərdiyi  tapşırıqlar 

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 9J-ci maddəsinə 

uyğun olaraq həyata keçirilir. 

1.

 



Sübutların  toplanması  üçün  bütün  prosessual  hərəkətləri  mülki  işə  baxan  məhkəmə 

edir. İşə baxan məhkəmənin sübutları toplanmağa yönəlmiş prosessual hərəkətləri etməsi çətin 

və ya mümkünsüz olduğu hallar da ola bİlər. Həmin hərəkətləri başqa bölgədə (rayon və ya 

şəhər)  yerləşən  məhkəmənin  yerinə  yetirməsi  mümkün  və  daha  asan  olduqda,  işə  baxan 

məhkəmə bu hərəkətləri etməyi ona tapşna bilər. 

Məhkəmə tapşırıqları haqqında qərardad çıxaran məhkəmə 83-cü maddənin bəlli etdiyi 

prosessual  qaydalara  əməl  etməlidir.  Bu  qaydalann  pozulması  tapşınğı  yerinə  yetirən 

məhkəmənin topladığı faktiki bilgilərin sübut kimi hüquqi qüvvəsini heçə endirə bilər. 

Məhkəmə tapşınğı hər hansı məktub, sorğu və s. göndərilməklə verilə bilməz. Tapşuığı 

verən məhkəmə baxılan işin mahiyyətini qısa olaraq anladan, iş üzrə aydınlaşdırılmalı hallar, 

tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutları göstərən qərardad çıxarmalıdır. 

2.

 



Məhkəmə  tapşırığı  qaydasında  mülkİ  işin  iştirakçılarmm  izahatları,  şahid  ifadələri, 

ekspert  rəyləri,  yazılı  və  maddİ  sübutlarm  gözdən  keçirilməsi  və  araşdırılması  yolu  ilö 

aydmiaşdınlan sübutlarm toplanması tapşırıla bilər. Qanunda sübutun toplanması üçün bəlli 

sübutetraə vasitələri göstərilmişsə, tapşırığı yerinə yetirən məhkəmə onu başqa vasitələrlə əvəz 

edə bilməz. 

3.

 



Hamınm bildiyi faktları, habelə preyudisial faktları təsdiq edən sübutların məhkəmə 

tapşırığı  qaydasında  toplanmasına  gərək  yoxdur.  Məhkəmənin  MPM-in  78-ci  maddəsinə 

söykənməklə dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən istəyə biləcəyi yazılı və maddi 

sübutlarm alınması barədə məhkəmə tapşırığı verilə bilməz. Tərəflərin izahatlarınm alınması 

barədə başqa məhkəməyə yalnız o halda tapşırıq verilə bilər ki, bu sübutu iş iştirakçısı istəsin. 

4.

 



Tapşırığı  yerinə  yetirməkdən  ötrü  məhkəməyə  yeritən  ongünlük  müddətin  axımı 

məhkəmə  tapşmğı  haqda  qerardadm  məhkəməyə  çatdığı  günün  sonrakı  günündən  başlayır 

(prosessual müddətlərlə bağlı MPM-in 10-cu fəslinin şərhinə bax). Mülki- 

114 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə