şmğı əsasında prosessual hərəkətləri yerinə yetirən məhkəməyə də verilə bilər. Vəsatətdə
aşağıdakılar göstərilməlidir:
-
sübutun (əşyanm) növü (məktub, akt, müqavilə və yaxud hər hansı başqa əşya), ümumi
istifadə olunan terminologiya ilə onun
təsviri və fərdi əlamətləri;
-
sübutun iş üçün önəmli olan hansı hallan
bəlli etməsi;
-
sübutun yerləşdiyi yer (hansı şəxsdə, hansı ünvanda olması);
-
sübutun həmin şəxsdə olduğunu
güman etmək üçün əsas;
-
məhkəmə qarışmazsa vəsatət verənin Ö
2
dinün həmin sübutu ala bilməməsinin
səbəbləri.
Vəsatətin verildiyi məhkəmə, MPM-in 80-ci maddəsinə görə istənən sübutun işə aid
olub-olmamasını; MPM-in 81-ci maddəsinə əsasən istənən sübutun mümkünlüyünü; MPM-in
82-ci maddəsinə görə sübut etməkdən azad olmaq üçün əsasların olub-olmadığını; MPM-in
79-cu maddəsinə görə sübutun məhkəməyə verilməsinin mümkünlüyünü, onun məhkəməyə
gətirilməsinin çətin olub-olmadığını və s. məsələləri araşdumaqla vəsatəti götürmək məsələsini
həll edir. Vəsatəti götürən məhkəmə sübutun verilməsi barədə qərardad çıxarır (MPM,
184.4-cü maddə) və sübunı saxlayan şəxsə sübutun verilməsi və ya göndərilməsi haqqmda
məhkəmə admdan sorğu göndərir.
Sorğuda məhkəmənin adı, yerləşdiyi yer, poçt ünvam, mülki işin nömrəsi, sorğu verən
hakimin adı və familiyası, sübut sayılan əşyanın adı, əlamətləri, məhkəməyə çatdırılması
yöndəmi (sorğu verənə vermək, poçtla göndərmək, kuryerlə göndərmək və s.) və müddəti, onu
məhkəməyə çatdumalı olan şəxsin adı, soyadı, əgər verilməli sübut yazılı sübutdursa, onun
əslinin və yaxud üzünün istəndiyi göstərilməlidir,
5.
Məhkəmə gərəkli hallarda, yəni vaxta və vəsaitə qənaət etmək və s. diqqətəlayiq
səbəblər olduqda, sübutun istənməsi vəsatətini verənə sübutu olduğu yerdən şəxsən əldə edərək
məhkəməyə vermək üçün sənəd verə bilər. Bu zaman məhkəmə sübut kimi alman əşyanın
qiymətli olub-olmaması, sübutu alacaq şəxsin onu qoruyub- qorumayacağı, habelə sübutun
məhkəməyə sağ-salamat çatdırılması baxımmdan önəmli olan məsələləri nəzərə almalıdır.
Məhkəmə vəsatət vermiş şəxsə belə bir sənədi verməyə borclu deyil. Onun
verilib-verilməməsi məhkəmənin hüququdur. Sübutun istənməsi haqqmda vəsatət vermiş şəxs
həmin sübutu məhkəmənin özünün almasmda israr edərsə və ya həmin şəxsin tələb olunanı
özbaşına və vaxtında ala biləcəyinə şübhə olduqda, məhkəmə həmin şəxsə tələb olunan
sübutun alınması üçün sənəd verməməlidir.
6.
Sorğunu alan məhkəmənin istədiyi sübut ondadırsa, onu sorğuda göstərilən müddətdə,
belə bir müddət göstərilmədikdə isə gecikmədən məhkəməyə çatdırmalıdır. Şəxs istənən əşyanı
məhkəmənin sorğuda göstərdiyi qaydada çatdırır. Məhkəmənin belə bir göstərişi olmadıqda,
şəxs sübutu ya sorğunu ona qatdırana verir, ya da poçt, kuryerlə, şəxsən verməklə və s. yolla
bilavasitə məhkəməyə çatdırır.
Sübutu verməli olan şəxsin tələb olunan sübutu çatdırmaq imkanı olmadıqda və ya onu
vaxtmda çatdıra bilmədikdə, məhkəmənin tələbini aldığı təqvim tarixindən sonrakı gündən
başlayaraq 5 gün müddətində onu verə bilməməsinin səbəblərini göstərməklə məhkəməyə bu
barədə bilgi verməlidir. Belə səbəblərə misal olaraq həmİn
107
şəxsin azarlı olması, sübutun onda deyil, başqa şəxsdə və ya başqa yerdə olması və s. göstərilə
bilər. İstənən sübutun onda olub-olmamasmdan asılı olmayaraq, üzərinə sübutu vermək yükü
qoyulmuş şəxs məhkəməyə bu barədə bilgi verməlidir.
7.
78.4-cü maddədə müəyyən olunan cərimə aşağıdakı şəxslər üzərinə qoyulur:
1)
məhkəmə sübutu vermək yükünü
fiziki şəxsin üzərinə qoyduqda,
həmin fiziki şəxsin;
2)
həmin yük hüquqi şəxsin üzərinə qoyulduqda, həmin hüquqi şəxsin
rahbəri vəzifəsini
tutan şəxsin.
Şəxsin üzərinə cərimənin qoyulması üçün aşağıdakı tərkibin olması gərəkdir:
1)
sübutu vermək yükünü həmin şəxsin (hüquqi və ya fiziki) Üzərinə məhkəmə qoymuş
olmalıdu". Bu məhkəmənin verdiyi sorğuda göstərilməlidir;
2)
məhkəmənin istədiyi sübut həmin şəxsdə (hüquqi və ya fiziki) olmalıdır;
3)
şəxs (fiziki şəxs və ya vəzifəli şəxs) sübutu məhkəməyə vermək vəzifəsini yerinə
yetirməmiş olmalıdır;
4)
yerinə yetirməmənin səbəbləri məhkəmə tərəfindən üzrsüz sayılmalıdır.
Göstərilən hallarm hamısı olduqda, məhkəmə MPM-in 78.4-cü maddəsində göstərilən
cəriməni tətbiq edir. Cərimə qoyularkən yerinə yetirməmənin üzrlülük dərəcəsi, şəxsə
məhkəmənin verdiyi tələbin təkrarlığı, şəxsin maddi vəziyyəti və s. hallar göz Önünə
almmahdu. Məhkəmənin sübutu vermək tələbini yermə yetirməyənin üzərinə eyni tələbin
yerinə yetirilməməsinə görə bir neçə dəfə cərimə qoyula bilər.
Cərimələrin qoyulması, götürülməsi və ya azaldılması MPM-in 126 və 127-ci
maddələrinə əsasən gerçəkləşdirilir. Cərimənin hətta bir neçə dəfə ödəmiş şəxs sübutu
məhkəməyə vermək vəzifəsindən qurtarmır.
Tərəfin məhkəmənin tələbi ilə özündə olan sübutu verməməsi, onun həmin sübutla təsdiq
edilməsi güman olunan faktları boynuna alması kimi dəyərləndirilə bilməz. Bu halda məhkəmə
MPM-in 106.2-ci maddəsinə əsasən qərar çıxaru.
Madda 79. Sübutların olduğu va
saxlanıldığı yerda müayina va
tədqiq edilməsi
79.1.
Yazılı və ya maddi siibutlan məhkəməyə təqdim etmək mümkün olmadtqda və ya
məhkəməyə gətirmək çəlin olduqda məhkəmə onları otduğu və
ya saxlandığı yerdə müayinə və
tədqiq edə bilər.
79.2.
Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə
məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və
tədqiqatın aparılmasına mane
olmur.
79.3.
Gərəkli hallarda müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər və
şahidlər
çağınla bilər.
79.4.
Sübutlar olduğu yerdə müayinə və
tədqiq edildikdən sonra dərhal protokol tərtib
edilir.
1.
Məhkəmə yazılı və ya maddİ sübutların məhkəmədən kənarda, həmin sübutların
olduğu yerdə müayinəsi (gözdən keçirilməsi) və tədqiqi (araşdın İması) barədə o zaman qərar
verir ki, həmin sübutlan məhkəmənin yerləşdiyi yerə gətirmək ya mümkünsüzdür, yaxud da
çox çətindir və məhkəmənin sübutun olduğu yerə gedərək onu
108