gözdən keçirməsi və araşdırması sübuUın məhkəməyə gətirilməsindən daha səmərəlidir.
Sübutun olduğu yerdə gözdən keçirilməsi və araşdmlması barədə qərarı məhkəmə həm iş
iştirakçılannm xahişi, həm də öz təşəbbüsü ilə verə bilər,
2.
Yazılı və maddi sübutların məhkəməyə gətirməyin mümkünsüzlüyü və çətinliyi çeşidli
səbəblərlə bağlı ola bilər. Məsələn, sübut kimi götürülən çoxsaylı mühasibat sənədlərinin
məhkəməyə gətirilməsi həmin sənədlərin sahibi olan müəssisənin normal iş ritmini poza bilər.
Məhkəmə bunu həmin yazılı sübutun məhkəməyə gəti- rilməməsi, olduğu yerdə araşdırılması
əsas saya bilər. Hadisənin səbəb və ya nəticələri haqqmda bilgilər verən izlərini Özündə
daşıyan əşyanı məhkəməyə gətirmək çətin və ya mümkünsüz olduqda, o, yerində gözdən
keçirilməli və araşdırılmalıdır.
Yazıb və maddi sübutlarm onlann olduğu yerdə gözdən keçirilməsi və araşdınl- ması
mülki prosesin məhkəmə baxışı mərhələsində aparılır. Xüsusi hallarda məhkəmə bu hərəkətləri
məhkəmə baxışma hazırlıq mərhələsində də edə bilər.
3.
Sübutları olduğu yerdə gözdən keçirən və araşdnan məhkəmə bu hərəkətlərin edildiyi
yer və vaxt barədə iş iştirakçılanna bilgi verməlidir. Onlarm gəlməməsi gözdən keçirmə və
araşdurnanm aparılmasına mane olmur. Məhkəmə gərəkli olduqda, gözdən keçirmə və
araşdırmada İştirak üçün ekspert, mütəxəssis və şahidlər çağıra bilər.
4.
Sübutlarm olduğu yerdə gözdən keçirilməsi və araşdmlması hərəkətləri MPM- in 22-ci
fəslində göstərilən qaydada protokollaşdmiır. Protokollar və sübutlarm olduğu yerdə gözdən
keçirilməsi və araşdmlmasmm nəticələrini əks etdirən sənədlər məhkəmədə açıqlanmalı,
proses iştirakçılannm onlarla tanış olmasına şərait yaradılmalıdır.
Maddə 80. Sübutların aid edilməsi
Məhkəmə işinin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki,
onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
1.
Mülki prosesdə məhkəmənin əsas vəzifələrindən biri də iş üzrə sübutetmə predmetini
müəyyən etməkdir (MPM, 76.1-ci maddə). Məhkəmə yalnız sübutetmə predmetinə girən, yəni
tərəflərin tələb və etirazlannı əsaslandıran halların və işin düzgün həlli üçün önəmli olan başqa
hallarm olub-olmadığım təsdiq edən sübutları götürür və nəzərə alır. Məhkəmə hər hansı
səbəbdən götürülməsinə və ya baxılan iş materiallarma salmmasma baxmayaraq (məsələn,
iddia ərizəsində və ya iddiaya etirazda göstərilən, yaxud iş iştirakçılarmın izahaüannda,
şahidlərin ifadələrində bildirilən və s.), iş üçün Önəmli faktlar və hallarla bağlı olmayan
sübutları işi həll edərkən nəzərə almamalıdır.
2.
Şərh edilən maddədə «təqdim olunmuş sübutlan> dedikdə, yalnız iş iştirakçıla- rmın
məhkəməyə şəxsən verdikləri sübutlar deyil, onlann öz izahatlarında bildirdikləri, məhkəməyə
göndərdikləri, başqa üsulla çatdırdıqları, çağırdıqları şahidlərin məhkəmədə dedikləri sübutlar,
eləcə də onlarm MPM-in 78.2-cİ maddəsinə görə is- tənməsini məhkəmədən xahiş etdikləri,
əldə olunması üçün məhkəmədən qanunda göstərilən prosessual hərəkətlər etməsini dilədikləri
sübutlar başa düşülməlidir.
109
Bu maddədə «işin gedişində təqdİm olunmuş sübutlar» anlayışına, işin başlanması üçün
əsas olmuş iddia ərizəsində göstərilən sübutlar da daxildir.
3.
Məhkəmə işə aid etmədiyi sübutları işdən iki yolla kənarlaşdırır:
1)
o, verilən sübutu işə aİd olmayan sayaraq götürmür (maddi və yazılı sübutların
verilməsi zamanı bu elə bir çətinlik yaratmır);
2)
iddia ərizəsindəki, İddiaya etirazdakı, iş iştirakçısmm izahatlarındakı, bəzən isə hətta
şahid ifadələrindəki işlə bağlı olmayan hallar barədə bilgilər do iş materiallarına girirlər. Bu
halda məhkəmə işə aid olmayan saydığı sübutlan kənara qoyur, başqa sözlə, həmin sübutları
işin halları barədə söykəndiyi sübutlann sırasına salmır.
4.
Məhkəmənin işin faktiki hallarını tam anlamasmdan ötrü bütün önəmli sübutların
yığılması gərəkdir. Başqa yandan isə, işin əhəmiyyətsiz və artıq olan faktiki bilgilərlə
yüklənməsi yolverilməzdir. Məhkəmə qətnamədə yalnız işin düzgün həlli üçün Önəmli olan
sübutlardan yararlanmalıdu’. Bu qaydaya görə, məhkəmə öz təşəbbüsü ilə və ya iş
iştirakçılarmın vəsatətləri ilə iş üçün önəmli olmayan, sübut sayıla bilməyən məlumatları
məhkəmə materiallarından çıxara, belə məlumatlann iş materiallarma sa- İmmasma və ya
araşdırılmasına yol verməyə bilər.
Sübutlann aİd edilməsi ilə bağlı MPM-in müddəaları məhkəmə üçün imperativ- dir.
Məhkəmə işin düzgün həlli üçün önəmiiiiyi çıxılmaqla, sübutu hər hansı başqa əsasla götürə və
ona söykənə bilməz.
5.
Sübutlarm aid edilməsi barədə normanın yerinə yetirilməsi üçün bir sıra prosessual
təminatlar var. Sübutlarm istənməsi barədə vəsatət (MPM, 78.2-ci maddə), sübutlarm təmin
edilməsi barədə ərizə (MPM, 86.2-ci maddə), yeni sübutlann işə salınması barədə vəsatət
verənlər vəsatətdə həmin sübutlann iş üçün önəmli olan hansı halların müəyyən edilməsi üçün
gərəkli olduğunu göstərməlidirlər. Məhkəmə qətnamənin osaslandıncı hissəsində işin hallarmı
bəlli edərkən söykəndiyi sübutları göstərməlidir (MPM, 220.4-cü maddə). Qətnamə çıxaranda
hakim sübutları dəyərləndirir, iş üçün önəmli olan hansı hallarm bəlli olduğunu, hansılarm isə
bəlli edilmədiyini aydınlaşdırır.
6.
İddia ərizəsinin görürülməsi, iddia ərizəsinə etirazın və ya mülahizələrin verilməsi
zamanı məhkəmə verilən sübutlarla aydmiaşdırılmalı olan faktlar arasmda bağlılığı əvvəlcədən
görməyə bilər. Prosesin bir mərhələsində hakimin sübutu götürmə- məsi həmin sübutu prosesin
sonrakı mərhələlərində vermək hüququnu aradan qaldırmır.
Məhkəmə işin məhkəmədə baxılmağa hazu"lanması zamanı iş üzrə sübut edilməli olan
halların dairəsinin müəyyənləşdirməyə ciddİ diqqət yetirməlidir. MPM-in 167-ci maddəsində
iş üçün önəmli sübutlarm tam toplanmasına yönələn bir sıra prosessual qarantiyalar var. tşin
məhkəmədə baxılmağa hazırlanması mərhələsində hakim iddia tələbinin mahiyyəti barədə
iddiaçıdan izahat alır, cavabdehin etirazını araşdırır, işin hallan barədə ondan izahat alır,
iddiaya qarşı nə kimi etirazları olduğunu, həmin etirazların hansı sübutlarla təsdiq edilə
biləcəyini aydınlaşdırır, gərəkli olduqda, iddiaçıya və cavabdehə əlavə sübutlann verilməsini
təklif edir.
7.
Sübutetmə prosesi anlama prosesidir. Bu prosesin hər hansı mərhələsində sü- butetmə
predmetinə aid olan faktlann çevrəsində dəqiqləşmələr apanla bilər. İş işti-
no