Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
74
Mətanət MAŞALLAHQIZI (ABBASOVA)
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu
abbasova_metanet @rambler.ru
MİFOPOETİK MODELLƏRİN GENETİK
SİSTEMLƏŞDİRİLMƏSİNDƏ OD KULTU
XÜLASƏ
Məqalədə əski təsəvvür və inanclarda xüsusi yer tutan “od” kultunun mi-
fopoetik xüsusiyyətlərı araşdırılmışdır. Arxaik, ritual-mifoloji, mədəni-tarixi
modelləşmədə «od» simvolunun təzahür formaları sistemləşdirilmişdir.
Acar sözlər: mifopoetika, nəğmə, şeir,model, genetik, sistem, ritual
РЕЗЮМЕ
В МИФОЛОГИЧЕСКИХ МОДЕЛЯХ ГЕНЕТИЧЕСКОЙ
СИСТЕМАТИЗАЦИИ КУЛЬТ ОГНЯ
В статье исследуется особенности мифопоэтики культа «огня»,
которое занимает особое место в древних представлениях и поверьях. В
архаических, в ритуально-мифологических, в культурных и в историчес-
ких моделях, культ огня систематизируется в форме проявления.
Ключевые слова: мифопоэтика, песня, стихотворение, модель, ге-
нетика, система, ритуал
SUMMARY
IN THE GENETIC SYSTEMATIZATION OF MYTHOPOETIC
MODELS THE CULT OF FIRE
In the article the mythopoetic features of the cult fire which exists in
ancient imagination and beliefs are researched. The manifestations of the sym-
bol “fire” in archaic, ritual-mythological, cultural-historic modeling are syste-
matized.
Key words: mythopoetic, song, poem, model, genetic, system, ritual
Məsələnin qoyuluşu: Qədim inanclar sistemində od kultu bir çox xalq-
ların etnoqrafiya, folklor mədəniyyəti, mənəvi xəzinəsində ayrıca yer tutduğu ki-
mi, türk xalqlarının da qədim inanc və təsəvvürlərinin əsasında dayanmışdır.
Müxtəlif məişət inancları, sınama, mövsüm nəğmələri, xalq mahnı mətnləri, ov-
sunların struktur-semantikasında poetik möhkəmlik qazanan od kultunun bütöv
mifik kompleks mahiyyəti dağınıq şəkildə olsa da, qeyd olunan folklor nümunə-
lərində qorunmaqdadır. Məqalədə mifopoetik simvol kimi odun bu mətnlərin
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
75
məzmun, formasının genetik özülü, eləcə də ayrı-ayrı modellər əsasında öyrənil-
məsi əsas götürülür.
İşin məqsədi: Od kultunun mifopoetik modellərin genetik sistemləşdiril-
məsində təhlil olunub, araşdırılması.
İnsanın əski təsəvvür, inanc, düşüncəsinin formalaşdığı mifoloji motivlər
sırasında oda bağlanma və od kultu ayrıca yer tutur. İbtidai insanın təbiətin so-
yuq şaxtasından qorunmaq üçün odu əldə etməsi, vəhşi heyvanlarla mübarizə
“bişmiş yemək” mədəniyyətinin formalaşması kulta maraq və ehtiyacın ilkin
mərhələsini təşkil edir. Od, işıq, istiliyin dövrəsində məişətini quran sivilizasiya-
nın ilk nümayəndələri təbiətə münasibətdə zamanla magik-ritual hərəkətlər, səs-
söz ovsunlarını da od üzərinə köçürmüşlər. Məlumdur ki, illüziya, fantastik ob-
razlılıq insanın ətraf aləmə münasibət və bağlılığında predmetin mifoloji məntiq
əsasında təhlilini üzə cıxarır. İstənilən halda od, eləcə də digər arxaik kult və
modellər obyektiv məntiqlə predmetin öyrənilməsini deyil, qeyri-adekvat, daha
dəqiq desək, “mifoloji məntiqlə” izahını tələb edir. Bu baxımdan ayrı-ayrı xalq-
ların məişət folklorunda olduğu kimi, Azərbaycan mədəniyyəti – şifahi sənətin-
də də arxaik, ritual-mifoloji, klassik modelləşmədə odun rəmzi, simvolik seman-
tikası xüsusi fəallığı ilə seçilir.
Qeyd edək ki, qədim türklərin od, atəşə inamları haqqında tarix, din,
folklor araşdırmalarında çoxsaylı elmi dəlil və müşahidələr mövcuddur. Orxon-
Yenisey abidələrində türklərin atəşə sitayişi haqqında xüsusi məlumatların ol-
mamasına istinad edən bir sıra araşdırma, mənbələrdə Batı türklərinin odu qə-
dim iranlılardan əxz etməsi haqqında qeyri-dəqiq məlumatlar da verilməkdədir.
Türklərin atəşə-oda sitayişləri haqqında “Qədim türk mifologiyası”nda aşağıdakı
məlumatlar verilir: “...Theophylaktos Simondatta tərəfindən axtarılan ən qədim
sənədlərdən biri, VI əsrdə Qərbdəki İ.u-küələr haqqındadır. Theophyloktos, T.u-
küllərin dinlərinə ayırdığı o qısa fəsildə belə qələmə alır: “Türklər oda böyük
hörmət edirlər (...), Fanas sadəcə göyün və yerin yaradıcısına dua edir və onu
tanrı deyə adlandırırlar»... X əsrdə Hudud əl-əlam da, Qırğızların oda sitayiş et-
mələri qeyd olunmuşdur. Marvazi isə bu məqsədlə, Qafqaz xalqları üçün, ki-
məklər ve qonşuları üçün şübhəsiz şişirdilmiş bir ifadə olan «dua etmək» sözün-
dən istifadə etmişdir. XII əsrdə İdrisi Fürk xalqlarının bir siyahısını çıxardır,
bunların «hardasa hamısı oda dua etməkdədir” (7, 40).
Qədim türklərin müxtəlif yüzilliklərdə oda tapınmasını bildirən məlumat
üzərindən qeyd edək ki, bu inancın ən qədim nümunəsi “Avesta”nın ilkin qay-
naqlarından sayılan “Şumer-Babil” əfsanələrindən irəli gəlir. Qədim şumerlərin
dini-fəlsəfi görüşlərində məlum olduğu kimi, od, torpaq, su, küləyə inam başlıca
yer tutmuşdur. Əfsanələrdə ilk tanrılar, odun havadan ayrılması maddi başlanğı-
cın hərəkətverici qüvvəsi olaraq mifikləşdirilir. Şumer-əfsanə miflərində Göy
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
76
atası An, torpaq anası Ki, Səma – göy panteonunu tamamladığı kimi, odu – Hus-
nu, Kişar, Günəşi – Ufu, Şamaş tanrıları təmsil edir (9, 25-35).
Odun, Günəşin işıq, istilik başlanğıcında mifoloji tanrı obrazlaşmasının
ən yetkin fəlsəfi əsası isə “Avesta”da cəmləşdirilir. “İşıq, işığa meyl bəşəriyyə-
tin əzəli və mənəvi nailiyyətidir. Aristotelə – Ərəstuna qədər bu, Zərdüşt tərəfin-
dən daha geniş və əhatəli şəkildə qoyulub. Ərəstunda katarzist – sənətdə estetik
tənzimlənmə ilə olursa, “Avesta”da bu məsələ işıq, xeyir, yəni mənəvi saflıq, tə-
mizlik və kamillik səviyyəsində şərh olunur... atəşpərəstlik dini, oda pərəstiş, əs-
lində daxili atəşə, oda-alova səcdədir. ...Bu da bəşər tarixində Günəşə pərəstiş-
lik, eşq oduna yanmanın, aşiqliyin başlanğıcıdır. Qədim babaların Günəşə pərəs-
tişi və andı da bununla bağlı idi” (1, 228).
Atəşpərəstliyin məxsusi rəmz və simvollarının böyük sistemi onun günəş
dövranını təmsil edən tarixi svastikasında da ifadə olunmuşdur. Tehranlı atəşpə-
rəst Rostam Şahzadə Əncüman sivastikanın daşıdığı məna və simvolları da
məhz atəşpərəstliyin dini-mifoloji görüşlərində ümumiləşdirmişdir. “Su” - yaxşı,
xeyir; “astika” - əsas varlıq, həyat; “suastika” - yaxşı, firavan həyat deməkdir (5,
10).
Zərdüştün böyük od konsepsiyası odun, günəşin ilkin istilik başlanğıcın-
dan yol almış, zamanla tarixi-fəlsəfi mənada ruhi-mənəvi aləmin işığına əsasla-
nan geniş bir təlimə keçmişdir.
Od, işıq, emonasiya təliminin sonrakı mərhələsi tarixdə İslam və İslam
nəzdində formalaşan təlimlərdə yer alır. Odun Zərdüştlükdə qərarlaşdığı simvo-
likası İslam mifologiyasında da “cəhənnəm odu”na evolusiya olunur. Ümumiy-
yətlə, qeyd edək ki, İslama bağlı ayin, kultların böyük əksəriyyətinin Zərdüştlü-
yə bağlılığı elmdə sübutunu tapmış faktlardandır (8, 18).
İslam zəminində yaranan bir çox təriqət, cərəyanlarda isə (işraqilik, su-
fizm və.s – M.M.Abbasova) odun, işıq, istilik məzmunu “həqiqət”, “Allahdan
qopma”, “nur hikməti”nə əsaslanır. Təsadüfi deyildir ki, XII yüzilliyin nəhəng
filosoflarından olan Şihabəddin Yəhya Sührəvərdi “İşıq heykəlləri” adlı trakta-
tını belə bir girişlə açır: “...Ey əbədi mövcud olan, bizə işıqla ümmət göstər, bizi
işıqla möhkəmlət, bizi işıqla birləşdir...” (6,12).
Od, işığın insan düşüncə və inamından yol alan məzmun və mifoloji
məntiqlə araşdırılan məna-potensiyasının geniş struktural tərkibi xalq ədəbiyya-
tının digər növlərində olduğu kimi, xalq lirikasına da özünəməxsus şəkildə yan-
sımışdır. Xalq şeirinin janr formalarına uyğun olaraq odun əski təsəvvür və dü-
şüncə, fəlsəfi təlimlərdəki məzmunu fərqli mövqedən ifadə olunmaqdadır. Belə
ki, ilkin janrlar sırasında seçilən ovsun, magik nəğmələrdə “yanma”, “itmə”,
“məhv olma” məzmunu odun başlıca əlaməti kimi funksiyalaşırsa, aşıq yaradıcı-
lığı, bir çox el nəğmələrində isə sufi-panteist odun təsəvvür səciyyəsi ilə birləşir.
Bu baxımdan “od” kultunun xalq şeirindəki xarakterik mifopoetik xüsusiyyətlə-
rini şərti olaraq aşağıdakı şəkildə qruplaşdırmaq olar:
Dostları ilə paylaş: |