Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
83
İşin  məqsədi. Türk xalqının  su  ilə  bağlı  inanclarının tarixi  mif  yaddaşı-
nın qədimliyini sübut edir. Qədim türk təfəkküründə suyun yaradılış xüsusiyyə-
tini folklor mətnləri əsasında nəzərdən keçirdikdə bu qənaətə gəlmək olur: mifo-
loji düşüncədə su əsasən  ilkin  yaradılış elementidir. Mətnlərdə suya olan dərin, 
mistik, möcüzəvi inam diqqəti çəkir. Tədqiqatda əsas məqsəd su haqqında Azər-
baycan  əfsanələrində  mifoloji  su  stixiyasının  əsas  xüsusiyyətlərini  araşdır-
maqdır. 
 
Folklor mətnlərində suyun başlanğıc, yaradıcı, xüsusən də dirildici xüsu-
siyyəti vardır. Varlıq aləminin hər bir ünsürü öz təkamül və inkişafında heç vaxt 
ilkin başlanğıcından ayrılmır. Çünki ilkinlik – fiziki və mənəvi fitrətdir, bünöv-
rədir. Elə buna görə də Azərbaycan əfsanələrində mifik düşüncəmizin təməl sü-
tunları –  ilkin stixiyalar əsas  yer tutur. Türkün  mifoloji  baxışlarında,  ilkin dün-
yagörüşündə kifayət qədər izlərini qoymuş suya inam müqəddəsliyi ilə bağlı da-
nışan M.Seyidov qeyd edir ki, zaman-zaman  mifik təfəkkürdən sonra  yaranmış 
dünyagörüşlər, dinlər suya inamı Azərbaycan əfsanələrindən, rəvayətlərindən ta-
mamilə silib ata bilməyib (1, 216). 
A.Babək göstərir ki, mifoloji dünya modelində də su dünyanın əsası, ən 
əsas ünsürlərindəndir. Lakin suyun mifoloji dünya modelindəki obrazı ilə tarixi 
şüurdakı obrazı biri-birindən tam şəkildə fərqlənir. Tarixi şüurda su maddə şək-
lində qavranılır. Mifoloji dünya modelində isə su insan kimi canlıdır: surəti, şək-
li (başı, əli, ayağı) var. Bu cəhət təkcə suya aid  yox, mifoloji dünya  modelində 
olan bütün elementlərə eyni dərəcədə aiddir. Yəni mifoloji dünya modelində hər 
şey, o cümlədən su ünsürü canlıdır və öz şəklinə – obrazına malikdir. Bunu başa 
düşmək  üçün  mifoloji  dünya  modelinin  obrazlaşdırma  üsuluna  diqqət  vermək 
zərurəti yaranır (2, 40). 
Suyun ilkin düşüncə sistemi olan mifologiyadakı özəllikləri Azərbaycan 
əfsanələrində geniş motiv və obrazlarla təmsil olunur. Su ilə bağlı çoxsaylı əfsa-
nələr vardır. Məsələn, əfsanələrlə bağlı neçə-neçə toplama və tədqiqatlar müəlli-
fi (bax: 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12; 13; 14; 15) mərhum prof. S.P.Pirsultanlının 
“Azərbaycan türklərinin xalq əfsanələri” kitabında “Bulaq, çay və dəniz” başlığı 
altında 24 müftəlif məzmunlu və bir-birinin variantı olmayan əfsanə mətni veril-
mişdir.  Kitaba  ön  söz  yazmış  S.Rzasoy  bu  başlıq  altında  toplanmış  əfsanələri 
mifik  düşüncə  modeli  kontekstində  qısa  şəkildə  belə  səciyyələndirmişdir:  “Bu 
bölgüdə gerçəkliyin epik düşüncədə işarələnmiş modelinin su stixiyası əsasında 
təşkil olunmuş obrazlarının yaratdığı hidrosəviyyə əhatə olunmuşdur (16, s. 14). 
Qeyd edək ki, S.P.Pirsultanlının topladığı su ilə bağlı əfsanələr, təbii ki, 
sular, bulaqlar, göllər, nəhrlər, sellər, daşqınlar, sehrli sular (övladverən, ölü di-
rildən, kor gözləri açan “Abi-həyat”//”Dirilik suyu” mifologemi) və s. haqqında 
Azərbaycan əfsanələrini kəmiyyət baxımından əhatə etməsə də, motivlər sistemi 
baxımından demək olar ki, tam əhatə edir. S.Rzasoyun yazdığı kimi, S.P.Pirsul-


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
84
tanlı Azərbaycan folklorunun, o cümlədən əfsanə və rəvayətlərin toplanması və 
tədqiqinə, sözün həqiqi mənasında ömrünü vermişdir. Əfsanə və rəvayətlər onun 
elmi fəaliyyətində əsas yeri tutmuş və alim bu janrların toplanması və tədqiqinə 
fundamental əsərlər həsr etməklə  «S.P.Pirsultanlı»  imzasını  Azərbaycan eposu-
nun tədqiqi tarixinə həkk etmişdir. Əslində əfsanə və rəvayətlər S.P.Pirsultanlı-
nın  alim  və  şəxsiyyət  taleyinin  əhəmiyyətli  parçasıdır.  Folkloru  öyrənə-öyrənə 
özü də canlı folklor daşıyıcısına çevrilən bu alimlə istənilən mədəni ünsiyyət əf-
sanə  və  rəvayətsiz  ötüşmür:  S.P.Pirsultanlı  insanı  folklordan,  əfsanə  və  rəvayət 
tarixindən qıraqda təsəvvür etmir və onun üçün hər bir insan folkloru, o cümlədən 
folklorda  yaşayan  tarixi  (əsanə  və  rəvayətləri)  bildiyi  qədər  insandır,  ondan  artıq 
deyildir. S.P.Pirsultanlının Azərbaycan insanına verdiyi bu qiymət onun özünəməx-
sus elmi baxışlar sisteminin də əsasını təşkil edir (17, 26-27). 
Su  mifoloji  düşüncənin  əsas  obrazlarından  biridir.  Dünyanın  yaradılışı 
bütün  hallarda  su  ilə  bağlıdır.  Yaradılışda  iştirak  edən  su  stixiya  hesab  olunur. 
A.Babək  yazır  ki,  «su  stixiyası»  ifadəsi  dünyanın  –  kainatın  ilkin  yaradılışının 
əsasında duran «su ünsürü» mənasındadır. Su stixiyası Azərbaycan mifoloji, fəl-
səfi düşüncəsində çox qədimlərdən  bəri  varlığın  əsasını təşkil edən dörd ünsür-
dən biri hesab olunmuşdur (2, 14). 
Türk  mifologiyasında  suyun  rolu  ilə  bağlı  iki  məlumat  diqqəti  cəlb  edir. 
Bahəddin Ögel su ünsürü də daxil olmaqla dörd ünsürdən bəhs edir. O göstərir ki, 
İran və Ön Asiya  mifologiyasında gulək, atəş, su və torpaq insanın  yaradılışında 
çox  əhəmiyyətli  rol  oynayırdı.  Altay  və  Sibir  türk  mifologiyasında  isə  bu  dörd 
ünsürə çox rast gəlmirik. Bu, ilk dəfə uyğurların zamanında görünür (18, 487).  
Füzuli  Bayat  isə  su  ünsürü  də  daxil  olmaqla  beş  ünsürdən  bəhs  edir.  O 
göstərir  ki,  haqqında  məlumatları    yalnız  müştərək  mifoloji  motivləri  ehtiva 
edən Çin qaynaqlarından əldə etməyin mümkün olduğu bu beş ünsür bunlardır: 
torpaq, ağac, atəş, dəmir, su (20, 45-46). 
Su stixiyasının mifologiyadakı roluna münasibət Cəlal Bəydilinin yaradı-
cılığında öz ifadəsini belə tapır: “Bütün etnik-mədəni sistemlərdə etnosların ya-
ratdıqları kosmoqonik miflərdə ilkin başlanğıc kimi Xaos götürülmüşdür. Bir et-
nos  üçün  həmin  başlanğıc  boşluq  olmuş,  digər  biri  üçün  qaranlıq  zülmət,  bir 
başqa ənənə üçün isə strukturyaradıcı başlanğıc sayılan Su olmuşdur. Çünki xa-
osla ilkin Su eyniləşdirilirdi. Mifoloji ənənələrdə biçimsiz su mühitindən – «dər-
yayi-mühit»dən yerin yaradılması dünyanın sahmana salınması yolunda ən mü-
hüm akt kimi kosmoqonik miflərdə təsvirini tapır” (20, 199). 
Göründüyü kimi, “xaosla ilkin Suyun eyniləşdirilməsi” suyun hər bir mi-
foloji  düşüncə  sisteminin  əsas  ünsürü  olduğunu  göstərir.  Bu  halda  belə  hesab 
edə  bilərik  ki,  su  stixiyası  mifoloji  universumdur.  O,  mifoloji  düşüncənin  sis-
temləşdiyi dünya modelində hökmən var olan ünsürdür. Onsuz dünya modelinin 
məkan-zaman quruluşu təsəvvür olunmur. S.S.Averintsev göstərir ki, su dünya-
nın  ən  fundamental  stixiyalarından  biridir.  O,  ən  müxtəlif  mifologiyalarda  ilk 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə