Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
85
başlanğıc, bütün varlığın ilkin vəziyyəti, ilkin xaosun ekvivalentidir. Suya əksər
mifologiyalarda dünyanın ilkin okeanın dibindən qaldırılmasını təsvir edən mo-
tivdə rast gəlinir. Su əjdahası həm demiurqların çarpışmasında yaradıcı tanrının
tərəfdaşı kimi, həm də eyni zamanda dünyanın qurulmasının materialı kimi çıxış
edir. Su bəşəri mayalanmanın və yaranışın mühiti, maddəsi və prinsipidir. Lakin
mayalanma həm kişi, həm də qadın başlanğıclarını tələb edir. Buna görə də su
mifologeminin iki aspekti vardır. Su qadın başlanğıcı rolunda ana ağuşu və bət-
ninin, həmçinin mayalanan dünya yumurtasının analoqu kimi çıxış edir... Su qa-
dın başlanğıcının digər təcəssümlərindən biri kimi Yer ilə eyniləşdirilə bilər...
Göyün kişi başlanğıcı kimi yerlə, yaxud su ilə kəbin kəsdirməsi geniş yayılmış
motivdir... Lakin su eyni zamanda yeri «doğmağa» məcbur edən mayalandırıcı
kişi toxumudur (21, 240).
S.S.Averintsevin bu söylədiklərində su stixiyası haqqında unuiversal çiz-
gilər, yəni hər bir mifoloji ənənə, o cümlədən bizim folklorumuzda öz əksini
tapmış mifoloji ənənə üçün səciyyəvi olan cəhətlər ifadə olunmuşdur. Buna görə
də belə hesab edirik ki, alimin fikrini tezislər halında ümumiləşdirməyin burada
apardığımız tədqiqat üçün faydası vardır. Beləliklə, alimin fikrindən aşağıdakı
qənaətlər hasil olur:
1. Su – mifoloji dünya modelinin ən fundamental stixiyalarından biridir.
2. Su – mifologiyada ilk başlanğıc, bütün varlığın ilkin vəziyyəti, ilkin
xaosun ekvivalentidir.
3. Su – mifologiyada dünyanın yaradılışını təsvir edən süjetin əsas ele-
mentidir.
4. Su – bəşəri mayalanmanın və yaranışın mühiti, maddəsi və prinsipidir.
5. Su – bəşəri mayalanmanın başlanğıcı kimi özündə həm kişi, həm də
qadın başlanğıclarını birləşdirir.
6. Su – qadın başlanğıcı rolunda ana ağuşu və bətninin, həmçinin maya-
lanan dünya yumurtasının analoqu kimi çıxış edir və qadın başlanğıcının digər
təcəssümlərindən biri kimi Yer ilə eyniləşdirilə bilir.
7. Su – Yeri «doğmağa» məcbur edən mayalandırıcı kişi toxumudur.
Düşünürük ki, S.S.Averintsevin fikrindən hasil olan bu qənaətlər su haq-
qında Azərbaycan əfsanələrinin mifoloji su stixiyası iilə əlaqəsini açmaq, suyun
həmin əfsanələrdəki obrazlaşma sistemini, motivlənmə sistemini görməyə im-
kan verir. Bu cəhətdən V.N.Toporovun su stixiyasının əsas obrazlarından olan
dünya okeanı haqqında yazdıqları da səciyyəvidir. O göstərir ki, dünya okeanı
mifopoetik ənənədə yerin, daha geniş halda bütün kosmosun əmələ gəldiyi ilkin
sulardır. Bu okean stixiya və onunla doldurulan məkan, həmçinin okeanın təcəs-
sümünün müxtəlif formalarında (ilahi personajlar, xaosla bağlı əjdahalar şəklin-
də) mücərrəd mühakimə prinsipi kimi çıxış edir. Çox əski mifoloji konsepsiyala-
ra görə, okean xaosun əsas təcəssümlərindən biri, hətta xaosun özüdür. Bir çox
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
86
qədim kosmoqonik versiyalarda okean və xaos biri-birindən ayrılmaz, bir-birinə
bərabərdir (22, 249).
Buradan belə bir qənaətə gəlmək olur ki, su mifologiyada dünyanın əv-
vəlki halıdır. Odur ki, su ilə bağlı Azərbaycan əfsanələrini araşdırmaq dünyanın
ilkin halı, kosmosdan öncəki xaos mərhələsi haqqında təsəvvürləri araşdırmaq,
bir çox əsaslı nöqtədə bizim malik olduğumuz müasir şüur məntiqindən tamami-
lə fərqli olan məntiqlə üzləşmək deməkdir.
Su haqqında Azərbaycan əfsanələrinin mifoloji su stixiyası ilə əlaqəsini
göstərmək üçün su stixiyasının türk mifologiyasındakı obrazlarına toxunmağın
faydası vardır.
Mirəli Seyidovun yaradıcılığında su stixiyası ilə bağlı iki obrazdan geniş
şəkildə bəhs olunmuşdur: Yer-Sub və Öləng ilahəsi (23, 63-69; 24, 84-93). Bun-
dan başqa M.Seyidovun müxtəlif əsərlərində su stixiyası ilə bağlı qənətləri öz
əksini tapmışdır. O göstərir ki, Azərbaycan və bir çox türkdilli xalqların animist
baxışlarına görə, dağlar, göllər, çaylar insan kimi sevib-sevilir, göllər, sular mü-
qəddəsdirlər. Əski türkdilli insan göllərə də tapınırdı (25, 45). Çay-su ilk başlan-
ğıc, həyat verənlərin ilkinindən sayılmışdır (1, 46).
Folklorda su kultundan bəhs edən Rövşən Əlizadə də göstərir ki, suyun
həyat, ölümsüzlük, gənclik bəxş etməsi ilə bağlı inamlar Azərbaycan mif-
lərində, nağıl və dastanlarında rəngarəng şəkillərdə əksini tapmışdır. Azər-
baycan türklərinin inamlarında suyun kultlaşması onun ata, əcdad olması,
övlad verməsi, and yerinə çevrilməsi və digər faktlarda gerçəkləşmişdir. Su
kultu bir çox türk mənşəli xalqların folklorunda sakral dəyər qazanmış tapı-
naqdır. Suyun bərəkət və qüvvət qaynağı kimi, həm də hifzedici, yaxud cə-
za verən Tanrı timsalında türk mifoloji inamlarında mövcudluğu müəyyən-
ləşmişdir. Kosmosun yaradılmasında ilkin başlanğıc olan su insan nəslinin
artımından sonra göl, çay, dəniz, bulaq və s. şəkillərdə inamlar sisteminə
daxil olmuş və türk xalqlarının yaşadıqları məkanlarda həyatı, yaşamı şərt-
ləndirən mühüm amil statusunu almışdır. Türk xalqlarının təsəvvürlərində
Su Tanrısı obrazının formalaşması isə suya tapınmanın izlərini geniş müstə-
viyə çıxarmışdır (26, 138-139).
Düşünürük ki, buraya qədər toxunduğumuz fikirlər su haqqında Azər-
baycan əfsanələrində su stixiyasının yerini, rolunu, forma və şəkillərini müəy-
yənləşdirmək üçün kifayət qədər sanballı nəzəri bünövrə yaradır. Elə bu bünövrə
əsasında sözü gedən əfsanələr qrupunu təhlil etməyə çalışacağıq.
Prof. S.P.Pirsultanlının topladığı «Göyəzəndə qızıl piyalə» adlı əfsanənin
qısa məzmunu belədir: Kəsəmən xanın qızı Nabat oğlan kimi təlim alır, igidlər-
dən geri qalmır. Əmisi oğlu Halaya nişanlanır. Bir gün Halay ova gedir, qayıt-
mır. Nabat yaraqlanıb Halayı axtarmağa getmək istəyir, ancaq atasından həya
edir. Qızıl piyaləsi vardı, dar ayaqda Nabatın harayına yetərdi. O, öz piyaləsini
su ilə doldurur, suya yalvarır ki, sən aydınlıqsan, Halayın taleyini mənə aydın
Dostları ilə paylaş: |