Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
91
qovuşmada rolu zahirən görünməsə də, suyun orada olması qovuşmanın (yaranı-
şın) pozulmaz, universal “prinsipi”dir. 
Diqqəti cəlb edən başqa bir  məqam “şəfaverici (mistik) su mifologemi-
dir”. Nabat ölüm  yarası  ilə  yerə sərilmiş Halayı suyun  vasitəsi  ilə sağaldır. Bu-
rada məsələ tam aydındır. Folklorumuzda “Dirilik suyu”, “Abi-həyat” adları ilə 
adlandırılan bir su obrazı var. O, ölümə qarşıdır. Onu içən ölmür. Deməli, Naba-
tın piyaləsindəki su həm də sehrli dirilik suyudur. 
Qeyd edək ki, su ilə bağlı çoxlu əfsanələr var. İndi onların hamısını bura-
da yuxarıdakı təhlil etdiyimiz «Göyəzəndə qızıl piyalə» adlı əfsanə kimi çox ge-
niş araşdırmaya cəlb etmək məqsəd və hədəfimizdən kənardadır.  
İşin elmi nəticəsi: Təhlil olunmuş əfsanələr su stixiyasının mifik düşün-
cə və folklor düşüncəsi üçün əsas konseptlərdən olduğunu göstərir. 
İşin  elmi  yeniliyi: Türk mifologiyasının  bərpası zamanı daha  çox  mifo-
loji  informasiya  daşıyan  əski  mətnlərə  üstünlük  verilir.  Tədqiqat  aşkarladı  ki, 
müasir əfsanə mətnləri mifik dünya modelinin bərpası üçün əvəzsiz qaynaqdır. 
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalədən  nəzəri  baxımdan  Azərbaycan-türk 
mifologiyasının bərpasına dair tədqiqatlarda istifadə etmək olar.  
 
ƏDƏBİYYAT 
1.  Seyidov  M.  Azərbaycan  xalqının  soykökünü  düşünərkən.  Bakı: 
Yazıçı, 1989, 496 s. 
2. Babək A. Azərbaycan  folklorunda su  ilə bağlı  inamlar. Bakı: Nurlan, 
2011, 212 s. 
3.  Yaşayan  əfsanələr.  Toplayanı  və  tərtib  edəni  Sədnik  Paşayev.  Bakı: 
Gənclik, 1973, 78 s. 
4.  Yurdumuzun  əfsanələri.  Toplayanı  və  tərtib  edəni  Sədnik  Paşayev. 
Bakı: 1976, 45 s. 
5. Paşayev S. Nizami və folklor. Bakı: Bilik, 1976, 65 s. 
6. Yanardağ əfsanələri. Toplayanı və tərtib edəni Sədnik Paşayev. Bakı: 
Gənclik, 1978, 168 s. 
7. Paşayev S. Nizami və xalq əfsanələri. Bakı: Gənclik, 1983, 128 s.   
8. Paşayev S. Azərbaycan əfsanələrinin öyrənilməsi. Bakı: Bilik, 1985, 70 s.  
9. Azərbaycan xalq əfsanələri. Toplayan və tərtib edəni  S.Paşayev. Bakı: 
Yazıçı, 1985, 285 s.  
10. Azərbaycan  mifoloji  mətnləri. Toplayanlar Sədnik Paşayev, Maqbet 
Əhmədov, Arif Rəhimov, Arif Acalov. Bakı: Elm, 1988, 180 s. 
11.  Azərbaycan  xalq  söyləmələri.  Toplayanı  və  tərtib  edəni  Sədnik 
Paşayev. Bakı: Yazıçı, 1992, 211 s. 
12.  Pirsultanlı  S.P.  Azərbaycan  eposunun  əfsanə  qaynaqları.  Bakı: 
Azərnəşr, 2002, 102 s. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
92
13.  Əsatirlər,  əfsanələr,  rəvayətlər.  Toplayıcılar  S.P.Pirsultanlı, 
M.Əhmədov, A.Rəhimov, A.Acalov. Bakı: Şərq-Qərb, 2005, 304 s. 
14.  Pirsultanlı  S.P.  Azərbaycan  əfsanə  və  rəvayətlərinin  ədəbi 
abidələrimizlə müqayisəli tədqiqi. Bakı: Elm, 2007, 310 səh. 
15.  Azərbaycan  türklərinin  xalq  əfsanələri.  Toplayanı  və  tərtib  edəni 
S.P.Pirsultanlı. Bakı: Azərnəşr, 2009, 427 s. 
16. Rzasoy S. Azərbaycan əfsanəşünaslığı və Sədnik Paşa Pirsultanlı (ön 
söz)  /  Azərbaycan  türklərinin  xalq  əfsanələri.  Toplayanı  və  tərtib  edəni 
S.P.Pirsultanlı. Bakı: Azərnəşr, 2009, s. 3-16 
17.  Rzasoy  S.  Azərbaycan  folklorşünaslıq  tarixi  və  Sədnik  Paşa 
Pirsultanlı. Bakı: Nurlan, 2008, 211 s. 
18. Ögel B. Türk mitolojisi (Kaynakları ve Açıklamaları ile Destanlar), I 
cilt, Ankara: Türk Tarih Kurumu Basımevi, 1989, 644 s. 
19. Bayat F. Türk Mitolojik Sistemi. Cilt 1. İstanbul: Ötüken, 2007, 380 s.  
20. Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, 418 s. 
21. Аверинцев С.С. Вода / Мифы народов мира. В 2-х томах. Том 1. 
Москва: Изд. «Советская энциклопедия», 1980, с. 240 
22.  Топоров  В.Н.  Океан  мировой  //  Мифы  народов  мира.  В  2-х 
томах. Том 2. Москва: Изд. «Советская энциклопедия», 1982, с. 249-250 
23.  Сейидов  М.  К  вопросу  о  трактовке  Йер-Суб  в  древнетюркских 
памятниках // Жур. «Советская тюркология», 1973, № 3, с. 63-69 
24. Seyidov M. «Öləng»in izi ilə // «Azərbaycan» jur., 1965, № 5, s. 84-93  
25.  Seyidov  M.  Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları.  Bakı: 
Yazıçı, 1983, 326 s. 
26.  Əlizadə  R.  Azərbaycan  folklorunda  təbiət  kultları.  Bakı:  Nurlan, 
2008, 174 s. 
27.  Albalıyev  Ş.  Butanın  məqamı,  məkanı,  ünvanı  //  “Azərbaycan 
xalçaları” jurnalı, cild 2, № 5, 2012, s. 35-45 
28.  Kitabi-Dədə  Qorqud  /  Müqəddimə,  tərtib  və  transkripsiya 
F.Zeynalov və S.Əlizadənindir. Bakı: Yazıçı, 1988, 265 s. 
29.  Ögel  B.  Türk  mitolojisi,  II  cilt,  Ankara:  Türk  Tarih  Kurumu 
Basımevi, 1995, 610 s.  
30.  Azərbaycan  klassik  ədəbiyyatında  işlədilən  ərəb  və  fars  sözləri 
lüğəti. / Tərtib edənlər:  A.M.Babayev, C.B.İsmayılzadə (Rəmzi). Bakı: Maarif, 
1981, 280 s.  
31. Cəfərli M.Dastan və mif. Bakı: Elm, 2001, 186 s. 
32. Azərbaycan məhəbbət dastanları / Tərtib edənlər: M.H.Təhmasib və 
b. Bakı: Elm, 1979 
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
93
Nuridə MUXTARZADƏ,  
AMEA Folklor İnstitutu, elmi işçi 
nurideibay@gmail.com
 
 
ÖVLİYA KƏRAMƏTLƏRİNİN FUNKSİONAL  
SEMANTİK ROLU 
 
XÜLASƏ 
Məqalədə pirlərdə, türbələrdə və məzarlarda xəstələrin sağalması, ya da dilək-
lərin reallaşması kimi vəziyyətlərlə qarşılaşması və vəli ilə əlaqədar söylənən mətnlə-
rin,  onun  adına  bağlanan  kəramətlərin  və  bəzi  motivlərin  var  olması  diqqət  yetirilən 
xüsusiyyətlərin başında gəlir. 
Açar sözlər: Vəli kultu, övliya, kəramət, Vəli mənkabələri 
 
ФУНКЦИОНАЛЬНО - СЕМАНТИЧЕСКАЯ РОЛЬ 
СПОСОБНОСТЕЙ ЭВЛИЯ (ВЕЛИ) 
РЕЗЮМЕ 
В  статье  рассказывается  о  способностях  эвлия  в  святых  местах. 
Отмечается,  что  при  посещении  этих    святых  мест  человек  преобретает 
душевное    ровновесие  и  претворяется  в  жизнь  все  пожелания  вымолвен-
ные в этих святых местах. 
Ключевые  cлова:  культ  Вели  (культ  отца),  эвлия,  способность, 
менкабе (легенды о Вели) Вели  
 
THE CULT OF VELI (PARENTS CULT) IN THE CONTEXT OF 
VIRTUE 
SUMMARY 
The  recovery  of  sick  people  in  sacred  places,  sepulchers  and  graves  or 
the realization of their  wishes, the texts dealing with Veli (parent) and existence 
some words dealing with his name are basic features in this article. 
Key  words:  the  cult  of  Veli  (  parents’  cult),  evliya,   magnanimity,  Veli 
legends 
 
Məsələnin qoyuluşu. İstər türk, istərsə də ərəb və fars təriqətlərində vəli 
və ya övliyanın ən başlıca özəlliklərindən biri onların kəramət göstərə bilmələri-
dir. Kəramət termini dini-təsəvvüfü  mənada haqqa çatmış, haqq  ilə haqq olmuş 
övliyaların  göstərdikləri  fövqəltəbii  hadisələrə  deyilir.  Bu  kəramətlərdən  bəhs 
edən mətnlərə mənkabə, mənkabələrdən ibarət toplulara da mənakıbnamə və ya 
vilayətnamə deyilir. Kəramət göstərən vəlinin eyni anda dəyişik formada görün-
məsi,  bir  anda  çox  uzaq  məsafələrə  gedib-gələ  bilmələri,  müxtəlif  heyvanların 
donuna  girmələri,  cansız  əşyaları  hərəkətə  gətirmələri,  öldükdən  sonra  yenidən 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə