Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
96
mütəsəvvüflər  müsəlman  olmayan  buddistlər,  xristianlar,  bütpərəsrlər  və  digər-
ləri tərəfindən reallaşdırılan xariqüladə hadisələrə "istitraç", müsəlman vəlilərin 
göstərdiklərinə isə "kəramət" adını verdilər. 
Mənkabə  motivləri  tək-tək tədqiq  edildikdə  görürük  ki,  bu  motivlər  şa-
manlıq  dönəmlərindən  qalmadır.  Vəlinin  kəramətinin  dərviş  kəramətinə  bu  qə-
dər  çox  bənzəməsinin  səbəbi  də  buradadır.  Məsələn,  Hacı  Bəktaş  Vəli,  Hacı 
Bayram Vəli, Otman Baba, Dəmir Baba, Doğrul Baba kimi bütün Anadolu vəli-
ləri başda  olmaqla Azərbaycana və Orta Asiyaya qədər uzanan böyük bir ərazi-
də tez-tez qarşılaşdığımız quşa çevrilmə, aslanı minmək, daşı yeritmək, xəstələri 
sağaltmaq, yağış yağdırmaq və s. şamanlıq qalıqlarıdır və şaman kəramətlərinin 
sufi variantlarıdır. 
Şamanist dövrlərdəki etiqada görə şaman (kam) ruhlarla insanlar arasın-
da vasitəçilik etmə qüdrətinə malik olan adamdır. Eyni missiyanın bir sıra kiçik 
dəyişikliklərlə  mənkabələrdə  vəlilərə  yükləndiyini  görməkdəyik.  Mənkabə  mo-
tivləri tək-tək tədqiq edildikdə görürük ki, bu motivlər şamanlıq dönəmlərindən 
qalmadır. Vəlinin kəramətinin dərviş kəramətinə bu qədər çox bənzəməsinin sə-
bəbi də buradadır. Məsələn, Hacı Bəktaş Vəli, Hacı Bayram Vəli, Otman Baba, 
Dəmir Baba, Doğrul Baba kimi bütün Anadolu vəliləri başda  olmaqla Azərbay-
cana və Orta Asiyaya qədər uzanan böyük bir ərazidə tez-tez qarşılaşdığımız qu-
şa çevrilmə, aslanı minmək, daşı yeritmək, xəstələri sağaltmaq, yağış yağdırmaq 
və  s. şamanlıq qalıqlarıdır  və  şaman kəramətlərinin sufi  variantlarıdır. Məsələn 
bir mənkabədə biz bunu görə bilirik. 
İflic olan, uşağı olmayan, qismətinin açılmasını istəyən, işləri rast getmə-
yən  və  buna  bənzər  daha  bir  çox  səbəblərdən  ötəri  övliyalığına  inanılan  adam-
dan  mədət umulur. Allaha övliyanın üzü hörmətinə  və onun  vasitəçiliyi  ilə dua 
edilir.  Yəni  bir  baxıma  övliyanın  Allah  ilə  insan  arasında  vasitəçi  olması,  bəla-
lardan onun vəsiləsiylə qorunmaq istənməsi vəli kultunun formalaşmasında əsaslı 
rol oynamışdır. Uşağı olmayan  qadınlar  müqəddəs  insanların  dəfn olunduğu tür-
bələrə, pirlərə üz tutaraq, ağaca bez bağlayaraq və ya vəlinin  hər hansı bir əşya-
sını daşıyaraq uşaq sahibi olmağı ümid edirlər. Uşağı olmayan yakut qadınları da, 
müqəddəs bir ağacın dibində, ağ boz at dərisi üzərində, “yer sahibi”nə (an daydı 
iççidə) yalvarırlar, ağlaya- sızlaya dua edirlər. Bu  duadan sonra uşaq sahibi olan-
lar bunu Tanrıdan, yer ağac ruhları tərəfindən verildiyinə inanırlar (5, 167). 
Mənkabə janrı müasir dövrün ən çox söylənən və söyləndikcə də zəngin-
ləşən canlı növlərindən biri olduğu üçündür ki, xalq arasında geniş yayılımışdır. 
İslam dininin yayıldığı bütün ölkələrdə, ən əsası da şifahi mədəniyyətləri zəngin 
olan türk xalqları arasında dini rəvayətlər və ya mənkabələr ateist təbliğatın bü-
tün cəhdlərinə baxmayaraq varlığını qoruya bilmişdir. Ona görə də mənəvi kəra-
mətləri ilə şöhrət qazanan övliya mənkabələri və ya imam övladı olan seyidlərin 
kəramətləri  Azərbaycanın  hər  tərəfində  xalq  ədəbiyyatının  əsas  söylənən  janrı 
olaraq  qalır.  Mənkabələr  təbii  ki,  İslamın  ilk  dövrlərindən  başlayaraq  sürətlə 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
97
yayılan  dini  əfsanələrin  bazasında  yarandı,  miflərdən,  rəvayətlərdən  bir  çox 
ünsürləri almaqla yeni bir janr kimi formalaşdı və söyləyici repertuarında özünə 
xüsusi yer tutdu.  
Övliyaların  məzarları  üzərində  tikilən  və  diqqətlə  qorunan  türbələrdə, 
pirlərdə həyata keçirilən mərasimlər də bir başqa məsələdir. Daha əvvəl də dedi-
yimiz  kimi  uşağı  olmayan  qadınlar,  qismətlərinin  açılmasını  diləyənlər,  şəfa 
istəyənlər və b. türbələrdə dua etməklə bərabər, yaxınlıqda bitən tənha ağaca və 
ya  türbənin  hər  hansı  bir  yerinə  bez  bağlamaqla,  varsa,  oradakı  bulağın  suyun-
dan içməklə, varsa, quyuya daş atmaqla və ya quyunun divarlarına daş yapışdır-
maqla və daha fərqli üsullarla İslami olmayan ritualları həyata keçirirlər. Bu tip 
qeyri-İslami mərasimləri namaz qılan, oruc tutan mömin müsəlmanlar da yerinə 
yetirirlər.  Bu tip  adətlərin  və  ritualların  mənşəyini  yenə  şamanlıqda  görməkdə-
yik. Belə ki, şaman inancında ağacın, daşın, suyun önəmli yer tutduğu tarixi və 
etnoqrafik məlumatlarla təsdiqlənir.  
Övliya  mənkabələrində  və  türbələrində  tez-tez  qarşımıza  çıxan  ağac  və 
daş ünsürlərinin yanında dağ kultu da önəmli rol oynayır. Bu gün Azərbaycanın 
müxtəlif bölgələrindən toplanmış övliya mənkabələrində həm dağ, həm ağac ün-
sürü mühüm rol oynayır. Dağ və  ya ağac pirləri  daha əski  inamlarla bağlı olub 
özündə şamanlıq dövründən qalma bir çox inancları yaşatmaqdadır. Bu ocaq və 
pirlərin  çoxu  hər  hansı  bir  insan  məzarı  deyildir.  Qurban  kəsilən,  dua  edilən, 
müqəddəs sayılan elə dağın və ya ağacın özüdür. Ancaq bunun İslam dininə uy-
ğun gəlməyəcəyi  hallarda dağın  və  ya ağacın  müqəddəslik qazanması üçün bə-
zən oranın bir vəliyə mal edilməsi lazım gəlir. Bir çox halda dağ mənkabələrdə 
vəlinin qeyb olduğu yer kimi funksionallaşır. Dağ bəzən də vəlinin uzun müddət 
yaşadığı yerdir.  
Türbələrdə  həyata  keçirilən  mərasimlərin  şamanlıqla  bağlılığı  sadəcə 
olaraq  ağac,  dağ,  daş  ünsürü  ilə  məhdud  deyil.  İslamiyyət  ilə  uyğun  gəlmədiyi 
halda  yaşadılmağa  çalışılan  bir  başqa  ənənə  də  ocaqlarda  və  ya  pirlərdə  şam 
yandırılması, daşları divarlara yapışdırmaq və s-dir. Şam yandırmaqla simvolizə 
edilən işıq, təsəvvüfdə ilahi nuru və ilahi eşqi təmsil edər. O baxımdan ocaqlar-
da  rast  gəlinən  lampa,  şam  kimi  ünsürlər  əslində  qədim  türklərin  inancları  ilə 
əlaqəlidir. İşığın türk boylarındakı yeri yaradılış mifərinə qədər uzanır.  
Kosmoqonik  miflərdə Ülgenə  yarat deyə əmr verən Ağ  Ana da ilahi  bir 
işıqdır.  “Oğuz  Kağan”  dastanında  Oğuzun  evləndiyi  Tanrı  qızları  da  işıqla  xa-
rakterizə edilmişdir. Hətta bu qızlardan biri göy  işığın  içində enir. Şaman olma 
ritualında işıq simvolik olaraq onun son mərtəbəyə çatdığını göstərir. Şaman so-
nuncu doqquzuncu göydə cənnət kimi işıqlı bir aləmə çıxır. Bu yolda şamanlığa 
namizəd olan adama müəllimlik edən ata şamanın ruhu öz şagirdini qaranlıqdan 
keçirmək üçün gözlərini məşələ çevirərək gələcək şamana yol göstərir (2, 95). 
 Yuxu  vasitəsiylə  dərvişlik  ya  da  şamanlıq  qabiliyyəti  alan  insanların 
keçdikləri mərtəbələr, onların fəaliyyətləri, kəramətləri də bir-birini xatırlatmaq-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə