Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə44/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
105
*** 
Bı yola gedən gəlmir, 
Bilmirəm, neydən gəlmir. 
Qurır çadır otağın, 
Çıxır cirgədən gəlmir.  
*** 
Qardaşdar, ay qardaşdar, 
Yağış yağar, qar başdar.  
Öləndə bacılar ölsün,  
Heç ölməsin qardaşdar. 
*** 
Bacılar bacısıyam,  
Şirinnər acısıyam.  
Bacısı ölən bacının  
Mən də onın bacısıyam.  
*** 
Günüm o gün oleydi,  
Zülfüm dügün oleydu.  
Siziynən keçitdigim günnərin 
Biri bu gün oleydi.  
*** 
Ooçiyam, oolamaram,  
Oo görsəm, qolamaram.  
Mən özim yaralıyam,  
Yaralı qolamaram.  
*** 
Mənim özim ağlıyım,  
Dərdə dözim, ağlıyım. 
Sizi belə görincə 
Çıxsın gözim, ağlıyım. 
*** 
Dərd kimindi – özimin,  
Dərdə çoxdı dözimim,  
Qoymaram siz gedəsüz,  
Giləsisüz gözimin.  
*** 
Ölənəkən ağlaram,  
İtənəkən ağlaram,  
Torpağımı torpağuza 
Qatanakən ağlaram.  


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
106
*** 
Ağlaram el gəlinçin,  
Çaylara sel gəlinçin. 
Okkartanə ağlaram,  
Gözümə tor gəlinçin.  
*** 
Mənim anam oleydi,  
Anam yanımı aleydi.  
Çoxlu dərdim diməyə, 
Mənim anam oleydi. 
*** 
Siz bı yerin xanısuz,  
Soltanısuz, xanısuz. 
İyüz bırnımdan getməz,  
Təbriz ireyhanısuz.   
*** 
Qarabağ vətənimiz,  
Durmadı yatanımız.  
Əcəl əl-ələ getdi,  
Ağzı söz tutanımız.  
*** 
Qarabağda talan var,  
Zülfün üzə salan var.  
Getmisən, tez qayıt gəl,  
Gözi yolda qalan var.  
*** 
Laylay laylayın başı,  
Beşiyün mərmər daşı.  
Bırdan bi ah çəkərəm,  
Yandırar dağı-daşı.  
*** 
Bı yoldan yol ayrıldı, 
Boynum geri qayrıldı. 
Ay boynum, nöş qayrılırsan, 
Canunnan can ayrıldı? 
*** 
Yar, məni qoyub gedmə, 
Nar kimi oyub gedmə. 
 
Kəs başımı, qoy yanıma,  
Zarıncı qoyub gedmə. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
107
Söylədi:  Möhnətova  Ərzə  Qəhrəman  qızı,  1932-ci  il  təvəllüdlü,  VII 
sinfi bitirib. Salyan rayonu Aşağı Xalac kəndi 
 
Atalar sözü 
 
Arabası batan güjdü olur. 
Alan alıb allanıb, 
Satan satıb pullanıb. 
Qayış nə bilir, öküz nə çəkir. 
Qılıxlı yüz il dolanar, qılıxsız bir gün də dolanmaz. 
Atdandım ləmnən, 
Qutardım qəmnən. 
Qazanjdarın itdər yiyir, yaxaların pitdər. 
Ooçunun ova çıxmağı, o da düşdü ayın aydınnığına. 
Hamı didi, dad oldu, 
Mən didim, bidad oldu. 
Əsli olan əslin itirməz, 
Bədəsil mənzil başına yetirməz. 
İtin kööli nəynən xoş olar – kəpəynən! 
Söylədi:  Qədirova  Laləzər  Alşan  qızı,  1953-cü  il  təvəllüdlü,  orta 
təhsilli, Neftçala rayonu Xolqarabucaq kəndi 
 
*  *  * 
LƏTİFƏLƏR 
 
Mirzə Baqi haqqında 
 
I mətn 
Bir  kəndli  Mirzənin  yazdığı  şikayəti  pristava  təqdim  edir.  Pristav  onu 
başdan eləmək üçün deyir:  
– Mən bu xətti oxuya bilmirəm. Get, yazanı bura çağır.  
Mirzə  pristavın  yanına  gəlib  başlayır  onu  tərifləməyə,  onun  ali 
mənsəblərə layiq olduğunu deyir.  
Pristav: 
– Mirzə, səndən çıxmayan iş, nə əcəb məni tərifliyirsən?!  
Mirzə: 
– Belə eliyirəm ki, bəlkə, səni  böyüdüb bi  yerə aparalar, onda camaatın 
da canı sənin əlinnən qurtarar. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
108
* * * 
II mətn 
Mirzə  Baqi  ov  zamanı  bir  qarğa  vurur.  Lotular  onu  sındırmaq  üçün 
soruşurlar: 
– Ovun qanlı, Mirzə, nə vurmusan? 
Mirzə görür ki, həriflər onu pərt etmək istiyirlər, tez cavab verir: 
– Turac. 
– Mirzə, bu ki qarğadı? 
– Adın siz qoymusuz, mən diyirəm, turacdı, dimək turacdı. 
 
* * * 
III mətn 
Meçiddə molla dəstamaz almağın şərtdərinnən uzun-uzadı danışır. Mirzə 
fikirrəşir ki, gündə beş-altı dəfə namaz qılmağçın bu şərtlərin hamısı yerinə yeti-
rilsə, onda başqa işlərə vaxt qalmır. Molladan soruşur: 
– Ay molla, bəs çörəyi nə vax qazanağ? 
Qeyd: Mirzə Baqi ilə bağlı lətifələri Neftçala rayonu Xolqaraqaşlı kənd 
orta məktəbində uzun illər müəllim işləmiş, hazırda təqaüddə olan Abdullayeva 
Təbiət Xalıq qızının şəxsi arxivindən əldə etmişik.     
 
*** 
Keçinin cavabı 
Günnərin bir günü keçi süriynən, sürünün qabağında gedirmiş.  
Keçiyə  diyiblər  ki,  keçi  qardaş,  bı  süri  kimindi?  Yaz  iymiş,  göyi 
yimişmiş. Keçi qabağda şellənə-şellənə gedirmiş.  
Diyib: 
– A korsan, görmirsən? Mənim. 
Qabağda  gedir  bı  şellənə-şellənə.  Çöyirib  ağzı  qışa.  Tökib  qarı,  şaxtanı 
qoyıb.  Keçi  sürinin  dalında,  süriyə  çata  bilmir,  ofşim,  dolaşıb  əyağı  palçığa-
malçığa. Ofşim, qulağları salxa-salxa keçi gəlirmiş.  
Dostları  diyir  ki,  aya,  yazda  gedən  keçi  döyir  bı?!  Bına  ilişəy,  görəy 
nağayrır bı?  
Diyib: 
– A keçi qardaş. 
Diyib: 
– Həəə... 
Diyib:  
– A, bı süri kimindi? 
Diyib:  
– Aya, mən nəm kimindi? Yiyəsi belə-belə olmış süri, mən nə bilim ki-
mindi, çata billəm ki?! 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə