Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
36
ça ilə örtürlər. Bundan sonra Kərbəla şəhidlərinin qırxına qədər üstünə qara ör-
tülmüş teşt evin ortasında qalır. Bəzi yerlərdə Kərbəla şəhidlərinin üçündən son-
ra teşt götürülür, təkyə isə qalır. Teştin suyundan içilir, çünki xalq arasında bu
suya kimyə deyilir. Burada su, İmam Hüseynin və yaxınlarının susuzluğunu, ya-
şıl rəng İslamı, sonradan teştin üzəri örtülən qara rəng matəmi və həm də suyun
özünün qara olmasını, örtü də onun əldə olunmazlığını simvolizə edir. Teştin ya-
nına lampa, güzgü, ətir, gül qoyulur. Qətl sınan günü lampanı söndürürlər.
Azərbaycanda, xüsusən də Cənub bölgəsində təkyəni adətən seyidlərin,
ocaqların və ya bu iş üçün münasib olanların evlərində qururlar. Təkyəni nəzir
edib, niyyəti baş tutanların evində də qururlar. Məsciddə qurulan təkyənin ətrafı-
na kişilər toplaşırlar. Təkyədə içərisi dua oxunmuş suyla doldurulmuş teşt qoyu-
lur və ya bəzən teştə də təkyə deyilir. Teştə nəyə görə su qoyulduğunu xalq belə
izah edir: “Hər şeydən təmiz sudu, ona görə bu teştin içinə su tökməlidilər. Bu-
nun içinə mollalar Zəmzəm suyu da gətiriblər, o sudan də tökürəm bunun içinə.
Hər gün dəyişirəm bu suyu... Təkyə üçünə qədər qalır, sorə yığışdırılır. Teşt
yeddisinə qədər qalacağ.
Bu gül, Kərbəla güli mütləq gərək teştin yanində olməlidi. Bunun məna-
sı budu ki, necə bir nəfərin ölür aa, necə saralıb solursan, gülün yarpaqlari kimi,
bu gülün də mənasi budi.
Lampada gərəg yanmalıdi. Sora boyun alırsan ki, mən şam alım, niyyət
edirsən, Aşura gecəsi yandırırsan.”
9
Ancaq müsəlman dünyasının hər yerində təkyədə qurulan teştin içinə su
qoymurlar. Məsələn, Rusiya müsəlmanları Məhərrəmlikdə su vermirlər. “Mən
Rusiyada olanda meçit də var idi orada, getmişəm, olar su qoymurlar orda, mən
sual verdim. Mənə dedilər ki, o meçitdə su olmur, bizdə Zəmzəm suyu töküllər
də onun içinə, hesab elə nəzir suyudu də. O sudan gözü ağrıyan uşağın gözünə
töküllər o sağalır. Mənim də uşağımın gözü ağrıyırdı. Getdim dedim, mənə su
lazımdı. O arvad dedi ki, su üstə dava olub, ona görə olar meçitdə su qoymul-
lər.”
10
Tam on gün teşt evin ortasında qurulu qalır. Dini icraatları bilən bir qa-
dın da teştin yanında oturur. Buna təkyəyə qulluq edən və ya qulluğunda duran
deyirlər. Qadınlar teştin ətrafında oturub Kərbəla şəhidləri üçün mərsiyə, əfrad
oxuyur, oxşama deyir, ağlayır, şəhidlərdən danışırlar, nəzirlərini verib xeyir-dua
alırlar. Belə deyirlər ki, imam üçün tökülən hər damla göz yaşı bu dünyada işlə-
nən dəniz qədər günahların bağışlanmasıdır.
9
Söyləyici:
Xannoz Əskərova, doğum tarixi 1962, təhsili orta, Lənkəran rayonu
Mamusta kəndi
10
Söyləyici: Rəsmiyyə Əliyeva, doğum tarixi 1968, təhsili orta, Lənkəran rayonu Mamusta
kəndi
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
37
Məhərrəmlikdə qurulan təkyənin bir özəlliyi də sosial dayanışmadır, in-
sanların bir-birinə mənəvi dayaq olmasıdır. Masallı bölgəsinin Qızılağac kən-
dindən toplanan materialdan da bunu gördük: “Məhərrəmlik ayında kəndimizdə-
ki evlərdə təkiyyə bəziyirdilər. Kişilər bu evə gedirdi. Zənənlər bir başqa evə ge-
dirdi. Ağlıyırdılar, ordan dururdular, kimin qəlbi sınığdı, ölüsü ölüb, müharibədə
şəhid olub gəlmiyib, o evlərə, həyətlərə gedirdik. Yığışırdığ gedirdik qəbirsanlı-
ğa, o qəbirsanlığın dörd tərəfin tolanırdıq, ağı deyirdik, ağlıyırdıq.”
11
3.2. Tasua
Məhərrəm ayının 9-cu gününə ərəbcə Tasua deyilir. Tasua Məhərrəmli-
yin 7-ci günündən başlayan mühasirənin tam daraldığı və sözün həqiqi mənasın-
da Hz. Hüseynin mühasirəyə düşdüyü gündür. Qaynaqların verdiyi məlumata
görə həmin gün bəzi xüsusiyyətləri ilə yadda qalmışdır:
1. Hz.Hüseynin xeymələrinin mühasirəyə alınması
2. Şümürün əmannaməsinin (onların təhlükəsizlikdə olmasını göstərən
şəhadətnamə) Hz. Abbas tərəfindən rədd olunması
3. İmam Hüseyn tərəfindən müharibənin təxirə salınması istəyi
4. İmam Hüseynin (düşmənlərə) xitabı
5. İmam Hüseyn xeymələrinin ətrafında xəndəklərin qazılması
6. Şəhadət qüslü.
Buna baxmayaraq xalq Tasuaya başqa anlamlar yükləmişdir. “Taşura ge-
cəsi diyir, su içmiyin də, olar susuz qalıblar. Taşura gecəsi birinci olur, sora
onun sabahisi olur Aşura. Qurban bayramınnən igirmi gün keçir Məhərrəmlik
başliyir. Üçünəcən adam olur, yeddisində ya vəhdə alırsən, ya bişirirsən payli-
yirsən. Qırxa qədər evdə yeməy bişirib iyi çıxarilməlidi.”
12
Kərbəla dastanına görə Tasua axşamı Hz.Hüseyn yaxınları üzərindəki
biəti qaldırır və adamları ilə vidalaşaraq işıqları söndürtdürür ki, istəyən çıxıb
getsin. “Gör İmam Hüseyn necə insan olub ki, xeymələrdə şamları söndürür,
ailəli olan var, uşağı var, ona görə şamları söndürüb ki, xeymədə. Taşura odu,
görüb sidq ürəynən mənim yanımda qalanlar, mənnən döyüşənlər neçə nəfər qa-
lır da. Üç min qoşun olub, amma işiği söndürənnən sora hamısı gedib, yetmiş iki
nəfər qalıb.”
13
Bu hadisənin Tasua axşamı və ya Aşura gecəsi olması barədə
söyləyicilər arasında ittifaq yoxdur. Hər halda folklor baxımından bunun elə bir
əhəmiyyəti də yoxdur. Əsas olan Hz.Hüseynin haqq uğrunda savaşını göstər-
11
Masallı folklor örnəkləri, 1-ci kitab, B., 2013, s.25
12
Söyləyici:
Xannoz Əskərova, doğum tarixi 1962, təhsili orta, Lənkəran rayonu
Mamusta kəndi
13
Söyləyici:
Murad Eldar oğlu, doğum tarixi 1987, təhsili orta, Lənkəran rayonu
Mamusta kəndi
Dostları ilə paylaş: |