Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
55
Ozanların piri. “Kitab”dakı oğuznamələrin “müəllifi”, onların sonunda
deyildiyi kimi, Dədə Qorquddur. O, oğuz dünyasının sakini kimi burada baş
verən hadisələrdən dastan yaradıb, onları dastanda sözügedən əməllərin sahibi
olan xalqın adı ilə Oğuznamə – yəni oğuzlar haqqında dastan adlandırır. O, bu
işi gələcək nəsillərin öz əcdadlarının əməllərini unutmaması xatirinə edir və bu
vəzifəni deyin (vəsiyyət) olaraq alb ozanların boynuna qoyur. Onlar isə oğuz-
namələri Dədə Qorqudun əmanəti kimi qoruyaraq varislər arasında söyləyirlər.
Oxşar hadisə ilə başqa türk xalqlarının folklorunda da qarşılaşırıq. Məsələn,
saxa (yakut) xalqı olonxonun (qəhrəmanlıq dastanlarının) yaranmasını və ilk
ifasını Seerkeen Sesenin adı ilə bağlayır. Seerkseen Sesen olonxo qəhrəmanı
kimi əsas qəhrəmanların məsələhətçisidir (32, 45). Oxşar cizgilərə qazax jırau-
larından Aktamberdi jırau, Tati Kara jırau, İiambet jırau, Sıpara İırau, Buxar
İırau, “Manas”da Iraman oğlu Irçı uul, Caysan Irçı malikdir (13, 44-47; 36, 79;
26, 34). Ancaq onlardan fərqli olaraq Qorqud həm də ozanların piri olmuşdur.
A.B.Kunanbayevanın söylədiyinə görə, qazaxlarda jırau o dünya varlıqlarının
buyruğu ilə yaranır. Musiqiçilərin əcdadı və hamisi Korkut hətta heç vaxt oxu-
mayan və dombra çalmayan adamların yuxusuna girərək, onlara dombra ilə
oxumağı əmr edir. Buyruğa qulaq asmayan adam əzaba, xəstəliyə, bədbəxtliyə
düçar olur (32, 47). Burada söhbət qəhrəmanımızın dastan ifaçılarına vergi
verməsindən gedir. M.Qasımlı qopuzu icad edən qazax Korkutu ilə
“Kitab”dakı “Dədəm Qorqud qopuzu” ifadəsini qarşılaşdırır (33, 40-41). Bu
qarşılaşdırma dolayısı ilə qazaxlar arasında yaşayan inanışın Oğuznamə ifaçılı-
ğından baş götürdüyünü ortaya qoyur. Belə məlum olur ki, Dədə Qorqud qa-
zax jırauları kimi ozanların da piri olmuşdur. Türkmanların bir etnos olaraq
dağılmasından və yeni etnik birliklərin yaranmasından sonra Dədə Qorqudun
bu funksiyası unudulmuşdur. Yeni yaranmış etnik mühitlər baxşı və aşıq kimi
söyləyici tiplərini ortaya çıxarmış, uyğun olaraq türkmənlər içərisində Baba
Kambar və Aşıkaydın, Azərbaycanda və Anadoluda isə Xızır və Əli Dədə Qor-
qudun yerini tutaraq baxşıların və aşıqların pirinə çevrilmişdir (5, 55-66; 42,
71-72). Düşünmək olar ki, Dədə Qorqudun Əhlətdəki, Dərbənddəki, Sırdərya
vadisindəki qəbirləri, Baba Kambar və Aşıkaydın ocağı kimi, vaxtilə ozanların
ziyarətgahı olmuşdur.
Ən nəhayət, şifahi ənənədə mətnin bu şəkildə müəllifləşdirilməsi və
ruhlar aləmindən vergi şəklində verilməsi mətnin ruhlar aləmində hazır şəkildə
mövcud olmasına inamı ifadə edir (28; 30). Ona görə də V.J.Propp ifa aktını
“ikinci canlanma”, A.Hacıyev isə “söz haqqında söz” adlandırır (28; 11, 65).
Funksiya. Ozanın əsas işi ifaçılıq sənətidir. “Fərhəngi-şüuri” adlı fars-
ca bir lüğətdə qısa və aydın şəkildə deyilir: “Ozan bir taifədir, tənbur çalıb tür-
kü söyləyərlər və Oğuznamə oxuyarlar. Türkcə ozan deyirlər” (20, 136). Başqa
bir qaynaqda ozanlar “Oğuz qəzalarının hekayət əfruzları” şəklində vəsf olu-
nur ( 41).
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
56
Epik söyləyicilik sənəti haqqında araşdırmalarda söyləyicinin şaman
funksiyasından sıx şəkildə bəhs olunur. Dünya, eləcə də türk-Turan xalqlarının
etnoqrafiya və folklorunda özünü göstərən bu hadisəyə aid çoxlu material top-
lanmış və dəyərləndirilmişdir.
Söyləyici ifa vasitəsilə təbiətə təsir edir, xəstəni müalicə edir, baş verə
biləcək bədbəxtliyin qarşısını alır, epidemiyadan qoruyur, itiyin harada oldu-
ğunu söyləyir, ovun uğurlu olmasını təmin edir, gələcəkdən xəbər verir və bü-
tün bunlar ifa sayəsində ruhların yardımı ilə mümkün olur (47, 215-240; 28;
30). Bu halda epik söyləyici ilə şaman funksional baxımdan eyniləşir. Bu hadi-
sə terminoloji səviyyədə də özünü göstərir. Özbək dilində baxşı sözü “təbib”,
“şaman” və “dastan söyləyicisi” anlamında işlənir. Məsələyə münasibət bildi-
rən V.M.Jirmunski “söyləyicilik sənətinin.... tədricən xalq mərasimindən qop-
duğunu” söyləyir. Müəllifə görə, əfsanədəki el ağsaqqalı Qorqud həmin xalq
söyləyicisinin qarışıq tipidir və qəhrəmanlıq dastanlarının söyləyicisi ondan tö-
rəyib (14, 402-403). Başqa sözlə, “müşgülləri həll edən” ağsaqqal, bilici,
“qaibdən dürlü xəbərlər söyləyən” pir, dediyi olan, buyurduğu qəbul edilən,
qopuz çalıb öyüd verən, dastanlar qoşan ozan tarixəqədərki simadır. Əfsanə və
dastanlarda qarşılaşdığımız Qorqud Ata və ya Dədə Qorqud, Seerkeen Sesen,
Sıpara İırau, Caysan Irçı və s. həmin simanın surətidir. Bizim tanıdığımız das-
tan ifaçısı “o mübarək simadan” qoparaq müstəqil fəaliyyətə başlamış, ancaq
özünün anadangəlmə cizgilərini müasir dövrə qədər yaşatmışdır.
Epik ifanın ruhlar aləminə təsir vasitəsi olması müasir dövrə qədər ya-
şamışsa, onda orta əsrlər dastan ifaçılığında bu hadisə daha canlı və etnoqrafik
baxımdan daha aydın şəkildə özünü göstərməli idi. Bu baxımdan Dədə Qorqud
oğuznamələrində qarşımıza çıxan oğuz ərənləri, alp ərənlər, qazi ərənlər ifa-
dəsi xüsusi maraq doğurur. Məlum olduğu kimi, ərən sözü şaman inanışlarında
yardım edən ruhları ifadə edir. Tuva şamançılığında eren adlanan bu ruhlara
şamanın əcdadları da aiddir (3, 91-95; 16, 56-77). Bu sözün əcdadların ruhunu
və ya bütün kateqoriyalardan olan ruhları ifadə etməsi barədə aydın bir təsəv-
vür yoxdur. Bununla bərabər, oğuznamələrin əcdadlar haqqında dastanlar ol-
duğunu yada salsaq, buradakı ərən adının əcdadları ifadə etməsini qəti şəkildə
söyləmək mümkündür. Ona görə də Oğuznamədə tez-tez qarşılaşdığımız alp
ərənlər, bəy ərənlər, oğuz ərənləri haqqa qovuşmuş əcdadların yaşayan ruhla-
rını ifadə edir. Bu ərənlərdən bəziləri Oğuznamədə pir kimi vəsf olunur:
Dədə Qorqud biliklü yeddi bilisün versün.
Əmir Süleyman uğurlu (uğurun) versün.
Salur Qazan səadətlü yeddi səadətün versün.
Bayandur xan dövlətlü yeddi dövlətün versün.
Alp Aruz ..... versün.
Bığı qanlu Bükdüz Əmən heybətlü yeddi heybətün versün.
Dostları ilə paylaş: |