Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
51
ki, F.Köprülü məhz ozan adlı çalğı alətinə münasibətdə ozançı termininin mey-
dana çıxdığını söyləyir (20, 139).
Ozan sözü M.Kaşğarlı lüğətində yoxdur. Bu hal onu göstərir ki,
M.Kaşğarlı zamanında Oğuznamə söyləyicisi ozan adlanmamışdır. Başqa şə-
kildə Oğuznamə yaradıcısının və ifaçısının adının M.Kaşğarlının nəzərindən
qaçması mümkün deyildi. Buradan belə nəticəyə gəlmək olar ki, Oğuznamə
ifaçısı anlamında ozan sözü XI əsrdən sonra yaranmışdır.
Ozan sözünün başqa türk dillərində, o cümlədən türkmənlərdə olmama-
sına əsaslanan V.A.Qordlevski və F.Sumer bu terminin Yaxın Şərqdə ortaya
çıxması qənaətinə gəlirlər (35, 264-265; 41, 611). Hətta V.A.Qordlevski bir az
da irəli gedərək bu sözü qusan sözü ilə bağlayır və ardınca yazır: “Qusanlar er-
məni padşahları olan Arşaqların saraylarını bəzəyirdilər. Erməni padşahlığı –
“Böyük Ermənistan” süqut edəndə qusanlar incəsənətin hamisi olan səlcuqlu-
ların yanına getdilər. Ardınca isə Anadolunun Osmanlı bəylərinin yanında qal-
dılar” (35, 265). V.A.Qordlevski kimi ciddi bir alimin vaxtilə məsələyə bu qə-
dər səthi yanaşması ancaq təəssüf doğurur. Müəllif məsələyə bu şəkildə yana-
şarkən, ehtimal ki, epik söyləyicilik sənətini türklər içərisinə ermənilərin gətir-
məsi, ozanların erməni olması və oğuznamələri erməni ozanların yaratması
fikrini irəli sürdüyünü ağlına gətirməyib.
Göründüyü kimi, ozan sözünün Yaxın Şərqdə yaranması fikri Türkmə-
nistan türkmənlərində ozan sözünün olmamasından irəli gəlir. Ona görə də ön-
cə Türkmənistan türkmənləri arasında ozan sözünün olub-olmaması haqqında
mübahisə doğuran məsələnin üzərində dayanmaq istərdik.
Türkmənistan türkmənlərində ozan sözünün yaşaması haqqında fikir
V.Uspenskinin təkəli Nəfəslidən yazıya alaraq “Türkmən musiqisi” adlı kitabı-
na saldığı aşağıdakı atalar sözündə işlənən ozon sözünə əsaslanır:
Haysı yere doulet qelse,
Baxşı bilen ozon qeler.
Haysı yerden doulet qitsə,
Toro bilən tezep qeler.
A.N.Samoyloviç isə bu atalar sözündəki ozon sözünün “Oğuznamə
söyləyicisi” anlamında ozan ola biləcəyini ehtimal edir (39, 144). Ancaq bu
atalar sözündəki ozon sözü V.Uspenskinin kitabında “qaçağan at” kimi tər-
cümə olunub (44, 19). Fikrimizcə, sözün doğru anlamı da elə sonuncudur. Bu-
rada sadəcə olaraq, dövlətli evinə baxşının ozon minərək şənliyə gedər kimi
öndə gəlməsi, kasıb evinə isə yas mərasiminə gedər kimi mollanın toro (at)
minərək gəlməsi deyilir. Paralelizm əsasında qurulan atalar sözünün mənası
bundan ibarətdir. Bununla yanaşı, “Oğuznamə ifaçısı” anlamında ozan sözü-
nün Türkmənistan türkmənlərindən qeydə alınmaması türkman dediyimiz su-
peretnosun Orta Asiyada yaşayan hissəsinin Oğuznamə söyləyən ozanlardan
xəbərsiz olması anlamına gəlmir. Böyük türkman dünyasının bir parçası kimi
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
52
Türkmənistan türkmənlərinin Oğuznamə söyləyən ozanlara qulaq asması bizdə
heç bir şübhə oyatmır. Ozan sözünün “pis səslə oxumaq” anlamı ilə ozandau
(ozanlamaq) şəklində başqırd dilində olması bu baxımdan xüsusi əhəmiyyət
kəsb edir (27, 376) İstər-istəməz sual yaranır. Yalnız türkman etnik mühitində
“epik ifaçı”, “epik nəğmə” və ya onu müşayiət edən “musiqi aləti” anlamı da-
şıyan bu sözün başqırd dilində varlığı nə ilə izah olunur? Başqırd xalqının et-
nik tərkibinə daxil olan tayfaların siyahısına göz gəzdirib orada törökpen qəbi-
ləsinin adını oxuduqda (23, 376) məsələnin nə yerdə olduğunu anlamaq olur.
Bu adın türkmən/türkman etnoniminin variantı olduğunu görmək heç də çətin
deyil. Beləliklə, ozandau sözünü başqırd dilinə bu xalqın tərkib hissəsi olan tö-
rökpenlərin verdiyini qətiyyətlə söyləmək olar. Qorqud kultunun başqırdlar,
qazaxlar, qırğızlar, Oğuz ata inancının isə qırğızlar arasında yaşaması da bu
xalqların tərkibinə türkmanların qatılması ilə izah olunur. Bu baxımdan
V.V.Bartoldun Qorqud kultunu qazaxların oğuz yurdunda məskunlaşan qıp-
çaqlar vasitəsilə mənimsəməsi fikri ilə razılaşmaq mümkün deyil (14, 545).
Nəhayət, törökpenlərin Azərbaycan və ya Anadolu deyil, Türküstan mənşəli
türkmanlardan qopub başqırdların içərisinə qatıldığını nəzərə alsaq, ozan sözü-
nün nə vaxtsa Türkmənistan türkmənlərinin dilində olmasına şübhə yeri qal-
maz. Sadəcə olaraq Cığatay mədəniyyəti çevrəsinə daxil olan türkmənlər ozan
sözünü bu mədəniyyət çevrəsində başqa anlamları ilə yanaşı, “dastan söyləyi-
cisi” anlamında da işlənən baxşı sözü ilə əvəz etmək məcburiyyəti qarşısında
qalmışlar. Bu hadisə, irəlidə ətraflı şəkildə bəhs edəcəyimiz kimi, türkman et-
nik sisteminin sınmasından və bunun nəticəsində Türkmənistan türkmənlərinin
müstəqil etnosa çevrilməsindən sonra baş verə bilərdi.
Ozan sənəti. Oğuznamə ifaçılığı xüsusi sənət idi. Türkman dünyasında
bu işlə, deyildiyi kimi, ozanlar və ya ozançılar məşğul olurdular. Onlar bu et-
nik mühitin var olduğu bütün bölgələri gəzərək məclislərdə bu xalqın əcdadları
olan oğuzlar haqqında oğuznamələr söyləyirdilər. Onların çörəyi də Oğuznamə
ifaçılığından çıxırdı. Topqapı Oğuznaməsində “Qazılıq atınıza binüb qaftan
donunuz geyən ozan olsun, Ağır ağ altun ağ ağçanız alan ozan olsun” deyilir
(18, s.83). “Bamsı Beyrək boyı”nda “avazım güdəlmədin, ünüm boğulmadın”
deyib bir at ələ keçirərək sevinən ozandan bəhs olunur (18, s.60). Yenə də hə-
min boyda ozanın zəhmət haqqı olaraq aldığı bəxşişlərə işarə olunur:
Bir zaman ayıtma, ozan!
Ağam Beyrək gedəli bizə ozan gəldügi yoq.
Əgnimüzdən qaftanımız aldığı yoq.
Başımızdan gecəligümüz alduğu yoq.
Buynızı burma qoçlarımız alduğı yoq (18,62).
Ozan şəxsiyyətinin əfsanədən elmə çevrilməsi üçün ozan sənətinin so-
sial mahiyyətinin öyrənilməsi vacibdir. Bu baxımdan M.Qasımlının məsələyə
diqqət yetirməsi təqdirəlayiqdir. Ancaq müəllifin birdən-birə məsələyə mistik
Dostları ilə paylaş: |