Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
59
dusu olmuşdur. Səlcuqlu ordularında türkmanların aparıcı yer tutduğunu nəzə-
rə  alsaq,  F.Köprülünün  “Səlcuqlu  ordularında  ozanların  olmaması  imkansız-
dır”  fikri  həqiqəti  əks  etdirir  (20,  134-135).  Bununla  yanaşı,  F.Köprülü  və 
V.A.Qordlevski “Səlcuqnamə”nin M.T.Xoutsma tərəfindən edilən tərcüməsinə 
dayanaraq  Səlcuqlu  ordusunda  “ozanlar  və  qopuzçular”  olduğunu  söyləyirlər 
(20, 134; 21, 235; 34, 192). Qaynaqda ifadə olunan məlumatı F.Köprülü aşağı-
dakı  şəkildə  verir:  “Ozanlar  və qopuzçular elfaz-i qarrâ  birle  bir sebil  hikayət 
ayıttular”  (21,  235).  B.M.Jirmunski  isə  E.Rossinin  yenə  də  “Səlcuqnamə”yə 
əsasən verdiyi məlumatı təkrar edərək yazır: “Solday (Sudak) qalasının türklər 
tərəfindən mühasirəsi zamanı qanlı döyüşdən sonra qopuz çalan ozanlar əsgər-
lərin  qəhrəmanlıqlarını  və  mərdliklərini  tərif  edirdilər”  (14,  535).  Ancaq 
“Tarixi-Al-i-Selcuq”un  son  akademik  nəşrində  sözügedən  məlumat  başqa  şə-
kildədir. Yazıçıoğlu Əli  yazır: “Mütriblər bahadurlarun dilavarlıkların ve düş-
meni kahr itdüklerin ve pehlevanlar cəngin xub elhan ve kavli rast birle hazır-
lar  cemine  irişdürürlerdi”  (45,  484).  Mətndə  ozan  sözü  mütrib  sözü  ilə  əvəz 
olunsa da, söhbətin ozanlardan getməsi şübhə doğurmur. “Səlcuqnamə”də qar-
şıya çıxan bu qeyd ozan sənətinin tarixi baxımından da xüsusi əhəmiyyət daşı-
yır.  Məlumdur ki,  haqqında  danışdığımız tarixi  hadisə,  yəni  Sudakın  alınması 
1221-22-ci ildə baş verib. Əgər XIII əsrin başında ozanlar orduda tüğyan edir-
dilərsə, onda XII əsrin ozan yaradıcılığının ən qızğın çağı olmasına şübhə yeri 
qalmır. Nizami Gəncəvi kimi Oğuznamə auditoriyasından uzaq olan şəhərli bir 
“Xəmsə”  və  “Divan”  şairinin  ozan  sayağı  –  bə  qanuni-ovzan  –  oxumaqdan 
bəhs etməsi (4, 3-4) XII əsrdə ozanların bu şəhərli şairin diqqətini cəlb edəcək 
dərəcədə geniş yayıldığını göstərirdi.  
Elxanilərin ozanlara sevgisi barədə F.Sumerin heç bir qaynağa söykən-
mədən söylədiyi aşağıdakı  fikir təəccüb doğurur: “...bu dastanları (oğuznamə-
ləri) qopuzları ilə oxuyan ozanların vəzifəli olaraq monqol xanları və noyonla-
rının yanında olduqlarını bilirik” (41, 378). Bu fikrin arxasında dayanan yega-
nə fakt monqol dövrünə aid tarixi əsərlərdə ozan sözünün (“Came-ət təvarix”, 
“Vassaf  tarixi”)  “işçilər”,  “sənətkarlar”  mənasında  işlənməsidir.  Quatremere-
nin  bu  barədəki  fikrini  F.Köprülü  olduğu  kimi  qəbul  etmişdir  (20,  143).  De-
mək  istəyirik  ki,  monqol  dövrünə  aid  tarix  kitablarında  ozan  sözünün  qeyd 
olunan anlamda işlənməsi maraqlı tapıntıdır. Ancaq bu tapıntı Oğuznamə ifaçı-
sı  olan  ozanların  “monqol  xanları  və  noyonlarının  yanında”  olmasını  sübuta 
yetirmir.  Ozanlar  Oğuznamə  ifaçıları  idilər.  Monqol  sarayının  və  əyanlarının 
türkman  etnik  şüurunun  törəməsi  olan  Oğuznaməyə  heyranlığını  anlamaq 
mümkün deyil.  
Ozanın  Şirvanşah  sarayında  Xəlili  Səmərqəndi  ilə  deyişməsi  barədə 
Hamidinin  məlumatı  xüsusi  maraq  kəsb  edir.  Bu  fakt  fars  soyundan  olmaları 
ilə öyünən Şirvanşahlar sarayının XV əsrdə əhəmiyyətli dərəcədə türkləşdiyini 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
60
göstərir.  Yeri  gəlmişkən,  ozanın  söz  yarışına  çıxması  –  deyişməsi  yalnız  bu 
qaynaqda özünə yer tapır. 
Osmanlı  sarayının  Oğuznaməyə  marağından  bəhs  etmişdik.  Ozanların 
Osmanlı  sarayında  və  ordusunda  olması  barədə  qaynaqlarda  açıq  məlumatlar 
var. F.Köprülünün diqqət yetirdiyi bir hadisə bu baxımdan xüsusi maraq doğu-
rur:  Sultan  II  Muradın  sarayında  olan  Bertrandon  de  la  Broquiere  ziyafət  za-
manı  minestrellərin  sultanın  əcdadları  haqqında  qəhrəmanlıq  nəğmələri  – 
shanson  de  geste  –  oxuduqlarını  söyləyir.  Bu  məsələyə  münasibət  bildirən 
F.Köprülü  haqlı  olaraq  yazır:  “...bunların  ozanlar  və  qopuzçular  olduğunu 
asanlıqla təxmin etmək olar” (20, s.135). Cəlalzadənin “Tabakat ül-memalik fi 
derecat  il-məsalik”  əsərində  Muhac  savaşından  (1526)  bir  gün  öncə  keçirilən 
şənlikdə “şeştarlar, tanburlar, kopuzlar”la yanaşı, “oğuz qəzalarının hikayət əf-
ruzları ozanlar”ın “çalıb-çağırıb şenliklər və şadiliklər” etməsi bildirilir (41, 421).  
Ozanların  müharibələr  zamanı  bir  cəngavər  kimi  döyüşə  girməsi  haq-
qında qaynaqlarda heç bir qeydə təsadüf olunmur. Onların ordudakı yeri, qay-
naqlara  görə,  hərbi  mərasimlər  və  şənliklərdir.  Bəzi  araşdırmalarda  ozanların 
hərb zamanı bir əsgər kimi döyüşə girməsi haqqında yer tutan fikirlər “Kitabi-
Dədə  Qorqud”da  əks olunan qopuzlu  alplardan  baş götürür. Çalıb oxuyan  alp 
tipi “Altın Mize” (Altay), “Akbök oğlu Kan Taci”, “Er Tarqın” (qazax), “Ma-
nas” (qırğız), “Canqar” (kalmık) və s. dastanlarda zəif şəkildədir. Bunun əksi-
nə olaraq türkman dastan yaradıcılığı belə qəhrəmanı özünün ideal cəngavər ti-
pinə  çevirir.  Ancaq  bütün  hallarda  onlar  ərənlər  dünyasının,  ideal  aləmin  sa-
kinləridir, kəsəsi, şifahi epik yaradıcılığın məhsuludur. 
Səfəvi sarayında və ordusunda ozanların olmasından, Mirzə Abbaslının 
verdiyi  məlumata  görə,  “Cahanarayi-Şah  İsmayıl  Səfəvi”  adı  ilə  tanınan  qay-
naqda söz açılır. Mirzə Abbaslı bu qaynağa əsaslanaraq Sultan Hüseyn Bayqa-
ranın Şah İsmayıla ozanlar göndərdiyini söyləyir və ardınca yazır: “Bu ozanlar 
məharətlə  çukur  çalıb-oxusalar  da,  qızılbaş  ozanlarına  bənzəmirmişlər.  Buna 
görə də Şah İsmayıl sanki öz zövq və səliqəsini nümayiş etdirmək, sərkərdələ-
rinin, ordusunun nələri dinlədiyini, nələrdən ləzzət aldığını dolayısı yol ilə bil-
dirmək məqsədi ilə ordu ozanlarından böyük bir dəstəni hərbi geyimləri ilə el-
çiyə qoşdurub Herata göndərir. 
Ozanlar  Heratda  bir  neçə  gün  Sultan Hüseyn Bayqara  sarayında  çalıb-
oxuyurlar. Axırda da Sultan Hüseyn Bayqara onlara çoxlu qiymətli hədiyyələr, 
eləcə də seçmə minik atları verib yola salır. Heratdan qayıtmış ozanları Şah İs-
mayıl  İsfahanda  “Baği  nəqşicahan”da  qəbul  edərək,  səfər  macəralarını  dinlə-
yir, onların söhbətindən xoşlanaraq, şərəflərinə şadlıq məclisi qurdurur.  
Ozanlar, demək olar ki, Şah İsmayılın bütün yürüşlərində iştirak etmiş, 
orduda  hərbi  nəqqarəxananın  –  hərbi  orkestrin  rəhbərliyi  mövqeyini  tutmuş, 
türkü varsağıları, cəngiləri ilə Qızılbaş döyüşçülərinin rəşadət ruhunu oxşamış-
lar. Onlar başlarında Qızılbaş tacı, çiyinlərində pələng dərisi, bellərində qılınc, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə