Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
67
zırlanan “Folklorumuzda milli həyat və dil bakiyələri” məqaləsində Ə.Cəfəroğlu 
Anadolu  folklorunu  toplayıb,  digər  türkdilli  xalqların  yaradıcılığına  əhəmiyyət 
verilməməsinin, müqayisələrin aparılmamasının yolverilməz olduğunu söyləyir-
di: “Araşdırıcılar əksəriyyətlə, Anadolu türklərinin işğal etdikləri mümtaz möv-
qe  dolayısıyla,  ancaq  bu  sahəyə  aid  folklor  növlərini  toplamağa  qeyrət  etmiş, 
həmcins  digər  türk  qövmlərinin  eyni  növdən  olan  folklorları  ilə  münasibətdə 
olaraq  müqayisə  etməmişlər.  Halbuki  bu  kimi  araşdırmalarda  əsl  nəzər-diqqətə 
alınması lazım gələn nöqtə türk qövmlərinin çox geniş sahəyə yayılmış olmaları 
keyfiyyəti olmalıdır” (9, 21-22). 
Ə.Cəfəroğlu  peşəkar  bir  alim  kimi  elə  problemlər  qaldırmışdır  ki, onlar 
hər  zaman  araşdırmalarda  diqqətə  alınmalıdır.  Alimin  folklor  materiallarının 
toplanması və araşdırılması sahəsində təklif etdiyi tələblər bu tədqiqatın yazıldı-
ğı  illərdə  sovet ölkəsinin tərkibindəki türkdilli  xalqların tədqiqatçıları üçün  im-
kansız idi, senzura buna yol verməzdi və həmin vacib problem bu gün də aktual 
olaraq qalmaqdadır.  
Bundan əlavə, Ə.Cəfəroğlu on bir il (1940-1951) ərzində Türkiyənin bir 
çox bölgələrini gəzərək müxtəlif dialektlərə aid  folklor materialları toplamış və 
bu nəhəng külliyyatı sistemləşdirərək, ”Quzey Doğu ellərimiz ağızlarından top-
lamalar. Ordu, Girəsun, Trabzon, Rizə və yörəsi ağızları” (10), “Güney Doğu el-
lərimiz  ağızlarından  toplamalar.  Malatya,  Elazığ,  Tunceli,  Gaziantep  ve  Maraş 
elləri  ağızları”  (11),  “Anadolu  elləri  ağızlarından  dərləmələr.  Van,  Bitlis,  Muş, 
Karaköşə,  Əskişəhir,  Bolu  ve  Zonguldaq  elləri  ağızları”  (12),  “Doğu  ellərimiz 
aşızlarından  toplamalar.  Qars,  Ərzurum,  Çoruh  elbaylıqları  ağızları”  (13)  və  s. 
adları ilə silsilə kitablar şəklində nəşr etdirmişdir, alimin vəfatından sonra da də-
fələrlə elmi əhəmiyyətinə görə onlar təkrar işıq üzü görmüşlər. 
Çox  maraqlı  bir  fakt  da  diqqəti  cəlb  edir  ki,  yorulmaz  elm  fədaisi  hətta 
həbsxanalarda  məhbuslarla  görüşərək  xalq  ədəbiyyatı  örnəklərini  toplamış  və 
dərc etdirmişdir. Onun tələbəsi olmuş, türk yazıçısı Yusif Bəyzadə Əhməd Cə-
fəroğlu ilə bağlı xatirələrində yazmışdır: “Aydın həbsxanasına getmişdik. Müəl-
limim müdirdən səkkiz-on nəfər oxuma-yazma bilməyən dustaq istədi. Bir otağa 
toplandıq. Dil  materialı  yığacağımızı, bizə  nağıl,  hekayə,  yerli  mahnılar, şeirlər 
söyləmələrini xahiş etdik… Saz çalanlarının olub-olmadığını soruşduq. İki nəfər 
sazını  götürüb  gəldi…”(5).  Belə  bir  fakta  nə  sovet,  nə  də  müstəqillik  illərində 
Azərbaycanda  təsadüf  edilmir,  son  illərdə  yazılan  monoqrafiyalarda  sosializm 
dönəmində yasaq edilən bir sıra janrlara diqqət artsa da, həbsxanalarda yaranan 
xalq ədəbiyyatı örnəkləri toplanılmamış və öyrənilməmiş qalmaqdadır. 
Əhməd  Cəfəroğlunun  nəşr  etdirdiyi  folklor  materiallarından  aydın  olur 
ki, o, Türkiyənin Ərzurum, Qars, İqdır, Çorum, Sivas, Toqat, Trabzon, Girəsun, 
Ordu, Rizə, Kayseri, Niğdə, Kırşəhər, Əskişəhər, Bitlis, Van, Zonquldaq, Anka-
ra, Muş, Qarakeşə, Amasya, Yozqat, Qaziantəp, Bolu və başqa şəhərlərini qarış-
qarış gəzmiş  və onun bu nəhəng  fəaliyyəti saysız-hesabsız  folklor nümunələri-


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
68
nin nəşri ilə tamamlanmışdır. Tədqiqatçılarin təxmini hesablamalarına görə, Əh-
məd Cəfəroğlunun  bu  illər ərzində topladığı  materiallar 18 dastan, 18 dua, 107 
lətifə qrupu, 7 hekayə, 42 mahnı, 8 layla, 181 oyun, 29 təkərləmə, 738 türkü, 4 
yanıltmac qrupu və 141 məsəldən ibarətdir (15, 17). Onu da qeyd etmək lazım-
dır  ki,  Əhməd  Cəfəroğlunun  topladığı  materiallar  içərisində  Ərzurum  və  Qars 
bölgələrinin folkloru daha çox diqqətəlayiqdir. Azərbaycan türklərinin daha çox 
bu bölgələrdə məskunlaşması, şübhəsiz ki, milli folklorumuzun yayılma arealını 
öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.  
Ə.Cəfəroğlu topladığı xalq ədəbiyyatı nümunələrini dünya folklorşünas-
lıq ənənələrinə sadiq qalaraq, ədəbi dilə uyğunlaşdırmadan, müxtəlif şərti işarə-
lərin köməyilə (uzun, qısa səslər, sağır nun və s.) dialektdə olduğu kimi qələmə 
almış, anlaşılmayan sözlərin lüğətini vermişdir. Bu isə həm dialektləri tədqiq et-
mək, həm də canlı danışıq dilinin təravətini qorumaq baxımından çox vacibdir. 
Təəssüf ki, Azərbaycanda folklor materiallarının nəşrində Ə.Cəfəroğlu ənənəsi-
nə təsadüf edilmir. Halbuki dünya folklorşünaslığı bu xüsusiyyəti daha uzun il-
lər bundan öncə diqqətə almış və xalq ədəbiyyatı nümunələrinin nəşrlərində tət-
biq  etmişlər.  Belə  ki,  görkəmli  Amerika  tədqiqatçısı,  “folklorşünaslığın  ata-
sı”(R.Dorsen) hesab edilən Stis Tomsonun (1885-1976) “Nağılların və bütün di-
gər  folklor  nümunələrinin  dəyişdirilmədən,  dillərdə  yaşadığı  kimi    nəşri  gərək-
dir”  fikri  ilk  vaxtlarda  elm  adamlarını  təəccübləndirmişdi.  Az  sonra  Tomsonun 
toplayıb  tərtib  etdiyi  “Quzey  Amerika  hindularının  nağılları”  (“Tales  of  the 
North  Amerikan  Indians”)  adlı  əlyazması  Harvard  Universiteti  tərəfindən  ilk 
olaraq bu nəzəriyyənin düzgünlüyünün sübutu kimi nəşr edilmişdir (24).  
Əslən Azərbaycan türkü olan Ə.Cəfəroğlunun xalq ədəbiyyatı nümunələ-
rini  təxminən  altmış  il  bundan  öncə  dünya  standartları  səviyyəsində  toplayıb 
nəşr etdirməsi onun elmi  yaradıcılığının  yüksək səviyyəsini göstərən əlamətlər-
dəndir. 
Digər bir ziyalı – Fransada ömür sürən Ceyhun Hacıbəylinin “Qarabağın 
dialekti və folkloru (Qafqaz Azərbaycanı)” (16) əsərinin xalq ədəbiyyatı örnək-
lərinin  təbliğində  mühüm  əhəmiyyəti  xüsusi  nəzərə  çatdırılmalıdır.  Müəllif  bu 
tədqiqatı  “La Dialecte et la  folk-lore du Karabagh” adı  ilə 1933-cü  ildə  “Asiya 
jurnalı”nın  (“Journal  Asiatique”)  CCXII  sayında  nəşr  etdirmişdir.  Otuz  üç  böl-
mədən  ibarət  olan  bu  kitabda  alqışlar,  qarğışlar,  hərbə-zorbalar,  andlar,  təriflə-
mələr,  xalq  məzhəkələri,  frazeoloji  ifadələr,  bayatı  və  bayatışəkilli  şeirlər  top-
lanmışdır. 
Bundan  başqa,  şair  Almas  İldırım  (1907-1952)  Azərbaycan  bayatılarını 
toplayaraq, Türkiyənin Elazıq şəhərində iki dəfə ayrıca kitab şəklində nəşr etdir-
mişdir ki, bu da mühacirətdə xalq ədəbiyyatına olan diqqəti göstərən faktlardan-
dır. Türkiyənin Elazıq şəhərində 1947-ci ildə ikinci dəfə işıq üzü görən bu kitaba 
şair “Bayatıların səsləndiyi ölkə” adlı kiçik bir müqəddimə yazmışdır. Bu üç sə-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə