Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
64
Almaz HƏSƏNQIZI (HÜSEYNOVA)
filologiya üzrə fəlsəfə doktoru, dosent
gunsel_gunsel@yahoo.com
MÜHACİRƏTDƏ FOLKLOR MATERİALLARININ
TOPLANMASININ ÖZƏLLİKLƏRİ
XÜLASƏ
Mühacirətdə ömür sürən Azərbaycan ziyalıları üçün folklor materialları-
nın toplanması xüsusi əhəmiyyət kəsb etmişdir.
Məlum olduğu kimi, mühacirətdə yaşayıb yaradan insanlar vətəndən
uzaqlarda olmalarına baxmayaraq, onlar azad, hər cür basqıdan uzaq məkanlarda
fəaliyyət göstərirdilər ki, bu da folklor materiallarının toplanmasına kifayət qə-
dər ciddi təsir etməyə bilməzdi.
Sovet senzurasının təzyiqi olmadan toplanan bu materiallar daha obyek-
tiv idi və özünəməxsus xüsusiyyətləri ilə fərqlənirdi.
Məqalədə mühacirət folklorşünaslığının yuxarıda göstərilən problemlə
bağlı fəaliyyəti təhlilə cəlb edilmişdir.
Açar sözlər: folklor, mühacirət, sovet senzurası, azadlıq
ОСОБЕННОСТИ СОБИРАНИЯ ФОЛЬКЛОРНЫХ МАТЕРИАЛОВ
В ЭМИГРАЦИИ
РЕЗЮМЕ
Для интеллигенции Азербайджана, живших в эмиграции собирание
фольклорных материалов всегда имело важное значение.
Известно, что, хотя, жившие и творившие в эмиграции люди и нахо-
дились вдали от родины, но они работали в свободной, далекой от всякого
давления среде, что не могло не оказать достаточно серьезного влияния на
собирание фольклорных материалов.
Эти материалы, собранные без вмешательства советской цензуры,
были более объективными и отличались своими особенностями.
В статье указаны привлеченные к исследованию труды эмигрант-
ской фольклористики, посвященные вышеуказанной проблеме.
Ключевые слова: фольклор, эмиграция, советская цензура, свобода
THE PECULIARITIES OF THE GATHERING OF FOLKLORE
MATERIALS IN THE EMIGRATION
RESUME
For the intellectual elite of Azerbaijan living in the emigration, the
gathering of folklore materials had always important meaning. It is known that
even though, people living and creating in the emigration were far away from
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
65
their motherland, but they were working in liberal, pressure-free environment
which had a deep impact on the gathering of folklore materials.
These materials which were gathered without the interference of Soviet
censorship were more objective and differed with their own peculiarities.
The article tackles the analysis of the selected work of emigrant folklore
scholars dedicated to the above-mentioned problem.
Key words: folklore, emigration, Soviet censorship, freedom
Məsələnin qoyuluşu: Məqalədə vətənin istilasına dözməyərək dünyanın
müxtəlif ölkələrinə səpələnən Azərbaycan ziyalılarının folklor materiallarının
toplanması, tərcüməsi və nəşrilə bağlı fəaliyyətləri işıqlandırılmışdır.
İşin məqsədi: Azərbaycanın mühacir ziyalılarının yazıya alaraq ayrı-ayrı
ölkələrdə nəşr etdirdikləri folklor mateialları haqqında məlumat vermək və onla-
rı təhlilə cəlb etməkdir.
Məlumdur ki, sovet dönəmində xal qın azadlıq və hürriyyət arzularını
alovlandıran, əsarət, köləlik buxovlarından qurtulmağa səsləyən ədəbi əsərlər ya
senzura tərəfindən yasaq edilmiş, ya da məcburiyyət üzündən, bəzən hətta Azər-
baycanın öz tədqiqatçıları tərəfindən sovet ideologiyasına uyğunlaşdırılaraq təh-
rif edilmiş, yanlış təbliğ olunmuşdur. Mühacir tədqiqatçı Süleyman Abdülkadir
“Azərbaycan yurd bilgisi” dərgisinin elə ilk sayında dərc olunmuş “Türk qövm-
lərinin xalq ədəbiyyatında rus istilasının inikası” adlı məqaləsində müstəmləkə
buxovları daşıyan bütün türkdilli xalqların folklorunu nəzərdən keçirərkən diq-
qəti bu problemə yönəldərək qeyd etmişdir: “...türk xalq ədəbiyyatı və xalqiyyatı
öz münəvvərlərimiz tərəfindən ihmal olunmuş, ancaq kölə millətə mənsub olan
müstəmləkəçiyə qeyrətlə toplana bilmişdir. Bu ədəbiyyatı müstəmləkəçiyə nəql
edənlər rus istilasına dair xalqın tərənnüm etdiyi dastan və türkülərin milli bir
sirr sifətilə saxlamış, yaxud “rus məmuru” zənn etdikləri müstəmləkəçinin xətri-
ni qırmayacaq bir surətdə təhrifə məcbur olmuşdurlar (1, 22).
Qeyd etmək lazımdır ki, mühacirətdə folklor örnəklərinin toplanması və
nəşri sahəsində Əhməd Cəfəroğlunun redaktorluğu ilə 1932-1934-cü illərdə 36,
1954-cü ildə isə bir sayı nəşr edilən “Azərbaycan yurd bilgisi” dərgisinin fəaliy-
yəti təqdirəlayiqdir. Redaktor dərginin hansı zərurətdən doğduğunu şərh edər-
kən, onun məhz Azərbaycanı bütün yönləri ilə tanıtmaq, xalqımızın elmi və mə-
dəni irsinin təbliği məqsədindən yarandığını elə birinci sayında ciddi arqument-
lərlə dilə gətirmişdir. Xalqı azadlığa, hürriyyətə səsləyən, rus müstəmləkəçiliyi-
nə qarşı yönələn əsərlərin diqqətdən kənarda qalmasına, toplanıb nəşr edilmə-
məsinə, tədqiqatına imkan verilməməsinə təəssüf edən Ə.Cəfəroğlu “Azəri ədə-
biyyatında istiqlal mücadiləsi” adlı tədqiqatında yazmışdır: “Milli Azərbaycan
ədəbiyyatında, adəta başlı-başına, müstəqil bir cərəyan təşkil edən istiqlal mü-
cadiləsi ədəbiyyatı, təəssüf ki, uzun bir zaman qeyri-müntəşir qaldığından (çap
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
66
olunmadığından), kiçik bir tədqiqə belə məzhər olmamışdır. Rus istilası ilə bə-
rabər doğan bu ədəbiyyat rus məmurlarının hədsiz təzyiqedici davranışları üzün-
dən əvvəlləri yalnız şifahi ədəbiyyat mahiyyətində özünü mühafizə edə bilmiş
və dolayısı ilə bütün bəkarətini tutamamışdır” (7, 6).
Göründüyü kimi, müəllif bütün cidd-cəhdlərə rəğmən, aparılan sovet
təbliğatına, onun müxtəlif üsullarla insanları susmağa məcbur etdirməsinə bax-
mayaraq, çar dönəmlərindəki kimi, yenə də xalqın azadlıq sevgisinin, istiqlal
arzusunun əbədi yaşadığını, bunun sübutunun isə məhz yaratdığı əsərlər olduğu-
nu və onların təzyiqlər ucbatından çox vaxt şifahi şəkildə yaşadığını diqqətə çat-
dırmışdır. Müəllif, eyni zamanda məqaləsinin yazılma səbəblərindən danışarkən,
rus müstəmləkəçiliyi əleyhinə çoxlu materiallar əldə etdiyini və əsas məqsədinin
onları dəyərləndirmək olduğunu qeyd etmişdir.
Sovet Azərbaycanında xalq yaradıcılığına olan qeyri-peşəkar münasibət
mühacirətdə ciddi əks-səda doğurmaqda idi. Belə ki, az bir zaman içərisində
dünya ədəbi fikrini məşğul etməyə müvəffəq olan, haqqında onlarla tədqiqat
əsəri yazılan, bir çox dillərə tərcümə edilən “Kitabi-Dədə Qorqud”un Sovetlər
Birliyində kəskin bir münasibətlə qarşılanması, hətta yasaqlanmağa məhkum
edilməsi “sosialist bərabərliyinin çürüklüyünü” ortaya qoydu. M.Ə.Rəsulzadə
“Dədə Qorqud dastanları” məqaləsində: “Türk xalq ədəbiyyatının şah əsəri bu
dastanlar son illərin siyasi günlük mövzusunu təşkil etdilər. Azğınlaşmış bolşe-
vik ruslaşdırma siyasəti gərəyincə bunlar azərbaycanlı aydınları yenidən ələyib
qızıl qəlbirdən keçirməyə vəsilə oldular” (23, 2) – yazaraq, bu hakimiyyətin
türkdilli xalqlar üçün necə fəlakətlər gətirdiyini göstərirdi.
M.B.Məmmədzadə “Dədə Qorqud” və kommunizm” məqaləsində bu
abidəyə qarşı hücumlardan bəhs edərkən bu münasibətin nəinki dastanın unutdu-
rulmasına gətirib çıxardığını, əksinə, ona olan marağın daha da artmasına, insan-
lara ruh yüksəkliyi verən eposun türkdilli xalqların bütünləşməsini saxladığına
inamını bildirmişdir: “Dədə Qorqud” dastanı Azərbaycan türkünün qızıl kom-
munizm dənizində boğulmasına mane olan bir canqurtaran olduğu üçün hər
milli qəhrəman kimi QPU tərəfindən sürgünə məhkum edilmişdir” (11, 10).
Həmin məqaləsində Mirzə Bala “Kalevala”nı yazıya alan Elias Lennor-
tun (1802-1884) fin xalqı üçün bu əvəzsiz fəaliyyətindən sonra dünya alimləri
tərəfindən Homer qədər bir yüksək mərtəbəyə ucaldığını qeyd etməklə folklorun
toplanması və təbliğini millətin hər bir üzvünün ümdə vəzifəsi kimi dəyərlən-
dirmişdir. M.B.Məmmədzadənin Almaniyanın Münhen şəhərində nəşr olunan
“Qafqaziya” dərgisində 1952-ci ildə (sayı 8, 10-12) dərc etdirdiyi “Dədə Qor-
qud” məqaləsində SSRİ adlanan ölkədə türkdilli xalqlara münasibətin digərləri-
nə görə daha kəskin olması aydın görünməkdədir
Bir cəhətə xüsusilə diqqət yetirmək vacibdir. Mühacirət folklorşünasları-
nın araşdırmalara ümumtürk və dünya ədəbiyyatşünaslığı kontekstində yanaş-
masının nəticəsidir ki, hələ 1940-cı ildə dinləyicilər qarşısında məruzə kimi ha-
Dostları ilə paylaş: |