Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
77
Od
arxaik model
ritual – mifoloji model
klassik model
(İslam)
istilik, qorunma
ocaq – məhv etmə, canlanma
magiya, ovsun
Mifopoetik modellərin genetik qruplaşmasında arxaik modellər mifoloji
düşüncənin struktur səviyyələri ilə müəyyənləşir. İlkin təsəvvürlər sisteminin
mərhələliyində totemizm, animizm, animatizmlə yanaşı, magiya – ovsun, sehrlər
də bu dövriyyədə ayrıca yer tutur. Od arxetipik simvolu modellərdə daha çox
ovsun nəğmə-deyimlərində müşahidə edilir. Əslində ovsunların uyğun mərasim-
lərlə icra olunması ritual-mifoloji model müstəvisini də tələb edir. Odun ov-
sun nəğmələrindəki semantikası söz və hərəkət sintezində ritualın başlıca məq-
sədi kimi götürülür.
Ocağın, odun xəstəlik, mənfi enerji, pis ruhları məhv etməsi inamı xalq
məişətində geniş yayılmış üzərlik dolandırma – gözdəymənin götürülməsi ovsun
inamlarına bağlı nəğmələrdə yer alır:
Gələn havanı...
...Tez basdırdım
Dəyən qadanı,
Pəncərəni
Qarı düyən çilləni.
Bucağı
Kəsdim, asdım bucağa,
Haraylayıb
Üzərrik as ocağa
Oda saldım
Üzərriklər çırtlasın
Ocağı
Yaman gözlər pırtlasın,
Od üstündə
Qara çavış,
Üzərrigi
Qada savış (12).
Yandırdım.
Bədnəzəri
Lənətlədim,
Sındırdım (4, 40).
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
78
Nəğmə mətnlərdən göründüyü kimi, gələn “qada”, “bəla”, “düyülən çil-
lə”, üzərliklə ocağa atılır və istilik, enerji səslənmə yolu ilə magik ritualda fəal-
laşdırılır.
Odun emonasiya, təmizlənmə fəlsəfi rəmzinə uyğun olaraq ovsun mətn-
lərində başdan, insan bədənindən “qovulan” mənfi enerji, “ruh”lar ocaqda yan-
dırılmaqla məhv edilir və arınır. Ritual-mifoloji kontekstdə od “Novruz” çərşən-
bələrində də eyni məna potensiyasından çıxış edir:
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayanlara,
Ağırlığım od olsun.
Odda yanan yad olsun.
Yaddan yad olar,
Qohumdan dad olar.
Yamanı da canımdır,
Aydan arı camalım.
Sudan duru camalım.
Alovdan atlanmaq gərək,
Cəfaya qatlanmaq gərək,
Oddan aman olmaz,
Yaddan qanan olmaz.
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara (13).
Azərbaycan ərazisində yazın gəlişi, təbiətin oyanışı ilə bağlı Novruz mə-
rasimlərində tonqal qalanması, çərşənbə gecələrində (od, su, yel, torpaq) od üzə-
rində tullanmaq başlıca ritual əlamətlərdəndir. Novruz bayramı, xüsusilə ilaxır
cərşənbədə insanlar gələcəyə arzularını müxtəlif sınama, fallarla yoxlayır, həm
də bütün xəstəlikləri, ağrı-acılarını odda yandırmaqla növbəti yeni ili qarşılayır-
lar. Qeyd edək ki, inanca görə mənfi enerji, xəstəliyin odda yandırılması kimi ri-
tual davranışları ilk baxışda oda kult olaraq sitayiş edilməsınə ziddir. Nəzərə
alsaq ki, oda qurban (daha dəqiq desək, od vasitəsiylə tanrıya qurban) ritualında
insan fiziki ağırlığı, eləcə də dualarla od üzərindən atlanır, deməli, burada Tanrı
qurbanını maddi və mənəvi bütövlüyü ilə qəbul edir. “Tullanma, həm də tonqal-
da arxaik Tenqriyə qurban verməkdir. “Özünü odda qurban verən fərd Tenqrini
simvolizə edən Tonqalda onunla birləşir, bütövləşir, “o dünyada” xaos məkanın-
da olur, əcdad ruhları ilə “tın”la təmas yaradır, orada sakralların və yenidən od-
dan çıxaraq “bu dünyaya” kosmos məramına qayıdır. Bizcə perijastik formada
işlənməsinə baxmayaraq tərkibində iki semantemi birləşdirən ritual deyiminin –
ağırlığın (fiziki) və uğurluğun (mənəvi) odda, tonqalda qalanması isə fərdin fizi-
ki və mənəvi baxımdan özünü Tanrıya qurban verməsinin ifadəsidir”.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
79
Xalqın Novruz mərasimlərinin başlıca mifoloji obrazı olan Xızırla bağlı
təsəvvür və inanclarında da od kultu başlıca mifik element kimi iştirak edir:
Xıdır, Xıdır, xıd gətir,
Var dərədən od gətir.
Mən Xıdırın nəyiyəm,
Bircə belə dayıyam
Ayağının nalıyam,
Başının torbasıyam (4,47).
Yaz mərasim rituallarının Xıdıra səslənmədə onun od gətirməsi eynilə
obrazın mifoloji strukturundan qaynaqlanır. Məlumdur ki, Xızır obrazı bu məra-
simlərdə yaşıllıq, canlanma, diriliyin rəmzi olaraq fəallaşdırılır. Kosmik çevrə-
lənmədə odun havadan ayrılaraq kosmosun bərpasına xidməti işıq, enerjinin bit-
ki, heyvanat, minerallar və s. təsiri ilə müəyyənləşdirilir. Eyni kontekstdə Xıdı-
rın od gətirməsi, mikro kosmosun – insan məişəti, təsərrüfatının dirilmə, canlan-
masını ifadə edir. Təsadüfi deyildir ki, Türkiyə türklərinə məxsus təqvim törən-
lərində illik günlərin Qasım və Xızır günlərinə bölünməsində isti aylar aprel –
maydan başlayaraq Xızır obrazı ilə bağlanılır. Xızırın odu dərədən daşıması, əs-
lində günəşin geniş mənada Dağ mifoməkanı ardında yerləşməsini ifadə edir.
Türk mifik təfəkküründə Xızırın övlad həsrəti çəkənlərə, dara düşənlərə, xüsu-
silə aşiqlərə virtual şəkildə icirtdiyi “al şərab” eynilə müxtəlif mənbələrdə ifadə
olunan “qırmızı su”, “odlu su” – istiliyi ifadə edir. Od günəşin rəmzi olduğun-
dan obraza səslənmədə Xızırın od gətirməsini istəmək əslində ailə təsərrüfatı,
torpaq üçün istiliyin arzulanmasıdır. Xıdıra çıraq yandırılması da obrazın bağ-
landığı “Od” kultunun səciyyəviliyindən irəli gəlir:
Xıdıra çıraq qoyarlar,
Xıdırçın pay yığmağa
Xıdırçın hay yığmağa
Biz gəlmişik hayınnan,
Xıdır palçığa batdı,
Çıxartdılar vayınan (4, 47).
Odun arxaik mifoloji düşüncə qaynağında formalaşan ikinci bir mühüm
xüsusiyyəti onun paylanması və xüsusi ritual-mərasimlərdə ifadə olunmasıdır.
Böyük fəlsəfi od təlimi konsepsiyası bu bölünmədə daha çox “daralmaya” mə-
ruz qalır. Pis, bəd ruhların qovulması, oddan dua, ondan sağlamlıq, xoşbəxtlik
“götürmək” kimi düşüncənin izləri Azərbaycan xalq şeirində ailə-məişət məra-
simlərinə bağlı nəğmə və aşiqanə mahnı mətnlərində də qorunmaqdadır.
Qeyd edək ki, arzulama, Tanrıya duaların od, yanan şam-işıqla aparılma-
sı da bu inancların arxaik məzmunundan irəli gəlir. Ziyarətlərdə – müqəddəs
ocaq, övliya qəbirlərində işıq yandırılması, ruhun çağırılması, həm də bəd qüv-
və, ruhların uzaqlaşdırılması mənasını ifadə edir:
Mixək əkdim ləyəndə,
Dostları ilə paylaş: |