Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
129
Mən səfərə çıxanda
At üstdə dönüb baxdım.
Düşmən sözünə girib,
Sevdiyimdən ayrıldım.
Qımız içəndə acı,
İçəndən sonra dadlı.
Ağzında nabat varmı,
Dili şirin qaragöz?
Qapında var qızılgül,
At bağlar Nəbiqulu.
Gizlin-gizlin pisləyir
Namərd məni yarıma.
Qızılgül yarpağı tək,
Daim yanında olum!
Əgər vəfasız çıxsan,
Yana-yana kül olum?
Evdən dolanıb çıxdım
Qarşıdakı dəhlizə.
Yarımı dəyişmərəm
Mən on beş yaşlı qıza.
Meşəylə cəngəlliyin
Çoxdur ördəyi, qazı.
Mənim sevdiyim yar var,
Öldürür onun nazı.
Bir alıcı quş kimi,
Sal məni öz toruna.
Biləyinə can atım,
Al məni öz qoynuna.
Çıxdım dağın başına,
Ordan düşdüm piyada.
Mənim sevdiyim gözəl
Qızılgüldən artıqdı.
Dam altında oturub,
Daş gəldimi üstünə?
Üz-gözün saralıbdı,
Qəm gəldimi üstünə?
Ağ atlarda görkəm var,
Boz atlarda quyruq var.
Sevirsən, ürəkdən sev,
Məcnundan buyuruq var.
Pəncərədən bir baxdım,
Yarım qıvrılıb yatır.
Dönüb gedim, deyirəm,
Könlüm qüssəyə batır.
Dan çağı ötən bülbül,
Könlümün gözün açdı.
Açılmış qızılgülü,
Yarım sevgiyə saçdı.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
130
Dan çağı ötən bülbül,
Allaha nalə eylər:
«Nadana könül versən,
Ürəyi para eylər!»
Səyrə, bülbülüm, səyrə
23
Qızılgül şaxı sınsın!
Yar ayrılıram, deyir,
Ayrılıb, qoy dincəlsin!
Sənin kimi zərif qız,
Gəlməyib heç dünyaya.
Bütün qızlardan artıq
Sən layiqsən sevdaya.
Yarın dili dadlıdır,
Ürəyi daş kimidir.
Bir qapıya çıxmadı,
Dünən atda gələndə.
Yar balaca boyludu,
Ay üzlü, qara qaşlı.
Çölə çıxmağa qoymur,
Tərsdi ata-anası.
Sarı çiçək çaydadı,
Sizin tək yar hardadı?
Siz tək yarı sevəndə
Könüldə qəm nə gəzir.
Çay qırağı qamışlıq,
Qamışlıqda ördək var.
Məni oda yaxdınız,
Yarınız varsa, deyin.
Bıçağı salacaqdım,
Yarım əlimdən tutdu.
Qaşlarını oynadıb,
Könlümə yolu tapdı.
Darvazanın zəncirin,
Bağlamaq olmur, axı.
Yarı əlin içində
Saxlamaq olmur, axı.
Mən yazığa cəfa etdi,
Dilbərimdən ayırdı.
Adaşımı görəmmirəm,
Başıma oyun açdı.
Can dostum, canım dostum,
Görməyə gəlmisən məni.
Yar dərdi belədirsə,
Dərmanın tap dərdimin.
Can içində canan qız,
Odun cana yaxan qız.
Qələm qaşlı, qaragöz,
Saçın uzun hörən qız.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
131
Daşkəndin yollarında,
Qamçısı əllərində.
Bizi belə yandıran
Bir qarabəniz imiş.
Çiçəklər niyə bitmir,
Otlar niyə göyərmir?
Yarım məndən küsübdür,
Çağırmasam, baş çəkmir.
Çöl-çəməndə qoy gəzim,
Yarım ilə qol-boyun.
Dizlərinə baş qoyub,
Can versəm də, razıyam.
Çilan
24
bağına girməm,
Çilandan çox ilan var.
Yar yanına getmərəm,
Onun başqa yarı var.
Havada bulud varmıdı,
Qar-yağış yağarmıdı?
Bir qız üçün can vermək
Adına rəvamıdı?
Könüldə həsrətim var,
Yarımdan xəbər gəldi.
Şirin sözlü, qaragöz,
Qaşları kaman gəldi.
Hava yenə tutuldu,
Ardından qarı varmı?
Aləmi gəzib gəldim,
Sənin tək yar görmədim.
Hicran xəncərin çəkdi,
Bir canımı almağa.
Yarım yanımdan getdi,
Başqa yarı tapmağa.
Dütar çalırdım evdə,
Yarım gəldi yanıma.
Şirin-şirin sözlərlə
Odun saldı canıma.
Qoy dütar çalım sizə,
Yüyürüb gəlin bizə.
Daim deyib-gülsəniz,
Hamı mat qalar sizə.
Çay da belə axarmı,
Axa-axa daşarmı?
Mənim qaragöz yarım,
Daim mənlə yaşarmı?
Dərdini mənə söylə,
Qoy dadına mən çatım.
Sən tək sevimli yarı
Gəlib Daşkənddə görüm.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
132
Qızılgülüm, qızılgülüm,
Niyə vaxtsız xəzan oldun?
Məni çöllərdə buraxıb,
Özün yola rəvan oldun?
Qaşının qaralığı,
Gözünün gözəlliyi.
Canıma cəfa eylər,
Yarımın bəlalığı.
Baxıram, heç görünmür,
Çay tərəfdə dan atır.
Mənim qəm çəkməyimi
Sevdiyim nə vaxt anlar?
Gözüm səyriyir mənim,
Daşkənddən yarım gəlir.
Özü gəlir, ya da ki,
Bir xoş xəbəri gəlir.
Qaşın qarası səndə,
Ay üzünə mən bəndə.
Çağıranda gəlmirsən,
Üzü qara olmuşum!
Qaşının qarasını,
Qara xəttə oxşatdım.
Sabah axşam gəlməsən,
Səni kimə oxşadım?
Qiblədən külək əssə,
Yarım necə gələcək?
Dostdan çox düşməni var,
Burda necə gəzəcək?
Qaşın qara deyirlər,
Saçın bəla deyirlər.
Əgər eşqində can versəm,
Kərbəla şəhidi ollam.
Yarın gəzdiyi bağdır,
Qonan bülbül ötməkdə.
Allah qoşmuş könülü,
Düşmən necə ayırar?
Qapqara qaşlım mənim,
Ey uzun saçlım mənim!
Qara qaşından yana,
Qarda qaldı qismətim.
Baxdım gözüm yoruldu,
Mənə bir söz vermirsən.
Nədən könlün soyudu,
Çağıranda gəlmirsən?
Qaşların qarası sizdə,
Oğlan könül verər sizə.
Bizə söz verən yoxdusa,
Bizdən pislik gəlməz sizə.
Dostları ilə paylaş: |