Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
116
məni dəvə qarışığ götirəcəysən boynua, aparacağsan mən dəvəni hardan götir-
mişdim, bağlıyacağsan ora. Mən onda keçərəm sənin taxsırunnan. Sən məni ac-
məyus süfrəən üssünnən Allahın göndərdiyi behiştin xurmasınnan qoymadun di-
limə dəyməyə. Ac-susız məni məyus eylədün, qoydun bıcağda. Mən ona gora
bırıldım sənnən, qəlbim sınığ şüşşə kimi sındı, məcbur oldum, gəldim, neynə-
məliydim.
Qonağ baxdı, abiddən cannı, cəsəddi, cüssəli. Abid didi:
–İlahi, sənə and verirəm, yeri-göyi, xeybərin qapısın iki barmağıynan
açan Həzrəti-Əli əliyhəssəlama. Sən məni xar eyləmə bı qonağın qarşısında.
Mənim günahlarımı bağışda. Əlinin dilinnən nida gəldi. Didi:
– Məni də Allah yaradıb. Mənə Allah-taala imamlığı verib. Peyğəmmər
Salavatullah mənim əmim oğludı. Yer üzünün əvvəli-axırı Məhəmməd peyğüm-
mər səlləllahın əmisi oğlı Həzrəti-Əli əleyhissəlamam. Sən nəkarasan ki, qona-
ğın qarşısında belə hərəkət eləmisən. Mənim də səfim olıb, mən də səfsiz döy-
irəm, yalnız səfsiz Allahdı, bizi yaradan Allahdı. Alimin də, məəllimin də, həki-
min də, peyğəmmərin də, imamın da, yaratdığı bəndələrin də səfi, lap çox səfi
var. Səəfü boynua al, götir dəvəni apar bağla aşdığı yerə, ged iki ürkət bı yolın
ayrıcında hündür təpə var, orda iki ürkət hacət namazı Allahdan istə. O hacət na-
mazı səni məətəl qoymaz. Allah-taala bütün diləylərimizi hasil eyləsin. Sənin
də, mənim də diləyimizi hasil eyləsin. Bütün yaratdığı bəndələri xar eyləməsin.
Allah dilədiyimiz nəzirrəri qəbul eyləsin. Səni də mətləbüə çatdırsın. Məəm də
balalarımı, nəvələrimi xoşbəx eləsin. Məşədiyə gedib gəlmişəm, Kərbalanın
eşqiynən yaşıyıram. Ölər günimnən heç olmasa bir az qabağ Allah mənə Kərba-
laya gedməyi qismət eləsin. Gedim, imam Hüseyni, Əliəkbəri, yetim Səkinəni,
Əbəlfəzin düşən qolların, özinin məzarın ziyarət eliyim, gəlim. Ya Rəbbim, mə-
ni niyətimə çatdırsın. Balalarımı da xoşbəxt eləsin. Arzum budu Allahdan.
Söylədi: Əhədova Gülüstan Balaəhməd qızı, 1941-ci təvəllüdlü, orta
təhsilli. Neftçala rayonu Mürsəqulu kəndi.
RƏVAYƏTLƏR
Qəbul olunmuş ehsan
Bi kişi olur, bi qadın olur. Buların bi dənə gəlinnəri olur. Oğul öydən
çıxan kimi ana başdiyır bı gəlinə zülüm eləməyə. Amma ata həmişə mını
müdafiyə eliyir ki, ay arvad, o gəlinnən işün olmasın, o da bizim qızımız.
Diyir:
– Yox, gəlin məəm süpürgəmdi, harda qoysam, orda qalacağ. Mən
didiyim işi görəcəy, mən didiyim sözə əməl eliyəcəy. Məəm sözümnən çıxmalı
döyür.
Vaxd, məqam gəlir, gəlin yerig keçidir, amma qorxur qaynəniyə diməyə.
İssədiyin də vermir, ziloyna (zalım, qəddar – toplayıcı) qaynənə olur, bir gün
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
117
gəlir, qaynata ölür. Bını basdırıllar, bının əhsənində, öydən irağ, öydən irağ,
yiməy bişirillər, kifdə-bozbaş bişirillər. Qaynənə də bına imkan vermir ki, onnan
bi damcı tamsınsın. Ağzının suyı axır, yiməy issiyir, orqanizm tələb eliyir,
qaynənədən qorxur. Bi kasa doldurur ki, qoşuda xəssə arvad var, apar bı qabdaki
yiməyi, ver ona. O, qabda yiməyi aparanda girir qoyun qəhəlinə (qoyun
tövləsinə – toplayıcı), əlin atır kifdəni götürür yiyir, diyir, oxay, yerigim yerin
aldı, ölmişdim a... Aparır qalanın verir olara. Vaxd, məqam çatır, yeddi yığışılır,
arvad yatır, yuxuda görür ki, kişi ağlıyır. Cənnətnən cəhənnəmin arasında qalıb.
Bı yana da bıraxmıllar, bı yana da. Amma bircə kasa yiməy var, o yiməgə gora
qalıb ikisinin arasında. Əgər halallığ alsa, o kişi gedəcəy cənnətə, haram olsa,
qalacağ cəhənnəmdə.
Durur gəlir, diyir:
– Ay gəlin, bi şey eləməmisən bu yiməgə, kişi hal-qəziyə belənçiy, qalıb
cənnətnən cəhənnəmin arasında. Mən bilmirəm, başıma haranın daşın salım, ki-
min yanına gedim, minnətə gedim, kimə nağayrım ki, bı kişini göndərsinnər
cənnətə. Gəlin başa düşür. Ey dadi-bidad, mən yidiyim kifdədi, bəs belənçiy.
Kişini qoyub cənnətnən cəhənnəmin arasında, qorxusunnan dimir. Arvad gecə
yatır, bi də təkrar həmən şeyi görür. Oracad da görür ki, yiməg getdi qoyun qə-
həlinə. Orda o, halallığ aldı. Gəlir diyir:
– Ay gəlin hey, hal-qəziyə belənçiy, bı yiməgi kimsə aparıb qəhələ, qə-
həldə bını yiyiblər.
Diyib:
– Ana, disəm, məni öldirmərsən?
Diyib:
– Niyə ki?
Diyib:
– Hə, belənçiy, ürəgim issədi, sənnən qorhdum, o yiməgi mən yimişəm.
Mən qaynatama, qaynata yaxşı insan olub də, qaynatama halal eliyirəm. Allahım
onu cənnət körpüsünnən keçidsin, cənnətə göndərsin.
Arvad gecə yatır, yuxusunda görür ki, kişi gedib cənnətə. Ebelə əhsən
verib, ebelə millət yiməg yiyib, oların heç birsi qəbul olmıyıb. Bi dənə o ağzı
tamsız gəlin bi dənə kifdə yiyib, Allah taala o kifdiyə gora kişini göndərib cən-
nətə.
Günahkar qadınların o dünyası
Bir kişi rəhmətə gedir, bunu bassırıllar. Bu görür ki, o dünyada bütün qa-
dınnara əza-cəza verillər. Birin saçınnan asıblar, birin əlin-əyağın bağlıyıb asıb-
lar, birinin içərisinə od püskürüllər. Diyir ki, ay Allah, mən bu dünyada
qadınnardan başqa bi insan görmədim axı… Neyçin helə qadınnar, helə qadın-
nar… Sən mənə təzədən həyat bəxş elə, mən qayıdım həyata, gedim tanıyannan,
bilənnən, başı çıxannan soruşum ki, neyçin bı qadınnara bı cəzalar verilir.
Dostları ilə paylaş: |