Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
118
Allah-taaladan səda gəlir, sən ki bu qədə marağlısan belə şeyə, mən sənə
təzə ömür verirəm, ged örgən, özün də nəticə çıxart. Belə olur, ayılır bu, qayıdır
həyata gəlir, gəlir başbilən birinin yanına.
Diyir:
– Girdim, birinci otağda gördüm ki, bir qadını saçınnan asıblar, bu ney-
çin belədi.
Diyir:
– O qadın ərinnən icazəsiz əri işə gedən kimi başdıyır qapı gəzməyə.
İcazəsiz gəzir, ona gora onu saçınnan asıblar.
Diyir:
– Bəs ikinci qadın, həm əli bağlıdı, həm saçı bağlıdı, həm əyağı bağlıdı,
bütöy asıblar, qır qazanının üssündə cəza verillər. O neyçindi?
Diyir:
– O da əri işə gedənnən sora naşar işdərnən məşğuldı. Onı ər bilmir, axı
gözəl Allah bilir onı. Ona gora bı qadına bı cəzanı verillər.
Diyir:
– Başqa bi qadın vardı, onun ağzına od püykürürdülər, içinnən halo
çıxırdı. Diyir:
– O neyçiniydi?
Diyir:
– O, çox yalan danışanıydı, yalan danışır, xəbərçiliy eliyir. Bu qoşudan o
qoşuya, o qoşudan bu qoşuya xəbər aparır. Aləmi qatır bir-birinə.
Diyir:
– Yaxşı, bı qədə qadın var, bı qədə əza-cəza çəkir. Bıların axırı nolacağ?
Diyir:
– Oların axırı hamısı cəhənnəmliydi. Gərəy əyağu bi addım kənara atır-
san, ərin icazası olmalıdı, icazəsiz bi addım da gedməli döyürsən. Çünki icazəsiz
nə iş görürsən, olar hamsı günahdı.
Arvad diyir:
– Hə, kişi, Valla, fılan vaxtı mən sənnən icazəsiz bacımgilə gedmişdim.
Haqquu halal elə. Başdiyır arvadın nə bijdiyləri var, danışmağa. Diyir:
– Ona gora bu dünyada gərəy elə yaşıyasan ki, o dünyada əzab çəkmiyə-
sən. Hax yolun tutasan, yerün cənnətdiy ola. Ona gora bu dünyada gərəy düz
əməlli insan olasan.
Söylədi: Həsənova Nailə Zabuş qızı, 1965 təvəllüdlü, orta ixtisas təhsil-
li. Salyan rayonu Şorsulu kəndi
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
119
MİFOLOJİ RƏVAYƏTLƏR
Alarvadı haqqında
I mətn
Bir gün pəncərədən gördim ki, dalda qoşım var iydi mənim. Mənim
diyəndə irəhmətdiy qaynənəmin, qaynatamın, o vaxtı mən ora gəlin gəlmişəm
də. Gördim ki, Qunça bacımdı, gəlib, dişdəri də qızıl iydi. Çağırdı məni, Mərfət,
ay Mərfət. Didim, bıy, Qunça bacı, hə, hə.
– Niyün olıb?
– Didim, bıy bilmirsən?
– Oğlan.
Bi səfəri dal pəncərəmiz var iydi, dalda. Keşdi ora, ordan da gənə çağırdı
məni. Hə... mən uje üşüdüm. Didim, gəlirəm, gəlirəm, duz əzirəm, gəlirəm. Altı
gün iydi, evdə heç kim yox iydi, qabağda qonağlığ iydi, qaynatamın evində qo-
nağlığ iydi. Evdə heç kim yox iydi. Daldan çağırdı, qabağdan çağırdı, sora bil-
dim ki, bu bıdı. Hə... toçnı Qunça bacı, gülə-gülə çağırır məni. Durmışdı də, əlin
qoymışdı orda məəcərin üssinə. Didim, gəlirəm, duz əzirəm. Ya diynən, gəli-
rəm, duz əzirəm, ya da diynən, sacı gətirirəm, sacı. Onnan sora yox oldı. Uşağa
baxıram. Uşağın da başının yanında şiş var iydi, başında soğan. O helə mən şey
eləməsiydim, məəm də içimi çəkəcəg iydi. Məəm içimi çəkəcəg iydi, uşaq qala-
cağıydı orda, uşağda dəmir var, onnan sora yad var. Uşağa yaxın getmiyəcəg iy-
di. Bə eşidməmisən diyillər ki, filankəsin için Al aparıb.
Söylədi: Səfərova Mərifət İbrahim qızı, 1942-ci il təvəllüdlü, Cəlilabad
rayonunda doğulub, təhsilsiz. Neftçala rayonu Mürsəqulu kəndinə gəlin gəlib,
təqaüdçüdür.
II mətn
Diyir, olarnan ünsiyyətdə olanda sancağ bağlıyasan yaxua. Oları tutmağ-
çın atın belinə qır çəkirmişdər, qara qır çəkirmişdər atın yəhərinə. Hə, onnan so-
ra oları tuta bilirmişdər. Oları tutanda həmin dəqiqəsi yaxalarına sancağ bağlı-
yırmışdar. Oların ən qorxduğu şey sancağdı. Yaxa sancağı. Oların ən aşığ olduğ-
ları gözəl adamlardı. Oları da kiminsə səsiynən çağırıllar, həmin adamı gəlib
aparıllar.
Quleybanıdı, Pissimilladı, Əmeyğanıdı, Al arvadıdı, bılar eyni bi şeydi-
lər. Misalçın, adamı çağırmağları, olardan bööylərimiz danışıllardı. Əməlli başdı
bizi kimi adamdı də. Eyni..., ancağ olar gözə görükmirdi də. Ona işdərin yadın
gördirirmişdər. Ancağ gərəy iş görəndə onın adın çəkmiyimişsən. Onın yanında
həmən yoxa çıxırmış. Bizimkilər də tutubdı. Məsələn, qız oldığımız evimizdə
babalarımız tutub neçə arxadan dönən əvvəlki nəsillərimiz. Ərə getdiyim yerdə
də olar tutublar. Amma oların yaxın nəsli tutıb, uzağ nəsli tutmıyıb. Qaynatamın
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
120
babası tutıb. Hə oların uşağı olıb, uşağlı olıb. Diyib, bırax, gedim də, məəm öv-
ladım var. Amma bıraxmıyıblar, bütün işdərin gördürüblər, onnan sora bıraxıb
gedəndə qarğıyıb çıxıb gedib. Oların qarğımağı pisdi də... oların qarğuşuna düş-
dün, nə dinün olar, nə bərəkətün olar, gördüğün iş helə dalucan tökülər, töküntü
olarsan. Hə, oları qarğıyıb çıxıb gedib. Odı ki, oların helə hara baxırsan, tökün-
tüdü. Ona nə qədər iş gördiribmişdər, o gedənnən sora hamısı yoxa çıxıb. Qarğı-
yıb də oları. Elə adam var ki, olarnan işi olmır, hancağ bizimkiləri qarğıyıb. Bi-
zim ocağı da qarğıyıb. Diyib helə dedüz məə:
– Nəmnə gəti, nəmnə gəti, heş dimədüz, axça nədi, pıxça nədi? Valla,
bööylər diyirdi, adamın yadında da qalmır. Amma ki, gərəy guya diyəsən də...
din-bərəkətdən oların da yanında danışasan. Niyə gora çörəy yiyəndə oların da
adın çəkirüy ki, qoy olar sənnən tən yarı olmasınnar. İş görəndə əlüün üssündə
oların adın çəkirsən ki, qoy olar uzağlaşsınnar, öz işüün xeyri olsun. Yəqin belə
bi şey var ki, el arasında da diyillər, olmasa, diyilməz.
Söylədi: Nəcəfova Reyhan Güləhməd qızı, 1969 təvəllüdlü, orta təhsil-
li. Neftçala rayonu Xolqarabucaq kəndi
Beçəxor haqqında
I mətn
Beçəxor içərdə uşağnan əkiz olır. Uşağı təmiz yiyir, özi gəlir, sağlam tü-
şir yerə. Bizim kətdə o vaxtı bi qadın Beçəxor doğmışdı. Düşən kimi, qabağ uşa-
ğı öydə tutırdılar axı, mamaça da otırmışdı, tüşən kimi, qaçıb gedib girib qrava-
tın altına. Sora tapıb öldirmişdilər. O, tükli olır, diyir, ancağ xoruz formasında
olır. Adam silki yoxdı onda. Adama da belə ziyannığ eliyir ki, ana bətnindəki
uşağı yiyir də... Uşağ olmadı, içərüyi yiyir qutarır əmələ gələnnən sora, yava
şeydi.
Söylədi: Orucova Aqibət Abzər qızı, 1933-cü il təvəllüdlü, 2 sinif oxu-
yub. Neftçala rayonu Qaçaqkənd kəndi. 2014-cü ildə dünyasını dəyişib.
II mətn
Qadın hamilədi. Qadın yerigliyir axı. Məsələn də, ürəyi kabab issiyir.
Qədim devirdə, gətirir ocağ da külli olır də... Elə hesab elə, onı yiyir ala-çiy, ora
bi mikrop kimi düşür helə bil. O əmələ gəlir, qadınnan qidalanır o. O nöktə kimi
tüşir ana bətninə. Uşağ da var axı. O Beçəxor böyüyir, əmələ gəlir, uşağı yiyir,
onnan sora o qadınnan rədd olır. 9 ayın tamamına qalsa, qadını yiyər. Məsələn,
üç aylığdı, dörd aylığacan yiyir. Özi də heç o qadın bilmir ha, rədd olır, qapanır
girir qədim evlərdə sandığ qoyılırdı, diyillərnən də... İndi məəm o yaşım yoxdı
axı. Sandığ qoyılırdı. Qaçır girirdi sandığın altına. Onı tappağ qeyri-mümkindi.
Yoxa çıxır. Onnan sora qadın xəssələnir, həkim gətirillər, diyir ki, belə hadisə
olıb bırda. Beçəxor özi mış formasındadı. Mış forması da diməy olar, kərtənkələ
Dostları ilə paylaş: |