Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   32   33   34   35   36   37   38   39   ...   102

79 
 
Əbdür-Rəhman ibn Rəbiə əl-Bəb məlikinin baĢı üstünü alıb sıxıĢdırdıqda (o 
zaman oranın məliki Fars əhlindən olan bir adam - ġəhribəraz həmin sərhəd diyarın 
hökmdarı  idi.  Əslən  o,  bənu  Ġsrail  [tayfasının]  axırına  çıxıb,  ġamı  onlardan  azad 
edib təmizləmiĢ məlik ġəhribəraz nəslindən idi). ġəhribəraz onunla yazıĢmaya girir 
və onun yanına gəlmək üçün təhlükəsizliyinə təminat istəyir. O da [bunu] edir və 
[ġəhribəraz]  onun  yanına  gələrək  deyir:  «Mən  quduz  bir  düĢmənlə,  zatı  olmayan 
baĢqa-baĢqa  millətlərlə  üz-üzəyəm.  Ağlı-kamalı,  nəcabəti  olan  [bir  kəs]  bu 
kimilərə nə əl tutar, nə də onlardan əsil-nəsəbi, nəcabəti olanlara qarĢı istifadə edər. 
Nəcabətli harda olsa, nəcabətliyə  yaxındır. Mən zatən nə əl-Kəbc əhlindənəm, nə 
də ərminilərdən. 
Siz  mənim  ölkəmə,  mənim  millətimə  üstün  gəldiniz.  Mən  də  artıq  bu  gün 
sizlərdənəm,  əl-ələ  sizinləyəm,  mənim  təvəccöhüm  də  sizlərədir.  Allahın  xeyir-
bərəkəti olsun sizə də, bizə də! [Qoy] cizyəmiz də sizə [bizdən] yardım göstərmək, 
istədiyinizə  [əməl  edib]  yerinə  yetirmək  [olsun]!  Amma  bizi  cizyə  ilə  alçaldıb, 
düĢməniniz qarĢısında zəif etməyin!». Əbdü-r-Rəhman isə deyir: «Mənim [baĢım] 
üstündə  [böyük]  adam  var:  sən  onun  himayəsi  altındasan.  Onun  yanına  get  və 
ondan  istə».  O  da  Surakanın  yanına  gedir  və  həmin  [xahiĢlə]  ona  müraciət  edir. 
Suraka  deyir:  «Mən  bunu  qəbul  edirəm  [amma]  o  Ģəxslər  barəsində  ki,  onlar 
səninlə  birlikdə  buna  razıdırlar  və  nə  qədər  ki  ona  əməl  edirlərsə.  Lakin  yürüĢə 
getməyib [yerində] qalanlardan isə cizyənin [alınması] zəruridir». Bu [Ģərt] qəbul 
olunur  və  o,  bütpərəst  düĢmənlə  müharibə  aparanlara  görə  bir  qaydaya  çevrilir. 
Beləliklə, yalnız səfərbər olunan kəslər vergi verməkdən azad olunurdular: həmin 
ilin vergiləri onların üzərindən götürülürdü. Suraka bu haqda Ömər ibn əl-Xəttaba 
yazır; o, bunu bəyənir və öz razılığını verir. 
O dağlar qoynunda [yerləĢən] ölkədə elə təpəlik yox idi ki, ərminilər orada 
əcələ  köç  vəziyyətində  yaĢamasınlar.  Onlar  həmin  [dağların]  həndəvərlərində 
[yaĢayan]  və  kənardan  gəlmə  sakinlərdən  ibarət  idilər.  [Belə  ki]  basqın-qarətlər 
[ölkə]  təpəliklərini  oturaq  əhalidən  təmizləyib  adamsız  qoymuĢdu.  Onların  dağ 
camaatı  da  öz  oturaq  yerlərini  tərk  edib,  dağlara  çəkilmiĢdi.  Həmin  [ərazilərdə] 
ancaq  döyüĢçülər  və  onlara  yardım  göstərən,  yaxud  onlarla  alver  edən  kəslər 
qalırdı. [Əhali] xahiĢlə müraciət edib, Suraka ibn Amrdan yazılı fərman alır: 
«Bismillahi-r-rəhmani-r-rəhim! 
Bu,  əmirü-l-möminin  (səh.  157)  Ömər  ibn  əl-Xəttabın  amili  Suraka  ibn 
Amrun  ġəhribəraza,  Ərminiyə  sakinlərinə  və  ərminilərə  verdiyi  əmin-amanlıq 
[fərmanıdır]! 
O,  onlara  həyatlarının,  mal-dövlət  və  dini  icmalarının  təhlükəsizliyinə  [bu 
Ģərtlə]  təminat  verib  ki,  onlar  nə  müqavimət  göstərəcək,  nə  də  qiyama  yol 
verəcəklər. 
Ərminiyə  və  əl-Əbvab  əhalisi  -  onlardan  istər  yerlilər,  istər  yad  gəlmələr, 
istərsə də onların ətrafında [məskun olub] onlarla [müqaviləyə] qoĢulanlar olsun  - 
hər  yürüĢə  səfərbər  olub  getməyə,  valinin  vacib  bildiyi  hər  hansı  növbəti,  yaxud 


80 
 
növbədənkənar  iĢi  yerinə  yetirməyə  [borcludur]!  Vergilər  yalnız  yığma  ordu 
toplanarkən buna  cavab verən kəslər üzərindən götürülür:  yığma  orduya  alınma  - 
onlar üçün vergi əvəzidir! Lakin onlardan [iĢtirakına] ehtiyac olmayan kəs [evində] 
qaldıqda,  onun  boynuna  Azərbaycan  əhalisi  üçün  müəyyən  olunmuĢ  vergiləri 
vermək, bələdçilik etmək və [müsəlman döyüĢçüsünü] tam bir gün qonaq saxlamaq 
kimi vəzifə düĢür. Orduya aparıldıqları zaman bu, onların üzərindən götürülür, tərk 
edilib buraxıldıqda isə [yenidən] onlardan tələb olunur. 
Təsdiq  etdilər:  Əbdü-r-rəhman  ibn  Rəbiə.  Səlman  ibn  Rə-bi`ə  və  Bukeyr 
ibn Abdullah 
Yazdı və təsdiqlədi: Mərdi ibn Mukarrin» 
Bundan  sonra  Suraka  Ərminiyəni  əhatə  edən  dağların  əhalisi  üzərinə 
Bukeyr  ibn  Abdullahı,  Həbib  ibn  Məsləməni,  Hüzeyfə  ibn  Əsidi  və  Səlman  ibn 
Rəbiəni  göndərir.  Bukeyri  o,  Muğana,  Həbibi  Təflisə,  Hüzeyfə  ibn  Əsidi  əl-Lan 
dağlarında  olanlara  qarĢı,  Səlman  ibn  Rəbiəni  də  baĢqa  bir  tərəfə  göndərir. 
[Suraka] qələbə haqqında və həmən adamları hansı tapĢırıqlarla göndərməsi barədə 
Ömər ibn əl-Xəttaba yazır. Ömər üzləĢdiyi vəziyyətlə əlaqədar belə hesab edir ki, 
[Suraka]  yürüĢə  tələm-tələsik,  [həm  də]  azuqəsiz-zadsız  çıxdığından  bu  iĢ  onun 
üçün uğurla nəticələnməyəcək. Axı [o yerlər] böyük bir ordunun olduğu çox geniĢ 
bir sərhəd bölgəsi idi. Fars əhli də [həmin ordunun] hərəkətə gəlməsini gözləyirdi 
[ki, ya özü] müharibəyə baĢlasın, ya da [baĢqalarını] buna təhrik etsin. 
[Yerli əhali] islam haqq-ədalətinin Ģirin tamını [yenicə] bilməyə baĢlamıĢdı 
ki,  Suraka  ölür  və  Əbdü-r-Rəhman  ibn  Rəbiə  [onu]  əvəz  edir.  Surakanın  [xüsusi 
tapĢırıqla] göndərmiĢ olduğu qoĢun baĢçıları isə  [öz  yürüĢlərini] davam etdirirlər. 
Lakin  Bukeyrdən  savayı,  onların  heç  biri  tapĢırılan  [ərazini]  tuta  bilmir.  [Bukeyr] 
Muğan [əhalisini] dağıdıb pərən-pərən salır, amma sonra onlar cizyə verməyə [razı 
olub] geri qayıdırlar və [Bukeyr] onlar üçün [əmin-amanlıq fərmanı] yazır: 
«Bismillahi-r-rəhmani-r-rəhim! 
Bu,  Bukeyr  ibn  Abdullahın  əl-Kabc  dağlarından  [olan]  Muğan  əhalisinə  - 
onların  mal-dövlətinə  və  özlərinə,  dini  icma  və  qaydalarına  görə  verdiyi  əmin-
amanlıq  [təminatıdır]!  [Bu  Ģərtlə]  ki,  [onları]  həddi-buluğa  çatmıĢ  hər  bir  adama 
görə  bir  dinar,  ya  da  onun  dəyər  [əvəzini]  verəcək,  səmimilik  göstərəcək, 
müsəlman üçün bələdçilik edəcək, onu bir gecə-gündüz qonaq [saxlayacaqlar]. Nə 
qədər  ki  onlar  [bu  Ģərtlərə]  əməl  edib  səmimi  oldular,  onlara  əmin-amanlıq  da 
olacaq! Biz də sədaqətli olmağı özümüz üçün borc [bilirik]. Allah kömək olsun! 
Amma  bu  [Ģərtlərə]  xilaf  çıxsalar  və  onların  [tərəfindən]  bir  iğtiĢaĢ  aĢkar 
olarsa,  iğtiĢaĢçıların  hamısını  təslim  etməyincə  onlara  aman  olmayacaq!  Əks 
təqdirdə [iğtiĢaĢçılarla] əlbir [sayılacaqlar]! 
Təsdiq  etdilər:  əĢ-ġəmməx  ibn  Dırar,
61
  ər-Rusaris  ibn  Cunədib  və  Hamələ 
ibn Cuveyyə.
62 
Yazılıb: 21-ci ildə». 
(səh.158) Rəvayət edirlər: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə