73
yetirilib. Bunu da qeyd etməliyik ki, bu materialların böyük hissəsi Azərbaycan
dilinə ilk dəfədir ki, tərcümə edilir.
Mənbələr
1.
Yaqut əl-Həmavi. Mucəmu-l-udəbə; XVIII c, səh.59-61.
2.
Ġbn ən-Nədim. əl-Fihrist. Beyrut. 1964. səh. 234-235.
3.
Ġbn Hacər əl-Əskaləni. Lisənu-l-mizən, Beyrut. 1971. II nəĢr. V c.səh.
100-102.
4.
Əs-Subki. Tabakatu-Ģ-Ģəfiiyyəti-l-kubra. Qahirə. 1965. I nəĢr. III c, səh.
120-126.
5.
Əbu Bəkr Əhməd ibn Əli əl-Xətib əl-Bəğdədi. Tərix Bəğdəd. Beyrut. II
c, səh. 162-164.
6.
Mühəmməd Baqir Zeynu-l-abidin. Kitəb raudəti-l-cənnət fi əhvali-l-
uləmə va-s-sədət, 1306 h.i.. səh. 163-165.
Əbu Cəfər Mühəmməd ibn Cərir ət-Təbəri
«Tərix ər-rüsul va-l-müluk»,
II nəĢri, Qahirə, 1968
II cild
(səh. 98) [Kisra
1
ƏnuĢirvanın
2
Ģahlığı haqqında hekayət]
Sonra Kisra ƏnuĢirvan ibn Qubaz ibn Feyruz ibn Yəzdəcird ibn Bəhram
Cur Ģahlıq etdi. O, Ģahlığa gələn kimi fazusbanların
3
dördünə də məktub yazır -
bunların hər biri Fars məmləkətinin
4
bir əyalətinə, həm də onların tabeliyində
olanlara [ağalıq] edirdi. Məktubların biri də Azərbaycan fazusbanına [idi]:
«Rəhimli və mərhəmətli Allahın adı ilə! Məlik Kisra ibn Qubazdan Vara ibn ən-
Nəxircana - Azərbaycan, Ərminiyə və onun həndəvərində [olan torpaqların] habelə
Dünbavənd
5
, Təbəristan
6
və onun ətraf [ərazilərinin] fazusbanına və onun
[hökmranlığını] qəbul edənlərə: Salam! Adamları ən çox məyus edən Ģey -
onların itirməyə qorxduqları bir kimsəni itirmələridir, [onlara görə bu,] xoĢ
güzəranın sonu, fitnə-fəsadların törənməsi, habelə onların ən fəzilətlisinin: həm
onun özünün, həm məiyyətinin, həm var-dövlətinin, həm də əzizinin bəlalarla
üzləĢməsi [deməkdir]. (səh. 99) Lakin Biz nə məyus [ola] bilərik, nə də qara
camaat üçün ən böyük dərd olan bir Ģeyin itkisi [ilə razılaĢa] bilərik. Hər hansı
saleh hökmdarın itkisini ümumi bəlaya çevirmək də Bizə yaramaz».
Elə ki Ģahlıq Kisranın əlində möhkəmlənib bərkidi, o, Fəsa
7
əhlindən olan
ZərazuĢt ibn Xürrəkan
8
adda bir fitnəçinin məcusiyyətdə yaratdığı məzhəbə son
74
qoyur. Camaat onun bu bidətini [qəbul edərək] ardınca getmiĢdi. O da bu iĢdə uğur
qazanmıĢdı.
Qara camaatı həmin [məzhəbə] çağıranlardan biri də
məzəriyyəlilərdən olan bir nəfər idi ki, buna da Məzdək ibn Bamdəz
9
deyərdilər.
Onun adamlara buyurub tərif və sövq etdiyi iĢlərdən biri də - mal-dövlət və əhlü-
əyal [məsələlərində] əl tutub bir-birlərinə kömək etmək [çağırıĢı] idi. O deyirdi ki,
bu - Allahın rəva bildiyi və ondan ötrü ən yaxĢı mükafat müəyyən etdiyi savab
iĢdir; həm də bu, onun verdiyi buyruqlar, onlara etdiyi dini çağırıĢlar, hətta
olmadığı təqdirdə belə əslində təqdirəlayiq bir əməl, bərabər Ģərikliyə razılıq
deməkdir. Lakin o bu [məzhəbilə] səfilləri ağalara qarĢı qızıĢdırıb qaldırdı və onun
ucbatından [neçə-neçə] alçaq ins-cins [giriĢib] nəcabətlilərlə qarıĢdı. O,
qoluzorlulara güc iĢlətməyə, zalımlara zülm etməyə, zinakarlara öz tamahlarına
çatmağa - əvvəllər tamah sala bilmədikləri kübar xanımları əldə etməyə yol açdı.
Adamlar da [bundan əvvəl] heç vaxt görmədikləri bəlalara düçar oldular. Onlar
ZərəzüĢt Xürrəkan və Məzdək ibn Bamdəzin bidət olaraq yaratdıqları hər hansı
Ģeyə qarĢı Kisranın gördüyü əməllərə müqavimət göstərdilər. [Kisra] onların hər
ikisinin bidətini yasaq etdi və onu bərk müdafiə edənlər və həmin [bidətdən] onlar
üçün qadağan etdiklərindən əl çəkmək istəməyənlər arasından çoxlu adam, Mani
10
məzhəbindən də xeyli camaat qırdı. Məcusların
11
mövcud olan dini icmasını isə
onlar üçün təsdiqləyib rəsmiləĢdirdi.
Kisranın Ģahlığından əvvəl isbahbəzlik
12
- qoĢunlara baĢçılıq [yalnız] bir
Ģəxs tərəfindən icra olunurdu və ölkə isbahbəzliyi [ancaq] ona məxsus idi. Kisra isə
bu baĢçılığı və rütbəni dörd isbahəz arasında bölüĢdürdü; onlar da bunlardır: əl-
MəĢriq, bu da Xorasan və ona qonĢu ərazilərin isbahəzi; əl-Məğrib isbahəzi;
Nimruz, bu da Yəmən ölkəsinin isbahəzi, Azərbaycan və ona qonĢu torpaqların, bu
da (səh. 100) xəzərlər ölkəsinin (və ona bitiĢik ərazilərin) isbahəzi. Öz Ģahlıq idarə
üsulu üçün bunu [lazım] görərək o, döyüĢçüləri silah və minik heyvanları ilə
[təmin edib] gücləndirdi və [bir zaman] Fars məmləkətinə məxsus ölkələri
[yenidən] geri aldı: onların bəzisi müxtəlif səbəb və amillər üzündən Ģah Qubazın
13
əlindən çıxaraq milli padĢahların, o cümlədən əs-Sind,
14
Bust,
l5
ər-Rüxxac,
16
Zabulistan,
17
Taxaristan,
18
Dərdistan
19
və Kabulistan
20
[padĢahlarının] əlinə
keçmiĢdi. O, əl-bəriz
21
adlanan bir millət içində böyük qırğın törətdi, qalan
[hissəsini] isə öz yurdundan köçürərək məmləkətinə [daxil] olan ölkələrin
[müxtəlif] yerlərində məskunlaĢdırdı. Onlar da köləliklə ona tabe oldular. [Kisra]
onlardan öz müharibələrində istifadə etdi. Onun əmri ilə sul
22
adlanan baĢqa bir
millət də əsarətə alındı. Onun yanına [əsirlər] gətirildi və onun əmri ilə onlar qətlə
yetirildilər. Onlardan ancaq səksən nəfər pəhləvan döyüĢçünü o sağ saxladı:
bunları da ġəhram Feyruzda
23
yerləĢdirmək sərəncamı verdi və öz müharibələrində
onlardan istifadə etdi.
Abxiz
24
deyilən bir millət, bəncər
25
deyilən bir millət, bələncər
26
deyilən bir
millət və allan
27
deyilən bir millət onun ölkəsinə yürüĢ etmək üçün bir araya gəlir
və [ölkə] əhalisi üzərinə basqın etmək məqsədilə Ərminiyə [hüdudlarına]
Dostları ilə paylaş: |