77
O isə bu [iĢi] ər-Reyi tutana kimi təxirə salır və [ancaq bundan] sonra Siməki
buraxaraq ər-Reydən göndərir. Beləliklə, Simək Azərbaycanda olan Bukeyrin
yanına yollanır.
(Səh. 154.) Simək ibn XəraĢə və Utbə ibn Fərkad
42
varlı-karlı ərəblərdən
idilər; Kufəyə onlar var-dövlət içində gəlmiĢdilər. Bukeyr getmək sərəncamı olan
kimi dərhal yola düĢüb [Azərbaycana] getmiĢdi. O, Cərmizənin
43
həndəvərinə
çatar-çatmaz Vac-Ruzda məğlub olmuĢ Ġsfəndiyaz ibn əl-Fərruxzaz
44
gözlənilmədən onların qabağına çıxır və [Bukeyrin] Azərbaycanda üzləĢdiyi ilk
döyüĢ baĢ verir. Onlar vuruĢur və Allah [Ġsfəndiyazın] ordusunu məğlubiyyətə
uğradır. Bukeyr Ġsfəndiyazı əsir tutur. Ġsfəndiyaz ondan soruĢur: «Sənə nə daha
xoĢdur: sülh,
yoxsa hərb?» Bukeyr deyir: «Əlbəttə, sülh». [Cavabında] o söyləyir: «Onda
məni öz yanında saxla, çünki nə qədər ki mən Azərbaycan camaatı üçün sülh
bağlamamıĢam, ya da geri qayıtmamıĢam, o sənə qarĢı çıxmayacaq. Camaat ölkə
ətrafında olan əl-Kəbc
45
və ər-Rum dağlarına
46
çəkilib. Yerlərini möhkəm edənlər
də müəyyən vaxta kimi möhkəmlənib». [Bukeyr] onu öz yanında saxlayır və
[Ġsfəndiyaz da] onun sərəncamında qalır. Beləliklə, [bütün] ölkə bir neçə qala
istisna olmaqla [Bukeyrin] əlinə keçmiĢ olur.
Simək ibn XəraĢə [Bukeyrin] köməyinə gələrkən Ġsfəndiyaz onun yanında
əsirlikdə [idi]. [Simək ibn XəraĢə] və Utbə ibn Fərkadın hərəsi onlara tapĢırılan
[yerləri] fəth edir. Simək [Bukeyrin] yanına gəldiyi zaman Bukeyr zarafat edərək
ona demiĢdi: «Sənin kimi, Utbə kimi varlı-karlılarla mən nə edim? Ürəyimin
istəyinə əməl edərək mən sizi tərk etməli və qabağa getməliyəm. Ġstəyirsən
mənimlə qal, istəyirsən Utbənin yanına get, mən sənə icazə verirəm. Ancaq ki mən
sizi tərk edib, buradan da murdar olan bir yerə getməyi özümə [borc] bilirəm».
Sonra o, [xəlifə] Ömərə [öz hakim vəzifəsindən] istefa ilə müraciət edir.
[Ömər] ona yazıb əl-Bəbə
47
doğru irəliləməyə izn verir və əmr edir ki, öz vilayəti
baĢına o, [bir kəsi] təyin etsin. Bukeyr fəth etdiyi [ərazilərə] Utbəni öz yerinə təyin
edir, [özü isə] qabağa gedir. Ġsfəndiyazı da Utbəyə ötürür. Ütbə onu öz yanına
götürür. Utbə [künyəsi] Əbu Ducənə olmayan Simak ibn XəraĢəni
48
Bukeyrin fəth
etmiĢ olduğu əyalətə baĢçı qoyur. Ömər bütün Azərbaycanı Utbə ibn Fərkadın
[əlində] cəmləĢdirir.
Rəvayət edirlər: Bəhram ibn əl-Fərruxzaz
49
Utbə ibn Fərkadın yoluna çıxır
və Utbə yaxınlaĢana kimi öz ordusu ilə onu gözləyir. Sonra onlar döyüĢürlər. Ütbə
onu məğlub edir. Bəhram qaçır. Bəhramın məğlub olub qaçması haqqında xəbər
gəlib çatdıqda, Bukeyrin yanında əsirlikdə olan Ġsfəndiyaz deyir: «Müharibə artıq
bitdi, sülh [vaxtı da] gəlib çatdı». O, Bukeyrlə sülh bağlayır və hamı bundan razı
qalır. [Beləliklə], Azərbaycan dinc yolla ram edilir. Bukeyr və Utbə bu haqda
Ömərə yazırlar. Allahın onlara yetirdiyi qənimətdən onlar xüms ayırıb, onu
nümayəndələrlə [xəlifəyə] göndərirlər.
78
Bukeyr ona tapĢırılan [ərazini] Utbədən hələ qabaq fəth etmiĢdi, amma ki
sülh [yalnız] Utbə Bəhramı məğlub etdikdən sonra baĢ tutur. Ütbə öz adından
yazaraq (səh. 155) Azərbaycan əhalisinə fərman verir; həmin fərmana görə
Bukeyrin əyaləti onun əyalətinə [qatılaraq] birləĢdirilir:
«Bismillahi-r-rəhmani-r-rəhim! Bu, əmirü-1-möminin Ömər ibn əl-Xəttabın
amili Utbə ibn Fərkadın Azərbaycanın bütün - onun aran, dağ, ətraf və ən ucqar
yerlərinin əhalisinə, habelə onun dini icmalar əhlinə - onların həyatı, mal-dövləti,
dini məzhəb və qaydaları üçün verdiyi əmin-amanlıq [fərmanıdır]! [Bu] Ģərtlə ki,
onlar - yeniyetmə, qadın və yaĢayıĢ vəsaitindən məhrum xroniki xəstələr, həmçinin
dünya malından heç nəyi olmayan münzəvi dindarlar istisna olmaqla [maddi]
imkanlarına görə cizyə (can vergisi) verməlidirlər! Bu, həm onların [özlərinə], həm
də onların arasında məskun olub yaĢayanlara [Ģamildir]. Onlar müsəlman
döyüĢçülərindən olan müsəlmanı bir gecə-gündüz qonaq saxlamalı, ona bələdçilik
etməlidirlər!
Onlardan kimsə hər hansı ildə orduya səfərbər edilərsə, həmin ilin cizyəsi
onun üzərindən götürülür.
[Ölkəyə gəlib] qalan hər kəs [daimi] yaĢayan Ģəxslər kimi [hüquqlara]
malikdir.
[Olduğu yerdən] çıxıb gedən [hər bir] kəs mənzil baĢına çatanadək, onun
əmin-amanlığı [təmin olunur]!
Yazdı: Cundub.
Təsdiq etdilər: Bukeyr ibn Abdullah əl-Leysi və Simək ibn XəraĢə əl-
Ənsari.
Yazıldı: 18-ci ildə»
Əl-Bəbin fəthi
Seyfin
50
rəvayətinə görə əl-Bəb həmin ildə fəth edilib. O xəbər verir:
Rəvayət edirlər (yəni adlarını yuxarıda çəkdiyim Ģəxslər):
51
[Xəlifə] Ömər Əbu Musanı
52
Bəsrəyə, Suraka ibn Amru
53
da – o, Zu-n-nur
adlanırdı, əl-Bəbə göndərir. Onun ön dəstəsinə o, Ədbü-r-Rəhman Rəbiəni
54
baĢçı
qoyur - o da həmçinin Zu-n-nur adlanırdı; iki cinahdan birinə Hüzeyfə ibn Əsid əl-
Qifərini,
55
digərinə isə Bukeyr ibn Abdullah əl-Leysini təyin edir (Suraka ibn Amr
hələ onun yanına gəlməzdən əvvəl Bukeyr artıq əl-Bəblə üz-üzə durmuĢdu. [Ömər]
ona (Surakaya) yazmıĢdı ki, o özünü Bukeyrə çatdırsın. Əl-məqasim
56
baĢına
[xəlifə] Səlmən ibn Rəbiəni
57
qoyur. (səh. 156) Suraka Əbdü-r-Rəhman ibn
Rəbiəni qabaqcadan yola salır, [özü isə] o, Azərbaycanı tərk edən kimi [onun]
ardınca [səfərə] çıxır. [Suraka] əl-Bəb yaxınlığında Bukeyrin yanına gəlib çıxır və
onu özünə qoĢaraq Ömərin tərtib etdiyi qaydada əl-Bəb ölkəsinə soxulur. Ömər
Həbib ibn Məsləmə
58
ilə ona kömək edir; [Həbibi] əl-Cəzirədən
59
onun yanına
göndərir. [Həbibin] yerinə isə əl-Cəzirəyə Ziyad ibn Hanzələni
60
yollayır.
Dostları ilə paylaş: |