81
Ömərə Surakanın ölüm və Əbdü-r-Rəhman ibn Rəbiənin onu əvəz etməsi
[xəbəri] gəlib çatdıqda, o, Əbdü-r-Rəhmanı əl-Bəb sərhəd bölgəsi üzərindəki
[vəzifəsinə] təsdiq edir və ona türklərin üstünə yürüĢ etmək əmri verir. Əbdü-r-
Rəhman döyüĢçüləri ilə [yürüĢə] çıxaraq əl-Bəbi tərk etdiyi zaman ġəhribəraz
ondan soruĢur: «Sən nə etmək fikrindəsən?»
[Əbdü-r-Rəhman ona]: «Bələncər
63
[üstünə getmək] fikrindəyəm», - deyə cavab verir. [ġəhribəraz] söyləyir: «Gəlsənə
biz onların əl-Bəbə görə bizi narahat etmədikləri ilə qane olaq» [Əbdü-r-Rəhman
isə] etiraz edir: «Lakin biz [türkləri] onların öz yurdunda haqlamayınca onların
əlindən arxayın ola bilmərik. Allaha and olsun, bizim elə camaatımız var ki, əgər
əmirimiz bizə qabağa getməyə izn versəydi, mən onlarla gedib [Çin] səddinə
çıxardım». [ġəhribəraz] soruĢur: «Onlar kimdir belə?» O deyir: «[Bunlar o]
adamlardır ki, onlar Allah elçisinin Allahın salavatı və salamı olsun ona! - tərəfini
tutmuĢ və bu iĢə [xoĢ] niyyətlə qoĢulmuĢlar. Hələ cahiliyyə zamanı onlar təvazö və
hörmət sahibi olmuĢlar, [indi isə] onların təvazö və hörməti daha da artıb. Bu,
onlara daim [xas olan] bir Ģeydir. Və nə qədər ki onlara üstün gəlib sarsıdan
yoxdur, nə qədər ki onları sarsıdıb iradələrini qıran yoxdur, qələbə onların olacaq!»
Və o, Ömər vaxtında Bələncərə yürüĢ edir: bu yürüĢdə nə bir qadın dul, nə də bir
uĢaq yetim qalır. Həmin yürüĢdə onun atlı qoĢunu Bələncərdən iki yüz fərsəx
64
aralı əl-Beyda
65
[Ģəhərinə] gedib çıxır. [Əbdü-r-Rəhman] basqın edir və sağ-
salamat qayıdır. Sonra o, Osman
66
dövründə də bir neçə yürüĢ edir. Lakin Əbdü-r-
Rəhmanın həlak olmasına gəlincə, bu, öz hakimiyyəti dövründə Osmanın [bir
zaman] mürtədlik etmiĢ bir Ģəxsi Kufə əhlini islah edib düzəltmək məqsədilə
[Kufəyə] amil təyin etməsindən əhalinin narazı olub döndüyü bir vaxtlar baĢ
vermiĢ olur. Amma [Osmanın] bu [tədbiri] onları nəinki islah edib düzəltmədi,
[əksinə] dünya nemətlərinə tamah bəsləyən bir Ģəxsin onlara ağalıq etməsi üzündən
[Kufə əhlini] daha da korlayıb yoldan etdi. Onlar Osmana elə qısqı gəldilər ki, o,
bir məsəl olaraq deməyə baĢladı:
Mən, itini [bəsləyib] kökəltmiĢ [sonda] onun diĢ-caynaq, cırmağına məruz
qalmıĢ [o] Əmra bənzədim.
Əs-Sari ġueybə, [o isə] Seyfə, [Seyf də] əl-Qusn ibn əl-Qasıma, [bu da] bir
Ģəxsə, [o da] Səlman ibn Rəbiəyə isnadən mənə yazıb ki, [Səlman] demiĢdir:
Əbdü-r-Rəhman ibn Rəbiə türklərlə üz-üzə gəldikdə, Allah türklərin ona
qarĢı çıxmasına mane olur. [Türklər] deyirlər: «Bu adam, əgər onu ölümdən
qoruyub saxlayan mələklər onunla olmasaydı, heç vaxt cürət edib bizim üstümüzə
gəlməzdi». Odur ki, ondan qaçıb [qalalarda] qapanırlar. [Əbdü-r-Rəhman isə]
qənimət və zəfərlə geri qayıdır: bu da Ömərin xilafəti vaxtı [olur]. Sonralar o,
Osman zamanında da onların üstünə bir neçə yürüĢ edir və [hər dəfə] olduğu kimi
bu dəfə də qələbə çalır, ta ki Kufə əhli Osmanın [vaxtilə] mürtədlik etmiĢ bir Ģəxsi
amil təyin etməsi ilə əlaqədar dönüb [itaətsizlik göstərmiĢ olur]. Bundan sonra
[Əbdü-r-Rəhman] türklərə basqın etdikdə onlar bir-birinə gileylənərək deyirlər:
«Bunlar ölən deyillər». [Bir parası isə]: «Hələ görərik!» - deyir və [sözünə] əməl
82
edərək [ərəblərə] görə kolluqda pusquya yatır. Sonra onlardan biri müsəlmanların
birisinə (səh. 159) qəfildən [ox] atıb onu öldürür. [Ölənin] yoldaĢları onu qoyub
qaçırlar. [Ancaq] bundan sonra [türklər] Əbdü-r-Rəhmana qarĢı çıxıĢ edir və
vuruĢurlar. DöyüĢ Ģiddətlənib bərkiyəndə bir carçı ətrafa car çəkir: «Hövsələ
göstər, ey Əbdü-r-Rəhman tayfası, yerin cənnətdir!» Əbdü-r-Rəhman da ölənə
kimi vuruĢur. DöyüĢçülərin [sıraları] pozulub açılanda Səlman ibn Rəbiə bayrağı
əlinə alıb onunla döyüĢür. Carçı: «Hövsələ göstər, ey Səlman tayfası!» deyə ətrafa
car çəkdikdə, Səlman: «Doğrudanmı, sən bir təlaĢ görürsən?» - deyib,
döyüĢçülərini [vuruĢ meydanından] çıxarır.
Səlmanla Əbu Hüreyra əd-Dausi
67
əvvəlcə Cilana, oradan da Curcana
yollanırlar. Həmən [döyüĢdən] sonra türklər artıq cürətə gəlir və ürək edib Əbdü-r-
Rəhmanın cəsədini götürürlər: ondan indiyə kimi yağıĢ dilərkən istifadə edirlər.
Əmr ibn Mə'ad Yəkrib
68
Matar ibn Səlc ət-Təmimiyə isnadən rəvayət edir:
Əl-Bəbdə mən Əbdü-r-Rəhman ibn Rəbiənin yanına gəldim. ġəhribəraz da
onun yanında idi. [Bu zaman] yorğun, əldən düĢmüĢ bir nəfər gələrək Əbdü-r-
Rəhmanın yanına daxil olur və keçib ġəhribərazın bir böyründə oturur. Matarın
əynində zolaqlı bir Yəmən xələti [vardı]: yeri qırmızı, naxıĢı isə qara, ya da
[əksinə] naxıĢı qırmızı, yeri isə qara [idi]. Onların ikisi də bir-birini sorğu-suala
tutur.
Sonra ġəhribəraz [Əbdü-r-Rəhmana] deyir: «Əmir sağ olsun! Bilirsən bu
adam haradan gəlib? Bu adamı mən bir neçə il bundan əvvəl səddə göndərmiĢdim
ki, gedib görsün o, nə cürədir və onun arxasında kimlər [olur]. Onu çoxlu pul-para
ilə təchiz etdim. Ona görə qonĢu [hökmdarın adına məktub] yazdım və onun üçün
ərməğan göndərərək xahiĢ etdim ki, [elçim] haqqında o biri [hökmdarlara] yazsın.
Hər hökmdar üçün də hədiyyə [hazırlayıb] elçiyə verdim. O da bu [hədiyyələri] hər
hökmdara bir-bir təqdim edə-edə gedib [səddə] çıxır. Səddin yerləĢdiyi ərazinin
hökmdarına gəlib çatdıqda hökmdar onun haqqında həmin ölkədəki öz caniĢininə
yazır. [Elçi] onun yanına gəlir və [caniĢin] öz quĢağasını Ģahini ilə birlikdə onunla
[səddə] göndərir. Elçi ona [hədiyyə olaraq] bir ipək parça verir.
[Sonra elçi danıĢaraq] deyir: «QuĢağası mənə təĢəkkür etdi. Biz [mənzil
baĢına] gəlib çatdıqda [qarĢımızda] birdən iki dağ [peyda oldu]; onların da arasında
keçilməz bir sədd. [Sədd] dağların [baĢına] kimi ucalaraq onlarla bir səviyyədə idi.
Səddin arxasında isə dərinliyinə görə gecə zülmətindən də qatı bir yarğan görsəndi.
Bütün bu [mənzərəyə] mən göz gəzdirərək diqqətlə baxdım. Sonra uzaqlaĢıb
getmək istədikdə quĢağası mənə dedi: «Bircə dayan, qoy səni mükafatlandırım! Elə
hökmdar olmur ki, Allaha yaxınlıq naminə dünya malından özündə olan ən
qiymətli [bir Ģeyi gətirib] bu dərəyə atmasın.» Sonra o özü ilə [gətirdiyi] ətdən bir
parça kəsib, onu dərəyə atdı. ġahin də onun dalınca Ģütüdü. [Bu zaman quĢağası]
dedi: «Əgər [quĢ] özünü ətə havada çatdırsa, onda heç zad. Yox, əgər yerə
düĢdükdən sonra çatdırsa, onda nə isə [olacaq]!» Sonra Ģahin caynaqlarında ət
Dostları ilə paylaş: |